Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-585/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən ona 2012-2013-cü ildə Azərenerji ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 1494,63 manat borcun onun ********** istehlakçı kodundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Qədimqala kəndində yaşayır. Həmin kənddə ona məxsus yeməkxanası var. Həmin yeməkxanaya məxsus sayğaca təxminən 2012- 2013-cü illərdə "Azərenerji” ASC-nin əməkdaşları tərəfindən sərf etdiyi elektrik enerjisinin sərfiyyatı ilə bağlı nəzarətçi tərəfindən çek verilərkən, həmin çekdə istifadə etdiyi enerji sərfiyyatının məbləğindən artıq olaraq 1494,63 manat əlavə pul hesablanmasını gördü. Bu haqqda nəzarətçidən soruşarkən nəzarətçi həmin məbləğin niyə və hardan yazılmasını bilmədiyini bildirmişdir. Sonra o nəzarətçidən bu haqda dəfələrlə soruşsa da o ona bu haqqda məlumat verməmişdir. Daha sonra o məcbur qalıb Azǝeneji ASC-dən bu haqqda məlumat almaq istəsə də qeyd olunan məsələ ilə bağlı ona heç bir məlumat verilməmiş və ona əsassız yazılmış 1494,63 manat həmin gündən bu günədək tələb edilməmişdir. Həmin tarixdən bu günədək əssasız hesablanmış həmin məbləğ onun hesabında qalmışdır. O istehlakçı olaraq sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəmişdir. Lakin 1494,63 manat borcun hardan yaranmasını hələ də bilmir. Bu haqda Cavabdeh- yə şifahi məlumat versə də onlar ona dolğun bir cavab verməmişlər, həmçinin həmin məbləğ hesabından silinməmişdir. Bu yaxınlarda Cavabdeh-nin əməkdaşları tərəfindən ona sayğacın dəyişdiriləcəyi və sayğacı dəyişdirilsə də həmin məbləğin yenə də hesabında qalacağı bildirildi. O da yenə də qanunsuz və əsassız hesablanmış 1494,63 manat borcun onun hesabına haradan hesablanmasını soruşsa da yenə də ona cavab verə bilməmişlər. Odur ki, əsassız hesablanmış pulun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən ona 2012-2013-cü ildə Azərenerji ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 1494,63 manat borcun onun ********** istehlakçı kodundan silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 dəqiqləşdirmə ərizəsəini təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində istehlakçı kodu texniki səhf göstərilmişdir. Onun istehlakçı kodu **********4 deyil **********0-dur. Əlavə olaraq bildirdi ki, İddiaçı abonent hesabında mövcud borc barədə 2023-cü il tarixdə məlumatı olmuşdur. Odur ki, ərizənin nəzərə alaraq və "xxxx" ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 1494,63 manat borcun onun **********0 istehlakçı kodundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək öz izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, həqiqətən də iddiaçının xx.xx.2015-ci il tarixə 1494.63 manat məbləğində ödənilməmiş borcu vardır. Həmin borc onun **********0 saylı istehlakçı koduna işlənmişdir. Həmin borcun hansı əsasla yaranması "xxxx" ASC olaraq onlar da aydınlıq gətirə bilməmişlər. Sadəcə saldodan göründüyü kimi borc akt əsasında yazılmış borcdur. Lakin bununla yanaşı iş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, iddaçı İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "Mənə 2012-2013-cü illərdə "xxxx"ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 1494.63 manat borcun mənim **********4 istehlakçı kodumdan silinməsi" tələbinə dair iddia tələbi ilə əlaqədar məhkəməyə gec müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Ona görə də İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "mənə 2012-2013-cü illərdə "xxxx"ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 1494,63 manat borcun mənim **********4 saylı istehlakçı kodumdan silinməsi" tələbinə dair 2(076)-3936/2023 saylı iş saylı mülki işə iddia müddətinin tətbiq edilməsini və bu barədə Məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Abunə Haqqında görünür ki, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən abonentə xx.xx.2015-ci il tarixli akt əsasında 1494,63 manat borc hesablanmışdır. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17– ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına olan abonent hesabına "xxxx" ASC tərəfindən 1494,63 manat borc yazılmışdır. Lakin məhkəmə iclasında qeyd edilən borcun hansı əsasla yazılması müəyyən edilməmişdir. Belə ki, iddiaçı qeyd edilən borcun mövcudluğu barədə ona bildiriş və ya hər hansı akt verilmədiyindən borcun hansı əsasla yazılması barədə məlumatı olmadığını bildirmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında 2015-ci il tarixdə akt əsasında yazıldğını qeyd etsə də borcla bağlı cavabdeh təşkilatda hər hansı sənəd (akt və ya tərəfə bildiriş) aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının hesabına akt əsasında borc yazılmasını iddia etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etsə də, borca dair bildirişin, eyni zamanda aktın iddiaçıya təqdim edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı izahatında borc barədə 2023-cü il tarixdə məlumatı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki mübahisə ilə bağlı akt tərtib olunarkən iddiaçının aktın tərtibində iştirakı, eyni zamanda iddiaçıya hər hansı bildirişin verilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən iddia müddətinin axımının məhz akt tərtib olunmasından, yəni 2015-ci il tarixdən başlanması şübhə doğurur. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 1494,63 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən abonent İddiaçı (abonent kodu **********0) hesablanmış 1494,63 (bir min dörd yüz doxsan dörd manat altmış üç qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-585/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-585/2024
28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver