Məhkəmə qərarları › İş №2(076)-590/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-590/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-590/2023 22.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-0077 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o hazırda Şəmkir rayonu Düyərli kəndində yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onun və digər ailə üzvləri olan X6, X2, X3 və X7 ümumi birgə mülkiyyətinə 0.97 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0077 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun soyadı yanlış olaraq "Cəfərov" və "oğlu" sözü yanlış olaraq "qızı" kimi göstərilmişdir. Ancaq onun bütün sənədlərində soyadı, adı və atasının adı Ərizəçi qeyd edilmişdir. Onun adında yanlışlıq olduğundan mülkiyyətimdə olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Eynur onun oğludur. O Torpağın ona aid olmasını və dövlət aktında adında səhv olmasını təsdiq edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 Vahid Fazil oğlu ilə eyni məzmunlu ifadə verərək dediklərini təsdiq edilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-0077 KOD 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın surətindən görünür ki, Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X11, X4, X8, X12, X9 0.97 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir RİHB Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, JN-0077 KOD 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nda mülkiyyətçilər X11, X4, X8, Ərizəçi, X10r. JN-0077 KOD 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nda Ərizəçi soyadı yanlış olaraq "Cəfərov" və "oğlu" sözü yanlış olaraq "qızı" kimi göstərilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 0.97 ha torpaq sahəsi ümumibirgə mülkiyyətdədir və həmin torpaq sahəsinə dair JN-0077 KOD 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X11, X4, X8, Ərizəçi, X9 0.97 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0077 KOD 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçinin soyadı yanlış olaraq "Cəfərov" və "oğlu" sözü yanlış olaraq "qızı" kimi yazılmışdır. Hazırda ərizəçi dövlət aktında ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə və dövlət qeydiyyatına aldıra bilmir. Həmin sənədin “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş Şəmkir rayon AİK artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçilər olması nəzərə alınaraq, JN-0077 KOD 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar