Məhkəmə qərarları › İş №2(076)-611/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-611/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-611/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi Nümayəndə, maraqlı şəxslər X1 və X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi, X5, X9) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli 53 say qərarı ilə Şəmkir rayonun Sabirkənd kəndi ərazisində yerləşən 0.80 ha dövlət pay torpaq sahəsinə görə ərizəçi və onun ailə üzvləri adına tərtib olunmuş, JN 414 KOD 50400098 saylı torpağa mülkiyyət X14 aktını ərizəçiyə münasibətdə ona məxsus olması faktının müəyyən olunmasın dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində ona, ərizəçiyə və onun ailə üzvlərinə 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə ərizəçiyə və onun ailə üzvləri adına JN 414 KOD 50400098 saylı torpağa mülkiyyət X14 aktı tərtib olunmuşdur. Həmin dövlət aktında o ərizəçi, Ərizəçi ata adı “Məhəmməd” kimi qeyd olunmuşdur. Hazırda o və onun ailə üzvləri sənəddə qeyd olunmuş torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq istəyirlər. Lakin onun ata adında olan yanlışlıq həmin torpaq sahəsinə görə mülkiyyət hüququna dair Çıxarış almaqlarına mane olur. Bu səbəbdən da hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli 53 say qərarı ilə Şəmkir rayonun Sabirkənd kəndi ərazisində yerləşən 0.80 ha dövlət pay torpaq sahəsinə görə ərizəçi və onun ailə üzvləri adına tərtib olunmuş, JN 414 KOD 50400098 saylı torpağa mülkiyyət X14 aktını ərizəçiyə münasibətdə ona məxsus olması faktının müəyyən olunmasın dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və ərizəçinin nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər X5 və X9 ərizəçinin izahatında qeyd etdiyi xüsusatları təsdiqləyərək ərizəçinin ata adının səhvən “Məhəmməd” kimi, yəni qaynatasının adının qeyd edilməsini bildirmişlər. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan Şəmkir rayonu Sabirkənd kənd İƏD üzrə nümayəndəliyin 01 noyabr 2023-cü il tarixli aktından görünür ki, JN 414 KOD 50400098 Saylı Torpağa Mülkiyyət X14 Aktında mülkiyyətçilər X5, Ərizəçi Məhəmməd qızı, X10, X6, X9 qeyd edilmişdir. Çıxarışda Ərizəçi adı səhvən “Ərizəçi Məhəmməd qızı” kimi göstərilmişdir. Əslində isə Ərizəçi kimi olmalıdır. Bu ailədə Ərizəçi Məhəmməd qızı adlı şəxs yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu Sabirkənd kəndində yerləşən torpaq sahəsinin JN 414 KOD 50400098 saylı Torpağa Mülkiyyət X14 aktan səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan JN 414 KOD 50400098 Saylı Torpağa Mülkiyyət X14 Aktından görünür ki, X2, Ərizəçi Məhəmməd qızına, X7, X3, X8 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində 0.80 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Azərbaycan, Şəmkir ray, Sabirkənd kəndində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN 414 KOD 50400098 Saylı Torpağa Mülkiyyət X14 Aktında adı “Ərizəçi Məhəmməd qızı” kimi göstərilmişdir. Aktda göstərilən “Ərizəçi Məhəmməd qızı” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN 414 KOD 50400098 Saylı Torpağa Mülkiyyət X14 Aktında, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN 414 KOD 50400098 Saylı Torpağa Mülkiyyət X14 Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN 414 KOD 50400098 nömrəli “Torpağa Mülkiyyət X14 Akt”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar