Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-872/2024 02.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-386 kod 50402016 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi 1960-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədək də bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onlara 0.77 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-189 kod 50400058 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında soyadı Nəbiyeva kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-189 kod 50400058 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin 20 dekabr 2023-cü il tarixli 3-21-3-40/2-Q-02xx-xx/2023 saylı məktubla imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən JN-386 kod 50402016 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, eyni zamanda ərizənin məzmununa uyğun izahat verərək, bildimişdir ki, iddia ərizəsindən yanlışlıq baş vermişdir. Bu səbəbdən tələbinin dəqiqləşdirərək JN-189 kod 50400058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində ərizəçinin onun qonşusu olmasını, onun Mehmanla nikah bağlamasını və onunla evdə bir ailə kimi yaşamasını, Dövlət aktında ərizəçinin soyadının səhvən “Nəbiyeva” kimi qeyd edildiyini bildirmişdir. Məhkəmə, ərizəçinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-189 nömrəli, 50400058 kodu olan, Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının təsdiq olunmuş sürətindən görünür ki, xx.xx.1998-ci ildə X4, X5, Nəbiyev ilkinə Mehman oğluna, X1 Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı əsasında Şəmkir rayon, Düyərli kəndində yerləşən 0.77 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İİ-ИУ seriyalı 105082 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə doğulmuşdur. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli 3-21-3-40/2-Q-0250-35/23 nömrəli X2 nümayəndəsi X3 müraciəti əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş JN-189, kod-50400058 saylı “Dövlət Aktı”nda qeyd olunan ad və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bunun bağlı məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi adları, onlara məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-189 KOD 50400058 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında adları müvafiq olaraq “X7” kimi göstərilmişdir. Aktda göstərilən “X7” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-189 KOD 50400058 saylı Torpağın Mülkiyyətə Hüququna dair Dövlət Aktı, doğum haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-189 KOD 50400058 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-189 KOD 50400058 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-872/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-872/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver