Məhkəmə qərarları › İş №2(076)-856/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-856/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-856/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə olan 3110,40 (üç min bir yüz on) manat 40 qəpik) manat məbləğində borcunun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə aralarında bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. İstifadə etdiyi mavi qazın sərfiyyatını ölçən, zavod nömrəsi ******* olan Elster Natek markalı qaz sayğacı xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu İrmaşlı kəndində güclü külək əsməsi nəticəsində yararsız hala düşmüşdür. Bu barədə Şəmkir rayon İcra Hakimiyyətinə məlumat vermiş və Şəmkir rayon İcra Hakimiyyəti Başçısı yanında Fövqəladə Hallar üzrə Komissiya yerində baxış keçirərək verdiyi məlumatın doğru olmasının şahidi olaraq ona xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Həmin arayışda güclü külək nəticəsində sayğacının yararsız hala düşməsi qeyd edilmişdir. Ancaq, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı aktda «Sayğacın hesablama mexanizmi və monitor hissəsinin gövdədən aralanıb, sayğacın zavod nömrəsinin görünməməsi» kimi qeydlər edilmiş, yenə də cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, ancaq adını «Eynur» əvəzinə «Eyvaz» kimi qeyd edildiyi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li aktda “ARDNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK 14-2-213-5-4298-1 saylı akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizmi və zavod nömrəsi olan lövhə gövdədən üzərində aşkar edilmədiyi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırıldığı kimi qeydlər edilmişdir. Halbuki, həmin sayğacın cavabdehin əməkdaşları tərəfindən sökülüb çıxarılarkən arvadı iştirak etmiş, həmin anda əməkdaşlar tərəfindən heç bir qüsurun olması barədə mövqe bildirilməmişdir. Nəticədə həmin sayğacda əslində heç bir müdaxilənin, kənar təsirlərin olmadığı halda həmin sayğaca onların iştirakı olmadan özləri tərəfindən guya laboratoriyada baxış keçirilərkən aktda qeyd olunan qüsurların aşkar edilməsini qeyd etmişlər. Digər tərəfdən həmin aktda istifadəsində olmuş və dəyişdirdikləri "sayğacı hesablama mexanizmi və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar edilməməsi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissənin deşici alətlə deşilib, sayğacın hesablama mexanizminin qoruyucu qapağın vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılması» kimi əsassız qeydlər edilmiş, həmin qüsurlar onların iştirakları ilə müəyyən edilməmişdir. Qaz sərfiyyatına və ödənilməli olan pul məbləğinə dair saldoda aparılan qeydlər bilavasitə sübut edir ki, əslində dəyişdirilməmiş və dəyişdirilmiş sayğaclarda sərf etdiyi qaz normal qeydə alınmış və ödənilməli olan məbləğlər aylar üzrə cüzi fərqlərlə qeydə alınmış, deməli dəyişdirilmiş sayğacı istifadəyə tam yararlı olmuşdur, həmin sayğacı dəyişdirmiş əməkdaşlar sayğacda guya aşkar etdikləri qüsurları onların iştirakı olmadan özləri çox güman ki, həmin sayğacda yaratmışlar və onların tərəfindən yaradılması bəhanəsi ilə ona qarşı əsassız olaraq 2023-cü ilin aprel ayı üçün 3110,40 manat məbləğində borc tərtib etmişlər. Ancaq, bu barədə istehlakçı olaraq heç bir vaxt ona bildirilməmiş, nə də həmin sayğaca onun iştirakı ilə baxış keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-76/1-M-58-090/2023 nömrəli Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayon, İrmaşlı kənd sakini İddiaçı ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə güclü külək əsməsi nəticəsində qaz sayğacı yararsız hala düşmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı qaz sayğacı yeni Nateg tipli, G-4 markalı, 40047560 nömrəli qaz sayğacı ilə əvəz edilmiş, səbəb kimi “yararsız əvəzetmə” qeyd edilmişdir. Digər qeydlərdə “Sayğacın hesablama mexanizmi və monitor hissəsinin gövdədən aralanıb, sayğacın zavod nömrəsinin görünməməsi” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, İddiaçı yaşadığı Şəmkir rayon, İrmaşlı kəndindən çıxarılmış xx.xx.2023-cü il tarixli 14-2-213-5-4298-1 saylı akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizmi və zavod nömrəsi olan lövhə gövdədən üzərində aşkar edilməməsi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılması aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayonu İrmaşlı kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin aprel ayında 3110,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca abonent tərəfindən müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonun İrmaşlı kəndində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış 3110.40 (üç min bir yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar