Məhkəmə qərarları › İş №2(076)-864/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-864/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-864/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftlalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən xx.xx.2023cü il tarixində 038852 nömrəli akt əsasında abunə koduna **********00000 qanunsuz hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayon Ağlavaşlı kəndində yaşayır. O yaşadığı ünvanda istilik enerjisini qaz vasitəsi ilə alır, indiyənədək cavabdeh olan "Azəriqaz" İB kənd ərazisindəki, rəsmi şəxslər ilə ödəmə və sərfiyyatla bağlı heç bir problem yaşamamışdır. Tam normal məsuliyyətli abonent olmuş, istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirilib vaxtlı-vaxtında hesab bildirişə uyğun borcunu ödəmişdir. Lakin, 2023-cü ilin iyun ayında onun sayğacını yeni smart tipli sayğacla əvəz etmişlər, səbəb isə sayğacın kipləşməsi qaz sərfiyyatını qeyd etməməsi kimi qeyd edilmişdir. Hamıya məlumdur ki, yay aylarında qazdan istifadə az olur. 2023-cü ilin iyun ayında onun sayğacına və abonent koduna **********00000 olan hesabına 1555.20 manat cərimə məbləği əlavə olunmuşdur. O bununla bağlı cavabdeh təşkilatın Şəmkir rayon idarəsinə müraciət etmişdir. Müraciətin nəticəsində məhkəməyə təqdim etdiyi abonent saldosu, akt və laboratoriya protokollarının cavabdeh tərəfindən özləri tərəfindən də olsa belə araşdıra bilməmişlər. Necə olur ki, 2023-cü ilin iyun ayında sayğac dəyişir, həmin 1555.20 manat dəyər hesablanır, sonra isə 7 iyul 2023-cü ildə həm akt yazılır, eyni zamanda da ARDNŞ "Azəriqaz” İstehsalat Birliyində laboratoriya yoxlamasından keçir. Bir gündə Şəmkir şəhərindən Bakı şəhərinə necə sayğac gedə bilir və həmin günü rəy verilir. Onun iştirakı adına qarşısında imza yerinə imtina etdi kimi qeyd aparılmışdır. Onun adına olan qaz sayğacı sökülüb, daşınmasında və rəydə iştirakı təmin edilməmişdir. Bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzərdə tutulmuş maddələrinə ziddir, cavabdehlik daşıdığı hər bir sayğacın laboratoriya yoxlanmasında gözlə görüləcək dərəcədə olan qüsurun aktlaşdırılmasında onun iştirakı təmin olunmalıdır. Əks halda həmin ünvanda yerli icra orqanının və digər qonşuların hal şahidliyi öz əksini tapmalıdır. Təqdim etdiyi abonentin saldosu cədvəlində o hər ay nə qədər qaz sərf etdiyini, nə qədər ödəniş etdiyi cədvələ nəzər salsaq onun normal abonent olduğu aydın görünür. Odur ki, yuxarıda qeyd etdiyi çatışmamazlıqlara görə cavabdehin öz məsləhəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-5224/Q002 saylı akta əsasən **********0 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri (alt hissədəki) üzərində və yuvasının ətrafında yapışqan maddə və əzik-cızıq izləri olması aşkar edilmişdir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir rayon, Ağlavşlı, bina-0410, mən-0000 ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin iyun ayında 1555,20 manat borc hesablanmışdır. İş materiallarında olan MSK-14-2-2/3-5-5224/Q002 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi **********0 nömrəli olan sayğaca baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri (alt hissədəki) üzərində və yuvasının ətrafında yapışqan maddə və əzik-cızıq izləri olması aşkar edilmişdir. Sayğac istismara yararsızdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2023-cü ildə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt qaz sayğacı çıxarılan zaman sayğacın çıxış borusunun deşilməsi aşkar edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri (alt hissədəki) üzərində və yuvasının ətrafında yapışqan maddə və əzik-cızıq izləri olması müəyyən edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü ildə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombladan biri (alt hissədəki) üzərində və yuvasının ətrafında yapışqan maddə və əzik-cızıq izləri olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonun Ağlavaşlı kəndində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar