Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-982/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında olan xx.xx.2023cü ildə 10000 manat kreditə görə bağlanılmış kredit müqavilənə görə onunla bağlanılmış xx.xx.2023-cü il tarixli GTGT3291441B147 saylı zaminlik müqaviləsinin etibarsız hesab olunması və 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, vəkil xidmət haqqı olaraq ödənilmiş 500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, izahatında göstərdi ki, tərəflər arasında olan mülki mübahisə artıq məhkəmədən kənar qaydada həll edilmişdir. Mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət aradan qalxmışdır. Hazırda iddiaçının tələbi 100+1 manat dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək yalnız məhkəmə məsrəflərini tələb etmişdir ki, iş üzrə icraata xitam verildiyi zaman məhkəmə məsrəfləri həll edilməli olduğundan iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini tələbdən imtina etməsi kimi qiymətləndirərək iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Məhkəmə qeyd edir ki, məhkəmə məsrəflərinə daxil olan Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinin tələbinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu 100 manat İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-982/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-982/2024
06.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver