Məhkəmə qərarları › İş №2(076)-870/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-870/2024

03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-870/2024 03.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçinın iştirakı ilə Ərizəçinın hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Notariat Arxivi Şəmkir filialı tərəfindən verilmiş k-1-293 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışının mərhum atası X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayırlar. Şəmkir rayonunda yerləşmiş “K.Setkin” adma kolxozun qaytanlanmış torpaq kitabında 66-cı sıra nömrəsində 0.10 ha həyətyanı torpaq sahəsi atası X5 adına qeyd edilmişdir. Ərizəçinin atası X8 16 noyabr 1975-ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsinə dair mərhum atası X5 adına k-1-293 saylı, 10 may 2023-cü il tarixli arxiv arayışı verilmişdir. Həmin arxiv arayışında mərhum atası X5 adı və soyadı qeyd edilməklə atasının adı qeyd edilməmişdir. Ancaq onun atasının bütün sənədlərində soyadı, adı və atasının adı qeyd edilmiş və hamı atasını X2 tanımışdır. Ərizəçi mərhum atası X4 miras qalmış əmlaka vərəsə tanınmışdır və xx.xx.2023-cü il tarixdə 476 saylı vərəsəlik işi açılmışdır. Şəmkir rayonunda yerləşmiş “K.Setkin” adma kolxozun qaytanlanmış torpaq kitabında 66-cı sıra nömrəsində mərhum atam X5 adına qeyd edilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüququna dair sənəd almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, mərhum atası.Nəsib Nəsibovun ata adı arxiv arayışında qeyd edilmədiyindən torpaq sahəsinin sənədləşdirilməsindən imtina edildi və ona məhkəməyə müraciət etmək hüququ izah edildi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışadır . Tərəflərin izahatları: Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Notariat Arxivi Şəmkir filialı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Notariat Arxivi Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli k-1-293 nömrəli arxiv arayışından görünür ki, X9 filialında mühafizə olunan və “K.Setkin” adına kolxozun qaytanlanmış torpaq kitabında 66-cı sıra nömrəsində Nəsibov Nəsib adına 0.10 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür kiŞ X8 xx.xx.1975-ci ildə Şəmkir rayonunda ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə anadan olmuşdur, atası NəsibovNəsib Məhər oğlu,anası X1r. İş materiallarında olan Şəmkir rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023cüiltarixli971 nömrəliməktubdan görünürki, xx.xx.1975-ci il trixində vəfat etmiş X6 vərəsəsi ilkin olaraq Ərizəçi müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, k-1-293 nömrəli “Arxiv arayışı’nda qeyd olunan mülkiyyətçinin (Nəsibov Nəsibin) ata adı mövcud deyildir. Bu səbəbdən də, sözügedən torpaq sahəsi üzərində hər hansı bir araşdırmanın aparılması, faktın təsdiq olunması, hüquqların dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı ərizəçi tərəfindən verilən ərizəninin icrası onlar tərəfindən mümkün olmamışdır.. Buna görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2024cüil tarixli, ********** nömrəliqəbzdən görünür ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli k-1-293 nömrəli arxiv arayışından görünür ki, X9 filialında mühafizə olunan və “K.Setkin” adına kolxozun qaytanlanmış torpaq kitabında 66-cı sıra nömrəsində Nəsibov Nəsib adına 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Göründüyü kimi arxiv arayışında ərizəçinin mərhum atasının ata adının yazılmaması ərizəçinin mülkiyyət hüququnlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli və xx.xx.2023-cü il tarixli k-1-293 nömrəli arxiv arayışının mərhum X7 məxsus olması faktı tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Notariat Arxivi Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli k-1-293 nömrəli arxiv arayışının X7 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar