Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-657/2023 23.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı 518,40 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan və evdə heç kimin olmamasından istifadə edərək adına quraşdırılmış sayğacı yenisi ilə əvəz etmək məqsədilə aparmışlar. Sonradan sayğacı onun məlumatı olmadan laboratoriyaya təqdim etmiş və orada sayğaca baxış keçirmişlər. Bundan sonra guya sayğacda müdaxilə izləri olması səbəbindən onu məlumatlandırmadan akt tərtib etmiş və akta əsasən ona 518,40 manat borc hesablanmışdır. Lakin həmin müdaxilə ilə bağlı ona hər hansı bildiriş göndərilməmiş, habelə onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2022– ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2022–ci il tarixdə yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evində adına quraşdırılmış təbii qaz sayğacına “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən baxış keçirilmiş və onun məlumatı olmadan 518,40 manat borc hesablanmışdır. Belə ki, "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan və evdə heç kimin olmamasından istifadə edərək adına quraşdırılmış sayğacı yenisi ilə əvəz etmək məqsədilə aparmışlar. Sonradan sayğacı onun məlumatı olmadan laboratoriyaya təqdim etmiş və orada sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacın ekranının zədələnməsi, informasiyanın oxunmasının mümkün olmaması müəyyən edilmiş, bununla da guya onun tərəfindən sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Halbuki, o, tərtib edilmiş aktla razılaşmamışdır. Belə ki, həmin qaz sayğacının çöldə yerləşməsini və onun tərəfindən heç bir müdaxilə edilməməsini bildirsə də, cavabdehin əməkdaşları onun iradlarına məhəl qoymamışlar. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Hazırda “Azəriqaz” İB–nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər və əks halda təbii qazın verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, xx.xx.2022–ci il tarixdə iddiaçının adına quraşdırılmış sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın ekranının zədələnməsi, informasiyanın oxunmasının mümkün olmaması müəyyən edilmiş. Bununla da sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Müdaxilə barədə xx.xx.2022–ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və akta əsasən iddiaçıya 518,40 manat cərimə hesablanmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Qədimqala kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın ekranının zədələnməsi, informasiyanın oxunmasının mümkün olmaması müəyyən edilmiş, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2022–ci ilin fevral ayına Şəmkir rayonu, Qədimqala kənd sakini olan abonent İddiaçı adına 518,40 manat borc hesablanmışdır. İşdə olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməklə istifadə edildiyi üçün 4320m3 təbii qaz sərfi hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2022–ci il tarixdə baxış zamanı sayğacın ekranının zədələnməsi, informasiyanın oxunmasının mümkün olmaması aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən xx.xx.2022–ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya 518,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə 518,40 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022–ci il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacın ekranının zədələnməsi, informasiyanın oxunmasının mümkün olmaması aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X2”nın pozulması ilə bağlı xx.xx.2022–ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 518,40 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2022–ci il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış 518,40 manat cərimə borcu silinməlidir. Məhkəmə həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-657/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-657/2023
23.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver