Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-848/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən 01 avqust 2023-cü il tarixli, 301913 nömrəli akt əsasında hesablanmış 605.10 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında özümə məxsus fərdi yaşayış evi vardır. Lakin həmin evdə deyil, faktiki olaraq ünvan 2 ünvanında yaşayır.Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 01 avqust 2023-cü il tarixdə sayğacdan kənar əlavə xətt olması əsası ilə 301913 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya əsassız olaraq 605.41 (altı yüz beş manat qırx beş qəpik) manat borc hesablanmışdır. Hesablanmış borcun məbləği ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, sayğac iddiaçının evindən çöl hissədə yerləşir və sayğac onun nəzarətindən kənarda yerləşir. Həmçinin iddiaçı faktiki olaraq ünvan 2 ünvanında yaşayır və ümumiyyətdə həmin sayğacdan istifadə etmir. Aktın da məzmununda görünür ki, aktın tərtib olunmasında onun iştirakı təmin edilməmişdir. Buna görə də iddiaçı məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, borc yazılan ev Seymur adlı şəxsin olub, o Əntiqəyə, Əntiqə də ona satıb. Lakin sayğac hələ də Seymurun adınadır, evin sənədləri hazırda öz adınadır, ancaq borc hələ də silinməyib. Cavabdehin əməkdaşları da saldo və aktda ünvanı səhv yazıblar. Dəfələrlə cavabdeh təşkilata gedib, lakin məsələnin həllində ona yardım etməyiblər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Şəmkir rayonu, Aşağı Çaykənd kəndi, Aşıq Ələsgər küçəsi ünvanında yerləşən 108 saylı ev İddiaçı adınadır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, ünvan 4 ünvanı üzrə X4 (abonent kodu: **********00105) xx.xx.2023-cü il tarixində 605.41 manat akta (EİQ pozulması) görə borc yaranmışdır. İş materiallarında olan, "xxxx" ASC tərəfindən tərtib olunmuş 301913 saylı aktdan görünür ki, X2 adına (abonent kodu: **********00105) Şəmkir rayonu, Yuxarı Çaykənd ünvanı üzrə EEİQ-na (X1 Qaydalarına) uyğun ərazidə yoxlama aparan zaman, məlum olduğu ki, abonent sayğacın giriş fazasına əlavə xətt qoşaraq kənar xətdən istifadə edir. Ölçmə zamanı xətdən axan yük Pf=0.5 kvt/s. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qonşular tərəfindən imzalanmış və Çaykənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş arayışdan görünür ki, Aşağı Çaykənd kəndində daimi yaşayış evi olan İddiaçı yaşadığı evdə sentyabr 2021-ci ildən avqust 2023-cü ilə qədər yaşayış olmamışdır. İş materiallarında olan Çaykən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 92 nömrəli arayışdan görünür ki, İddiaçı Aşağı Çaykənd kəndində daimi yaşamış İsmayılova Əntiqədən daimi yaşamaq üçün ev almış və hal-hazırda həmin evin sahibi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının evinə baxış keçirilərkən elektrik enerjisinə sayğac sistemindən kənar xətt daxil olunması göstərilərək, əsassız akt tərtib olunmuş və 605.41 manat məbləğində borc tələb edilmişdir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər yaşayış olmamışdır. Belə olan halda iddiaçı tərəfindən kənar xətdən vasitəsi ilə X1 etməsi mümkünsüzdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, iddiaçının abonent hesabına yazılmş 605.41 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin olunmuş hissəsi 605.41 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 301913 nömrəli akt əsasında hesablanmış 605.41 (altı yüz beş manat qırx qəpik) manat borc abonentin hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz manat) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-848/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-848/2024
05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver