Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-676/2024 20.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akt üzrə hesablanmış borcun silinməsi tələbinə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 3110,40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı mənzili xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 almışdır. ünvan 1 ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli Çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Yaşadığı mənzildə qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı mənzilin əvvəlki mülkiyyətçisi X5 adına qeyd edilmişdir. Hazırda isə mənzilin mülkiyyətçisi odur. O hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri etmişdir. Hələ o mənzili alqı-satqı tamamlamamış 04 oktyabr 2022-ci il tarixdə "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən həmin mənzilə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Köhnə sayğacı söküb aparmışlar. 31 may 2023-cü il tarixdə "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onların iştirakı olmadan ******* saylı akt tərtib edilərək, sayğacın klapanının işlək olmadığını, sayğacın mənfi ilə işlədiyini, sayğcın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşildiyini qeyd etmişlər və həmin akt üzrə 3110.40 manat borc hesablamışlar. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 3110,40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-879 saylı aktdan görünür ki, 1302AZ**********86 daxili nömrəsi olan sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmadığı, sayğacın mənfi ilə işləməsi, sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşildiyi aşkar edilmişdir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, X6 məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin “Azəriqaz” İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-879 saylı akta əsasən 1302AZ**********86 nömrəli sayğacın klapanının işlək olmaması, sayğacın mənfi ilə işləməsi, sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli, G-4 markalı, 1302AZ**********86 nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********062 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan İtron tipli, G-4 markalı, 1302AZ**********86 nömrəli qaz sayğacı çıxarılan zaman sayğacın quraşdırılması səbəbi əvəzetmə qeyd edilmişdir. İş materiallarında olan Şəmkir şəhəri, S. Vurğun kəç., ev-0, mən-65 ünvanının abonenti X1 görünür ki, iddiaçının abonent hesabına may ayında 2023-cü il üçün 3110,40 manat borc hesablanmışdır. İş materiallarına olan AN-İ ******* nömərli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş sürətindən görünür ki, X2 Ceyran Vəzir qızına ünvan 3 ünvanında yerləşən mənzili 10000 manata satmışdır. İş materiallarında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş sürətindən müəyyən olunur ki, ünvan 3 İddiaçı tam mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 3 olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X5 (əmlakın keçmiş sahibi) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Ceyran Vəzir qızına həmin əmlakı satmışdır. Həmin mənzildə iddiaçı və onun ailə üzvlər yaşayır. Hazırda qazdan istifadəyə görə həmin mənzilə hesablanmış borc məbləğinin ödənilməsi abonent İddiaçı və onun ailə üzvlərinin öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac çıxarılmış, çıxarılan sayğac 6 aydan çox keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, 1302AZ**********86 nömrəli sayğacın klapanının işlək olmaması, sayğacın mənfi ilə işləməsi, sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşilməsi aşkar olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilir. Tərəflər İtron G4T markalı 1302AZ**********86 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının ərinə məxsus ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini, yəni sayğacda olan qüsurların məhz abonent tərəfindən edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının yaşadığı evə itirilmiş qazın dəyərinə görə hesablanmış 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən abonent X5 adına hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-676/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-676/2024
20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver