Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-983/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Baş X13 İdarəsi) qarşı “xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, avtomaşının açıq hərracdan satışa çıxarılmasına, avtomaşının satışından əldə olunmuş dəyərin ½ hissəsinin onun verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Baş X13 İdarəsi) qarşı “xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, avtomaşının açıq hərracdan satışa çıxarılması, avtomaşının satışandan əldə olunmuş dəyərin ½ hissəsinin ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış "KİA OPTİMA" markalı ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh2 arasında xx.xx.2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, alqı-satqıdan sonra ** BH *** dövlət qeydiyyat nişanı təhkim olunmuş həmin avtomaşına görə xx.xx.2023-cü ildə Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasına, həmin alqı-satqıdan sonra 77 GV-257 dövlət qeydiyyat nişanı təhkim olunmuş həmin avtomaşının cavabdehlər tərəfindən istifadəsinə qadağa qoyulmasına, avtomaşının cərimə meydançasına yerləşdirilməsinə, avtomaşının açıq hərracdan satışa çıxarılmasına, satışdan əldə olunacaq məbləğin 1⁄2 hissəinin ona ödənilməsinə, 100+1 manat dövlət cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 onun keçmiş həyat yoldaşı olmuşdur. Aralarında olan nikah Şəmkir rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(076)-632/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasına, mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin və 01 iyun 2022-ci ildə Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış KİA OPTİMA MİNİK markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşının 1⁄2 hissəsinə Cavabdeh1, 1⁄2 hissəsinə isə onun mülkiyyət payı müəyyən olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə qətnaməsi evə, alimentə münasibətdə icra olunmuşdur. Avtomaşına münasibətdə icra olunmamışdır. İcra zamanı Cavabdeh1 məhkəmə baxışları zamanı mübahisə predmeti olan avtomaşını qərəzli şəkildə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında adından qeydiyyatdan çıxardığı, həmin avtomaşına yeni 08 BH- 503 dövlət qeydiyyat nişanı təhkim olunaraq, Cavabdeh2 adına qeydiyyata alındığı, göstərilən “KİA OPTİMA" markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarıldığı və yeni **-GV-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh3 adına rəsmiləşdirildiyi məlum olmuşdur. Odur ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-632/2023 saylı icra vərəqəsinin icrası mübahisə predmeti olan avtomaşına münasibətdə mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin avtomaşının birinci alqı-satqı müqaviləsi etibarsız, ikinci alqı-satqı müqaviləsi isə ləğv olunmalıdır. Çünki, cavabdeh, keşmiş həyat yoldaşı Cavabdeh1 digər cavabdehlərlə çirkin niyyətlə razılığa gəlmiş, həmin avtomaşınla bağlı məhkəmədə onun tələbinin olması barədə məlumatlı olmuş, keçmiş həyat yoldaşı həmin avtomaşınla bağlı iddiaçını ona düşəcək əmlak payından məhrum etmək niyyəti ilə qeyd olunan müqavilələri, notariatda deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsində alqı-satqı qeydə aldırmaqla, mübahisə predmeti olan avtomaşını öz adından çıxartmışdır. Cavabdehlər yaxşı bilirdilər ki, mübahisə predmeti olan avtomaşınla bağlı alqı-satqı müqaviləsi notariat kontorunda qeydə alınsa idi, bu zaman onun razılığı tələb olunacaqdı. Ona görə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış "KİA OPTİMA" markalı ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh2 arasında xx.xx.2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, alqı-satqıdan sonra ** BH *** dövlət qeydiyyat nişanı təhkim olunmuş həmin avtomaşına görə xx.xx.2023-cü ildə Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasına, həmin alqı-satqıdan sonra 77 GV-257 dövlət qeydiyyat nişanı təhkim olunmuş həmin avtomaşının cavabdehlər tərəfindən istifadəsinə qadağa qoyulmasına, avtomaşının cərimə meydançasına yerləşdirilməsinə, avtomaşının açıq hərracdan satışa çıxarılmasına, satışdan əldə olunacaq məbləğin 1⁄2 hissəinin ona ödənilməsinə, 100+1 manat dövlət cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı X7, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Baş X13 İdarəsinin nümayəndələri hər hansı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-13-16/2-150168/2023 nömrəli Azərbaycan DİN Baş X13 İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "KİA OPTİMA" markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-BH-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. Göstərilən "KİA OPTİMA" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış və yeni **-GV-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Odur ki, əlavə edilmiş Şəmkir Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli 2(076)-632/2023 saylı icra vərəqəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli 2(076)-632/2023 nömrəli Şəmkir rayon məhkəməsinin qətnamədən çıxarışdan görünür ki, ilk iddia təmin edilərək, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 02 sentyabr 2014-cü il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1884 nömrə ilə qeyd edilən nikah pozulması, qarşılıqlı iddia qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 cavabdeh İddiaçı himayəsində saxlanılması, Cavabdeh1 xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzilin və 01 iyun 2022-ci ildə Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış KİA OPTİMA MİNİK markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ (ikidə bir) hissəsinə Cavabdeh1, ½ (ikidə bir) hissəsinə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X7 xx.xx.2014cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikah dövründə xx.xx.2022-ci il tarixdə Kia Optima markalı **-EZ-*** dövlət qeydiyyat nömrəli minik avtomobili əldə etmişlər və Cavabdeh1 adına qeydə alınmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış və yeni **-BH-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. Şəmkir rayon məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(076)-632/2023 nömrəli qətnaməsi ilə 01 iyun 2022-ci ildə Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış KİA OPTİMA MİNİK markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ (ikidə bir) hissəsinə Cavabdeh1, ½ (ikidə bir) hissəsinə İddiaçı paylarının müəyyən edilmişdir. "KİA OPTİMA" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış və yeni **-GV-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Məhkəmə iddia tələbinə qiymət verilməsi üçün aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, mübahisəli əmlak iddiaçı X4 razılığı olmadan cavabdehlər arasında özgəninkiləşdirmə əqdi sayılan alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Mübahisə predmeti olan KİA OPTİMA MİNİK markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı ilə Cavabdeh1 birgə nikahı zamanı əldə olunduğunu, həmçinin məhkəmə qətnaməsi ilə avtomobilin ½ (ikidə bir) hissəsinə Cavabdeh1, ½ (ikidə bir) hissəsinə İddiaçı paylarının müəyyən edilməsini nəzərə alsaq, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Ailə Məcəlləsinin 32-ci maddələrinin tələbinə görə həmin KİA OPTİMA MİNİK markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşın onların ümumi birgə mülkiyyəti sayılırdı və yenə də Ailə Məcəlləsinin isə 33.1-ci maddəsinin tələbinə görə belə ümumi birgə mülkiyyəti arvadın notarial qaydada təsdiqlənmiş razılığı olmadan ər tərəfindən satılması yolverilməz idi. Bu isə onu təsdiq edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi real olaraq baş tutmamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmənin fikrinə görə, bütün bu sadalanan halların hamısı mübahisələndirilən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını təsdiq edir və bu barədə iddia təmin olunmalıdır. Bundan başqa, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə “əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”. Göründüyü kimi, mülki qanunvericilik “iradəni” əqdin zəruri elementlərindən biri kimi nəzərdə tutmuşdur. İradə əqd tərəfinin əqd bağlayan zaman məqsədini, arzusunu, bu məqsəd və arzuya çatmaq üçün öz əqli və fiziki imkanlarını heç bir kənar təsir olmadan könüllü olaraq istiqamətləndirməsini nəzərdə tutan mülki-hüquqi kateqoriyadır. Hazırki mübahisə üzrə “alqı-satqı” əqdinə münasibətdə İddiaçı “iradə ifadəsi” onu nəzərdə tutur ki, İddiaçı əri Cavabdeh1 nikah dövründə əldə etdikləri əmlakın onun payına düşən hissəsini digər cavabdeh olan Cavabdeh2 satmasına razı olmalı və könüllü olaraq bu razılığını ifadə etməli idi. Lakin, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, KİA OPTİMA MİNİK markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşın haqqında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin predmeti olan avtomaşın üzərində İddiaçı payının müəyyən edilməsi barədə məhkəmə mübahisəsi olmuş və avtomaşının mülkiyyətçisi Cavabdeh1 məhkəmə mübahisəsindən məlumatı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış daşınar əşyanın alqı-satqı müqaviləsi qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən sonra ** BH *** dövlət qeydiyyat nişanı təhkim olunmuş KİA OPTİMA MİNİK markalı avtomaşına görə xx.xx.2023-cü ildə Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı “KİA OPTİMA” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixdə Cavabdeh3 Cavabdeh2 ilə alqı-satqı müqaviləsini bağlayarkən həmin vaxt avtomaşının mülkiyyətçisinin vicdanlı əldə edən olmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, X6 vicdanlı əldə edən olduğundan, iddia tələbi xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsindən sonra ** BH *** dövlət qeydiyyat nişanı təhkim olunmuş KİA OPTİMA MİNİK markalı avtomaşına görə xx.xx.2023-cü ildə Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, iddia tələbinin KİA OPTİMA MİNİK markalı avtomaşına görə xx.xx.2023-cü ildə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması hissəsi əsassız olduğundan, iddianın avtomaşının cavabdehlər tərəfindən istifadəsinə qadağa qoyulmasına, avtomaşının cərimə meydançasına yerləşdirilməsinə, avtomaşının açıq hərracdan satışa çıxarılmasına, satışdan əldə olunacaq məbləğin 1⁄2 hissəsinin iddiaçıya ödənilməsinə hissəsi də əsaslı sayıla bilməz və iddia həmin hissədə də təmin edilməməlidir. İddiaçı gələcəkdə KİA OPTİMA MİNİK markalı avtomaşına müəyyən edilmiş 1/2 hissədə payına uyğun olaraq ona vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "KİA OPTİMA" markalı ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-983/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-983/2024
13.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver