Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-853/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şəmkir rayonu, Könüllü kəndində Cavabdeh Şəmkir XS-nin TQQ Şəmkir Xidmət Sahəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazın istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu, Könüllü kəndində yaşayır. Samux rayon Alabaşlı qəsəbə tam orta məktəbində hərbi (idman) müəllimi işləyir. Şagirdlərə vətəni sevmək, döyüş tapşırıqlarına yiyələnmək istiqamətində tədris keçir və onları gələcəkdə orduda xidmət etmək üçün yetişdirirlər. 2023-cü ilin oktyabr ayında Azəriqaz İB-nin Şəmkir X3 əməkdaşları onun yaşadığı evin qaz sayğacını sökərək yeni sayğacla əvəz edilməsi üçün aparmışlar. 2023-cü ilin dekabr ayında Cavabdeh İB əməkdaşları onu borcu olduğu və barəsində akt tərtib olunduğu barədə məlumat vermişlər. O narazılığını bildirdirsə də, heç bir nəticəsi olmamışdır. Barəsində tərtib olunan aktı və abonentin saldosunu ona 2023-cü ilin dekabr ayında vermişlər. Qeyd edir ki, akt tərtib olunarkən X3 işçilərindən başqa həmin vaxt orada başqa şəxs olmamış və akt qaz istismar idarəsinin işçiləri tərəfindən tərtib olunaraq imza olunmuşdur. Bundan sonra idarəyə gedib sənədləri tələb edərkən ona imza etdirərək aktı və saldo vermişlər. O yenə narazılığını bildirmiş və məsələni hüquqi yolla araşdırmaq üçün hüquqşünasa müraciət etmişdir. Akta baxanda məlum olmuşdur ki, sayğacın çıxış borusunda deşik əmələ gəldiyindən ona cərimə yazıblar. Ancaq qeyd edir ki, sayğacın plombunu sındırmadan çıxış borusunda deyiş açmaq mümkün deyildir. Aktdan da görünür ki, plomb sayğacın üzərində olmuş və sağlam vəziyyətdə olmuşdur. Aralarında bağlanmış müqaviləyə əsasən texniki problemlərin aradan qaldırılması və buna nəzarət edilməsi qarşı tərəfin öhdəliyindədir. Sayğacın içərisində baş vermiş hər hansı texniki xətaya görə idarə məsuliyyət daşıyır. Bildirmək istəyir ki, o hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Bu ərizəyə əlavə etdiyi "abonentin saldosu" adlanan sənədlə də təsdiqlənir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Onun mükiyyətində olan evə aid qaz sayğacının dəyişdirilməsi nəticəsində "Azəriqaz” X2 X5 tərəfindən qanunsuz hesablanmış 777,60 manat borc əsassızdır. Ona görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış sahəsində qazdan istifadəyə görə onun adına hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin oktyabr ayında 777,60 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 11454888 nömrəli qaz sayğacı yeni G-4 markalı, 12516625 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda sayğacın çıxış borusunun deşik olması, sayğacın plombu üzərində olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, İddiaçı yaşadığı Şəmkir rayon, Könüllü kəndindən çıxarılmış xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-11091/Q001 saylı akta əsasən 11454888 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşik olması aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777,60 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, 11454888 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın çıxış borusunun deşik olmasına əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 777,60 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda olan qüsura abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, sonra isə tərtib edilmiş akta əsasən müəyyən edilmiş borc üzrə də Cavabdeh İB sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu Könüllü kəndində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt abonent İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-853/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-853/2024
02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver