Məhkəmə qərarları › İş №2(076)-583/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-583/2024

28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-583/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq” ASC–nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “işiq sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, cavabdehə olan 1451,46 manat məbləğində cərimə borcunun hesabından silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında X1 edir və sərf olunan elektrik enerjisinin sərfiyyat xərcini elektrik xəttinə quraşdırılmış sayğacın hesablaması üzrə mütəmadi olaraq ödəmişdır. Cavabdehin, əməkdaşlarının 2023-cü ilin yanvar ayının 13-də istifadə etdiyi elektrik enerjisinin sərfiyyatını və X1 qaydalarının yoxlanılması zamanı məlum olmuşdur ki, abonentin sayğac sistemindən kənar xətdən istifadə etməsinin müəyyən edilməsi, həmin tarixli R 279298 nömrəli aktda qeyd edilmişdir. Həmçinin, 2023cü ilin yanvar ayının 14-də istifadə etdiyi elektrik enerjisinin sərfiyyatını və X1 qaydalarının yoxlanılması zamanı məlum olmuşdur ki, abonentin sayğac sisteminsən kənar xətdən istifadə etməsinin müəyyən edilməsi, həmin tarixli R 279297 nömrəli aktda qeyd edilmişdir. Nəticədə elektrik enerjisindən sayğacdan kənar istifadə etməyinə görə ona 1451,46 (bir min dörd yüz əlli bir) manat 46 qəpik məbləğində əlavə ödəniş sənədi hazırlanmışdır. Ancaq, qeyd olunan aktın məzmunu ona izah edilmədən imza etməyini təklif edilmiş, onun 2-ci Qarabağ müharibəsinin veteranı olan oğlu olmasına görə barədə sayğacdan kənar enerjidən faktiki olaraq qısa müddətdə istfadə etməyinə görə təyin edilmiş cərimənin ləğv ediləcəyi bildirilmişdir. Deməli, cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Həmçinin, insanlar üçün müəyyən edilmiş yaşayış minimumu göstərdiyi əsassız cərimənin tətbiqi zamanı nəzərə alınmamışdır. Barəsində tətbiq edilmiş cərimənin isə artıq 70 manatı ondan çıxılmışdır. Qeyd olunları nəzərə alaraq cavabdehə olan 1451,46 manat məbləğində cərimə borcunun hesabından silinməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Morul kəndində yaşayır. xx.xx.2023–cü ildən istifadəsində olan elektrik sayğacının baxış keçirilmişdir, kənar xətt aşkar olunmuşdur. Həmin gündə akt tərtib olunmuşdur. Sonra da, xx.xx.2023-cü ildə cavabdehin nümayəndəsi yenidən baxış keçirmiş, baxış zamanı kənar xətt aşkar olunmuşdur. Həmin akt əsasında ona 1451,46 manat cərimə hesablanmışdır. Odur ki, cavabdehə olan 1451,46 manat məbləğində cərimə borcunun hesabından silinməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X4 məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (bundan sonra "xxxx" ASC) " Cavabdehə olan 1451.46 (bir min dörd yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində cərimə borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və bu səbəbdən də rədd olunmalıdır. Belə ki, iş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, 13 yanvar 2023-cü il tarixdə "xxxx" ASC X8 Təchizatı və Satışı İdarəsinin bundan sonra Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X3 əməkdaşları tərəfindən "xxxx" ASC-nin satış informasiya proqram bazasında **********9 saylı istehlakçı kodu ilə "əhali" qrupuna daxil olan İddiaçı fərdi yaşayış evi üçün onun istifadəsində, balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmış sayğac uçot dəstinə iddiaçının özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı "abonent birbaşa kənar xətdən istifadə edir" qüsuru faktı aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlar tərəfindən iddiaçı barəsində "X1 Qaydaları"nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq 13 yanvar 2023-cü il taiixli, Akt R № 279298 saylı akt tərtib edilmişdir. Əməkdaşlar tərəfindən sayğac uçot dəstinə baxış keçirilən zaman xüsusi cihazı olan ampermaşa vasitəsilə sayğacdan kənar xəttən keçən yük ölçülmüş müəyyən edilmişdir ki, P1 = 0,6 (sıfır tam onda altı) kvts olmuşdur. Sayğac uçot dəstinə əməkdaşlarının tərəfindən baxış keçirilən zaman mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Həmin videoçəkilişdən də aşkar olunmuş enerji pozuntuları aydın görünür. Tərtib olunmuş sözügedən akta əməkdaşlarının imza etməsinə baxmayaraq iddiaçı heç bir esaslı səbəb göstərmədən akta imza etməkdən imtina etmişdir. İddiaçı barəsində "EEİQ"-nın tələbinə uyğun olaraq tərtib olunmuş həmin aktin nəticə hissəsində "Qüsur aradan qaldırılsın, hesablanmış məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın" tələbi qoyulmuşdur. İddiaçı barəsində "EEİQ"-nın pozulmasına dair tərtib olunmuş həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində dəyəri 605.41 (altı yüz beş manat qırx bir qəpik) manat təşkil edən 60 gün üçün 4657 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş "EEİQ"-nın tələbinə uyğun tərtib olunmuş AKT R № 279297 nömrəli, 14 yanvar 2023-cü il tarixli aktın surətindən görünür ki, həmin gün enerjitəchizatı müəssisəisinin əməkdaşlarının tərəfindən İddiaçı fərdi yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə iddiaçının iştirakı ilə baxış keçirilən zaman abonentin qanunsuz olaraq şəbəkəyə qoşulmaqla "abonent sayğacın giriş xəttini zədələyərək kənar xətdən istifadə edir" qüsuru faktı aşkar edilmişdir. Xüsusi ölçmə cihazı olan Ampermaşa vasitəsi ilə istifadə edilən güc ölçülən P= 0,6 (sıfır tam onda altı) kvts olmuşdur. Ona görə də sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularına dair əməkdaşlarının tərəfindən "EEİQ"-nın tələbinə uyğun olaraq AKT R № 279297 nömrəli akt tərtib olunmuşdur. Toplanılmış sənədlərə əlavə edilmiş "xxxx" ASC-nin "Qərb" RETSİ-nin Akt Komissiyasının sədrinin İcra Vərəqinin surətindən görünür ki, iddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R № 279297 saylı akt baxış aktı hesab olunmuş və icra vərəqinin «Qeyd" hissəsindən göründüyü kimi “eyni qüsura görə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş 279298 saylı akt üzrə hesabat aparılmışdır" qeydiyyatı aparılmışdır. Nəticədə sözügedən akta əsasən Aktlar üzrə Komissiya tərəfindən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, hər iki sözügedən akt iddiaçının iştirakı ilə tərtib olunmuşdur. İddiaçı özü də məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, "Ancaq qeyd olunan aktların məzmunu ona izah edilmədən imza etməyini təklif edilmiş, onun 2-ci Qarabağ müharibəsinin veteranı olan oğlu olmasına görə barədində sayğacdan kənar enerjidən faktiki olaraq qısa müddətdə istifadə etməyinə görə təyin edilmiş cərimənin ləğv ediləcəyi bildirilmişdir". Göründüyü kimi iddiaçı özü də etiraf edir ki, akt onun yanında tərtib olunmuş və imza edilməsi üçün ona təqdim olunmuşdur. Lakin aktın məzmunu ona izah edimədiyi üçün akta imza etməmişdir. Beləliklə, iş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, enerjitəchizatı müəssisəsinin əməkdaşlarının tərəfindən iddiaçı barəsində "EEİQ"-nın tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, AKT R № 279298 saylı akta əsasən itirilmiş enerjinin bərpası məqsədi ilə Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya dəyəri 605.41 (altı yüz beş manat qırx bir qəpik) manat təşkil edən 60 gün üçün 4657 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı haqqında "EEİQ"-nın tələbinə uyğun olaraq aşkar edilmiş enderji pozuntuları ilə bağlı tərtb edilmiş xx.xx.2023- cü il tarixli, Akt R No 279297 nömrəli akt baxış aktı hesab olunmuş və icra vərəqinin “Qeyd" hissəsindən göründüyü kimi “eyni qüsura görə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş 279298 saylı akt üzrə hesabat aparılmışdır" qeydiyyatı aparılmışdır. Nəticədə sözügedən akta əsasən Aktlar üzrə Komissiya tərəfindən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmamışdır. Bütün bu göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia ərizəsində "elektrik enerjisindən sayğacdan kənar istifadə etməyinə görə ona 1451,46 (bir min dörd yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində əlavə ödəniş ödəməsi" barədə göstərdikləri iş üzrə toplanılmış sənədlərlə təsdiq olunmadığı üçün rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü ildə olan 279297 nömrəli aktdan görünür ki, Şəmkir rayon Sərxan kənd sakini İddiaçı adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent sayğacın giriş xəttini zədələyərək kənar xətt istifadə edir. İstifadə edilən güc 0.6 kvt/saat qeyd edilmişdir. Tələb qrafasında “qüsur aradan qaldırılsın. Hesablanmış məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın” qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü ildə olan 279298 nömrəli aktdan görünür ki, Şəmkir rayon Sərxan kəndi sakini İddiaçı adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent birbaşa kənar xəttdən istifadə edilməsi aşkar olunmuşdur. İstifadə edilən güc 0.6 kvt/saat-dır. Tələb qrafasında “qüsur aradan qaldırılsın, hesablanmış məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın" olunmuşdur. İşdə olan reyestrdən görünür ki, 279297 nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı 605,41 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, kənar xətt aşkar olunmuş, eyni qüsüra görə 13.01.23 tarixdə tərtib olunmuş, 279298 saylı akt üzrə hesabat verilmişdir. İşdə olan 382438 nömrəli “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” protokolda qeyd edilmişdir ki, 279287 akta əsasən abonent evinə məxsus sayğacın kənar xətti ləğv olunmuş, sayğac yenidən möhürlənmiş, 279298 nömrəli akta əsasən iki akt bir abonentə məxsusdur. İşdə olan xx.xx.2020-ci ildə olan 202401 nömrəli aktdan görünür ki, Şəmkir rayon Sərxan kəndi sakini İddiaçı adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent birbaşa kənar xəttdən istifadə edir. Tələb qrafasında kənar xəttin ləğv olunması və hesablanmış məbləğin ödənilməsi, əks halda şəbəkədən ayrılması qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, kənar xətt aşkar olunmuşdur və ona görə 55,44 manat cərimə hesablanmışdır. Qeyd edilmişdir ki, abonentə xx.xx.2020-ci il tarixdə 202202 saylı akt tərtib edilmişdir. İşdə olan xx.xx.2020-ci ildə olan 202401 nömrəli aktdan görünür ki, Şəmkir rayon Sərxan kəndi sakini İddiaçı adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonet sayğacın giriş xəttini zədəliyərək, bir başa kənar xətt çəkmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki abonet sayğacın giriş xəttini zədələyərək, bir başa kənər xətt çəkmişdir və ona görə 473,97 manat cərimə hesablanmışdır. Qeyd edilmişdir ki, abonentə xx.xx.2020-ci il tarixdə 202202 saylı akt tərtib edilmişdir. İşdə olan xx.xx.2020-ci ildə olan 202202 nömrəli aktdan görünür ki, Şəmkir rayon Sərxan kəndi sakini İddiaçı adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent sayğacın giriş xəttini zədələyərək bir başa xətt çəkmişdir. Tələb qrafasında kənar xətt ləğv olunması və hesablanmış məbləği ödənilməsi, əks halda şəbəkədən ayrılması qeyd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, sayğacın giriş xəttini zədələyərək bir başa xətt çəkmişdir və ona görə 473,97 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci ildə olan 267787 nömrəli aktdan görünür ki, İddiaçı adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent birbaşa kənar xəttdən istifadə edir. Tələb qrafasında qeyd edilmişdir ki, kənar xətt ləğv olunsun və hesablanmış məbləği ödənilsin. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, kənar xətt aşkar olunmuşdur və ona görə 389,96 manat cərimə hesablanmışdır. Baxış iclasında iştirak edən şahid X5 öz izahatında bildirmişdir ki, o "xxxx" əməkdaşıdır. O 3-4 dəfə İddiaçı adına olan sayğaca baxış keçirmişdir. Həmin baxışlarda məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir. Həmin fakt əsasında fərqli tarixlərdə bir neçə akt tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonunda yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində öz adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2020-ci il tarixində, xx.xx.2020-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2024-cü il tarixində və xx.xx.2024cü il tarixində yoxlama zamanı "xxxx" ASC–nin əməkdaşları sayğaca baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir. Görünür ki, qeyd edilən tarixlərdə hər baxışdan sonra elektrik xətti bərpa edilmiş, bunda sonra İddiaçı özü sayğaca müdaxilə etmişdir və adına olan sayğacdan kənar dövriyyə yaratmışdır. Bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Həmçinin, həmin 5 akt əsasında abonentə cəmi 1524,78 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 9.4–cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin, tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müsəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müsəssisəsinə məlumat verməlidir. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca dəfələrlə müdaxilə etmiş, həmin halı həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı verdiyi izahatında etiraf etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, abonentə tərtib edilmiş birinci akt zamanı tətbiq edilmiş sanksiya (cərimə) şəxsin eyni əməli təkrar etməsinin qarşısını almamış, əksinə həmin aktdan sonra dəfələrlə (3 dəfə) kənar xətt qoşulmasını təkrarlamışdır. Hazırki halda qeyd edilmiş aktlar əsasında hesablanmış borcun qismən silinməsi halında belə iddiaçını kənar xətt qoşulması halını təkrarlamaqdan çəkindirməyəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş CD diskə məhkəmə tərəfindən baxış keçirilmiş və həqiqətən iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmuşdur. Bundan başqa iddiaçı artıq cərimə hesablanmasını iddia etsə də, işdə olan arayışdan görünür ki, İddiaçı adına hesablanmış cərimə borcu 5 akt üzrə cəmi 1524,78 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 1524,78 manat cərimə hesablanmışdır. Bununla da, iddiaçıya cərimə hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin cərimənin silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar