Məhkəmə qərarları › İş №2(076)-57/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-57/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-57/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X25 iclas katibliyi, İddiaçı və üçüncü şəxslər X26 və X9 nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehlər Cavabdeh3 və nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh4, cavabdeh ünvan 5nin xüsusi notariusu X10, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5, üçüncü şəxs DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X27, üçüncü şəxs X28 iştirakları ilə, İddiaçı cavabdehlər ünvan 5nə, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası; iş üzrə müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 5nə, İddiaçı, Cavabdeh3, Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbinə dair iddialar üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər ünvan 5nə, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 5nə, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X45 ilə X13 birgə nikahlarından 6 övladları- Cavabdeh5, Cavabdeh3, X53, X54, Cavabdeh4 və X14 olmuşdur. Onlardan X11 xx.xx.2014-cü il tarixdə ölmüşdür. X5 xx.xx.1973-cü il tarixdə ölmüşdür. X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. X38 ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin naturada bölünməsi barədə Cavabdeh3 Şəmkir rayon məhkəməsinə etdiyi müracitdən onlara məlum olmuşdur ki, nənəsi Şükufə Bayramovadan belə bir miras qalmış qalmışdır. Həmin torpaq sahəsindən ona və ya qardaşı X40 heç bir pay verilməmişdir və onlar onlara düşən paydan heç vaxt imtina etməmişlər. 2023-cü ilin mart ayında Şəmkir rayonu 1 saylı notariat ofisindən vərəsəlik işinə aid sənədləri əldə etdikdən sonra notariat ofisi tərəfindən vərəsələrin dairəsinin müəyyən edilmədiyi məlum olmuşdur. X11 və digər vərəsələrlə bağlı sənədlər əldə olunmamış və ya təqdim edilməmişdir. Həmçinin, vərəsəlik işində mövcud olan vəsiyyətnamə tam qanunsuzdur. Sənədlər saxtalaşdırılmış və miras əmlakı tam qanunsuz olaraq ünvan 5 tərəfindən 3/6 pay Cavabdeh3, təkrar 3/6 pay Cavabdeh3, 1/6 pay Cavabdeh4 və 1/6 pay Cavabdeh5 payı müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Sonradan Cavabdeh3 payı 4/6 pay, Cavabdeh4 1/6 pay və Cavabdeh5 1/6 pay olmaqla DƏDRX publik hüquqi şəxs tərəfindən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Beləliklə, X21 adından xx.xx.2009-cu il tarixdə tərtib edilmiş qanunsuz vəsiyyətnamə etibarsız hesab edilməli, həmin vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsinə dair Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1880 nömrəli, Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1881 nömrəli, Cavabdeh4 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1882 nömrəli və Cavabdeh5 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1883 nömrəli şəhadətnamələr ləğv edilməli, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş **********37-10301 reyestr nömrəli çıxarış ləğv edilməli və nənəsi Şükufə Bayramovadan miras qalmış əmlaka qanun üzrə vərəsələrin payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən X21 adından xx.xx.2009-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X21 miras əmlakı olan ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi barədə verilmiş şəhadətnamələrin ləğv edilməsi, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakı barədə payların müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və Cavabdeh5 cavabdeh statusundan çıxarılaraq, 3-cü şəxs qismində tanınmışlar və mülki iş üzrə müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 5nə, İddiaçı, Cavabdeh3, Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər ünvan 5nə və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə mülki iş üzrə hüquqları pozulmaqdadır. Qəbul olunmuş əmlakın anasından qalmış miras əmlakının bir hissəsidir. Həmçinin, vərəsəlik işində olan vəsiyyətnamə də qanunsuzdur. X4 qalmış miras əmlakının bir hissəsi - ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi, o, Cavabdeh4 və Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Qəbul olunmuş əmlak üzrə payları düzgün müəyyən edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Cavabdeh3la onun arasında yarıdan setka hasar çəkilməklə bölünmüş, həmin torpaq sahəsinin bir başında Cavabdeh3 digər başında onun evi mövcuddur. Bu bölgü hələ anası sağ olanda, 1994-cü ildə baş vermişdir. Torpaq sahəsində tikilmiş tikililər DƏDRX-də Cavabdeh3 adına A tikilisi olaraq, onun adına Al və All tikililəri olaraq qeydiyyata alınmışdır. Təssüf ki, hazırkı mübahisə barədə məhkəməyə müraciət olunduqdan sonra, 2023-cü ilin mart ayında 1994-cü ildən həyəti ikiyə bölən setka hasar Famil tərəfindən sökülmüşdür. Bir neçə ay əvvəl hasarın sökülməsi videoya çəkilmişdir (Diski ərizəyə əlavə edir). Cavabdeh4 da digər qardaş və bacıları kimi ailə qurduqdan sonra köçmüşdür. Cavabdeh4 həmin kənddə xx.xx.2009-cu il tarixdə DƏDRX tərəfindən qeydə alınmış özünə məxsus tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi də mövcuddur (DƏDRX 11 saylı Şəmkir ərazi İdarəsinin arayışını ərizəyə əlavə edir). X69 xx.xx.2017-ci ildə ölmüşdür. Vərəsəlik haqqında şəhadətnamə isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Anasından qalmış mirasın bir hissəsi üzrə payları ümumiyyətlə müəyyən edilməmişdir. Buna səbəb digər vərəsə Cavabdeh3 tərəfindən sənədlərin saxtalaşdırılması, mövcud olan əmlakların onlardan gizlədilməsi olmuşdur. X52 adından 2009-cu il tarixdə tərtib olunmuş vəsiyyətnamə də saxta yollarla tərtib olunduğundan etibarsızdır. Anasının təxminən 70 yaşından sonra pisixi pozuntusu olmuşdur. O, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmamış və etdiyi hərəkətlərin mənasını anlamamışdır. Bundan istifadə edən Famil anasının əmlaklarının böyük hissəsini öz adına keçirilməsi üçün qanunsuz sənədlər tərtib etmiş, oradakı imzalar saxtalaşdırılmışdır. Həmçinin, vəsiyyətnamədə qeyd olunan əmlak bütün miras əmlakı əhatə etməklə yanaşı, torpaq sahəsində yerləşən ona məxsus DƏDRX qeydiyyata alınmış (çıxarış - Al, All tikililəri) tikililər nəzərə alınmamış, ona məxsus əmlaklar da vəsiyət olunmuşdur. Qeyd olunan və başqa səbəblərə görə vəsiyyətnamə artıq etibarsızdır. Cavabdeh3 onu və digər vərəsələri aldatmasından xəbərsiz olmuşdur. Yalnız Familin təklifi ilə notariusda sənədlərə imza etmişdir. Anasının ölümündən sonra miras qalmış aşağıdakı əmlaklar-Şəmkir rayonu Ağlavaşlı kəndi 0.39 ha həyətyanı torpaq sahəsi və Şəmkir rayonu, Ağlavaşlı kəndində 0.46 ha pay torpaq sahəsi o və Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həmçinin, anasının əmanət kassasında olan pul vəsaitinə və ya digər qiymətli əşyalara da hüquqları bərabər tanınmalıdır. Qeyd edilənlərə əsasən X21 vəsiyyətnaməsinin etibarsız hesab edilməsini, X21 miras əmlakı barədə verilmiş şəhadətnamələrin ləğv edilməsini, X21 miras əmlakı barədə ƏMDX DƏDKR publik hüquqi şəxs Şəmkir Ərazi İdarəsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini və X21 bütün miras əmlaklarına onun və Cavabdeh3 bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən X29, X55 və X53 iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı və üçüncü şəxslər X26 və X9 nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, notariat ofisi tərəfindən bölgü düzgün aparılmamış, qeyd olunan bölgü qanunvericiliyin tələblərinə uyğun aparılmamış və çox sayda prossesual pozuntulara yol verilmişdir. Onlar qeyd olunan məsələni bildikdən sonra məhkəməyə müraciət etmişlər. Belə ki, hüquqlarını təmsil etdiyi İddiaçı miras qoyan Şükufə Bayramovanın 2014-cü ildə rəhmətə gedən oğlu Azər İbrahimovun oğludur. İrsi tiransmisyanın nəzərə alınaraq Azər İbrahimova çatan payın onun oğlu İddiaçı verilməli olduğunu və onun atasına düşən pay üzrə vərəsə sayılmasını əsaslı hesab edirlər. Həmçinin, hazırkı əmlakla bağlı tərtib edilmiş şəhadətnamə və digər sənədlər cəmi 3 şəxsə-Famil, Şahin və Cavabdeh4 məxsusdur. Onlar isə İddiaçı da kənarda qalmalı olmadığını və onun da payının müəyyən edilməli olduğunu hesab edirlər. Həmçinin, hesab edirlər ki, vəsiyyətnamə qanunsuz tərtib edilmişdir. Belə ki, vəsiyyətnamə tərtib edilərkən Şükufə Bayramovanın 75 yaşı olmuş, onlar hesab edirlər ki, həmin vaxt miras qoyan Şükufə Bayramovanın xəstəliyi olmuş və o öz fikrlərini aydın şəkildə ifadə edə bilməmişdir. Şükufə Bayramovanın miras qoyarkən xəstə olması ilə bağlı onların əlində heç bir rəsmi məlumatları yoxdur sadəcə olaraq onlar Şükufə Bayramovanın 75 yaşı olduğuna görə xəstə olmasını ehtimal edirlər. Digər qanunsuzluq ondan ibarətdir ki, vəsiyyətnamə tərtib edilərkən məhkəməyə təqdim etdikləri notariat işinin içərisində olan çıxarışlardan görünür ki, orada digər əmlaklar olmuş və həmin əmlakların bir hissəsi Şükufə Bayramovanın, bir hissəsi Cavabdeh3, digər hissəsi isə Cavabdeh5 olmuşdur. Şükufə Bayramova ümumilikdə hər kəsin əmlakını vəsiyyət etmişdir. Onlar bunu pozuntu kimi hesab edirlər. Həmçinin, vəsiyyətnaməni hal şahidi kimi imzalayan şəxslər vərəsəlik işi açılarkən notariat kontorunda olmamışlar, vərəsəlik işini imzalamamışlar. xx.xx.2023-cü il tarixli, 4/1872-5/1642 saylı ekspert rəyində 04 may 2009-cu il tarixli, 2v-96 reyestr nömrəli vəsiyyətnamədə olan imzanın şahid X46 məxsus olması müəyyən edilsə də həmin ekspert rəyi həqiqəti əks etdirmir. Tədqiqat obyekti olan imzalar 2009-cu ilə aiddir. Tədqiqat obyekti ilə təqdim edilmiş imza nümunələri arasında böyük müddət fərqi mövcuddur. Xəttşünaslıq ekspertizasının tədqiqatı məqsədəmüvafiq olardı ki, həmin ilə və ya həmin ilə yaxın dövrləri əhatə edən nümunələr, yazılara, imzalar istifadə olunsun. Buna baxmayaraq ekspert tərəfindən əlavə nümunələrin tələb edilməsi barədə hər hansı müraciəti olmamışdır. Həmin imzaların həqiqi olduğunu hesab etsələr belə, şahidlərin ifadələrindən tam aydın olur ki, vəsiyyətnamə qoyulan zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin, Elçin Rəhimov ifadə verərkən vəsiyyətnamə ilə bağlı heç bir şeyi xatırlamadığını bildirmişdir. Vəsiyyətnamə ilə bağlı vərəsəlik işi tərəflərindən Dövət Notariat Baş Arxiv İdarəsindən götürülmüş, həmin vərəsəlik işində sadəcə vəsiyyətnamə və qəbz vardır. Vəsiyyətnamə ilə bağlı reyestr kitabı isə şahidlər tərəfindən təsdiqlənməmişdir. Əlavə olaraq bildirir ki, Azər İbrahimov 1990-cı illərdə evlənmiş və 1995ci ildə ata yurdundan çıxıb öz evinə getmişdir. 2017-ci ildə Şükufə Bayramova öldükdən sonra İddiaçı miras qalmış evdə yaşamamış, sadəcə qohum kimi gedib-gəlmiş və Şükufənin yas mərasimində yaxından iştirak etmişdir. Həmçinin Cavabdeh4 mirası qəbul etməməsi ilə bağlı heç bir sübutlar yoxdur. Miras qoyan X21 ünvan 4ində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyatyanı səhəsini, pay torpağını və əmanət kassasında olan pulunu oğlu Cavabdeh3 vəziyyət etməsi barədə xx.xx.2009-cu il tarixdə Cavabdeh1 reyesterdə 2v-96 nömrə ilə qeydə alınmış qanunsuz vəsiyyətnaməni şahid qismində X59 tərəfindən imza edilməyib. Hazırkı iddia ilə bağlı birinci hissə vəsiyyətnamənin ləğvidir. Vəsiyyətnamənin saxtalığı hesab edirlər ki, məhkəmə araşdırması zamanı dəfələrlə öz təsdiqini tapdı. Hətda hər addımda işin araşdırılması zamanı hər hərəkətdə vəsiyyətnamənin saxtalığı ortaya çıxır. İlk öncə qeyd etmək istəyrlər ki, Şükufə Bayramovanın iradi ifadəsinə toxunanda Bayramova hələ sağlığında öz iradi ifadəsini bildirmişdir. Belə ki, 6 uşağın 4-ü köçüb getmişdir. Yerdə qalan iki uşağın yəni Famil və Şahinin torpağını 1990-cı ildən iki yerə bölünüb. Bir mənalı olaraq onun yarısı verilib Familə digər yarısı isə Şahinə verilib. Şükufə Bayramovanın vəsiyyətnamədən söhbət gedir. İradə ifadəsində də bunu bildirib. Bunuda proses iştirakçılarının hər biri təsdiqlədi. Hətda cavabdehlərin özü də məhkəmə zalında təsdiqlədi ki, o hasar orada olub. Şükufənin Sağlığında o torpaq 2 nəfərin arasında bölünüb. Həmçinin həmin vəsiyyətnamənin saxtalığının sübut olunması şahidlərin ifadəsində də öz təsdiqini tapdı. Belə ki, Şahid Elçin Rəhimovun ifadəsində vəsiyyətnamənin tərtib edilməsini xatırlamaması. Vəsiyyətnamənin tərtib edilməsi xırda bir şey deyil ki, imza elədim çıxdım gəldim. Elçin ümumiyyətlə heç nə xatırlamır, o sənədi imzalamasını da xatırlamadığını bildirir. Nə anasının torpağı Familə vəsiyyət etməsi barədə hər hansı fikir söyləməsini, nə də notariusun vəsiyyətnamənin mətnini elan etməsini, nə də Şahid ilə notariusda qarşılaşdığını xatırlamır. X44 iştirakı ilə hansısa sənədə imza etdiyini xatırladığını bildirmişdir. Bu o deməkdir ki, o olmayıb. Vəsiyyətnamənin tərtib edilməsi formasına riayət edilməyib. Rəhimov Elçinin vəsiyyətnamədə müəyyən edilmiş şəxsiyyətini təsdiq edən səndin etibarlılıq müddəti keçmişdir. O “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununa görə 35 yaşı tamam olmasına baxmayaraq şəxsiyyətini təsdiq edən sənədi yeniləməmişdir. Bu isə həmin vəsiyyətnamənin saxtalığının növbəti təsdiqidir. Həmçinin Şahid da qeyd olunan vərəsəlik işi ilə bağlı nə vəsiyyətnamənin tərtib edilməsində iştirak etməsini, nə də Elçin Rəhimovla birlikdə hər hansı notariat əməliyyatında iştirak etməsini xatırmamamışdır. Buda tam normaldır çünki vəsiyyətnamə qanuna uyğun tərtib edilməyib. Qeyd olunanarın hamsı cavabdeh Familin əməlləridir və onun izahatlarında kifayət qədər ziddiyətlər var. Belə ki, o ilikn ifadəsində bildirir ki, mən Şahinlə getmişəm lakin daha sonra isə ifadəsində şahidlərlə getməsini bildirir. Məhkəməyə təqdim edilmiş Notariat Arxiv İdarəsindən əldə edilmiş vəsiyyətnamə işində sənədlərin tam olmaması notariat hərəkətləri zamanı baş vermiş pozuntuların göstəricisidir. Vəsiyyətnamə işində mövcud olan sənəd yalnız vəsiyyətnamənin özüdür. Bu isə notariusun etdiyi saxtakarlığın növbəti dəfə sübutudur. Notariat Arxiv İdarəsinə edilmiş sorğunun cavabından da görünür ki, notariat hərəkətlərini etmiş şəxslərin reyestr kitabında X44 imzası mövcuddur. Halbuki, hazırkı dövrdə notariat hərəkətlərinin edilməsində kamera ilə şəkil çəkilməsi tətbiq olunanadək, notariat hərəkətlərində iştirak edən bütün şəxslər reyestr kitabına imza etməli idilər. Həmçinin hər kəsin orada şəxsiyyət vəsiqələrinin surətləri olmalıdr. Həmçinin vəsiyətnmədə olan növbəti pozuntu ondan ibarətdir ki, torpaq sahəsində yerləşən onun mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış iki tikili möcuddur ki, (çıxarışa əsasən), həmin tikililər də nəzərə alınmadan torpaq sahəsində olan ona məxsus əmlaklarla birlikdə guya Familə vəsiyyət edilmişdir. Mülki iş materiallarında olan ekspertiza rəyi həqiqəti əks etdirə bilməz. Belə ki, keçirilmiş ekpertizada təqiqat obyekti olan imzalar 2009-cu ilə aiddir. İmzanın tədqiq olunması üçün ekspert tərəfindən araşdırılan nümunələr isə mülki iş materiallarında olan yeni şəxsiyyət vəsiqəsinin kserosurətidir. xx.xx.2023-cü il tarixə aid olan iltizamdakı imza və həmin tarixdə ekspertiza tədqiqatı üçün verilmiş imza nümunələridir. Tədqiqat obyekti ilə təqdim edilmiş imza nümunələri arasında böyük müddət (14 il) fərqi mövcuddur. Həmin vaxta aid imzalar nə məhkəmə tərəfindən təqdim edilmədi nə də ki, ekspertiza tərəfindən istənilmədi. Həmin ilə və ya həmin ilə yaxın dövrləri əhatə edən nümunələr, yazılara, imzalar istifadə olunsun. Buna baxmayaraq ekspert tərəfindən əlavə nümunələrin tələb edilməsi barədə hər hansı müraciəti olmamışdır. Bununla bağlı tərəflərindən müstəqil ekspertizaya müraciət edildi. Bir sıra köhnə imza nümunələri ilə. Qeyd olunan məsələ ilə bağlı məhkməyə vəsatət də tərəflərindən təqdim edildi. Lakin hazırda müstəqil ekspetin rəyini məhkəməyə təqim etmələri mümkün olmadı. Hesab edirlər ki, Apellyasiya məhkəməsinə təqdim edərlər. Hesab edirlər ki, onların tələbləri əsaslıdır. Hüquqlarını müdafiə etdiyi şəxs Şükufənin oğlu Azərin uşaqlarıdır və irsi tiranskripsiya ilə onlara pay düşür. Xəyalın qardaşı və Xəyalın özü Şükufənin kənd təsərüffatı torpağından mütamadi istifadə ediblər və orada əkib-biçiblər. Bu isə onların mirası faktiki qəbul etdiklrəini göstərir. Lakin Üçüncü şəxs Amil pay tələb etməsinə baxmayaraq izahatı alınarkən özü bildirir ki, anası həmin torpağı Famillə Şahin arasında bölüb digərləri isə çıxıb gedib. Amilin ərizəsinə də toxunmaq istəyir belə ki, Amilin ərizəsi notarial təsdiq edilmiş sənəddir. Lakin onlar yenədə bu formada biyabırçı vəsiyyətnaməni müdafiə edirlər və Amil imtinanı qəbul etmir. Rusiya qanunvericiliyinin 1157 və 1158-ci maddələrində onun mirasdan imtina etməsi ona izah edilir və ona mirasdan imtina etməsi deyilir, lakin hazırda qanunvericiliyə dəyişiklik olub deyə indi hərə bir tərəfdən başlayıb mirasdan pay istəməyə. Həmçinin cavadbehlər Laura və Familin məhkəməyə təqdim etikləri etiraz ərizəsinə toxunmaq istəyir. Belə ki, həmin ərizə Laura və Famil tərəfindən imzalanmaqla məhkəməyə təqdim edilmişdir. Həmin ərizənin mətində ancaq Familin anasına etdikləri göstərilib, ancaq qeyd edilib ki, Famil göndərdi, Famil aldı Famil etdi və.s. bu isə cavabdeh Lauranın bir şey etmədiyini göstərir. Bu isə onu təsdiq edir ki, Laura mirasdan pay almamalıdır. Məhkəmənin ədalətinə inanırlar belə ki, məhkəmə həm işdə olan sübutlara həm də öz daxili inamına istinad etməlidir. Məhkəmənin ədalətli qərar qəbul etməsinə şüphəmiz yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh olan qardaşı Cavabdeh3 onu aldatmışdır. Belə ki, Famil onu uzaqlaşdırmaq üçün Daşınmaz Əmlakda texniki problem olduğunu bildirmiş və ona mirasın bölünməsi ilə bağlı məlumat verməmiş, onun miras əmlakın qanun üzrə payları düzgün verilməmişdir. Cavabdeh3 Notariat kontorunda olarkən notariusun yanına getmiş və ona torpağı öz aralarında 3 yerə böləcəklərini bildirmişdir. O, notariusda olarkən ona nə pay ayrıldığını bilməmişdir. Hesab edir ki, vəsiyyətnamə düzgün deyil, belə ki, vəsiyyətnaməni imzalayan şahidlər notariat kontorunda olmamışlar və vəsiyyətnaməni imzalamamışlar. Mirası bacısı Cavabdeh4 qəbul etmişdir. Cavabdeh3 qeyd olunan miras əmlakda yaşamışdır. Laura boşandıqdan sonra X69 ilə birlikdə yaşamış, ona ev tikildikdən sonra isə öz evinə köçmüşdür. Anası Şükufə ölərkən Laura öz evində yaşamış, anasının yanına gəlib getmişdir. Lauranın anası Şükufənin evində neçə il yaşamasını xatırlamır. İlkin iddiaçının atası Azər İbrahimov anası Şükufəyə məxsus evdə 8-ci sinifdə oxuyarkən gəlib yaşamış, 1990-cı illərdə evlənmiş və 1995-ci ildə ata yurdundan ayrılaraq öz evinə getmişdir. Anası rəhmətə getdikdən sonra Azər ata yurdunda yaşamamışdır. O, hesab edir ki, miras əmlakın qanun üzrə vəsiyyətnamə düzgün verilmədiyi üçün paylar düzgün müəyyən edilməmişdir. Vəsiyyətnamə verilməsini o bilməmişdir. Cavabdeh3 və Şükufə Bayramovanı o özünə məxsus maşınla Şəmkir şəhərinə gətirmişdir. Qardaşı Famil ona anasına təqaüd düzəltmək üçün gəldiklərini bildirmiş, həmin vaxt onların yanında heç bir şahid gəlməmişdir. Onun hara gəlməsi yadında deyil. O həmin vaxt notariusa girməmiş və həmin vaxtı heç xatırlamır. O həmin vaxt anasının vəsiyyətnamə verməsi ilə bağlı notariat kontoruna gəlməsini bilməmiş, sonradan həmin vaxt anasının vəsiyyətnamə verməsini bilmişdir. Onların torpaqlarının naturada bölgüsü yoxdur, yalnız ümümi miras əmlakda paylar müəyyən edilmişdir. Onlar payların müəyyən edilməsi ilə bağlı Notariat Ofisinə gedərkən o, vəsiyyətnamənin olduğunu bilmiş, lakin Cavabdeh3 əlində vəsiyyətnaməni görməmişdir. O, notariat ofisində olarkən vərəsəlikdə payların müəyyən olunması ilə bağlı notarius ona sual verməmiş və ona hüquqları izah edilməmişdir. Sonuncu məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 məhkəməyə təqdim etdiyi məhkəmə çıxışında göstərmişdir ki, miras əmlakından biri olan ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi hələ 33 il bundan qabaq valideyinləri tərəfindən Famil və onun arasında tam yarıya bölünməklə setka hasar çəkilmişdir. Setka hasar 30 ildən artıq müddətdir ki, orada olmasını sual cavab zamanı məhkəmədə iştirak edən bütün prosessual şəxslər tərəfindən təsdiq edilmişdir. Setka hasar yalnız hazırkı mübahisə başlayan zaman Famil tərəfindən sökülmüşdür. Həmin hasarın sökülməsinin video görüntülər olan disk məhkəməyə təqdim edilmişdir. Atası ilə yanaşı X69 öz iradə ifadələrini hələ sağlıqları zamanı bildirmişlər. X69 torpaq sahəsinin yarısının ona və digər yarısının Familə məxsus olmasından başqa hər hansı ayrı fikirdə olmamış və hər hansısa ayrı formada torpaq sahəsinin uşaqlarından yalnız birinə və ya o və Famildən başqa kiminsə də orada payı olması barədə heç vaxt ayrı fikirdə olmamışdır. Məhkəmə çəkişməsi zamanı bu da öz təsdiqini tapmışdır ki, nə ona aid olan torpaq sahəsinin bir yarısına, nə də Familə aid olan torpaq sahəsinin digər yarısına 30 il ərzində heç vaxt heç kim tərəfindən etiraz edilməmiş və mübahisələndirilməmişdir. Familin istəyi ilə yazılmış vəsiyyətnamə yalnız anasının ölümündən sonra ortaya çıxmışdır. Həmin vəsiyyətnamənin tərtib olunması zamanı anası, Famili o öz avtomobili ilə notariusa aparmışdır. Notariusa niyə getdiklərini bilməmişlər. Familin istəyi ilə ora getmişlər. Məhkəmə iclasında bunları Famil verilən suallar zamanı öz təsdiqini tapmışdır. Avtomobildə olan zaman Famil anasının pensiyasını düzəltmək üçün ora getdiklərini bildirmişdir. Həmin vaxt anasının 75 yaşı olmuşdur. Sağlamlığı tam yerində olmamışdır. Anası üçün hara, niyə getdiklərinin fərqi olmamışdır. Çünki ona nə deyilmiş, onu etmiş, nəyə imza etdiyini isə anlamamışdır. Anasının sağlamlığının tam yerində olmaması və özünün bu barədə sərbəst fikir yürütmək iqtidarında olmaması isə şahidlərin ifadələri zamanı öz təsdiqini tapmışdır. Anasını qoca yaşında notariusa apararaq heç bir şahidin iştirakı olmadan vəsiyyətnaməyə imza etdirməsi Familin notariusla sövdələşməsinin nəticəsidir. Şahid Elçin Rəhimov izahatında dəfələrlə bildirmişdir ki, vəsiyyətnamənin tərtib olunmasında iştirak etdiyini xatırlamır. Nə anasının torpağı Familə vəsiyyət etməsi barədə hər hansı fikir söyləməsini, nə də notariusun vəsiyyətnamənin mətnini elan etməsini, nə də Şahid ilə notariusda qarşılaşdığını xatırlamır. Rəhimov Elçinin vəsiyyətnamədə müəyyən edilmiş şəxsiyyətini təsdiq edən səndin etibarlılıq müddəti keçmişdir. O “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununa görə 35 yaşı tamam olmasına baxmayaraq şəxsiyyətini təsdiq edən sənədi yeniləməmişdir. Bu isə həmin vəsiyyətnamənin saxtalığının növbəti təsdiqidir. Şahid da qeyd olunan vərəsəlik işi ilə bağlı nə vəsiyyətnamənin tərtib edilməsində iştirak etməsini, nə də Elçin Rəhimovla birlikdə hər hansı notariat əməliyyatında iştirak etməsini xatırmamamışdır. X44 iştirakı ilə hansısa sənədə imza etdiyini xatırladığını bildirmişdir. İmza etdiyi sənədi isə yalnız Familin yaşadığı ev olduğunu bildirmişdir. İmza etdiyi sənədin isə Şahinə də məxsus olan torpaq sahəsini əhatə etdiyini bilsəydi sənədi imzalamayacağını qeyd etmişdir. Həmçinin, verilən suallar zamanı o da müəyyən edilir ki, Hidayət həmin sənədə imza edilən zaman onlar notariat kontorunda olmamış və nəyə imza etdiyini oxumamışdır. Halbuki, Famil izahatında bildirmişdir ki, guya Elçin və Hidayət öz aralarında avtomobil alqı-satqı etmələri üçün notariusa gəlmişlər və təsadüfən onlar vəsiyyətnamənin tərtibinə cəlb olunmuşlar. Bütün bunlar Familin qanunsuz hərəkətləri və ona dəstək verən vəfat etmiş notarius Rövşənlə birlikdə aparılmış saxtakarlığın nəticəsində baş vermişdir. Həmçinin vəsiyətnmədə olan növbəti pozuntu ondan ibarətdir ki, torpaq sahəsində yerləşən onun mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış iki tikili möcuddur ki, (çıxarışa əsasən), həmin tikililər də nəzərə alınmadan torpaq sahəsində olan ona məxsus əmlaklarla birlikdə guya Familə vəsiyyət edilmişdir. Məhkəməyə təqdim edilmiş Notariat Arxiv İdarəsindən əldə edilmiş vəsiyyətnamə işində sənədlərin tam olmaması notariat hərəkətləri zamanı baş vermiş pozuntuların göstəricisidir. Vəsiyyətnamə işində mövcud olan sənəd yalnız vəsiyyətnamənin özüdür. Bu isə notariusun etdiyi saxtakarlığın növbəti dəfə sübutudur. Notariat Arxiv İdarəsinə edilmiş sorğunun cavabından da görünür ki, notariat hərəkətlərini etmiş şəxslərin reyestr kitabında X44 imzası mövcuddur. Halbuki, hazırkı dövrdə notariat hərəkətlərinin edilməsində kamera ilə şəkil çəkilməsi tətbiq olunanadək, notariat hərəkətlərində iştirak edən bütün şəxslər reyestr kitabına imza etməli idilər. Mülki iş materiallarında olan ekspertiza rəyi həqiqəti əks etdirə bilməz. Belə ki, keçirilmiş ekpertizada təqiqat obyekti olan imzalar 2009-cu ilə aiddir. İmzanın tədqiq olunması üçün ekspert tərəfindən araşdırılan nümunələr isə mülki iş materiallarında olan yeni şəxsiyyət vəsiqəsinin kserosurətidir. xx.xx.2023-cü il tarixə aid olan iltizamdakı imza və həmin tarixdə ekspertiza tədqiqatı üçün verilmiş imza nümunələridir. Tədqiqat obyekti ilə təqdim edilmiş imza nümunələri arasında böyük müddət (14 il) fərqi mövcuddur. Xəttşünaslıq ekspertizasının tədqiqatı məqsədəmüvafiq olardı ki, həmin ilə və ya həmin ilə yaxın dövrləri əhatə edən nümunələr, yazılara, imzalar istifadə olunsun. Buna baxmayaraq ekspert tərəfindən əlavə nümunələrin tələb edilməsi barədə hər hansı müraciəti olmamışdır. Həmin imzaların həqiqi olduğunu hesab etsələr belə, şahidlərin ifadələrindən tam aydın olur ki, vəsiyyətnamə qoyulan zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Nə X69 nə də şahidlər nəyə imza etdiklərini bilməmişlər. Sanki Famil qapı-qapı düşüb onları aldadaraq imza toplamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 hər iki iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onlar notariat kontoruna bir yerdə getmişlər. Notariat kontorunda onlar bir yerdə zəruri olan sənədləri təqdim etmişlər və orada olarkən ona, bacısı Lauraya və qardaşı Şahinə onların hüquq və vəzifələri həmçinin bölgünün necə aparılması izah edilmişdir. Şahin notariat kontorunda olarkən 12 sot torpaq sahəsi istədiyini bildirmişdir. O, Şahinə onun 12 sot torpağını düzəldəcəkələrini bildirmişdir. O, bacısı Laura ilə danışmış və onun payından Şahinin payını 11 sot düzəltməyə və 1 sot isə Lauranın vərəsəlikdən çıxmaması üçün adında saxlanılmasını razılaşmışlar. Həmin vaxt Şahin Lauranın vərəsə olmasını bilmiş və vəsiyyətnamədən də xəbəri olmuşdur. Onlar vəsiyyətnaməni notariat konturuna təqdim etmişlər, həmin vaxt Şahin özü notariat kontorunda foto şəkillə vərəsəliyi qəbul etmişdir. Onlar mirası vəsiyyətnamənin əsasında qəbul etmişlər. Mirasın qəbul edilməsində Şahin, Laura və o iştirak etmişdir. O, əvvəlcə qardaşı Azərin ölüm kağızını onun arvadı Zədayədən istəmiş, lakin Zədayə ona Azərin ölüm kağıznı verməmişdir. Daha sonra o, Gəncə şəhəri Kəpəz rayonundan qardaşı Azərin ölüm kağızını almışdır. Onlar notariat kontorunda sazişlə bağlı razılaşmışlar. 1 həftədən sonra ona sms gəlmiş və sənədin hazır olması bildirilmişdir. O bu haqda Şahinə bildirmiş, Şahin isə ona razı olmadığını bildirmişdir. Əlavə olaraq bildirir ki, bacısı Cavabdeh4 boşandığı vaxtdan X69 ölənədək onun yanında yaşamış və ona baxmışdır. Onun özü maddi cəhətdən köməklik etmiş, X69ya isə bacısı Laura İbarhimova baxmışdır. Anası öldükdən təxminən 1 il sonra isə bacısı Cavabdeh4 öz evinə köçmüşdür. Cavabdeh4 evini o öz hesabına tikdirmişdir. X70 9 yaşından ailələrinin vəziyyəti ağır olduğundan dayısı Namaz tərəfindən öz yanına Gəncə şəhərinə aparılmışdır. Qardaşı orta təhsilini 8-ci sinfədək Gəncə şəhərində almışdır, 9-cu sinifdə isə 1 illik gəlmiş daha sonra Gəncə şəhərinə qayıtmış, oradan əsgərliyə getmişdir. Əsgərlikdən qayıtdıqdan sonra isə Gəncə şəhərində yaşamış və alüminium zavodunda çalışmışdır. Zavodun işçisi kimi evlə təmin edilmişdir. Qardaşı Azər və onun oğlu Xəyal onlarla yaşamamışdır. Azər İbrahimov 1990-cı ildə ailə həyatı qurmuş, 1991-ci ildə Gəncə şəhərinə köçmüşdür. Həmin vaxtdan sonra o onlarla yaşamamışdır. Onların anası tam sağlam olmuş və xəstəlik keçirməmişdir. X69 özünü idarə etmiş, onun heç bir əqli və fiziki problemləri olmamışdır. Anası Şükufənin 70 yaşı tamam olarkən ona yubiley ad günü keçirtmişlər o, ad günündə olarkən də özü rəqs etmiş və çıxışlar etmişdir. Daha sonra anası Şükufə 2008-ci ildə bacısı qızı Sentauranın toyunda da iştirak etmiş, oynamış və məclisin keçirilməsində iştirak etmişdir. Anası Şükufənin adına olan pay torpaqları vərəsəlik qaydasında bölünməməsinin səbəbi ilkin olaraq şəhadətnamə alınması ilə bağlı olmuşdur. Anası öldükdə sonra bacısı Laura öz evinə getmiş, o isə ata yurduna baxması üçün oğlu Abbası gətirmişdir. Anası öldükdən sonra o pul göndərmiş və oğlu Abbas qeyd olunan mülkdə hasar çəkdirmiş və evi təmir etdirmişdir. Onun adına anası tərəfindən vəsiyyətnamə verilərkən şahidlər notariat kontorunda olmuşlar və vəsiyyətnaməni şəxsən imzalamışlar. Həmin vəsiyyətnamədən bütün bacı-qardaşlarının xəbəri olmuşdur. İddiaçının tələbi əsassızdır. Belə ki, Şahin bildirir ki, o anasını pensiya düzəltmək üçün aparmışdır. Şahin ondan böyükdür və texnikum təhsil alıb, o bilməldir ki, anaları 55 yaşından pensiya alırdı. Onlar notariusa gedənə analarının 74 yaşı var idi və o çoxdan pensiya alırdı. Şahinin dedikləri yalandır. Onların Şahinlə aralarında razılıq olmuşdur ki, Şahin Azərin uşaqlarını razı salsın o isə Amili. O öz üzərinə düşəni etmiş, lakin Şahingil həmin razılaşmanı pozmuşlar. Hazırda Amil onunla yaşayır və onun evi yoxdur. O analarından qalan torpaqdan Amilə də verib ona da bir tərəfdən ev tikdirmək istəyir. Setka ilə bağlı qeyd edir ki, Nümayəndə1 bildirir ki, torpağ bölünüb. Lakin həmin setka atalarının vaxtından olub və onun olmasının səbəbi heyvanlarla bağı ayırmaq üçündür. Konistitusiya məhkəməsinin yeni qərarı ilə iddiaçının ərizəsi tam əsassızdır. Belə ki, hər bir vərəsə iştirak etməyibsə onların pay bölgüsündə hüquqları var. Amil bölgüdə iştirak etməmiş və onunda mülkdə payı vardır. Səndələşmə başlayanda setkanı o sökmüş belə ki, məhkəmənin qərarı ilə Şahinə hara payı düşsə ora çəkəcəyini demişdir. Lakin onlar yığışıb zorla setkanı təkrar çəkmişlər bu səbəbdən o onlarla dalaşmışdır. Ekspetizanın qərarı əsasında da sənədlər tam təsdiqləndi. Odur ki, o etiraz edir belə ki, iddia tam əsasızdır, İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh5 iddialarının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə2 hər iki iddia tələbini qəbul etməyərək çıxışında bildirdi ki, iddiaçının və Şahinin iddiası və danışıqları yalnız boş söz yığınıdır. Belə ki, Xəyalın 5 tələbi var. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, vəsiyyətnamənin etibarsızlığı ilə bağlı vəsatət qaldırıldıqda iddiaçı onu əsaslandırmalıdır. İddia ərizəsində Mülki Məcəllənin 1225-ci madəsinin 1-ci bəndinə əsaslanıb. Mülki Məcəllənin 1231-ci maddəsində qeyd edilib ki, miras açıldıqdan 2 il müddətinə mübahisələndiriliə bilər. Digər tərəfdən əgər əqdin saxtakarlığı yəni qadının yanılması göstərilirsə bu artıq Mülki Məcəllənin 354.1-ci maddəsinə gedir və orada kəsici müddət 1 ildir. Belə olan halda ona iddiaçı diqqət etməli idi. İstər əqd kimi qiymət verilsə də istər vəsiyyətnamənin etibarsız olması kimi qiymət verilsə belə müddət keçibdir. Desək ki, vəsiyyətnamə saxtadır onun saxta olması ilə bağlı bu qədər vaxtda məhkəməyə qarşı tərəfdən heç bir mötəbər sübut təqdim edilməyib və vəsatətləri boşa çıxıb. Onun 2-ci tələbi üçün o mirası faktiki qəbul etməsidir. O əvvəlki məhkəmə iclasında iddiaçının ailəsinə sual verdi ki, siz mirası qəbul etmisinizmi onlar Xəyalın çöl torpağını faktiki qəbul etdiyini əkdiyini bildirdilər. Konistitusiya Məhkəməsinin 26.12.23- cü il tarixli 1246 və 1273-1 ə münasibət bildirilib və orada faktiki qəbula 6 ay qəbul məsələsinin ləğv edilməsi qeyd edilib ama miras faktiki qəbul edilməldir. Onlar dəfələrlə məhkəməyə gəlsələr də iddiaçı tərəf ancaq boş-boş vəsatətlər verir. Mirasın faktiki qəbul edilməsi və torpaq sahəsinin əkilməsi və ya subsidiya alınması barədə heç bir mötəbər sübut təqdim etmədilər. Konistitusiya məhkəməsi qərarlarında faktiki qəbulun sözlə deyil sənədlə olmasını göstərmişdir. Onun tərəfindən əvvəlki məhkəmə iclaslarında üçüncü şəxs Amilə suallar verilmiş, Amil anasının ilində gəldiyini və həmin gündən sonra hər il gəldiyini və mərhum Şükufədən miras qalmış evdə qalmasını bildirdi. Bu isə onun sübutudur ki, O mirası Konistitusiya Məhkəməsinin 26.12.23cü il tarixli faktiki qəbul edib. X73 evində qalmayıb və mirası qəbul etməyib. Qeyd olunan məsələlər müəyyən olunmuş hallardır. Məhkəmə tərəfindən notarius dəvət edildi, Notarius həmin vaxtın tələbinə uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsini verdiyini və vərəsəlik işini yerinə yetdirdiyini bildirdi və icra nümayəndəsinin arayışına uyğun vərəsələrə münasibət bildirdiyini qeyd etdi. Qanun üzrə vərəsəliy şəhadətnamsə tam qanunidir və orada heç bir saxtakarlığa yol verilməyib. Payların müəyyən edilməsi ilə bağlı Şükufə 2017ci ildə rəhmətə gedib iddiaçı niyə məhz Şükufə öldükdən 6 ay müddətinə gedib payını müəyyən etməyib indi məhkəməyə müraciət edib. Ona görə də iddia ərizəsinin hər 5 tələbi boş söz yığınıdır və heç bir əsası yoxdur. Həmçinin iddiaçının nümayəndəsi öz çıxışında şahidin vəsiqəsinin müdətinin keçməsini və vərəsəlik işində vəsiqələrin olmamasını əsas gətirərək vəsiyyətnamənin əsassız olmasını bildirir. Qeyd olunan fikirlər tam əssasızdır. Belə ki, vəsiyətnamədə şahidlər şəxsə təsir göstərilməməsini və aldadılma olub-olmasını göstərir. Şahidin vərəsəliyi unutması onun ləğvi üçün əsas deyil ola bilər ki, şahid unudsun belə ki, üzərindən uzun müddət keçib. Həmçinin cavabdeh Şahin öz çıxışında ziddiyətlə ifadələr verir həm notariusa getməsini bildirir lakin niyə getməsini bilmədiyini göstərir. Lakin bir az əvvəl isə o hara və niyə getməsini bilmədiyini bildirir. Hesab edir ki, iddia tam əsasızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh4 hər iki iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun atası 1973-cü ildə 42 yaşında rəhmətə getmiş. Atası onların evlərinin yalnız bünovrəsini qoymuş, həmin tikili yaşamaq üçün yararsız olmuşdur. Famil gənc yaşlarından işləmiş və ailənin bütün yükünü çiyinlərinə götürmüşdür. Hətda onun özünü də Famil oxutmuşdur. O, ailə həyatı qurmuş daha sonra ailəsində olan narazılıqlara görə boşanmış və öz evlərinə qayıtmışdır. Həmin vaxtdan o, anasına baxmışdır. Anası 2017-ci ilin may ayının 7-sində ölmüş, o anası öldükdən 6 ay sonra təxminən sentyabr ayında həmin evdən çıxmışdır. O Familə artıq öz evinə getdiyini bildirmiş və anasından nə qalmışsa onları Familə vermişdir. Famil isə öz oğlunu gətirib həmin evə baxması üçün yerləşdirmişdir. O, evdə olarkən evdə təmir işləri aparılmış ustalara onun özü baxmışdır. Ev qardaşı Familin evidir. Anası sağlığında ona onun nəyi varsa onun olmasını bildirmiş, o isə Famillə razılaşmış Famil isə ona ayrı ev tikdirmişdir. Anası Şükufə öldükdən sonra onun mebelləri orada qalmışdır. 2017-ci ilədək ev demək olarki sökülərək yenidən tikilmiş həmin vaxt o ustalara baxmış bağçada olan ağacları sulamışdır. 2017-ci ildə anası öldükdən sonra o, evdən çıxdıqdan sonra evi Familə təhvil vermişdir. O anasına baxdığı və əziyyət çəkdiyi üçün hesab edir ki, onun da evdə payı var. Əlavə olaraq bildirir ki, qardaşı Azər 1992-ci ildən sonra o evdə yaşamamışdır. Həmçinin onun oğlu İddiaçı onların yaşadıqları evdə yaşamamış və gəlib-getməmişdir. Onun vəsiyyətnamədən xəbəri oluşdur. X41ra onun vəsiyyətnaməsinə heç kəsin qarışmamasını bildirmiş və sağlığında hər şeyi qardaşı Familə bağışladığını bildirmiş bunu isə hamı bilmişdir. İddiaçının və Şahinin tələbi əsassızdır. Bir mənalı olaraq etiraz edir. Setka məsələsi hələ atalaırnın sağlığında ikən olmuş. Məhlə böyük olduğu üçün ataları onu yarıya bölüb bir hissəsində heyvan saxlamış digər hissəsində isə meyvə ağacları əkmişdir. Lakin sonradan Şahinin orada mal təsərüffatı olduğu üçün ordan istifadə elədi və ağacları məhv etdi. Notarisu dövlət orqanıdır və onlar bu səbəbdən ora müraciət etmişlər. Notariusun dövlət orqanının gördüyü işin əsaslı və ya əsassız olmasında analarının heç bir günahı yoxdur çünki anası dövlət orqanı bilib və müraciət edib. Əgər vəsiyyətnamədə hər hansı bir səhv varsa onun günahkarı onlar deyil. Hər kəsin həmin evdə payı var haqqı var həmçinin Amilin də. Belə ki, o hazırda həmin mülkdə yaşıyır və onun da həmin evdə payı var. Onun anasının heç bir əqli qüsuru olmayıb və o 1989-cu ildə məktəbdə müəllimə işləyib. O, orta məktəbi bitirdiyi il anası Şükufə çox uşaqlı ana kimi 55 yaşında pensiyaya çıxıb və həmin vaxtdan pensiya alıb. Şahin bilməlidir ki, onun anası 74 yaşında pensiya almaq üçün getməyib. Onun anasının heç bir əqli qüsuru olmayıb, yalnız dizində oynaq problemi olmuş və onu daim xəstəxanya o özü aparmış və onun daim qeydinə qalmışdır. Onun anası Şükufənin ağlında heç bir problemi olmayıb. Qeyd olunan məsələni zalda əyləşən şahid Hidayətdə də təsdiqlədi. İddiaçının nümayəndəsi məhkəmə iclasında anasının əqli qüsurlu olmasını dəli olmasını bildirsə də bunula bağlı heç bir sübut gətirmədi. O, hazırda ondan həmin məsələ ilə bağlı sübut gətirməsini tələb edir. Məhkəmədən iddiaların rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh ünvan 5nin xüsusi notariusu X30 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, vərəsəlik işi tərəflərindən icra edilmişdir. Belə ki, vəsiyyətnamə və 3 nəfər- həm kimə vəsiyətnamə verilən şəxs və digər birinci növbəli vərəsələr mirası qəbul etmiş şəxs olmuşlar. Ona görə də vəsiyyətnamə verilən şəxsə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və digər iki şəxsə isə mirasda məcburi pay hüququ üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi qanunvericiliyin tələblərinə tam uyğun olaraq icra edilmişdir. İcra nümayəndəsindən müvafiq arayış tələb edilmiş, arayışda mirası qəbul etmiş şəxslər kimi həmin dövrün qanunvericiliyinə uyğun olaraq qeyd olunan üç nəfər göstərilmişdir. 3/6 hissədə vəsiyyətnamə üzrə, digər iki vərəslərin hər birinə 1/6 hissədə paylar verilmişdir. Konstutsiya Məhkəməsinin son qərarı ilə vərəsəliyə yanaşma dəyişmişdir. Notarius həmin dövrdə Amilin ərizəsini susma məsələsi ilə bağlı işə əlavə etmişdir. Həmin dövrün Qanunvericiliynə görə mirasın qəbulu ilə bağlı hər hansı bir addım atmamış və icra nümayəndəsinin arayışında da göstərilməmişdir. Onun ərizəsini susması, mirası qəbul etmək istəməməsi, vərəsəliyi qəbul etməməsi kimi qəbul etmişdir. Notarius kimi həmin ərizəyə mirasdan imtina kimi baxır. Onun tərəfindən verilmiş qanun və vəsiyyət üzrə vərəsəlik şəhadətnamələri əsaslıdır, tam olaraq Qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Belə ki, vərəsəlik üzrə vətandaşları o, şəxsən qəbul edir və araşdırma aparır. Belə ki, vərəsəlik işlərində mübahisə olur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X56 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, X31 məxsus torpaq sahəsinin əvvəllər kimə məxsus olması Milli Arxiv İdarəsinin Şəmkir rayon Filialında qeydiyyatı ola bilər, onlarda torpaq sahəsinə dair qeydiyyat olmur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra onlar reyestrdə qeydiyyatlarını aparırlar. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X53 verdiyi izahatında göstərdi ki, X69 2017-ci ildə vəfat etmişdir. O anası vəfat edərkən Rusiyada yaşamış və xəstəxanda olduğu üçün anasının yas mərasimində iştirak edə bilməmişdir. Mərhum anasının il mərasimində gəlmişdir. O, təxminən 10-12 il olar ki, Rusiya federasiyasında yaşamış, daim Rusiyaya gedib-gəlmiş, lakin Azərbaycan Respublikasında ailə qurmuş, hazırda ayrılmış və iki uşağı vardır. Ailəsi həmin kənddə yaşıyır. Onların özlərinin evləri var. Uşaqlarının yaşadığı torpaq sahələrinin biri Şahinin, digəri Familin adınadır. Onun 1992-ci ildə Şahinnən arasında razılaşma olmuş yerləşməklə bağlı. O da Şahinin adına olan torpağa gedib ev tikdirdirmişdir. Qardaşı Azər 2017-ci ildə vəfat edərkən o Rusiyadan gəlmişdir. O, Azərbaycana hər gəldikdə anasından miras qalmış evdə qalır. 2020-ci ildə göndərdiyi ərizədə nə yazdığını xatırlıyır, həmin ərizədə öz mülkünü istəmiş və öz payını qardaşı Familə vermişdir. Azərbaycan Respublikasına gələndən anasından qalan evdə Familin yanında yaşayır. Onun qardaşı Şahinin adına olan torpaqda tikilmiş evdə onun ailəsi yaşayır. O, vərəsəlikdən imtina etməmiş və vərəsəlikdən pay istəyir. Sonuncu dəfə bir aydır Azərbaycan Respublikasına gəlmişdir. Gəldiyi vaxtdan qardaşı Famillə ata yurdunda yaşayır. Mərhum X52 olduğu evin torpaq sahəsində yəqin ki, hasar olmuş və evin olduğu torpaq sahəsi Şahinlə Famil arasında bölünmüşdür. Rus dilini tam yaxşı bilmir, rusiyada notarilal ərizə tərtib edilərkən tək olmuşdur. Torpaq sahəsini atasının və ya anasının qardaşları Şahinlə Famil arasında bölməsini dəqiq bilmir. O gələndə hasarın olmadığını görmüşdür. Etibarnamə tərtib edilərkən orada nə yazıldığını bilmiş, lakin notariusun qarşısına çıxmamışdır. O həmin mirasdan ərizə göndərən vaxtı və hazırda da pay istəyir. Həm Şahin tərəfdən, həm də Famil tərəfdən pay istəyir. Onun Rusiyaya ilk dəfə nə vaxt getməsi yadında deyil, anası rəhmətə gedəndən sonra o gəlmişdir. Hazırda miras əmlakdan öz payını istəyir. Məhkəmə iclasında üçüncü şəxs X29 verdiyi izahatında göstərdi ki, X88 soğlu onun əri olmuş və 2014-cü ildə vəfat etmişdir. Mərhum əri X22 Gəncə şəhərində və kənddə yerləşən ev miras qalmışdır. Həmin əmlaka o, iki oğlu vərəsə tanınmış və o özü qanun üzrə vərəsəlik şəhadətnaməsini almışdır. Hazırda hər üçü əri Azərdən qalan evdə yaşayırlar. Oğlu Xəyal və o həmin payı istəyirlər. Mərhum əri Azərin ata yurdunan qalan miras əmlakdan onları marağı var və onlar həmin payı istəyirlər. O həmin miras əmlakda 1993- 1994-cü illərdə yaşamışdır. X64 vəfat etdikdən sonra o, həmin evdə yaşamamış, əkin sahəsindən istifadə etməmişdir. Lakin, oğlu Xəyal əmisi Şahinlə 2017-ci ildən yaxın vaxtlara kimi Şükufədən miras qalmış çöl torpağından istifadə etmişdir və həmin torpağı əkib becərmişdirlər. Onların torpaq sahəsini əkmələri ilə bağlı subsidiya alıb-almamalarını bilmir. Onlar sahə torpaqlarını Şahinlə əkmişlər. Məhkəmə iclasında üçüncü şəxs X55 verdiyi izahatında göstərdi ki, qardaşı Xəyal İbrhaimovun iddiası ilə razıdır. Mərhum atası Azər İbrahimovdan iki ev miras qalmışdır. Həmin evin birində o anası ilə, digər evdə isə qardaşı yaşıyır. Atalarına çatacaq miras əmlakı istəyirlər. O, anası və qardaşı atası Azər İbrahimova düşəcək miras payı istəyirlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 vəsatəti əsasında dəvət edilmiş şahid X47 ifadəsində göstərdi ki, nənəsi Şükufə Bayramova öz evində qızı Cavabdeh4 ilə yaşamışdır. Daha sonra Laura öz evinə köçmüş və gəlibgetmişdir. Nənəsi Şükufə ölərkən Cavabdeh4 həmin evdə yaşamışdır. Nənəsi Şükufə ölməmişdən qabaq vəsiyyətnamə verməsindən xəbəri olmamışdır. Əmisi oğlu Xəyal və əmisi Azər əvvəllər ata yurdlarına gəlib getmişlər. Lakin sonradan nənəsi Şükufə yaxın qoymamış onlar ata yurdlarına gəlib getməmişlər. Rəhmətlik əmisi sağlığında nənəsi Şükufəyə bayramlarda bazarlıq etmiş və gətirib ona verərək bildirmişdir ki, “apar anam Şükufəyə ver məni yaxın qoymur” o isə aparıb nənəsi Şükufəyə vermişdir. Onların arasında olan problemin səbəbini o bilmir. Nənəsinin yasında İddiaçı da iştirak etmiş, lakin yasdan sonra gəlməmişdir. Nənəsi rəhmətə gedəndən sonra Famil remont işləri etdirmiş və hasar çəkdirmişdir. Nənəsi öləndən sonra Familin oğlu Abbas həmin məhləyə xurma ağacları və kartof əkmişdir. O, arada gəlib məhləyə baxmış və orada yaşamamışdır. Famil anası öləndən sonra həmin evə gəlib-getmişdir. Evdə təmir işləri 2022-ci ildə olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 vəsatəti əsasında dəvət edilmiş şahid X32 ifadəsində göstərdi ki, o, İddiaçı anası, Azər İbrahimovun isə arvadıdır. Onun əri 2014-cü ildə vəfat etmişdir. Onlar Gəncə şəhərində yaşayırlar. O Azər İbrahimovla 1991-ci ildə evlənmiş və cəmi 1 il qayınanası ilə birgə yaşamış, daha sonra 1993-cü ildə Gəncə şəhərinə köçmüşlər. Onlar ayrıldıqdan sonra qayınanası Şükufəyə məxsus evə gəlib-getmişlər. 2008-ci ildə qayınX69 xəstələnmiş və əri X2ra məxsus evə gətirmişdir. Təxminən 1 ay yarım qayınanasına o baxmış, lakin sonradan baldızı Cavabdeh4 gələrək anasına onun özünün baxacağını bildirərək onu aparmışdır. Onu apardıqdan sonra onlar qayınanası Şükufənin yanına gedib-gəlmişlər. Bir gün əri Azər İbrahimov gələrək onu anası evindən qovduqlarını bildirmişdir. O, bir neçə dəfə əri Azər İbrahimova qayınanasının yanına getmələri barədə dedikdə Azər ona getmək istəmədiyini, onu qovduqlarını bildirmişdir. 2010-cu ildən onlar qayınanası Şükufənin evinə getməmişlər. 2014-cü ildə isə əri Azər İbrahimov ölmüşdür. Əri öldükdən sonra onlar yalnız qayınansı Şükufə öldükdə onun yas mərasiminə getmişlər. Lakin yasdan sonra həmin evə getməmişlər. Əlavə olaraq bildirir ki, əri Azərlə qayınanası Şükufə arasında olan problemin nə olmasını bilməmişdir. Şükufə 2008-ci ildə ağrımış və insult keçirmiş və o, ona 1 ay baxmışdır. Ağrıyanda onun yerişində və danışığında bir az fərq olmuşdur. Şükufə Bayramova rahat yeməyini yeyə bilmiş, onlarla sərbəst söhbət etmiş və özü paltarını soyunub yerinə yata bilmişdir. O bir az ayağını çəkmiş və danışığında bir az nöqsan olmuşdur. O, sonradan Şükufəni görmədiyindən onun xəstəliyinin düzəlib-düzəlməməsini və xəstəliyinin nə olmasını bilmir. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X59 ifadəsində göstərdi ki, o, iş üzrə tərəfləri tanıyır, həmişə münasibətləri yaxşı olmuşdur, onlar arasında heç bir ədavət olmamışdır. O, mərhum X21 ünvan 4ində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyatyanı səhəsini, pay torpağını və əmanət kassasında olan pulunu oğlu Cavabdeh3 vəsiyyət etməsi barədə xx.xx.2009-cu il tarixdə Cavabdeh1 reyesterdə 2v-96 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin verilməsində iştirak etməsini yadına sala bilmir, həmçinin həmin vəsiyyətnamədə onun adının qarşısında olan imza onun imzasına oxşa sa da, o vəsiyyətnaməyə imza edib-etməməsini xatırlamır. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, X34 tanıyır, onunla uzun müddətdir çəpər qonşusu olmuşlar. Şükufə ona vəsiyyətnamə verməsini özü bildirmişdir. Şükufə ona kənddə evini oğlu Familə verdiyini bildirmişdir. Həmin vaxt Şükufa Bayrmaovanın əlində kağız olmamışdır. Vəsiyyətnaməni o imzalamış və oradakı imza onun imzasıdır. Lakin, onu harada imzalamasını və yanında kimlərin olmasını xatırlamır. O, nəyə qol çəkdiyini oxumamış və həmin sənədi heç kəs ona oxumamışdır. Hər il yay aylarında Rusiyaya gedib-gəlir. Şükufə Bayramova vəsiyyətnamə verəcəyini ona deyən zaman sadəcə ayağı axsamış, başqa bir narahatçılığı olmamış, o Şükufədə hər hasnı əqli problem olmasını görməmiş və eşitməmişdir. Şükufənin torpaq sahəsində Şahinin də evi vardır. O, Şükufənin Şahinin evinin olduğu torpaq sahəsini də Familə verdiyini bilməmişdir. Belə ki, həmin torpaq sahəsi ortadan bölünmüş və setka çəkilmişdir. Şükufə yarısını Şahinə vermiş, yarısı özündə qalmışdır. Elçin Rəhimovu tanıyır və onun qonşusudur. Elçinlə onun arasında hər hansı alqı-satqı olmamışdır. Notariusun sənədi yüksəkdən oxuması elan edilməmiş və onlar bir otaqda olmamışlar. Şükufənin Şahinin evinin olduğu torpağı Familə verdiyini bilmiş olsaydı bir qonşu kimi vəsiyyətnaməni imzalamazdı. Belə ki, Şahin neçə ildir orda ev tikmişdir. Onun vəsiyyətnamə tərtib edildikdən sonra polis şöbəsinə getməsi yadına gəlmir. Notariusa Elçin, Famil və Şüküfə ilə getməsini xatırlamır. Notarisuda olanda Elçinin yanında olub-olmamasını xatırlamır. Şükufə ona əmlakını Familə vermək istədiyini deyəndə onun ağlı üstündə olmuş və onun özü gəlib demişdir. Həmin vaxt Şükufə sadəcə axsamışdır. Amili də tanıyır, Amil anası rəhmətə gedəndən sonra qışda gələndə həmin miras qalmış evdə yaşamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi və müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.1964-cü il tarixli, AZ 457270 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X54 22 yanvar 1964-cü il tarixdə doğulmuşdur. X8, anası X35r. İş materiallarına əlavə edilmiş xx.xx.1992-ci il tarixli, XVİİ-JQ 315276 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. X11, anası X16r. İş materiallarına əlavə edilmiş xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X57 ilə X14 23 noyabr 1987-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Bayramova soyadı verilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.1997-ci il tarixli, XX-JQ 270985 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X55 10 yanvar 1995-ci il tarixdə doğulmuşdur. X11, anası X17r. İş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X14 25 fevral 1966-cı il tarixdə doğulmuşdur. X8, anası X35r. İş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X53 31 yanvar 1969-cu il tarixdə doğulmuşdur. X8, anası X36r. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X54 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X54 ilə X42 14 oktyabr 1991-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada İbrahimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0018 (KOD ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002-ci il tarixli, 06/15 saylı qərarı ilə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X21 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndi, Ağlavaşlı kəndində yerləşən 0.0390 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 7E-2149 reyestr nömrəli vəsiyyətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X6 rayonu Qasım İsmayılov kəndində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyətyanı sahəsini, pay torpağını və əmanət kassasında olan payını Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Cavabdeh3 vəsiyyət etmiş və digər vərəslərini vərəsəlik hüququndan azad etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon 1 saylı dövlət notariat ofisində 04 may 2009-cu il tarixdə 2V-96 reyestr nörməsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-1880, 1881, 1882, 1883 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə əsas olan sənədlərin toplandığı notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş - xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1970-ci ildə doğulmuşdur, X8, anası X35r. - xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1972-ci ildə doğulmuşdur, X8, anası X35r. - “Elektron notariat” X1 vasitəsilə “X20” AQİS-dən Çıxarışdan görünür ki, Cavabdeh5 xx.xx.1967-ci ildə doğulmuşdur, X8, anası X36r. - xx.xx.2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X39 04 aprel 1973-cü ildə ölmüşdür. - xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X45 07 may 2017-ci ildə ölmüşdür. - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi tam X21, tikili-Aİ, Aİİ Cavabdeh5 və tikili –A Cavabdeh3 mülkiyyətinə verilmişdir. - Cavabdeh3 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum X21 ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 3 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 5nə müraciət etmişdir. - Cavabdeh4 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum X21 ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 3 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 5nə müraciət etmişdir. - Cavabdeh5 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum X21 ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 3 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 5nə müraciət etmişdir. ünvan 5ndə xx.xx.2022-ci il tarixdə 2V-1880 nömrəli reyestrdə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 96 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş-X21 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 4i ünvanında qeydiyyatda olan Cavabdeh3dur. ünvan 5ndə xx.xx.2022-ci il tarixdə 2V-1881 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X21 vərəsəsi oğlu ünvan 6i ünvanında qeydiyyatda olan Cavabdeh3dur və o miras əmlakdan 3/6 hissədə pay almalıdır. ünvan 5ndə xx.xx.2022-ci il tarixdə 2V-1882 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X21 vərəsəsi qızı ünvan 4i ünvanında qeydiyyatda olan Cavabdeh4dır və o miras əmlakdan 1/6 hissədə pay almalıdır. ünvan 5ndə xx.xx.2022-ci il tarixdə 2V-1883 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X21 vərəsəsi oğlu Şəmkir rayonu Ağlavaşlı kəndi ünvanında qeydiyyatda olan Cavabdeh5dur və o miras əmlakdan 1/6 hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X21 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002-ci il tarixli, 06/15 saylı qərarı ilə tam mülkiyyət hüququ ilə JN-18 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsinin 18L saylı kontoruna 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən tikili –Aİ, Aİİ, torpaq sahəsi 1/6 Cavabdeh5, tikili-A, torpaq sahəsi 4/6 hissə Cavabdeh3 və torpaq sahəsi 1/6 hissə Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 adına tam mülkiyyət hüququ ilə 02 iyun 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.0733 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 18 avqust 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.0781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 12 avqust 2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 1.5650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 12 avqust 2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 (mülkiyyət payı yalnız 0.39 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə aiddir) və digər şəxslərin adlarına paylı mülkiyyət hüququ ilə 01 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli əmlaklar barəsində məlumatdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X21 adına JN-0018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi 0.47 ha olsa da, ayrılıqda 0.4280 ha və 0.0390 ha olmaqla iki müxtəlif ərazidə yerləşən torpaq sahələrindən ibarətdir. 0.0390 ha hissəyə X21 adına 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş X53 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, o, 06 may 2017-ci ildə vəfat etmiş X4 qalmış mirasın açılması ona məlumdur. Hazırki ərizə ilə onun tərəfindən mirasın qəbul edilmə müddətinin ötürüldüyünü, mirasın qəbulu üçün müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini, faktiki irsi mülkiyyətin idarəçiliyinə daxil olmadığını və vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh3 almasına etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X23 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, anası X21 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarına əlavə edilmiş 07 dekabr 2023-cü il tarixli, 4/1872-5/1642 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 121-ci vərəqində X21 adından olan 04 may 2009-cu il tarixli 2v-96 reyetsr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə “Şahidlər 1. ünvan 4ində yaşayan X59 pasport AZE 04202167 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” Qrafasından aşağı hissədə yerləşən “İMZA:” qrafasındakı imza-X59 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş 2(076)-1221/2023 saylı mülki işin materialının 121-ci səhifəsində olan xx.xx.2009-cu il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda reyestrdə 2v-96 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin 1-ci səhifədəki “İmza” sözünün önündəki qələmlə icra edilmiş “imza” və “Bayramova Ş.” Yazıları, “Şahidlər” qrafasındakı “1. ünvan 4ində yaşayan Rəhimov......... Sabir oğlu pasport AZE-04202167 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” Sözlərinin altındakı “İmza” sözünün önündəki imza, “2. ünvan 4ində yaşayan Şahid pasport AZE-03200450 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” sözlərinin altındakı “İmza” sözünün önündəki imza, 2-ci səhifəsindəki “Reyestrdə” sözlərinin önündəki “2v-96”, “7F-2149” yazıları və “Dövlət notariusu” sözlərinin önündəki imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X45 ilə X13 birgə nikahlarından Cavabdeh3, Cavabdeh5, X54, X53, Bayramova (İbrahimova) Sentaura Abbas qızı və Cavabdeh4 olmaqla altı uşaqları doğulmuşdur. X39 04 aprel 1973cü ildə vəfat etmişdir. X45 ilə X13 birgə nikahlarından olmuş övladları X54 xx.xx.2014-cü ildə vəfat etmişdir. X45 isə 07 may 2017-ci ildə vəfat etmişdir. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli mülklər, ünvan 2 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 miras qalmışdır. X48 xx.xx.2009-cu il tarixli, 7E-2149 reyestr nömrəli vəsiyyətnamə əsasında ona məxsus Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyətyanı sahəsini, pay torpağını və əmanət kassasında olan payını Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Cavabdeh3 vəsiyyət etmiş və digər vərəslərini vərəsəlik hüququndan azad etmişdir. Miras qoyan X21 hazırda Cavabdeh3, Cavabdeh5, X53, Cavabdeh4 və X23 adlı övladları həyatda yaşayır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət əmlaklarla bağlı miras qoyanın birinci növbə vərəsəsi X23 notarial qaydada təsdiqlənmiş ərizə verərək, anası X21 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Məhkəmə iclasında dindirilmiş iş üzrə tərəflərin, şahidlərin ifadələri və işin tədqiq edilmiş digər halları ilə müəyyən edilir ki, miras qoyan X45 07 may 2017-ci ildə vəfat edikdə ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi onun birinci növbə vərəsələri, oğulları X49, Cavabdeh5 və qızı Cavabdeh4 tərəfindən faktiki qəbul edilmiş, Şükufə Bayramovanın digər vərəsələri X53 və vəfat etmiş X37 vərəsələri İddiaçı, X55 və X29 ondan qalmış mirası faktiki idarə etməklə qəbul etməsələr də, həmin mirası qəbul etməkdən imtina etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətdə qəbul edildiyindən qeyd olunan iddia tələbləri üzrə mübahisələrə tətbiq edilməlidir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlara əsasən həmçinin müəyyən edilir ki, Cavabdeh3, X50 və Cavabdeh4 mərhum anaları X15 qalmış ünvan 10 ünvanında yerləşən miras qalmış 0.39 ha torpaq sahəsinə münasibətdə mirası vəsiyyətnamə və qanun üzrə vərəsə olaraq Cavabdeh3, yalnız qanun üzrə vərəsə olaraq Cavabdeh5 və Cavabdeh4 qəbul etməklərini bildirməklə 2022-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X21 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən miras qalmış 0.39 ha torpaq sahəsinə dair Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1880 nömrəli, Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1881 nömrəli, Cavabdeh4 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1882 nömrəli və Cavabdeh5 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1883 nömrəli şəhadətnamələr əldə etmişlər və həmin şəhadətnamələr əsasında miras əmlakla bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququ əldə etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələr verilərkən həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin tələbləri eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Lakin ünvan 5nin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1881, 2V- 1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən vərəsələrin dairəsini və digər vərəsələrin miras əmlakı faktiki surətdə qəbul etməsinə və mirasdan imtina etməmələrinə diqqət yetirməmiş, mirası qəbul etmiş vərəsələrə məlumat verməmiş, miras kütləsinə daxil olan Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibət bildirməmiş, nəticədə sözügedən şəhadətnamələr verilmişdir ki, həmin şəhadətnamələr də etibarsızdır. Məhkəmə, mülki iş üzrə iddiaçıların mirasın üçüncü şəxs X53 tərəfindən qəbul edilməsindən imtina edilməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, üçüncü şəxs X53 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə miras açıldıqdan beş il sonra verilmiş və həmin ərizədə Amil İbrahimov 06 may 2017-ci ildə vəfat etmiş X4 qalmış mirasın onun tərəfindən qəbul edilmə müddətinin ötürüldüyünü, mirasın qəbulu üçün müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini, faktiki irsi mülkiyyətin idarəçiliyinə daxil olmadığını və vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh3 almasına etirazı olmadığını bildirmiş olsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi o, mərhum X4 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməkdən imtina etmədiyindən mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (1180.1). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (1180.2). Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Məhkəmə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 iddia tələblərinin X21 adından xx.xx.2009-cu il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri həmin hissədə əsassızdır. Belə ki, hər iki iddia tələbində, eyni zamanda iddia ərizəsində X64nın adından 2009-cu il tarixdə tərtib olunmuş vəsiyyətnamənin saxta yollarla tərtib olunduğunu, Şükufə Bayramovanın təxminən 70 yaşından sonra psixi pozuntusu olduğunu, onun öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığını, etdiyi hərəkətlərin mənasını anlamadığını, mülki iş materiallarında olan ekspertiza rəyinin həqiqəti əks etdirmədiyini, tədqiqat obyekti ilə təqdim edilmiş imza nümunələri arasında böyük müddət (14 il) fərqi mövcud olduğunu, vəsiyyətnamə qoyulan zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğunu əsas gətirərək vəsiyyətnamənin etibarsız olduğunu qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə həmin vəsiyyətnamədən və şahid ifadələrindən görünür ki, vəsiyyətnamə X21 özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuş, məkhəmə iclasında vəsiyyətnaməni şahid qismində imzalamış şəxslər dindirilmiş və onlar vəsiyətnaməyə imza etdiklərini bildirmiş, həmçinin iş üzrə ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin Şükufə Bayramovanın vəsiyyətnamə verərkən öz hərəkətlərini qavrayan şəxs olmasını, ruhi və ya psixi xəstəliyinin olmamasını bildirmişlər. Bu hallar onu deməyə əsas verir ki, vəsiyyətnamə Şükufə Bayramovanın və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş, vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş 04 may 2009-cu il tarixli vəsiyyətnamənin məzmunundan görünür ki, həmin vəsiyyətnamə tərtib edilərkən vəsiyyət edən anlaqlı olmuş, vəsiyyətnamənin məzmunu və forması mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, vəsiyyət edənin iradəsi ilə iradə ifadəsi bir-birinə uyğun olmuşdur. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X59 vəsiyyətnaməni imzalayıb-imzalamadığını xatırlamadığını bildirmiş olsa da, 07 dekabr 2023-cü il tarixli, 4/1872-5/1642 nömrəli ekspert rəyi ilə Şükufə Bayramova tərəfindən verilmiş 04 may 2009cu il tarixli vəsiyyətnamədə olan imzanın hal şahidi X59 tərəfindən imzalandığını müəyyən edilmişdir. Həmçinin, vəsiyyətnamə tərtib edilərkən hal şahidi kimi iştirak etmiş Şahid məhkəmə iclasında Şükufə Bayramovanın özünün ona kəntdə olan evini oğlu Cavabdeh3 vəsiyyət etmək istədiyini bildirdiyini, ona görə də vəsiyyətnaməyə imza etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 7E-2149 reyestr nömrəli vəsiyyətnamənin məzmunundan da X24 Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyətyanı sahəsini, pay torpağını və əmanət kassasında olan payını Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Cavabdeh3 vəsiyyət etdiyi və digər vərələrini vərəsəlik hüququndan azad etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 04 may 2009-cu il tarixli vəsiyyətnamə bir tərəfli əqd kimi qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən və həmin əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən, iddia tələbinin qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair hissəsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, 17 may 2017-ci ildə ölmüş mərhum X21 vərəsələrindən oğlu X54 anasından əvvəl, yəni 27 fevral 2014-cü ildə öldüyündən Şükufə Bayramovadan qalmış mirasdan birinci növbə vərəsəsi olaraq pay almaq hüququ Azər İbrahimovun birinci növbə vərəsələri olan İddiaçı, X40 və X3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə həmçinin İddiaçı iddai tələbinin miras payının üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan məhkəmə qeyd edir ki, miras əmlak mirasın açıldığı gündən qanunvericiliyin tələbinə uyğun vərəsənin mülkiyyəti hesab edildiyindən həmin halın yenidən məhkəmə qətanməsi ilə müəyyən edilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, İddiaçı və müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 5nin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1881, 2V- 1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka dair Cavabdeh3, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 10 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan çıxarış miras əmlaka münasibətdə ləğv edilməli, X19 miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, X28 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum X37 1/10 (onda bir) hissədə payları müəyyən edilməlidir. Həmçinin, X19 miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras açılanadək ölmüş birinci növbə vərəsəsi mərhum X43 çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X26 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X9 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində payları müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbləri digər hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onlar tərəfindən tələb edilmədiyindən iddiaçıların özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X12 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddiası qismən təmin edilsin. ünvan 5nin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880, 2V- 1881, 2V-1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 10 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan çıxarış miras əmlaka münasibətdə ləğv edilsin. X19 miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, X28 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum X37 1/10 (onda bir) hissədə payları müəyyən edilsin. X19 miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X43 çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X26 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X9 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində payları müəyyən edilsin. İddiaçı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X12 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbləri digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar