Məhkəmə qərarları › İş №2(076)-734/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-734/2024

19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-734/2024 19.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh oğluna qarşı “əmlak və maddi ziyan” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X2 Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan, iddia ərizəsində qeyd olun 16440 (on altı min dörd yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin 500 manat vəkil xidmət haqqının 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunu və 141 manat dövlət rüsumunun- cəmi 17101(on yeddi min bir yüz bir ) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbuledilməsini xahişetmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının həmkəndlisidir. Eyni zamanda qohumdurlar. 2022-ci ilin yayında cavabdeh onlara gəlmişdir. Söhbət əsnasında cavabdeh ona bildirdi ki, yeni bir iş yaradıb. Həmin işlə bağlı qızıl-ziynət əşyalarını sən mənə verəcəksən, bunun müqabilində vaxtlı-vaxtında o, da iddiaçıya faiz verəcəkdir. İstədiyi vaxt qızılını geri ala biləcək. İdidaçı da düşündü ki, uşağı tələbədir, ödənişli təhsil alır. Qızılını ya evdə saxlasın, ya da cavabdehə versin. Nə fərqi var. Qızıl -ziynət əşyalarını versin və aydan -aya pulunü alsın. Uşağının təhsil xərclərini qarşılasın. Cavabdehə həmin gün bir neçə qızıl-ziynət əşyası vermişdir. Doğurdan da bir neçə ay cavabdeh ona faiz verdi. Eyni zamanda cavabdeh iddiaçıdan təkrar ona qızıl-ziynət əşyası verməyini təklif etdi. İddiaçı ona inandı və ona təkrar qızıl verdi. Cavabdeh hər ay vaxtlı-vaxtında iddiaçının faizini verirdi. Bir neçə aydan sonra iddiaçıya qızıl-ziynət əşyalarını geri götürmək lazım oldu. İddiaçı cavabdehdən xahiş etdi ki, onun qızıl-ziynət əşyalarını qaytarsın. Lakin o, həmin qızılları qaytarmaqdan imtina etdi. Əsas olaraq göstərdi ki, iddiaçı onun faiz kimi hissə-hissə vermiş olduğu 3000 manat pulu geri qaytarıb, bundan sonra qızılını qaytaracaq. Cavabdeh iddiaçıdan 3000 manat faiz kimi hissə- hissə vermiş olduğu pulu geri alıb, onun qızıllarının bir neçəsini geri qaytardı. Lakin aşağıda qeyd etdikləri qızıl-ziynət əşyalarını geri qaytarmaqdan imtina etdi. Cavabdehdə qalan qızıl-ziynət əşyaları aşağıdakılardır: 1) bir ədəd Reket formalı qızıl, sep 583 əyarlı 90 qramlıq- 7200 manat; 2) bir ədəd Reket formalı qızıl sep - 43 qaramlq- 3440 manat; 3) bir ədəd qızıl kişi üzyü, brilyant qaşlı, 8 qramlıq - 2000 manat; 4) bir ədəd qızıl kişi üzüyü, sadə ağ qaşlı , 583 əyarlı, 8 qramlıq 800 manat; 5) bir ədəd nazik qızıl sey, ucunda ay formalı klon var idi – 800. Cəmi: 16440(on alt min dörd yüz qırx) manat dəyərində əmlak. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara və işdə iştirak etmiş şəxslər tərəfindən verilmiş izahatlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** sylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 142 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan BPM**********43 nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 500 manat məbləğində vəkil xidmət haqqı olaraq Şəmkir rayon Vəkil Bürosunun hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında 677 saylı müqavilədən görünür ki, iddiaçı ilə Nümayəndə arasında Şəmkir rayon Məhkəməsində hüquqi yardımların göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddaçı özünə məxsus olan iddia ərizəsində göstərilən əşyaları, mümkün olmadığı təqdirdə dəyərini cavabdehdən geri tələb etdiyi üçün həmin əşyaların mövcud olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması xüsusatlarını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Lakin iddiaçı qeyd etdiyi əşyaların alınıb ona qaytarılmasını məhkəmədən xahiş etsə də, həmin əşyaların faktiki olaraq mövcud olmasına, mövcud olduğu halda isə qarşı tərəfin sahibliyində olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyi üçün təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, dövlət rüsumu və işə baxılması üçün məsrəf hesab edilən vəkil xidmət haqqı da iddiaçının özünə aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı X1 Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar