Məhkəmə qərarları › İş №2(076)-748/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-748/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-748/2023 22.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səyavuş qızının katibliyi, Ərizəçilər Ərizəçi1 (Ərizəçi2 İlhamovnanın nümayəndəsi) və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 İlhamovnan və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 İlhamovna və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0026 kod 50414058 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara- Ərizəçi1, Ərizəçi2 İlhamovna və Ərizəçi3 və mərhumə X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Ərizəçi1 1961-ci ildə Özbəkistan Respublikasında anadan olmuş və bu günə kimi bütün hüquqi sənədlərində soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. Ərizəçi2 İlhamovna 1983-cü ildə Özbəkistan Respublikasında anadan olmuş və bu günə kimi bütün hüquqi sənədlərində soyadı, adı və ata adı Ərizəçi2 İlhamovna kimi qeyid edilmişdir. Ərizəçi3 1986-cı ildə Özbəkistan Respublikasında anadan olmuş və bu günə kimi bütün hüquqi sənədlərində soyadı, adı və ata adı Ərizəçi3 kimi qeyd edilmişdir. Mərhum X4 2020-ci ildə vəfat etmiş və bu günə kimi hüquqi sənədlərində soyadı, adı və ata adı X4 kimi qeyd edilmişdir. Şəmkir rayon Aqrar İslahatlar Komissiyasının 30 noyabr 2002-ci il tarixli 95 saylı qərarı ilə ərizəçilərə Şəmkir rayonunda 4.12 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0026 saylı kod 50414058 olan dövlət aktında adları İlham, İlmira Xalid soyadı Xəlilov, Xəlilova və Maxmudova, ata adları isə Minali, Xusin və İlham kimi qeyd olunmuşdur. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıqlar olduğu üçün torpaq sahəsi ilə bağlı heç bir sənədləşmə işləri apara bilmirlər. Dövlət aktında adlar və soyadlar səhv yazıldığından sərəncam vermək hüququ məhdudlaşmışdır. Ərizəçilər qeyd olunan torpaq sahəsinə dair Dövlət aktına düzəlişlər edilməsi üçün AR ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin 14 dekabr 2022-ci il tarixli **********78 saylı məktubla qeyd olunan sənəddə soyad və adlarda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 (Ərizəçi2 İlhamovnanın nümayəndəsi) və Ərizəçi3 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə ərizəçilərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan JN-0026 kod 50414058 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şəmkir rayonunda şəhərində 4.12 ha torpaq sahəsi X10, X5, X3 və X6 verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 İlhamovna və Ərizəçi3 və mərhum X1 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadları, adları və ata adları yalnış olduğundan hazırda Ərizəçi1, Ərizəçi2 İlhamovna və Ərizəçi3 yaşadığı Şəmkir şəhərində yerləşən torpağa dair müvafiq sənəd ala bilmirlər. X4 Ərizəçi1 arvadıdır və xx.xx.2020-ci ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizəçilər “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçilər həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiklərindən ərizə təmin edilərək, “torpağa mülkiyyət hüququna dair” JN-0026 kod 50414058 saylı dövlət aktında torpağın ərizəçilər Ərizəçi1, Ərizəçi2 İlhamovna və Ərizəçi3 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şəmkir şəhərində yerləşən “torpağa mülkiyyət hüququna dair” JN-0026 kod 50414058 saylı dövlət aktının Ərizəçi1, Ərizəçi2 İlhamovnaya, Ərizəçi3 və mərhum X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar