Məhkəmə qərarları › İş №2(076)-927/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-927/2023

07.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-927/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi ilə, Məhkəmə iclasının katibi X3, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası) Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan, xx.xx.2003-cü il təvəllüdlü oğlu – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, X6 ilə birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Davud, xx.xx.2006-cı il təvəllüdlü Balaxanım və xx.xx.2016-cı il təvəllüdlü Ayxan adlı uşaqları doğulmuşdur. xx.xx.2003-cü il təvəllüdlü Davud adlı uşağı psixi qüsurludur və Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialı tərəfindən səhhətindəki psixi qüsura görə 3cü dərəcə əlil hesab edilməklə ona ayda 150 manat məbləğində sosial müavinat təyin edilmişdir. X15 fəaliyyət qabiliyyətinin olmamasına, hərəkətlərinə rəhbərlik edə bilməməsinə görə onun üçün təyin olunmuş sosial müavinəti müstəqil almaq imkanına malik deyildir. O öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır, ona qulluq edir. Oğlunu qəyyumluğa götürmək üçün Şəmkir RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına müracit etmişdir, orada ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası X6 oğlu, anası isə Ərizəçi olmaqla xx.xx.2003-cü ildə anadan olmuşdur. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli 841/21 saylı arayışından görünür ki, X1 şəhər Psixiatriya Xəstəxanasında müayinə olunmuş, ona “F07.0 - baş beynin üzvi xəstəliyi nəticəsində tez-tez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə), əqli gerilik” diaqnozu qoyulmuşdur. X16 xx.xx.2011-ci il tarixli arayışından görünür ki, X4 Pre-, perinatal toksikohipoksik (işemik) ensefalopatiya, psixo – fiziki əsasən əqli inkişaf geriliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 3-cü dərəcə əlilliyə görə 150 (bir yüz əlli) manat sosial müavinat alır. Məhkəmə-psixiatriya ekspertizasının 339 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X7 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları, MSS üzvi xəstəliyi ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X7 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları, MSS üzvi xəstəliyi ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən daim ətrafdakıların nəzarətinə ehtiyacı vardır. X7 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları, MSS üzvi xəstəliyi ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X7 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Düzdür. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar