Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-97/2022 12.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi və Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Şuşa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.01.1973-cü il təvəllüdlü bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki,23.01.1973-cü il təvəllüdlü X5 ərizəçinin bacısıdır.Bacısı uşaqlıqdan ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar 1 (birinci) qrup əlildir.Xəstəliklə əlaqədar olaraq bacısı hərəkətlərinin mənasını başa düşmür,onları idarə edə bilmir, kənar şəxsin daim köməyinə və himayəyə ehtiyacı vardır. Əlil və xəstə olması səbəbindən X4 özü daim qulluq edir. Lakin müəyyən idarə və təşkilatlarda təmsil etmək,həmçinin ona qulluq etdiyi üçün pensiya ala bilmək üçün bacısının qəyyumu təyin edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsnin məsləhətçisi X7 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №378785 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki,X5 1-ci qrup əlildir, növbəti müayinənin tarixi isə müddətsiz olaraq qeyd edilmişdir. - Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilmiş 03.04.1973-cü il tarixli İİ-ЖГ 319525 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X5 23.01.1973-cü il tarixdə Ağdam şəhərində doğulmuşdur.Ata qrafasında X9,ana qrafasında X8 qeyd edilmişdir. - Laçın rayon VVAQ şöbəsi tərəfindən verilmiş 12.11.1981-ci il tarixli Vİİ-ЖГ 435106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Ərizəçi xx.xx.1980-ci il tarixdə Laçın rayonu,Şəlvə kəndində doğulmuşdur.Ata qrafasında X9,ana qrafasında X8 qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 16.04.2022-ci il tarixli 948 saylı rəyindən görünür ki, X2 epilepsiya nəticəsində dərin demensiya (ağıl zəifliyi) aşkar olunmuşdur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Buna görə də, X1 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X2 epilepsiya nəticəsində dərin demensiya (ağıl zəifliyi) aşkar olunmuşdur.X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.O, qardaşı – Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır,hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 16.04.2022-ci il tarixli 948 saylı rəyi ilə razılaşıb hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli,23.01.1973-cü ildə Ağdam şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.01.1973-cü ildə Ağdam şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 23.01.1973-cü ildə Ağdam şəhərində doğulmuş X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-97/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-97/2022
12.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver