Məhkəmə qərarları › İş №2(076)-933/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-933/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-933/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeyri–yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qeyri–yaşayış binasından çıxarılma və pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin ona məxsus qeyri–yaşayış binasından çıxarılması və icarə haqqı kimi 8.000 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri–yaşayış binası (aptek) cavabdehə məxsus olmuşdur. 04 iyun 2015–ci il tarixdə həmin qeyri– yaşayış binasını alqı–satqı müqaviləsi əsasında 50.000 manata satın almışdır. xx.xx.2019–cu il tarixdə isə DƏDRX–dən Çıxarış alaraq həmin qeyri–yaşayış binasını mülkiyyətinə keçirmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən qeyri–yaşayış binasını aylıq icarə haqqı 650 manat olmaqla, cavabdehə icarəyə vermişdir. Bir müddət cavabdeh icarə haqqını normal şəkildə ödəmiş, lakin 2020–ci il tarixdə ona müraciət edərək məbləğin yüksək olmasını, pandemiya ilə əlaqədar aptekin qazancının az olmasını bildirmiş və icarə haqqını azaltmağı xahiş etmişdir. O da cavabdehin xahişinə əsasən icarə haqqını azaldaraq 500 manat etmişdir. Cavabdeh 2022–ci ilin payız aylarına kimi icarə haqqını ödəmiş, sonradan ödənişi dayandırmışdır. Dəfələrlə tələb etdikdən sonra 2023–cü il tarixdə 2 ayın icarə haqqını, yəni 1.000 manat ödəmişdir. Sonradan cavabdehin icarə haqqını ödəmədiyini görmüş və onun qeyri–yaşayış binasından çıxmasını tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanlərlə onu aldatmış, bankdan kredit götürərək pulu ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh vədinə əməl etməmiş, o da sonuncu dəfə 2023–cü ilin oktyabr ayında cavabdehdən pulunu ödəməsini və qeyri– yaşayış binasından çıxmasını tələb etmişdir. Cavabdeh isə ona məxsus qeyri–yaşayış binasından çıxmır, nə də ki, 16 ayın icarə haqqı olan 8.000 manat pulu ödəmir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cavabdehin əşyaları ilə birlikdə qeyri–yaşayış binasından çıxarılması və icarə haqqı kimi 8.000 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia həcminin azaldılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehin ona məxsus qeyri–yaşayış binasından çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanda yerləşən qeyri–yaşayış binası (aptek) cavabdehə məxsus olmuşdur. 04 iyun 2015–ci il tarixdə həmin qeyri– yaşayış binasını notarial qaydada alqı–satqı müqaviləsi əsasında 50.000 manata satın almışdır. xx.xx.2019–cu il tarixdə isə onun həmin qeyri–yaşayış binası üzərində mülkiyyət hüququ tanınaraq, dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh qanunsuz şəkildə ona məxsus qeyri–yaşayış binasından istifadə edir. Hesab edir ki, hazırda həmin qeyri–yaşayış binası tam mülkiyyət hüququ əsasında ona məxsus olduğundan cavabdehin sahibliyi qanunsuzdur. Ona görə də cavabdeh mübahisəli qeyri–yaşayış binasından çıxarılmalı və onun mülkiyyət hüququnu həyata keçirməyə şərait yaradılmalıdır. Həmçinin, qeyd edir ki, icarə haqqı ilə bağlı gələcəkdə əlavə iddia qaldıracaqdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehin ona məxsus qeyri–yaşayış binasından çıxarılması haqda qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi, həmçinin məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 04 iyun 2015–ci il tarixdə notarial qaydada bağlanmış AN–İ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən, ümumi sahəsi 120.8 kv.m olan qeyri–yaşayış binasını 50.000 manat müqabilində alıcı İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********73–06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0.0177 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 120.8 kv.m olan qeyri–yaşayış binası üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2019–cu il tarixli, 504–1–7639 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri–yaşayış binasının mülkiyyətçisi İddiaçıdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 04 iyun 2015–ci il tarixdə notarial qaydada bağlanmış AN–İ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsinə əsasən Cavabdeh Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən, ümumi sahəsi 120.8 kv.m olan qeyri–yaşayış binasını 50.000 manat müqabilində İddiaçı satmış, xx.xx.2019–cu il tarixdə həmin qeyri–yaşayış binası üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehin isə həmin mübahisəli qeyri–yaşayış binası üzərində heç bir hüquqları qeydə alınmamışdır. Buna baxmayaraq cavabdeh hazırda iddiaçıya məxsus qeyri–yaşayış binasından istifadə etməklə bərabər, sahiblik edir. Belə olan halda məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, mübahisəli qeyri–yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və onun adına DƏDRX–dən Çıxarış verilmişdir. Bu da onu deməyə əsas verir ki, mübahisəli qeyri–yaşayış binası üzərində iddiaçı tam mülkiyyət hüququna, dolayısı ilə cavabdehə qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli qeyri–yaşayış binasından iddiaçı ilə bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin hazırda həmin qeyri–yaşayış binasından istifadə etməsi iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri–yaşayış binasından istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3–cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər – ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1–ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli qeyri–yaşayış binası üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli qeyri–yaşayış binası üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin qeyri–yaşayış binası cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli qeyri–yaşayış binası üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu baxımdan məhkəmə iddianı əsaslı hesab edərək qeyd edir ki, iddiaçının cavabdehə qarşı qeyri–yaşayış binasında çıxarılma tələbinə dair iddiası təmin edilməli və cavabdeh ünvan 1 ünvanda 0.0177 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 120.8 kv.m olan qeyri–yaşayış binasından çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********73–06301 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda 0.0177 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 120.8 kv.m olan qeyri–yaşayış binasından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar