Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-338/2022 01.12.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyun 2022-ci il tarixə 1164,03 (bir min yüz altmış dörd manat üç qəpik) manat gecikdirilmiş əsas,85,05 (səksən beş manat beş qəpik) manat gecikdirilmiş mükafat,307,43 (üç yüz yeddi manat qırx üç qəpik) manat dəbbə pulu,380 (üç yüz səksən) manat dəymiş zərər olmaqla,ümumilikdə 1936,51 (bir min doqquz yüz otuz altı manat əlli bir qəpik) manat borc və 39,77 (otuz doqquz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX-minik” markalı,** PN *** dövlət qeydiyyat nişanlı,NVABA1HHFLF632800 ban nömrəli,ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.Daxili lizinq müqaviləsinin ayrılmaq tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19% hesablanmaqla,36 ay müddətinə hər ay 395,89 manat,ümumilikdə 14252 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.30 iyun 2022-ci il tarixdə Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar LX” minik markalı,** PN *** dövlət qeydiyyat nişanlı avtomobil şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.Həmçinin cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 iyun 2022-ci il tarixdə 150 manat məbləğində olmuşdur.Cavabdehin 30 iyun 2022-ci il tarixinə lizinq şirkətinə 1164,03 manat gecikdirilmiş əsas,85,05 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307,43 manat dəbbə pulu olmaqla,ümumilikdə 1556,51 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək,təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki,borcu ödəməkdən imtina etmir,lakin maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir.Həmçinin əsas borca hesablanmış cərimə məbləğinin yüksək olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli MAS- 2833 saylı daxili lizinq müqaviləsindən görünür ki,Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX-minik” markalı,** PN *** dövlət qeydiyyat nişanlı,NVABA1HHFLF632800 ban nömrəli,ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh qeyd edilən məbləği 36 ay müddətinə,illik 19% həcmində mükafat məbləği hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür. - AD № 884751 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX-minik” markalı,** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. - 29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki,Cavabdeh 10800 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 395,89 manat,sonuncu ay 395,55 manat olmaqla xx.xx.2023-cü il tarixədək hissə-hissə ödəməli idi. - İddiaçı MMC–nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki,“Khazar LX-minik” markalı,** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 380 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli 2530 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyan məbləğini 7 gün ərzində ödənilməsi tələb edilmiş,əks təqdirdə yaranmış borc məbləğinin məhkəmə qaydasında tutulacağı nəzərinə çatdırılmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 2756 nömrəli maliyyə arayışından görünür ki,29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-nə 1164,03 manat əsas,85,05 manat mükafat borcu və 307,43 manat cərimə borcu olmaqla,cəmi 1556,51 manat borcu vardır. - X3 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 39,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən,lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-2-ci maddəsin əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX-minik” markalı,** PN *** dövlət qeydiyyat nişanlı avtomobil 10800 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və Cavabdeh qeyd edilən məbləği 36 ay müddətinə,illik 19% həcmində mükafat məbləği hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür.Lakin qeyd edilən avtomobil 30 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən avtomobilə 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.Hazırda Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyun 2022-ci il 1164,03 manat gecikdirilmiş əsas,85,05 manat gecikdirilmiş mükafat və 307,43 manat dəbbə pulu olmaqla,1556,51 manat borcu vardır.Həmçinin cavabdehdən nəqliyyat vasitəsinə dəymiş 380 manat məbləğində ziyanın tutulması xahiş edilmişdir. Məhkəmə sadalanan maddi hüquq normasının tələblərinə və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmasına baxmayaraq,cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur.Ona görə də,cavabdehdən 30 iyun 2022-ci il tarixə hesablanmış 1164,03 manat gecikdirilmiş əsas və 85,05 manat gecikdirilmiş mükafat borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 307,43 manat məbləğində cərimənin azaldılaraq 30 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə nəqliyyat vasitəsinə dəymiş zərərin tutulması hissəsinə münasibətdə hesab edir edir ki,qanunvericiliyin tələbinə əsasən lizinq obyektinə dəyən ziyan üzrə lizinq alan məsuliyyət daşıdığından və cavabdeh bu hissədə iddianı qəbul etdiyindən,iddia tələbi bu hissədə əsaslı olmaqla,cavabdehdən 380 manat məbləğində dəymiş ziyan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS- 2833 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyun 2022-ci il tarixə hesablanmış 1164,03 manat gecikdirilmiş əsas,85,05 manat gecikdirilmiş mükafat,30 manat dəbbə pulu,380 manat dəymiş zərər olmaqla,ümumilikdə 1659,08 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2833 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyun 2022-ci il tarixə hesablanmış 1164,03 (bir min yüz altmış dörd manat üç qəpik) manat gecikdirilmiş əsas,85,05 (səksən beş manat beş qəpik) manat gecikdirilmiş mükafat,30 (otuz) manat dəbbə pulu,380 (üç yüz səksən) manat dəymiş zərər olmaqla,ümumilikdə 1659,08 (bir min altı yüz əlli doqquz manat səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-338/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-338/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver