Məhkəmə qərarları › İş №2(076)-94/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-94/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-94/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, X2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, X2 və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, X6 və Ərizəçi3 iddia qaldıraraq, JN-663 Kod 50405018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara- X4, Ərizəçi3, Ərizəçi1 ailə üzvü mərhum atası və mərhum anası X8 və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahatlar Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə ərizəçilərə Şəmkir şəhərində yerləşən 1.53 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-663 saylı dövlət aktında X1 Məmmədova, Ərizəçi3 adı Şahin cinsi kişi cinsi, mərhumun adı Həmdəm, soyadı Məşdiyev, mərhumənin adı isə Gülabatın, soyadı Məşdiyeva kimi qeyd olunmuşdur. Hazırda həmin torpaq sahəsi barədə iddiaçı həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Lakin dövlət aktında adlar və soyadlar səhv yazıldığından sərəncam vermək hüququ məhdudlaşmışdır. Ərizəçilər qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli məktubla qeyd olunan sənəddə soyad və adlarda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizəçilər Ərizəçi1, X6 və Ərizəçi3 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs AR ƏMDK-nin Yanında Daşınmaz Əmlak Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş,məhkəməyə məktub göndərərk işin onların səlahiyyəti xaricində olduğunu bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan JN-663 Kod 50405018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 1.53 ha torpaq sahəsi X4, Ərizəçi3, X8 və X5 və başqa şəxslərə verilmişdir. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, ərizəçilər X2 və Ərizəçi3, X7 və X3 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadı Məmmədova, adı Şahin, cinsi kişi cinsi, mərhumun adı Həmdəm, soyadı Məşdiyev, mərhumənin adı isə Gülabatın, soyadı Məşdiyeva göstərildiyindən, Ərizəçi1 və digəriləri hazırda yaşadığı Şəmkir şəhərində yerləşən torpağa dair müvafiq sənəd ala bilmir. Məhkəmə hesab edir ki, ərizəçilər Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçilər həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiklərindən ərizə təmin edilərək, “torpağa mülkiyyət hüququna dair” JN-663 saylı dövlət aktında torpağın ərizəçilər X4, Ərizəçi3, X8 və X5 məxsus olması dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şəmkir şəhərində yerləşən yaşayış sahəsinə dair “torpağa mülkiyyət hüququna dair” JN-663 saylı dövlət aktının X4, Ərizəçi3, X8 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar