Məhkəmə qərarları › İş №2(076)-746/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-746/2025

01.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-746/2025 01.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1998-ci ildə anadan olmuşdur. X1, X8dır. O atası, anası və arvadı ilə birlikdə yaşayır. X8 İİ qrup əlildir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Belə ki, X8 2022-ci ilin yanvar ayında insult keçirmiş və həmin vaxtdan yataq xəstəsidir. X4 şəxslər yəni ailə üzvləri qulluq edir. X8 2024-cü ildə müddətsiz olaraq ikinci qrup əlillik almışdır. Anası X6 bir şəxsin qayğısı olmadan özünü idarə edə biləcək qabiliyyətinin deyil və iki ilə yaxın müddətdir ki, X8na qulluq edir. Həmçinin hazırki iddia ilə müraciət etməyinin səbəbi onun adına olan sənədləşdirmələri aparmaqdır. Ona görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, məhkəmədən ərizənin təmin edilərək, X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi X1, X8 olmaqla, xx xxx 1998–ci il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuşdur. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 685 nömrəli məktubundan görünür ki, Ərizəçi Şəmkir rayonunun Dəllər Cəyir kəndində yaşayır. Şəxsin bacısı X10 evlənib ayrı yaşayır, həyat yoldaşı X5 Cəyir kədində qeydiyyatda deyil. İşdə olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 X21 Şöbəsinin xx.xx.2025-ci il tarixli 110 saylı ambulator məhkəmə– psixiatrik ekspertizasının rəyindən görünür ki, X18 KƏSKİN BAŞLAYAN DAMAR DEMENSİYASİ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 F01.0 xəstəliyindən əziyyət çəkir. X18 KƏSKİN BAŞLAYAN DAMAR DEMENSİYASİ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 F01.0 xəstəliyi keçirməsi səbəbindən hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. İşdə olan X9 xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X2 ötürülmə testində periferik tipi anormallıq izlənmədi və insultla bağlı sağ spastik hemipareziyası izlənməkdədir. İşdə olan Şəmkir Rayon Mərəzi Xəstəxanasının çıxarışından görünür ki, boyun fəqərələri MRT-nin nəticəsi: Çimnaz Rzayevdə C5-C6 intervertebral diskin degenerasiyası vır arxa soltərəfli, paramedian yırtığı aşkar edilmişdir. İşdə olan Şəmkir Rayon Mərəzi Xəstəxanasının çıxarışından görünür ki, göz almaların morfologiyası təbiidir. Oftalmik sinirlərin trayektoriyasında və strukturunda pozulma izlənilmir, siqnal intensivliyi təbiidir. Sol beyin yarımkürəsində alın təpə və gicgah payının arxa hissələrində post işemik kortikosubkortikal ensefalomalazik sahə və ətrafında sol periventrikulyar dərin ağ maddə,sentrum semiovale və bazal gangliyalaradək uzanan geniş qlioza aid FLAİR hiperintens siqnal dəyişikliyi izlənilir. Sol yan mədəciyin arxa buynuzu esefalomalaziya sahəsinə doğru çəkilibdir, genişlənidir. Sol beyin yarımkürəsində periventrikulyar dərin ağ maddədə böyüyü 3mm ölçüdə olan bir neçə ədə T2 FLAİR hiperintens mikroangiopatik ocaq izlənilir. Hər iki beyin yarımkürəsində qanama sahəsi, DW rejimdə restriksiya göstərək kəskin və ya yarımkəskin ocaq izlənilmədi. Sağ beyin yarımkürəsində beyin şırımları və sağ Sylvian fissura normal genişlikdədir. Sol Sylvian fissura dərunləşibdir. Kəllə sümüklərinə aid MRT olaraq nəzərəçarpan patalogiya görülmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. - Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. - Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: - Maddə 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. - Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. - Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. - Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. - Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. - Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X11 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə–psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X18 ağı zəifliyi nəticəsində onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X18 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4–cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 30 avqust 1956-cı il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində kəndində doğulmuş X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 30 avqust 1956-cı il təvəllüdlü X11 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar