Məhkəmə qərarları › İş №2(077)-377/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-377/2022

22.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-377/2022 22.12.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Şuşa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü qızı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki,qızı X11 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş və sağlamlıq vəziyyətində mövcud olan pozuntuya görə daim baxıma ehtiyac vardır.xx.xx.2022-ci il tarixdə qızı X9 Dövlət Sosial Ekspert Komissiyasının müayinəsindən sonra ümumi xəstəlik səbəbindən İ qrup əlillik təyin edilmişdir.Diaqnoz kimi “Spastik tetraplegiya,Z74.3,daimi müşahidəyə ehtiyac İQ10,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” göstərilmişdir.Hazırda qızı onun himayəsindədir və ona qulluq edir.Lakin qızına münasibətdə heç bir hüquqi addım ata bilmir və ya onun adından harasa müraciət edə bilmir.Ona görə də,qızının üzərinə qəyyum kimi təyin edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi X5 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - Şuşa rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 503033 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X11 xx.xx.2004cü il tarixdə Bakı şəhərində doğulmuşdur.X6,anası X3 qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, X11 “Spastik tetraplegiya,Z74.3 daimi müşahidəyə ehtiyac,İQ10 Spastik tetraplegiya,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə 1-ci qrup əlildir.Növbəti müayinənin tarixi isə müddətsiz olaraq qeyd edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Şuşa rayon mərkəzi xəstəxanası X16in xx.xx.2022-ci il tarixli 463 nömrəli tibbi arayışından görünür ki,xx.xx.1980-cı il tarixdə doğulmuş Ərizəçi həqiqətən Şuşa RMX-nın poliklinikasında tibbi müayinədən keçmişdir.Hazırda şikayəti yoxdur və sağlamdır. - Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 352865 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,X13 ilə X1 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2022-ci il tarixli 3101 saylı rəyindən görünür ki, X8 dərin əqli gerilik aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Buna görə də, X7 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır.Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X8 dərin əqli gerilik aşkar olunmuşdur.X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.O, anası – Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır,hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də,məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2022-ci il tarixli 3101 saylı rəyi ilə razılaşaraq hesab edir ki,xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçi X1 xx.xx.2004-cü il təvəllüdlü X7 üzərinə qəyyumu təyin olunması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır,yəni şəxsin üzərinə qəyyum etmək məhkəmənin səlahiyyətində deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş X7 üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizə digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar