Məhkəmə qərarları › İş №2(076)-826/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-826/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-826/2023 30.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsində, məhkəmə hazırlıq iclas zalında, açıq məhkəmə iclasında baxaraq, мцяййян етди: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixində 202222 nömrəli akt protokolu əsasında qanunsuz hesablanmış 568.54 (beş yüz altmış səkkiz manat əlli dörd qəpik) manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə hazırlıq iclası zamanı iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Эюстярилянляря ясасланараг вя Азярбайъан Республикасынын Мцлки Просессуал Мяъяллясинин 259, 259.0.11, 263-264, 266-268-ъи маддялярини рящбяр тутараг, мящкямя гярара алды: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Щаким Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar