Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-77/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 028686 nömrəli akt əsasında qanunsuz hesablanmış 731.69 (yeddi yüz otuz bir manat 69 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı (Q.İsmayılov) kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 24 may 2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvanda yoxlama aparılmış və sayğacdan kənar xətt aşkar edilmiş kimi 028686 nömrəli akt tərtib edilmiş və 731.69 manat xəyali hesablama aparılmışdır. Cavabdeh şəxsin nümayəndələri onun ailə üzvlərindən aktın tərtibatında cavabdeh şəxs kimi heç kimi dəvət etməmişdir. Oğurluq faktının sübutu olan video çəkilişdə isə onun ailə üzvlərindən heç kəsin əksi tapılmamışdır. Yəni özləri bildiyi kimi yalan fakt əsasında akt tərtib etmişlər. Halbuki, özlərinin çəkilişində də görünür ki, sayğacdan kənarda heç bir kənar xətt görünmür. Sayğacın qoruyucu avtomatının qızmasından sıradan çıxmasına görə 15 may tarixində hava şəraiti ilə əlaqədar olaraq yaranmış tufan və küləkdən sayğacın dayaqdan gələn giriş kabelinin oynayaraq qırılmasından sayğacın alt hissəsində yaranmış qüsura görə birbaşa qoşulmuşdur. Bu barədə dəfələrlə kənd nəzarətçisi X7 bildirsə də, plombu qırıb qüsuru aradan qaldırmaq səlahiyyətinin olmadığını ona bildirmiş və idarəyə məlumat verdiyini, gözləməsini demişdir. Həmçinin, əlavə olaraq ona bildirmişdir ki, onun kimi bir neçə vətəndaşda da bu problem yaranmışdır. Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən də görünür ki, o, ay ərzində nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Cavabdeh şəxslərin aktlarında qeyd olunmuş yüklə razılaşmır, ona hesablanmış 731.69 manat elektrik enerjisinin dəyəri qərəzli və qəsdlə hesablanmışdır. Enerji istifadə qaydalarının pozulmasına görə itirilmiş enerji dəyərinin hesablanması, son hesab bildirişi təqdim olunduqdan bir ay sonraki dövrdə hesablana bilər. Yəni bir aydan artıq hesabatın aparılması qanunsuzdur. Hazırda Cavabdeh ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik eneriisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmamış və dəfələrlə qeyriqanuni olaraq onun yaşadığı ünvana elektrik verilişi dayandırılmış, məcburi ödəniş edilməsini həyata keçirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, məhkəmə hazırlıq iclasında təqdim edilmiş iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, hazırki iddia tələbi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X6 də cavabdeh qismində işə cəlb olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 saylı Qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-nin Strukturunda göstərilmişdir ki, "xxxx" ASC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan Bakı RETSİ, Şimal RETSİ, Şimal Qərb RETSİ, Qərb RETSİ, Aran RETSİ, Mərkəzi Aran RETSİ, Cənub RETSİ, Şirvan RETSİ, həmçinin həmin RETSİ-in struktur tərkibində Elektrik Şəbəkələri, o cümlədən Qərb RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən digər Elektrik Şəbəkələri ilə yanaşı X6 fəaliyyət göstərirlər. Azərbaycan Respubliukasının Mülki Məcəlləsinin tələbinə görə hüquqi şəxs statusuna malik olmayan idarə təşkilat, müəssisələr məhkəmələrdə iddiaçı, cavabdeh qismində cəlb oluna bilməzlər. Ona görə də hazırkı iş üzrə X6 cavabdeh qismində cəlb oluna bilməz. İş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, 25 may 2022 ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən "xxxx" ASC-nin təsis etdiyi X9 Təchizatı və Satışı İdarəsinin (Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X4 (Şəmkir EŞ) əhatə etdiyi rayonun Qasım İsmayılov kəndində yaşayan və fəaliyyət göstərən istehlakçıların X1 qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış və sahibləri olduğu obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin gün əməkdaşlar tərəfındən iddiaçıya məxsus yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. İddiaçıya məxsus yaşayış evi üçün onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmaqla istifadəsində olan sayğac uçot dəstinə baxış keçirilən zaman “sayğacın alt qapaq hissəsindən giriş faz xəttindən (yuva hissədə) 12.1 mm” mis naqil vasitəsi ilə fərdi yaşayış evinə sayğacdan kənar xətt qoşulması faktı aşkar edilmişdir. Sayğac uçot dəstinə baxış keçirilən zaman xüsusi ölçmə cihazı olan ampermaşa vasitəsilə sayğacdan axan yük ölçülmüş və müəyyən edilmişdir ki, P kənar=1.2 kvt olmuşdur, Lakın sayğacdan axan yuk ölçülən zaman aşkar olunmuşdur ki, P sayğac 0 kvt olmuşdur. Qoyulmuş güc sayğacın nominalına əsasən P qay=19.8 kvt. Aşkar edilmış enerji pozuntusuna dair əməkdaşları tərəfindən iddiaçı barəsində "X1 Qaydaları”nın tələbinə uyğun olaraq 25 may 2022-ci İl tariixli, Akt NDM № 028686 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən “Azərşıq ASC-nin nəzdində fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən iddiaçı barəsində dəyən 732 manat təşkil edən 365 gün üçün 7358 kVts müqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır Tərtib edilmiş aktın nəticə hissəsində “EEİQ”-na uyğun olaraq kənar xətt ləğv edisin” tələbi qoyulmuşdur Enerjitəchizatı müəssəsəsinin əməkdaşları tərəfindən iddiaçının yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularının mobil telefon vasitəsi ilə videoçəkilişi aparılmışdır. “EEİQ”nın 8.15-ci bəndində göstərilmişdir ki, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. İş materiallarına əlavə olunmuş Şəmkir EŞ-nin rəhbərliyinin Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı 27 dekabr 2022-ci il tarixli, 721 saylı xidməti məlumatdan görünür ki, abonent İddiaçı yaşayış evi üçün quraşdırılmış elektrik sayğacında qüsur olması ilə bağlı Şəmkir EŞ-nə istər yazılı, istərsə də şifahi qaydada müraciət etməmişdir Qeyd olunan maddi hüquq normasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik eneriisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “EEİQ”-nın 8.32 və 8.33-cü bəndləri ləğv olunmuşdur. Həmin hüquq normasının yeni 8.17-1-ci bəndinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yaıimbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, eneriji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi, norma enerjitəchizatı müəssisəsinə əlavə sərfiyyat aparılmasına o halda hüquq verir ki, göstərilən hallardan ən əsası biri mövcud olsun. Qeyd olunan hazırki işdə də iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə etməsi faktının aşkar edilməsi olmuşdur. Məhz bu səbəbdən də iddiaçı barəsində əlavə sərfiyyat hesablanmışdır. Maddi hüquq normasının 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatları və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. "EEİQ"nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, eləktrik enerjsinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Hüquq normasının tələbindən də göründüyü kimi istehlakçı sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə, düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə və s məsuluyyət daşıyır. İş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə elektrik eneriisindən istifadə etməsi nəticəsində enenrjitəchizatı müəssisəsinə ziyan dəymişdir. Yuxarıda göstərilən Qanunun tələbinə görə isə həmin ziyan iddiaçı tərəfindən (zərərvuran) "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin, iddiaçı məhkəməyə yanlış məlumat verərək iddia ərizəsində göstərmişdir ki, “Enerji istifadə qaydalarının pozulmasına görə itirilmiş enerli dəyərinin hesablanması, son hesab bildiriş təqdim olunduqdan bir ay sonrakı dövrdə hesablana bilər.Yəni bir aydan artıq hesabatın aparılması qanunsuzdur”. Lakin iddiaçının bu barədə göstərdikləri əsassız olduğundan rədd olunmalıdır. Belə ki, yuxarıda qeyd olunan hüquq normasının tələbinə görə İstehlakçı, o cümlədən məişət abonenti hesablaşma elektrik sayğacında kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki aydan çox olmayanb müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum , gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İddiaçı haqqında enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”-nın pozulmasına dair yuxarıda sözügedən aktı tərtib etdikdən sonra qeyd olunanlarla bağlı "xxxx" ASC-nin rəhbərliyinə verdiyi 27 may 2022-ci il tarixli izahatında etiraf edib göstərmişdir ki, “təxminən 2-3 ay əvvəl yaşadığı evin işıqları yanmadığından bu barədə nəzarətçi mühəndis Faiq Yusibova müraciət etmiş, o isə gəlib sayğacın içərisinə kabel salmış və xətt düzəltmişdir. Bir neçə gün əvvəl isə "xxxx" ASC-nın əməkdaşları gəlib yaşadığı ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirmiş və aşkar olunmuş enerj pozuntularına dair barəsində “EEİQ”-nin tələbinə uyğun olaraq 028686 saylı akt tərtib olunmuşdur.” Göstənlənlərdən aydın olur ki, İddiaçı hələ "xxxx" ASC-nın əməkdaşları tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik hesablaşma sayğacına baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularına dair akt tərtib olunmazdan bir neçə ay əvvəl sayğacda qüsur olması, yəni sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz şəbəkəyə qoşulmaqla elektrik eneriijsindən istifadə etməsindən məlumatı olmuşdur. Ona görə də İddiaçı iddia ərizəsində göstərdiyi xüsusat iş materialları ilə təsdiq olunmadığından rədd olunmalıdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddiası əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, NDM 028686 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən sayğacın alt qapaq hissəsindən giriş faz xəttindən mis naqil vasitəsi ilə fərdi yaşayış evinə sayğacdan kənar xətt çəkildiyi və ölçmə zamanı kənar xəttdən axan yükün 1.2 kvt olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli akt əsasında tərtib edilmiş icra vərəqində göstərilən hesabatdan görünür ki, 1.2kvt x 24 saat x 0.7 x 365 gün=7358 kvt.s; Tarif (0.07 man)-1620 kvt.s x 0.07 manat=113.4 manat Tarif (0.08 man)-1353 kvt.s x 0.08 man=108.24 manat Tarif (0.09 man)- 677 kvt.s x 0.09 man-60.93 manat Tarif(0.11 man)-1646 kvts x 0.11 man=181.06 manat Tarif (0.13 man)-2062 kvt.s x 0.13 man- 268.06 manat olmaqla 731.69 manat vurulmuş ziyan olaraq hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, İddiaçı evinə gedən elektrik xəttinə və elektrik sayğacına Azərişıq ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, bu zaman İddiaçı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının giriş hissəsindən kənar xətt çəkildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşadığı Şəmkir rayonu, Qasım İsmayılov kəndində olan evinə quraşdırılmış elektrik sayğacına və elektrik xəttinə Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, bu zaman İddiaçı tərəfindən onun evinə quraşdırılmış elektrik sayğacının giriş hissəsindən kənar xətt çəkildiyi aşkar edilmiş, video görüntüləri qeydə alınmış, bu barədə akt tərtib edilərək 731.69 manat hesabat aparılmışdır. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı özü yaşadığı evə kənar xətt çəkməklə X1 etməsini etiraf etməsinə baxmayaraq, həmin kənar xətdən 15 may 2022-ci il tarixindən istifadə etməsi barədə dəlili inandırıcı deyildir. Belə ki, cavabdeh Azərişıq ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə verilmiş 27 may 2022-ci il tarixli izahatda iddiaçı təxminən 2-3 ay əvvəl yaşadığı evin işıqları yanmadığından bu barədə nəzarətçi mühəndis Faiq Yusibova müraciət etdiyini, onun isə gəlib sayğacın içərisinə kabel saldığını və xətt düzəltdiyini etiraf etmişdir. Həmçinin, iddiaçı özü tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qərarın 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-cü maddəsinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X2 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-cı maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-cu maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilmiş, 365 gün=7358 kvts hesabat aparılmaqla elektirik enejisindən istifadəyə görə 731.69 manat borc hesablanmış və borc hesablanarkən “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı xx.xx.2022-ci il tarixli, 028686 nömrəli akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-77/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-77/2023
08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver