Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-811/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 oğlunun və Rəsulova (Heydərova) Nailə Ziyad qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 oğlunun və Rəsulova (Heydərova) Nailə Ziyad qızının (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi1 oğlu və Rəsulova (Heydərova) Nailə Ziyad qızı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyət verilməsinə dair JN-3053A KOD 50401004 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Rəsulova (Heydərova) Nailə Ziyad qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı qərarı ilə Şəmkir şəhəri ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi X9, X10, X11, X2, X5 və Ərizəçi1 mülkiyyətinə verilmiş və onların adına torpağın mülkiyyətə verilməsinə dair JN-3053A, KOD 50401004 saylı şəhadətnamə verilmişdir. Onlar qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciə etdikdə həmin idarədən bildirildi ki, Şəhadətnamədə onların ata adını "Mayor" kimi qeyd olunub. Qeyd olunan səhvin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən torpağın mülkiyyət verilməsinə dair JN-3053A KOD 50401004 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Rəsulova (Heydərova) Nailə Ziyad qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Rəsulova (Heydərova) Nailə Ziyad qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-3053A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqli surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə Şəmkir rayonu, Morul kəndində yerləşən 0,25 ha torpaq sahəsi X9, X10, X12, X2, X6 və Ərizəçi1 Mayor oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Vİİİ-ЖГ 475224 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1982-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. Ata qrafasında X18, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 892286 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X1 Nailə Ziyad qızı ilə xx.xx.2013-cü il tarixdə 566 nömrəsilə nikahları qeydi edilmişdir. Nikahdan sonra ərə “Rəsulov”, arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarında olan X-ЖГ 449285 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1082/2020 saylı xx.xx.2020-ci il tarixli qətanməsinin surətindən görünür ki, JN-3053A KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X15 münasibətdə ona məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-H-0212-35/24 nömrəli Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir şəhərində yerləşən torpaq 0,25 ha torpaq sahəsinə dair verilmiş JN-3053A kod-50401004 saylı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə səhv yazılmış ata ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Şəmkir rayon notariat ofisinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 qalmış əmlaka X11 ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə 143 saylı vərəsəlik işi açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Şəmkir Rayon Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, JN-3053A saylı KOD 50401004 Torpaın mülkiyyət verilməsinə dair şəhadətnamədə X11 adı səhvən X4, Ərizəçi2 ata adı səhvən X3, Ərizəçi1 ata adı səhvən Ərizəçi1 Mayor oğlu kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə “Ərizəçi1, Rəsulova (Heydərova) Nailə Ziyad qızı” kimi göstərilsə də, JN-JN- 3053A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları “Ərizəçi1 Mayor oğlu, Rəsulova (Heydərova) Nailə Mayor qızı” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “Ərizəçi1 Mayor oğlu, Rəsulova (Heydərova) Nailə Mayor qızı” ilə doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Rəsulova (Heydərova) Nailə Ziyad qızı” nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı JN-3053A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-3053A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Rəsulova (Heydərova) Nailə Ziyad qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-3053A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Rəsulova (Heydərova) Nailə Ziyad qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-811/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-811/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver