Məhkəmə qərarları › İş №2(078)-1/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1/2022

09.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1/2022 09.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı1, İddiaçı1 vəkili X1, Cavabdeh2 nümayəndəsi X4 və cavabdehlərin vəkili və cavabdehlər X5 və Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : İddiaçı1, İddiaçı2 və İddiaçı3 X7, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Qadir Əliyevlə anası Tükaz Əliyevanın birgə nikahda olduqları müddətdə əldə etdikləri Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evinin anasının ölümündən sonra miras qalmış əmlakın anasına çatacaq hissəyə münasibətdə mirasın tərəflərindən qəbulu faktının təsdiqi, atası X9 ölümündən sonra həmin ünvanda miras qalmış əmlakın faktiki qəbulu və miras əmlakdakı payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə baxış iclası iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan keçirilmişdir. Cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşlar. Həmçinin cavabdehlər X10 və Cavabdeh3 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. İddiaçı1 məhkəmə baxışı iclasında ərizə yazaraq, iddianın baxılmamış saxlanılıb iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə köməklik göstərilməsini xahiş etdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı1 iddianın baxılmamış saxlanılıb iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə köməklik göstərilməsini xahiş etdiyinə və cavabdeh tərəfin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan MR İdarəsi filialı vasitəsilə 04 dekabr 2018-ci il tarixli, TT**********24110 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 X7, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən olunması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan MR İdarəsi filialı vasitəsilə 04 dekabr 2018-ci il tarixli, TT**********24110 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar