Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-92/2024 30.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 özbaşına inşa edilmiş avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i̇ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı özbaşına inşa edilmiş avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir şəhəri İ. Məmmədov küçəsində ona məxsus olan 85 saylı fərdi yaşayış evinin yaxınlığında cavabdehlər tərəfindən özbaşına inşa edilmiş avtoyuma məntəqələrinin fəaliyyətinin cavabdehlərin vəsaiti hesabına sökülməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267- 268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 özbaşına inşa edilmiş avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-92/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-92/2024
30.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver