Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-625/2025 20.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X2 Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 7257.60 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, qeyd olunan ünvanda yerləşən, əvvəl mərhum atası X3 məxsus olmuş, hazırda onun ailəsi ilə birlikdə yaşadıqları fərdi yaşayış evində mərhum atası ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış, mərhum atası İbad Atakişiyevin adına ödəmişlər. Əlavə olaraq bildirir ki, evlərində sərf etdikləri mavi qaza görə yaranmış borclarını ödəyə bilmədiklərinə görə təxminə on il bundan əvvəl evlərinə gələn qax zətti cavabdehin əməkdaşları tərəfindən bağlanmışdır. Ona görə evdə elektrik və balon qazından olan avadanlıqlarından istifadə etməklə enerjiyə olan tələbatı ödəmişlər. Təxminən 2022-ci ilin noyabr ayının 22-də cavabdehin əməkdaşları evə gələn qaz xəttinə kartla olan saygac quraşdırmışlar. Həmin sayğaca ödədiyi pul vəsaitini isə əvvəlki borca çıxılmasına görə evə gələn qaz yenə dayandığına görə kartla olan sayğacdan keçən qazdan istifadə edə bilməmişlər. Eyni zamanda elektrik enerjisindən də istifadə etməyi baha başa gəlməsinə görə evə sayğacdan kənar xətti 2022-ci ilin noyabr ayında çəkdirməklə 6 (altı) ay müddətində kənar xəttlə qoşulmuş qazdan istifadə etmişlər. Nəticədə xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları evdə təbii X7na riayət edilməsini yoxlayarkən rezin boru vasitəsi ilə yardımçı tikiliyə sayğacdan kənar qoşulmanı aşkar etdilər və xx.xx.2023-cü il tarixli Təbii X7nın pozulmasına dair ******* saylı akt tərtib edilmişdir. Mərhum atası İbad Atakişiyevin adına tərtib edilmiş təbii qazın sərfiyyatına dair saldodan məlum olur ki, 2023-cü ilin fevral ayı üçün adına 1550,20(bir min bes yüz əlli) manat cərimə qeyd edimiş, 2023-cü ilin mart ayında heç bir qaz sərfiyyatı olmamış, ancaq həmin ilin mart ayında da heç bir sərfiyyat olmamasına baxmayaraq 5702,40 (beş min yeddi yüz iki) manat əlavə cərimə qeyd edilmişdir. Həmin ilin sonunadək heç bir qaz sərfiyyatı olmamış və qeydiyyat yoxdur. Qeyd olunanlara əsasən göstərir ki, cəmisi 6 (altı) ay müddətində sayğacdan kənar qoşulmuş qaz xətti ilə təbii qazdan istifadə etməyə baxmayaraq atasının adına 1550,20(bir min beş yüz əlli) manat və 5702,40 (beş min yeddi yüz iki) manat olmaqla cəmisi 7257,60 (yeddi min iki yüz əlli yeddi) manat 60 qəpik məbləğində əsassız cərimə qeyd edilmiş, 2023-cü ilin fevral ayından evə gələn qaz xətti dayandırılmışdır. Ailədə olduqca acınacaqlı vəziyyət yaranmış və təbii qazdan istifadə etməyi mümkün olmamasına görə yanacaqsız qalmışlar. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 5702,40 (beş min yeddi yüz iki) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, X5 onun atası, Nümayəndə onun oğludur. Əvvəllər özünündə soyadı Atakişiyev olmuş, lakin miqrasiya ilə bağlı soyadını dəyişib Əmiraslanov etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndələri iddiaçıya məxsus evə gələrək, qaz xəttinə kənar qoşulma aşkar etməklə əvvəlcə 2023-cü ilin fevral ayınadək olan müddətə 1550.20 manat borc hesablamışlar. Həmin vaxt onlar həqiqətəndə əlavə xəttdən istifadə etmişlər. Lakin xx.xx.2023cü il tarixli, ******* saylı akt tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatları olmamışdır. Həmçinin, akt əsasında 2023-cü ilin fevral ayından mart ayınadək olan müddətə isə əlavə olaraq 5702.40 manat hesablanmışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Çünki mart aprel ayı ərzində onlar əlavə xəttdən istifadə etməmişlər, həmçinin iki ay üçün 5702 manat məbləğində borcun yığılması ağlabat deyildir. Sayğaca müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarında heç bir araşdırma aparılmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki iddianın təmin edilərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 5702.40 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X7nın pozulmasına dair” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, İrmaşlı kəndi ünvanında yerləşən istehlakçı X3 məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə qoşulma aşkarlanmış, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023–cü ilin aprel ayına Şəmkir rayonu İrmaşlı kənd sakini olan abonent X1 adına 5702.40 manat borc hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial surətindən görünür ki, X6 xx.xx.1973-cü il tarixdə anadan olmuş və atası X4r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində onun mərhum atası X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2023-cü il tarixdə baxış zamanı sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə qoşulma aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X8” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X7 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X7nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Göründüyü kimi, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun mərhum atasının adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə qoşulma aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X7”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Lakin məhkəmə iclasında sayğaca müdaxilənin məhs iddiaçı tərəfindən edilməsi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X7nın pozulmasına görə İddiaçı mərhum atası X3 məxsus Şəmki rayonu, İrmaşlı kənd ünvanı üzrə (**********07240 Abunə kodu) xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 5702.40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı mərhum atası X3 məxsus ünvan 1 ünvanı üzrə (**********07240 Abunə kodu) xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 5702.40 (beş min yeddi yüz iki manat, qırx qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-625/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-625/2025
20.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver