Məhkəmə qərarları › İş №2(076)-595/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-595/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-595/2024 29.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-455A kod 50401004 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı qərarı ilə Şəmkir rayonu Yeni Posanlı kəndinin ərazisindən 0.05 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-455A KOD 50401004 saylı Şəhadətamə verilmişdir. O qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən bildirilmişdir ki, Şəhadətnamədə onun adı "Elvin" kimi qeyd olunub. Qeyd olunan səhvin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq müraciət etmiş, onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq JN-455A kod 50401004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat verərək JN-455A, kod 50401004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-455A nömrəli, 50401004 kodu olan, Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X4 Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarı əsasında Şəmkir rayon, Yeni Posanlı kəndində yerləşən 0.05 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən X8 verilmiş arayışdan görünür ki, Ərizəçi ailə tərkibi atası X10 (vəfat edib), anası X2 (vəfat edib), bacısı X5, bacısı X6, bacısı X1 ibarətdir. İş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3002 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə doğulmuşdur. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli 3-21-3-40/2-İ-0171-35/23 nömrəli X3 nümayəndəsi X9 müraciətinə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş JN-189, kod-50401004 saylı “Şəhadətnamə”də qeyd olunan ad və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarnda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-455A KOD 50401004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı müvafiq olaraq “X17” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X11” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-455A KOD 50401004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-455A KOD 50401004 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-455A KOD 50401004 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar