Məhkəmə qərarları › İş №2(076)-591/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-591/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-591/2024 23.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr” Publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi dair” ərizə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr” Publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsi) ərizə ilə məhkəməyə müraciət edərək, JN-1027 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona, yeni Ərizəçi məxsus olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizənin aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinə məxsus şəxsiyyət vəsiqələri nəzərdən keçirilərkən müəyyən edildi ki, Ərizəçi Bakı şəhəri, Xətai Rayonu, X1, ev 7, mənzil 55 qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin qeydiyyat ünvanı Bakı Şəhəri, Xətai Rayonu, X1, ev 7, mənzil 55 olduğundan, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri, Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq ərizəçinin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri, Xətai rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35, 44-45, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr” Publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi dair” ərizəsi barədə mülki iş baxılması üçün Bakı şəhər, Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar