Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1/2023 17.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh İddiaçı3 nümayəndəsi İddiaçı1, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh Bədəlova (Babayeva) Gülnar Cavanşir qızının, ilk tələb üzrə iddiaçıların vəkili Vəkil2, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzə iddiaçı, ikinci tələb üzrə iddiaçılar X9, X35 və X15 nümayəndəsi Cavabdeh, birinci tələb üzrə Cavabdeh vəkili, ikinci tələb üzrə iddiaçılar X9, Cavabdeh, X35 və X15 vəkili, ikinci tələb üzrə iddiaçı X15 nümayəndəsi Vəkil1 iştirakı ilə, ilk tələb üzrə iddiaçılar İddiaçı1, X17 və İddiaçı3 Cavabdeh qarşı mərhum ər-arvadın ümumi 1/2 paylarda mülkiyyət hüququnun tanınması, həmin paylarda olan mirasın qəbulu faktının təsdiqi, oğul tərəfindən faktiki qəbul edilmiş mirasın irsi transmissiya ilə vərəsələri tərəfindən qəbul faktının təsdiq və payların müəyyən olunması, ikinci tələb üzə iddiaçılar X15, X9, X35 və Cavabdehlər İddiaçı1, X25 və İddiaçı3 qarşı daşınmaz əmlakda ər-arvadın ½ paylarda mülkiyyət hüququnun tanınması, mirasın faktiki qəbulu və payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1, X36 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən və mərhum qaynatasının (X67) ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/3 hissəsinin mərhum oğlu X1 qəbulu faktının təsdiqi, X7 tərəfindən faktiki qəbul edilmiş ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum qaynata- X47 aid hissəsinin irsi transmissiya ilə 1-ci növbə vərəsələri- övladları X36, İddiaçı3 və həyat yoldaşı İddiaçı1 tərəfindən qəbulu faktının təsdiqi, mərhum X48 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın X7na çatacaq miqdarda övladları X36 və İddiaçı3 tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdiyi hissədə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. X31, X19, X68 və Bədəlov Cavabdeh Elmira Həsən qızına, X25 və İddiaçı3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və X37 mülkiyyətində olan daşınmaz əmlakın X67 və X48 birgə nikah dövründə qazanmış əmlakı olduğundan 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X37 1/2 payının X77, Cavabdeh və X31 tərəfindən faktiki qəbulu faktının təsdiqi, X16 vəfatından sonra onun miras payının anası X77 tərəfindən faktiki qəbulu faktının təsdiqi və X48 vəfatından sonra onun miras payının X31, X68, X19 və Cavabdeh tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdikləri hissədə payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-296/2020 nömrəli, 06 mart 2020-ci il tarixli qərardadı ilə, iddiaçılar X15, X9, X35 və Cavabdehlər İddiaçı1, X25 və İddiaçı3 qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması, mirasın faktiki qəbulu və payların müəyyən olunması tələbinə dair 2(078)-296/2020 nömrəli mülki iş Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, X17 və İddiaçı3 Cavabdeh qarşı mərhum ər-arvadın ümumi ½ paylarda mülkiyyət hüququnun tanınması, həmin paylarda olan mirasın qəbulu faktının təsdiqi, oğul tərəfindən faktiki qəbul edilmiş mirasın irsi transmissiya ilə vərəsələri tərəfindən qəbul faktının təsdiq olunması tələbinə dair 2(078)- 78/2020 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxılması qərara alınmışdır. İddiaçı1, X36 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X67 ilə mərhum X48 06 mart 1954-cü ildə Türkmənistan Respublikasının Qızıl-Arvad şəhərində rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, onların birgə nikahlarından 5 övladları- X10, X20, X21, X16 (rəhmətə gedib) və Cavabdeh doğulduğunu, mərhum X67 ilə mərhum X48 birgə nikah dövründə 1962-ci ildə mərhum X37 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əldə edildiyini və qeydiyyata alındığını, 18 oktyabr 2018-ci ildə həmin daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrində Məhəmməd Bədəlovun adına qeydiyyata alındığını, həmin daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən bu daşınmaz əmlaka mərhum X67 ilə mərhum X48 arvadın və ərin ümumi- ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması zərurətinin yarandığını, bunun miras əmlakın sonrakı taleyi ilə bağlı (miras əmlakda payların müəyyən edilməsi ilə bağlı) birbaşa əlaqəli olan məsələ olduğunu, mərhum X37 22 avqust 1994-cü ildə Naxçıvan şəhərində vəfat etdiyini, mərhumun vəfatından sonra həmin evdə mərhum qaynana - X77, oğlu - X30 (mərhum), X7nun övladları - X36, İddiaçı3 və X16 həyat yoldaşı -İddiaçı1 yaşadıqlarını, mərhumun övladı Bədəlov Cavanşirin hələ sağlığında həmin evdə faktiki yaşamaqla, atasının payına münasibətdə ona çatacaq payı faktiki olaraq qəbul etdiyini (eyni zamanda onu da qeyd etmək lazımdır ki, miras əmlak birgə nikah dövründə əldə edildiyindən, yarısı mərhum X48 mülkiyyəti olduğundan həmin əmlak siyahısına daxildir və Bədəlova Güllü də faktiki yaşamaqla, ərindən ona çatacaq payı faktiki qəbul etmişdir), X16 26 avqust 2016-cı ildə Naxçıvan şəhərində vəfat etdiyini, X30 tərəfindən faktiki qəbul edilmiş miras əmlakın mərhum qaynataya aid hissəsinin irsi transmissiya qaydasında 1-ci növbə vərəsələri - oğul, qız və həyat yoldaşı tərəfindən qəbul edildiyini, X91 rəhmətə gedəndən sonra həmin evdə onun oğlu, qızı və həyat yoldaşının faktiki yaşamaqla, miras əmlakın irsi transmissiya qaydasında onlara çatacaq hissədə 1-ci növbə vərəsələri qismində qəbul etdiklərini, eyni zamanda X91 rəhmətə getməmişdən əvvəl və sonra da mərhumun həyat yoldaşının evdə əsaslı təmir-tikinti işləri apardığını və əhəmiyyətli dərəcədə yaxşılaşdırmalar həyata keçirdiyini, bir neçə otaq tikildiyini, hamam və mətbəx tikildiyini, tikintiyə müəyyən məbləğdə vəsait sərf olunduğunu, X48 12 noyabr 2018-ci ildə rəhmətə getdiyini, Bədəlova Güllü rəhmətə gedəndən sonra həmin evdə X7nun övladları - X36, İddiaçı3 və həyat yoldaşı İddiaçı1 yaşadıqlarını, İddiaçı1 bu gün də mübahisə olunan mənzildə yaşadığını, mərhum X77 rəhmətə gedəndən sonra X7nun övladları (X36, İddiaçı3) notariusa ərizə verməklə mərhum qaynananın (X77) ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın X7na çatacaq miqdarda övladları- oğlu və qızı tərəfindən qəbul edilməsi ilə bağlı ərizə verdiklərini və bununla da mirası qəbul etdiklərini, bunları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən və X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən və mərhum qaynatasının (X67) ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/3 hissəsinin mərhum oğlu X1 qəbulu faktının təsdiqi, X7 tərəfindən faktiki qəbul edilmiş ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum qaynata- X47 aid hissəsinin irsi transmissiya ilə 1-ci növbə vərəsələri- övladları X36, İddiaçı3 və həyat yoldaşı İddiaçı1 tərəfindən qəbulu faktının təsdiqi, mərhum X48 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın X7na çatacaq miqdarda övladları X36 və İddiaçı3 tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdiyi hissədə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. X31, X19, X68 və Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri X67 ilə X48 06 mart 1954-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, onların birgə nikahlarından 5 övladları- X15 (02 aprel 1955-ci il təvəllüdlü), X35 (07 iyun 1957-ci il təvəllüdlü), X16 (10 dekabr 1959-cu il təvəllüdlü), X9 (16 dekabr 1962-ci il təvəllüdlü) və Cavabdeh (xx xxxx 1968-ci il təvəllüdlü) doğulduğunu, valideynlərinin birgə nikahda olduqları dövrdə, 1962-ci ildə mərhum atalarının adına hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alındığını və 18 oktyabr 2018-ci il tarixdə atalarının adına qeydiyyata alındığını, həmin daşınmaz əmlak ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak olduğundan, onların həmin əmlakdakı paylarının bərabər olmaqla, ½ hissə təşkil etdiyini, atalarının 22 avqust 1994-cü ildə Naxçıvan şəhərində vəfat etdiyini, onun vəfatından sonra miras əmlakda X77, Cavabdeh və X15 ailəsi ilə birlikdə yaşadıqlarını, atadan qalma mirasın faktiki olaraq həmin şəxslər tərəfindən qəbul edildiyini, X16 26 avqust 2016-cı il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini, onun miras payının anası X77 tərəfindən faktiki olaraq qəbul edildiyini, X48 12 noyabr 2018-ci il tarixdə vəfat etdiyini, Güllü Bədəlovanın vəfatından sonra həmin evdə oğlu Cavabdeh ailəsi ilə birlikdə yaşadığını, bundan əlavə, X31, X68, X19 və Cavabdeh mirasın qəbulu ilə bağlı Naxçıvan şəhər 2 saylı notariat ofisinə ərizə ilə müraciət etdiklərini və bununla da qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etmək niyyətlərini bəyan etdiklərini, bunları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən və X37 mülkiyyətində olan daşınmaz əmlakın X67 və X48 birgə nikah dövründə qazanmış əmlakı olduğundan 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X37 1/2 payının X77, Cavabdeh və X31 tərəfindən faktiki qəbulu faktının təsdiqi, X16 vəfatından sonra onun miras payının anası X77 tərəfindən faktiki qəbulu faktının təsdiqi və X48 vəfatından sonra onun miras payının X31, X68, X19 və Cavabdeh tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdikləri hissədə payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh İddiaçı3 nümayəndəsi qismində izahat verən İddiaçı1, iddia tələbini müdafiə edərək, ikinci tələbi qismən 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması hissədə qəbul edərək, digər hissədə iddia tələbini qəbul etməyərək, 1982-ci ildə mübahisəli əmlaka gəlin gəldiyini, 40 ildir ki, həmin evdə yaşadığını, yoldaşı Rusiyada təhsil aldığından orada qalıb 1991-ci ildə qayıtdıqlarını, 1994-cü ildə qaynatasının vəfat etdiyini, baldızı Kəmalənin təxminən səksənici illərdə ailə qurduğunu, qaynatası öləndə Canpoladın həmin evdə qaldığını, Canpoladın 1996-cı ildə Bakı şəhərinə işləməyə getdiyini, Canpoladın qardaşı və bacısının Bakı şəhərində olduğunu, onların yanına gedib polisə işə düzəldiyini, təxminən 1998-1999-cu ildə qayıdıb gəlib ailə qurduğunu, sonra yoldaşınıda götürüb Bakı şəhərinə getdiyini, 2016-cı ildə yoldaşı Cavanşir öldükdə Canpoladın qayıtdığını, 2017-ci ildə Canpoladın Bakı şəhərindən ailəsini gətirdiyini, həmin vaxtdan Canpoladın ailəsi ilə həmin evdə yaşadığını, evin bir hissəsində Canpoladın ailəsi ilə, bir hissəsində isə özünün qaldığını, Canpoladın həmin miras əmlakda dəyişiklik etmədiyini, tikinti və abadlıq etmədiyini, özünün təmir işləri gördüyünü, evin döşəmə və tavanının olmadığını, özü tərəfindən həmin işləri gördüyünü, mətbəx, hamam, tualet inşa etdirdiyini, 2016-cı ildə yoldaşının vəfat etdiyini, yoldaşı vəfat edəndə toy üçün yığdığı pulu yas mərasiminin təşkili üçün Allahverdi ilə Canpolada verdiyini, yasın Cavanşirin yığdığı pul ilə təşkil olunduğunu, qardaş olaraq yasa 100 manat yazdırdıqlarını, uşaqlarının özlərinə məxsus evlərinin olmadığını, oğlunun 10 ildir ki, Bakı şəhərində kirayədə yaşadığını, həyətə konalizasiya sistemi çəkdirdiyini, qaz, işıq sayğaclarının ayrıldığını, Canpoladın və yoldaşının birgə yaşayış qaydalarına əməl etmədiyini, Canpoladın həmin evə girərək ona şərait yaratmadığını, ona heç nə çatmadığını bildirdiyini, 1991-ci ildən 2016-cı ilədək yoldaşı vəfat edənədək ailəsi ilə həmin evdə yaşadıqlarını, 1994-cü ildə qaynatası öləndə həmin evdə qaynanasının, Canpoladın və özünün ailəsi ilə qaldıqlarını, qaynanasının həmin evdə daima qaldığını, bəzən qışda soyuq olanda qızının evində qaldığını, qaynatasının ölümündən sonra mirasın qəbulu ilə əlaqədar vərəsələr tərəfindən rəsmi müraciətin olunmadığını, qaynanasının ona Canpolad gedib qayıtmayacaq evi abadlaşdır, yaşamaq üçün şərait yarat dediyini, qaynatasının ölümündən sonra miras əmlakda təmir işləri gördüklərini, komunal xidmətlərin pulunu özlərinin ödədiyini, qaynanasının pensiya aldığını, həmin vaxtlarda yoldaşının kərpic zavodunda işlədiyini, sonra daxili qoşunlarda işlədiyini, qazanc gətirdiyini, özünün şirniyat bişirib satdığını, evdə yaşamaq üçün şərait yaratdığını, kanalizasiya sistemini özünün çəkdirdiyini, 2016-cı ildə yoldaşı öləndə həmin evdə qaynanasının, özünün, qızının qaldığını, oğlunun isə Bakı şəhərində yaşadığını, yay vaxtlarında gəldiyini, evin abadlaşdırılmasında oğlunun iştirak etdiyini, vəsait xərclədiyini, qaynanası 2018-ci ildə vəfat edəndə həmin evdə özünün, Canpoladın ailəsi ilə yaşadığını, qızı Gülnarın ailə qurub getdiyini, Cavanşirin tanışının evində hamamda yıxılaraq vəfat etdiyini, Canpoladın miras əmlakdan tək olduğundan ona az pay çatmasını bildirdiyini, 1994-cü ildən evin komunal xərclərini ödədiklərini, Güllünün pensiya aldığını, özünün ehtiyaclarını ödədiyini, Canpoladın isə işləmədiyini qazancının olmadığını, baldızlarının qaynatasının sağlığında ərə getdiklərini, Allahverdinin qaynatasının sağlığında hərbi şəhərcikdə yaşadığını, sonra Bakı şəhərinə köçdüyünü, həyətdə olan çardağın qaynatasının sağlığında qohumları tərəfindən təmannasız düzəldiyini, 1994-cü ildə qaynatası vəfat edəndən sonra Allahverdinin mirası qəbul etmədiyini, şahid Yusif Əhmədovun həyat yoldaşının Canpoladla dayı oğlu bibi qızı qohumluğunun olduğunu, bu səbəbdən düzgün ifadə vermədiyini, 1982-ci ildən həmin mülkdə yaşadığını, əziyyətlərlə mükü abadlaşdırdığını, iddia tələblərinin təmin olunması, ikinci tələb üzrə iddianın qismən X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması hissəsində təmin olunması, digər hissələrdə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh qismində izahat verən Bədəlova (Babayeva) Gülnar Cavanşir qızı, iddia tələbini müdafiə edərək, ikinci tələbi qismən 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması hissədə qəbul edərək, digər hissədə iddia tələbini qəbul etməyərək, 1988-ci ildə Rusiyada doğulduğunu, 1991-ci ildə Naxçıvana gəldiklərini, 1994-cü ildə babasının vəfat etdiyini, Canpoladın Bakı şəhərində yaşayıb sonra qayıdıb ailə qurub yenidən qayıtdığını, uşaq olduğundan həmin illəri tam olaraq xatırlamadığını, Canpoladın 2017-ci ildən isə ailəsi ilə qayıdıb həmin evdə yaşadığını, 2017-ci ilin dekabr ayında ailə qurduğunu, qardaşı Anarın 2009-cu ildə toyunun olduğunu, qardaşının toyu ərəfəsində abadlıq işləri aparıb mübahisəli mətbəxi təmir etdirdiklərini, mətbəxin bir divarının olduğunu, dam örtüyünün olmadığını, tam olaraq yararlı vəziyyətə gətirdiklərini, kafel döşətdirdiklərini, 2011-2012-ci illərdə işlədiyini, qazancı ilə evi tam təmir edib tavan və döşəməsini düzətdirdiklərini, əlavə olaraq 2012-ci ildə mətbəx, hamam və həyətdə tualet inşa etdirdiklərini, 2016-cı ilin avqust ayının 23-də atasının yıxıldığından xəstəxanaya yerləşdirildiyini, 3 gün sonra 25-dən 26-sına keçən gecə atasının vəfat etdiyini, 27 avqustda Bakıdakı əmisinin balaca oğlunun toyu olacağını, toy olsun deyə onlardan xəbərsiz Canpoladla Allahverdinin atasını 3 gün morqda saxladıqlarını, 28 avqustda atasını dəfn etdiklərini, 2016-cı ildə atası vəfat edəndə həmin evdə nənəsinin, anasının və özünün yaşadığını, qardaşının Bakı şəhərində yaşadığını, gəldikdə onlarla yaşadığını, evin abadlaşdırılmasında iştirak etdiyini, Canpoladın yasda qırx gün qaldığını, sonra Bakı şəhərinə qayıtmayıb həmin evdə qaldığını, 2017-ci ilin yayında yoldaşınıda gətirdiyini, 2018-ci ilin noyabr ayında nənəsinin vəfat etdiyini, həmin vaxt evdə anasının və Canpoladın ailəsi ilə yaşadığını, özünün isə ailə qurduğundan orada yaşamadığını, atasının dostunun evində hamamda təzyiqinin yüksəlməsindən yıxılıb öldüyünü, iddia tələblərinin təmin olunması, ikinci tələb üzrə iddianın qismən X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması hissəsində təmin olunması, digər hissələrdə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İlk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh İddiaçı3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası ilk tələb üzrə iddiaçı, ikinci tələb üzə cavabdeh İddiaçı3 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında ilk tələb üzrə iddiaçıların vəkili qismində izahat verən Vəkil2, iddia tələbini müdafiə edərək, ikinci tələbi qismən 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması hissədə qəbul edərək, digər hissədə iddia tələbini qəbul etməyərək, iddiaçıların izahatlarına əlavəsinin olmadığını, iddia tələblərinin təmin olunması, ikinci tələb üzrə iddianın qismən X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması hissəsində təmin olunması, digər hissələrdə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında ilk tələb üzrə cavabdeh, ikinci tələb üzə iddiaçı, ikinci tələb üzrə iddiaçılar X9, X35 və X15 nümayəndəsi qismində izahat verən Cavabdeh, iddia tələbini müdafiə edərək, birinci tələbi qismən 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması hissədə qəbul edərək, digər hissədə iddia tələbini qəbul etməyərək, 1994-cü ildə atasının rəhmətə getdiyini, həmin vaxtı evdə anasının, özünün, Allahverdinin ailəsi ilə və Cavanşirin ailəsi ilə yaşadığını, bacılarının ərdə olduğunu, Cavanşirin polisə müqavimətə görə 1992-ci ildə həbs olunduğunu, Cavanşirin ailəsi ilə yaxşı münasibətdə olmadığını, 1995-ci ildə Allahverdinin Hərbi şəhərciyə köçüb yaşadığını, 1996-cı ildə Allahverdinin işini dəyişib Bakı şəhərinə köçdüyünü, 1996-cı ildə Cavanşirin ailəsi ilə köçüb Hərbi şəhərcikdə Allahverdinin evində yaşadıqlarını, 1996-cı ilin payızında Hərbi şəhərcikdən hərbiçi olmayanları çıxarmağa başladıqlarını, Cavanşiri həmin evdən çıxardıqlarını, Cavanşirə ata evinə qayıtmağı bildirdiklərini, Cavanşirin arvadının isə qayıtmaq istəyi olmadığını, Cavanşirlə mübahisə edib onlara gəlmək istəmədiyini bildirib atası evinə getmək istəməsini bildirdiyini, həmin gecə Cavanşirin ev əşyaları yığılmış “KAMAZ” markalı avtomobili yandırdığını, Cavanşirin həbs olunduğunu, gedib Cavanşirin ailəsini yığıb evlərinə gətirdiyini, qardaşı Cavanşirin 1996-cı ildən 2016-cı ilədək toplamda 2-3 il həmin evdə yaşamadığını, kirayə evlərdə tək qaldığını, 1996-2016-cı illər ərzində Cavanşirlə ailəsinin bir yerdə qalmadığını, hərdən gəlib yaşadığını, Cavanşirin kirayə qaldığı evdə öldüyünü, Cavanşirində bilet alıb Bakıya toya gələcəyini, anasının səhərlər zəng vurub Cavanşirlə danışdığını, anasının zənginə Cavanşirin cavab vermədiyindən anasının bacısına bu barədə dediyini, qardaşı Cavanşirlə mehriban olduqlarını, qardaşı Cavanşirin avqust ayının 25, 26, 27-si ölməsinin ola bilməsini, qardaşı oğlunun həmin vaxtı toy şənliyinin həqiqətən olduğunu, toyda olduqları müddətdə qardaşının vəfatını eşidib Naxçıvana gəldiklərini, toyun əvvəlcədən təşkil olunduğunu, qardaşının ölməsini əvvəlcədən bilib toy etmədiklərini, toy ərəfəsində qardaşının ölməsini şəxsən eşitmədiyini, toyun gecəsi qardaşının ölməsini eşidib gəldiklərini, anasının 2018-ci ildə öldüyünü, Cavanşirin isə 2016-cı ildə öldüyünü, bu əsasla Cavanşirin anasının vərəsəsi ola bilmədiyini, 1994-cü ildə atasının ölümündən sonra vərəsələrin miras əmlakı qəbul etmək üçün Notariat orqanına müraciət etmədiyini, anasının ölümündən sonra digər qardaş bacılarının ona 6 ay ərzində etibarnamə verdiyini, Notariat orqanına atasına münasibətdə müraciət etdiyini, notariusun müddət keçməsi səbəbindən imtina verdiyini, anasının ölümündən sonra həmin evdə özünün yaşadığını, iki ay bacılarının qaldığını, Elmira ilə Gülnarın yaşadığını, İddiaçı3 2009-cu ildə ailə qurduğunu Bakıda yaşadığını, yasa belə gəlmədiyini, anasının sağlığında və ölümündən sonra evin məsuliyyətinin onun üzərində olduğunu, şahid qismində ifadə verən Südabə Süleymanovanın onu tanımadığını, onlara gəlib-gedən olmadığını, onun həmin evdə yaşayıb-yaşamadığını bilmədiyini, Cavanşirin həmin evdə və ya kirayə evdə yaşamasını, harada xəstələnməsini bilmədiyini, birinci tələb üzrə mərhum anasından qalmış miras əmlakda mərhum Cavanşir Bədəlova çatacaq miqdarın müəyyən olunması tələbin təmini əsasının olmadığını, Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilməsini, şahid Əbilqasımov Elşadın düzgün danışmadığını, evlərində yaşadığı halda onu görmədiyini bildirdiyini, onların evinə gələn olsaydı Cavanşirin həmin evdə yaşamadığını görməli olduğunu, şahid X38rdaşı olduğundan ifadəsinin bir tərəfli olduğunu, şahid X11 düzgün ifadə vermədiyini, öyrədilmiş şahid olduğunu, iddia tələblərinin təmin olunması, birinci tələb üzrə iddianın qismən X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması hissəsində təmin olunması, digər hissələrdə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında birinci tələb üzrə Cavabdeh vəkili, ikinci tələb üzrə iddiaçılar X9, Cavabdeh, X35 və X15 vəkili, ikinci tələb üzrə iddiaçı X15 nümayəndəsi qismində izahat verən Vəkil1 iddia tələbini müdafiə edərək, birinci tələbi qismən 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması hissədə qəbul edərək, digər hissədə iddia tələbini qəbul etməyərək, iddiaçının izahatına əlavəsinin olmadığını, iddia tələblərinin təmin olunması, ikinci tələb üzrə iddianın qismən X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması hissəsində təmin olunması, digər hissələrdə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İkinci tələb üzrə iddiaçılar X22, X12 və X49 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdurlar. Məhkəmə baxış iclası ikinci tələb üzrə iddiaçılar X15, X9 və X35 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X32 tərəfləri tanıdığını, qonşu olduqlarını, Elmiranın dayısının yoldaşı olduğunu, 45 ildən artıqdır ki, ailə qurduğunu, Elmiranın ondan sonra gəlin gəldiyini, Elmiranın qaynatasına və qaynanasına mehriban olduğunu, gediş-gəlişlərinin olduğunu, Elmiranın təxminən 40 il olar ki, ailə qurduğunu, həmin evdə yaşadıqlarını, Cavanşirlə arada Rusiyaya gedib bi müddət qaldıqdan sonra gəldiklərini, Canpoladın ailə qurduqdan sonra Bakıya köçdüyünü, arada gəlib getdiyini, həmin evdə Elmira ilə Cavanşirin yaşadığını, arada Rusiyaya gedib bir müddətdən sonra qayıtdıqlarını, Cavanşirin həmin evdə xəstələndiyini, dəfələrlə yanına gəlib baş çəkdiyini, Cavanşirin xəstəxanada vəfat etdiyini, Məhəmməd öləndən sonra həmin evdə Cavanşirin ailəsi ilə Güllünün yaşadığını xatırladığını, yaşlı olduğundan tarixləri tam xatırlaya bilmədiyini, Məhəmməd öləndə xatırladığı qədəri bir qızının subay olduğunu, Cavanşir öləndən sonra həmin evdə Güllünün, Elmiranın yaşadığını, Məhəmməd kişinin beş övladının olduğunu, həmin evlər köhnə şəraitsiz olduğunu, Elmiranın əziyyətlə həmin evdə təmir quruculuq işləri gördüyünü, Güllü ilə bacı kimi olduğunu, gediş-gəlişlərinin olduğunu, Cavanşirin və Güllünün yas mərasimində iştirak etdiyini, Canpoladı Məhəmməd və Güllünün övladı kimi tanıdığını, Məhəmməd Bədəlovun öldüyü günü xatırladığını, həmin vaxtı evində övladlarının yaşadığını, fikirincə yas mərasimini oğlanlarının təşkil etdiyini, Cavanşirlə Elmiranın arasında söz-söhbət olmasını eşitmədiyini, Cavanşirin həbs olunmasını eşitmədiyini, Allahverdinin Bakı şəhərinə köçdüyünü, Güllü Bədəlovanın ölümündən sonra Canpoladın həmin evə köçüb yaşadığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5 qardaşının qaynı olduğunu, Canpoladı tanımadığını, qohum olaraq həmin evə gedib-gələn olduğunu, Güllü Bədəlovanı tanıdığını, xeyir şərlərində iştirak etdiyini, 2008-2009-cu illərdə Elmiranın oğlunun toyu olacağından həmin evdə təmir işləri gördüklərini, elektrik sistemini çəkdiyini, beton işləri gördüklərini, mətbəxdə təmir işləri gördüklərini, bacısının yoldaşı Canpolad ilə işlədiklərini, Anarın xeyir işinin Naxçıvanda olduğunu, Cavanşirin gözətçi işlədiyini, ölüm səbəbini bilmədiyini, Cavanşirin yas mərasimində iştirak etdiyini, Cavanşirin anasından əvvəl öldüyünü, yas mərasiminin həmin evdə olduğunu, həmin evdə Güllü Bədəlova ilə Elmiranın yaşadığını, 2000-ci ildən həmin evə gedib-gəldiyini, Güllü Bədəlovanın neçə övladının olduğunu bilmədiyini, Elmiranın daima həmin evdə qalan bildiyini, həmin evdən çıxıb başqa yerdə yaşamadığını, Cavanşiri yaxından tanıdığını, lakin ailə həyatı barədə çox məlumatlı olmadığını, Cavanşirlə Elmiranın ayrılmaları və ya Cavanşirin ayrı yaşaması halını bilmədiyini, Güllü Bədəlova xəstə olanda onun ziyarətinə ailəliklə getdiklərini, həmin evə getdiyi vaxtlarda evdə iki ailənin yaşamasını bilmədiyini, Canpoladın və ailəsinin həmin evdə yaşamasını görmədiyini, Elmiranın qardaşı Canpoladın mətbəxin lanbirinini vürduğunu, sonra həyətdə beton işləri gördüklərini, özünün əsasən elektrik işlərini gördüyünü, Cavanşirin yas mərasiminin xərcini Elmiranın çəkdiyini, Güllü Bədəlovanın yasının xərcini isə övladlarını tanımadığından kimin çəkdiyini bilmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X92 tərəfləri tanıdığını, bir məhlədə yaşadıqlarını, 7 nömrəli məktəbdə təhsil aldıqlarını, həyat yoldaşı ilə Canpoladın qohumluğunun olduğunu, Canpoladın atası Məhəmməd Bədəlovu tanıdığını, Elmiranın atası Həsən kişini tanıdığını, övladlarını tanıdığını, Cavanşirlə Elmiranın ailə qurduqlarını, bir müddət Rusiyada yaşadıqlarını, sonra qayıdıb gəldiklərini, sonra hərbi şəhərcikdə qaldıqlarını, sonra oradan çıxıb yenidən atasının evinə gəldiklərini, aralarında inciklik olduğunu, Cavanşirin Elmiraya evdən gedib başqa yerdə qalmasını bildirdiyini, Elmira getmədikdə Cavanşirin evdən çıxıb 15 il kirayədə qaldığını, Elmiranın isə hazırki, evdə qaldığını, Elmiranın sonra qızına toy edib köçürdüyünü, hazırda Elmiranın həmin evdə tək qaldığını, Canpoladın əvvəllər işləmədiyini, kasıbçılıqla yaşadığını, Allahverdinin qayğı göstərdiyini, Allahverdinin həbsxanada işlədiyini, sonradan işini Bakı şəhərinə dəyişdiyindən köçdüyünü, Cavanşirin ölüm xəbərini eşitdiklərini, gedib onu gətirib dəfn etdiklərini, Məhəmməd Bədəlovun yasında övladlarının iştirak etdiyini, Məhəmməd Bədəlovun ölümündən sonra övladlarının hamısının həmin evdə qaldığını, onun ölümündən sonra övladlarının həmin həyətdə xırda işlər gördüklərini, böyük tikintitəmir işləri görmələrini bilmədiyini, Güllü Bədəlovanın yas mərasimində həyətdə xırda mətbəx düzətdiklərini gördüyünü, mətbəxin kim tərəfindən düzəldiyini bilmədiyini, Güllü Bədəlova öləndən sonra həmin evdə Canpoladın ailəsi ilə, Elmiranın yaşadığını, Elmiranın oğlunun orada yaşamadığını, qızının isə qalıb-qalmadığını dəqiq xatırlamadığını, ola bilsin ki, ərdə olduğunu, Canpoladın bacılarının və Allahverdinin arada gəldiklərini, həyətlərində olan çardağı Allahverdinin atasının ölümündən sonra tikdirdiyini, həyat yoldaşı Nəzakətlə Canpoladın dayoğlu bibi qızı olduqlarını, X82 Bədəlovanın sağlığında qızlarının ailə qurduqlarını, Məhəmməd Bədəlov öləndə oğlanlarının həmin evdə yaşadıqlarını, yas mərasiminin xərcini Allahverdinin çəkdiyini, Güllü Bədəlovanın yas mərasiminin xərcini Allahverdinin çəkdiyini, həmin həyətdə görülən işlərin xərcini Allahverdinin çəkdiyini, Elmiranın daima həmin evdə yaşadığını, həmin evi iki yerə bölüb Canpoladla yaşadıqlarını, Elmiranın yaşadığı otağı təmir etdirdiyini, sanitar qovşaqların ümumi istifadədə olduğunu, qohum olaraq tərəfsiz ifadə verdiyini, Elmiranın da qohumunu məhkəməyə dindirilməsi üçün şahid qismində təqdim etdiyini, bunu ona Canpoladın dediyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X57 tərəfləri tanıdığını, qonşu olduqlarını, Məhəmməd Bədəlovun çoxdan vəfat etdiyini, Allahverdi ilə Cavanşirin Rusiyada yaşadıqlarını, 90-cı illərdə qayıdıb gəldiklərini, Cavanşirin ölümündən təxminən 2 il sonra Güllü Bədəlovanın vəfat etdiyini, Allahverdinin həbsxanada işlədiyini, sonra rəis olduğunu, Cavanşirin də polisdə sonra hərbidə işlədiyini, Allahverdiyə hərbi şəhərcikdə ev verildiyini, sonra işini Bakı şəhərinə dəyişdiyindən köçdüyünü, həmin evə Cavanşirin köçdüyünü, həmin ailədə olan xeyir-şər işlərdə Allahverdinin daima üzərlərində olduğunu, maddi imkanı olduğundan hər işi onun təşkil etdiyini, eşitdiyinə görə bu gündə onların üzərində nəzarət etdiyini, Məhəmməd Bədəlov öləndə həmin evdə 3 qardaşın yaşadığını, Allahverdiyə hərbi şəhərcikdən evi 90-cı illərdə verildiyini, ilini dəqiq bilmədiyini, Allahverdi ilə Cavanşirin toyunun bir gündə olduğunu, həmin illərdə Canpoladın subay olduğunu, Güllü Bədəlova öləndə həmin evdə Canpoladın ailəsi ilə, Elmiranın və Gülnarın qaldığını, Anarın ailə qurub Bakı şəhərində yaşadığını, Güllü Bədəlovanın sağlığında həmin həyətdə evdə işlər görülürdü, kim tərəfindən görülməsini bilmədiyini, Cavanşirin kirayədə yaşadığını, bildiyinə görə həyətdə olan çardağın Məhəmməd Bədəlovun sağlığında inşa olunduğunu bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X2 qardaşının onun qızının əri olduğunu, Canpoladı tanımadığını, qonşu olduqlarını, evlərinə gedib-gələn olduğunu, Məhəmməd Bədəlovun yasında iştirak etdiyini, Güllü Bədəlova ilə yaxın münasibətlərinin olduğunu, Məhəmməd Bədəlov öləndən sonra həmin evdə Cavanşirin, Elmiranın uşaqları ilə və Güllünün yaşadığını, X65 yaxşı baxdığını, sonradan Güllünün Canpoladın arvadını həmin evə gətirdiyini, dayısı oğlu ilə Cavaşirin xəstəxanada bir palatada müalicə aldıqlarını, bir gündə də vəfat etdiklərini, Güllü Bədəlova vəfat edəndən sonra həmin evdə Elmiranın və Canpoladın ailəsi ilə yaşadığını, Anarla Gülnarın ailə qurub ayrı yaşadıqlarını, Güllünün uşaqlarını görmədiyi üçün tanımadığını, bir qızının yaxınlıqda ərdə olduğundan eşitdiyinə görə gəib-getdiyini, Elmira ilə Cavanşirin ayrılmaqlarını eşitmədiyini, Gülnarın toyu olanda Güllü Bədəlovanın sağ olduğunu bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8 qardaşı olduğunu, 1982-ci ildə qohum olduqlarını, Allahverdi ilə Cavanşirin Rusiyada təhsil alıb işlədiklərini, sonradan Azərbaycana qayıtdıqlarını, Məhəmməd Bədəlovun vəfatından sonra Cavanşirin sonra Güllü Bədəlovanın vəfat etdiyini, sonradan evə görə mübahisənin yarandığını, qardaş olaraq bu işə qarışmadıqlarını, Məhəmməd Bədəlovun vəfatından sonra həmin evdə Güllü Bədəlovanın, Cavanşirin ailəsi ilə yaşadığını, Allahverdinin başqa yerdə hərbi şəhərcikdə yaşadığını, həmin evə gedib-gəldiyini, həmin vaxtı Canpoladın əsgəri xidmətdə və ya Bakıda yaşadığını tam olaraq xatırlamadığını, Canpoladın və Allahverdinin sonralar Bakı şəhərində işlədiklərini, bir bacılarının da Bakıda yaşadığını, qohum olaraq görüşdüklərindən bildiyini, Cavanşir öləndən sonra həmin həyətdə Güllü Bədəlova ilə Elmiranın yaşadığını, Güllü Bədəlova öləndən sonra Canpoladın köçüb həmin evdə yaşadığını, həmin həyətdə Cavanşirin sağlığında həyətin yuxarısında olan tualeti sökdüklərini, hamamı sökdüklərini, evin döşəmə və tavanının vurulduğunu, evin yan tərəfində mətbəx, hamam, tualet tikildiyini, həmin evin iki dəfə təmir olunduğunu, özünün və balaca qardaşının işlədiklərini, qardaşının qaynının işlədiyini, qardaşının qaynatası Səfərin su xəttini çəkdiyini, orada işlərin görülməsini Elmiranın təşkil etdiyini, qardaş olaraq bacılarına səbəb işlədiklərini, Canpoladın həmin evdə heç bir iş görmədiyini, Cavanşirin 2016-cı ildə xəstəxanada vəfat etdiyini, Cavanşirin hansı evdən xəstəxanaya getməsini bilmədiyini, yaşadığı evdən xəstəxanaya getdiyini, 2001-ci ildən 2014-cü ilə kimin Türkiyə Respublikasında işlədiyini, ayda bir dəfə gəldiyini, 2017-ci ilə kimin Naxçıvanda yaşayıb sonra Sumqayıt şəhərinə köçdüyünü, 1986-1987-ci illərdə Cavanşirin Belqorod şəhərində oxuyub həmdə milisdə işlədiyini, oradan qayıtdığı tarixin yadında olmadığını, qayıdanda mübahisəli evə qayıtdığını, Türkiyədən gələndə bacısı evinə getdiyini, Cavanşirlə həmin evdə çay içib nərd, domina oynadıqlarını, Cavanşirin kirayədə qalmasını eşitmədiyini, Güllü Bədəlova vəfat edəndə Naxçıvanda olmadığını, Allahverdiyə telofonda baş sağlığı verdiyini, Cavanşirlə Elmiranın hərbi şəhərcikdə yaşamaqlarını bilmədiyini, Cavanşirin həbs olunmasını eşitdiyini, lakin səbəbini bilmədiyini, 1990-1995-ci illərdə Moskva şəhərində yaşadığını, Cavanşirlə Elmiranın ayrı yaşamaqlarını eşitmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3 tanıdığını, Canpoladı tanımadığını, Elmiranın tort bişirdiyini, sifariş verib tort alanda tanıdığını, Güllü Bədəlova ilə tanış olduğunu, münasibətlərinin yarandığını, ana-bala münasibətlərinin olduğunu, həmin evə gediş-gəlişinin yarandığını, Məhəmməd Bədəlovu onların kəndində kino filimlərin yayını ilə məşğul olduğundan tanıdığını, həmin ailədən Güllü Bədəlovanı, Cavanşir və ailəsini tanıdığını, həmin evdə onlardan başqa kimisə görmədiyini, Məhəmməd Bədəlov vəfat edəndən sonra həmin evə gedib-gəldiyini, Güllü Bədəlova xəstələnəndən sonra ona rahat olsun deyə həyətdə olan tualeti evin içərisinə köçürdüklərini, Elmiranın oğlunun, qızının toyunda iştirak etdiyini, Cavanşirin və Güllünün yasında iştirak etdiyini, Güllü Bədəlova vəfat edəndən sonra oğlu Canpolad gəlib həmin evdə yaşayandan onlara getmədiyini, Güllü Bədəlovanın sağlığında Elmiranın həmin həyətdə abadlıq işləri gördüyünü, Cavanşirlə birlikdə təmir işləri gördüklərini, Cavanşirlə Elmiranı daima bir yerdə olduqlarını, onların ayrılıb ayrı yaşamaqlarını eşitmədiyini və görmədiyini, Anarın toyunda Canpoladın iştirak etmədiyini, Cavanşirin Anarın toyunda iştirak etdiyini, Gülnarın nişanında Cavanşirin iştirak etdiyini, həmin evə neçənci ildən gedib-gəldiyini xatırlamadığını, lakin çoxdan təxminən 15 ildən artıq müddətdir ki, gedibgəldiyini, həmin ailədə olan xeyir-şərdə iştirak etdiyini, Cavanşir xəstə olanda ziyarətinə getdiyini, həmin evdə təmir işləri görüləndə ərindən xahiş edərək qaz və işıq xətlərini çəkdirdiyini, 2016-cı ildə Cavanşirin, 2018-ci ildə isə Güllünün vəfat etdiyini, ayda 2-3 dəfə həmin evə getdiyini, həmin evdə təxminən 1 il təmir getdiyini, Gülnarın nişanından sonra toya hazırlaşdıqlarından təmir etdiklərini, Güllü Bədəlovanın danışığından bir oğlunun hərbi şəhərcikdə yaşadığını, sonradan həmin evi Cavanşirə verdiyini, sonra həmin evin yandığını bildiyini, həmin evə getdikdə Cavanşirin həyətdə stulda oturan gördüyünü, həmin evdə təmirdə Elmiranın qardaşının, qardaşı uşaqlarının işləyərək kömək etdiklərini, evin iki otaq, şüşəbən və mətbəxdən ibarət olduğunu, Güllünün dediyindən beş uşağının olduğunu bildiyini, qızını Güllünün yasında gördüyünü, qızlarının Bakıda yaşadıqlarını, həmin evə getdiyi vaxtlarda digər övladlarını orada görmədiyini, Güllünün hərdən Bakıya gedib qaldığını, soruşanda qızının evində qaldığını dediyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6 tanıdığını, Canpoladı tanımadığını, Elmiranın tort bişirdiyini, 2013-cü ildən onun yanında tort bişirməyi öyrəndiyini, 2018-ci ildən Güllü Bədəlova vəfat edəndən sonra getmədiyini, həmin məhəllədə kirayə yaşadıqlarından Elmiranın qəbul etdiyi sifarişlərin hazırlanmasında kömək etdiyindən gecə saatlarında onlarda olduğunu, onların evində olduğundan ailənin üzvülərini tanıdığını, Elmiranın evdə abadlıq işləri apardığını, hamam, tualeti evin içərisinə saldırdığını, həyətdə olan köhnə tikililəri söküb daşını tək daşıdığını, həmin həyətə gedəndən Güllü Bədəlovanı, Cavanşiri, Elmiranı, Anarı, uşaqlarını və Gülnarı orada gördüyünü, Cavanşirin 2016-cı ildə vəfat etdiyini, yasında iştirak etdiyini, həmin həyətə getdikcə Cavanşiri gördüyünü, Güllü Bədəlovanın 2018-ci ildə vəfat etdiyini, onun yasından sonra bir,iki dəfə getdiyini, həmin vaxt orada Anarı gördüyünü, Gülnarın gəlib 2-3 ay qalıb kömək etdiyini, Gülnarın əri Yaşarı gördüyünü, Elmiranın dib tərəfdə olan otaqda yaşadığını, Güllü Bədəlova vəfat etdikdən sonra Elmiranın qaldığı otaqda oturduğundan digər otaqda kimlərin yaşadığını bilmədiyini, 5 il ərzində həmin həyətdə Güllü Bədəlovanın digər övladlarını görmədiyini, X65 yaxşı baxdığını, yasın xərcini kimin çəkdiyini bilmədiyini, Cavanşirin yasının xərcini Elmiranın çəkdiyini, Canpoladın ailəsini Güllü Bədəlovanın vəfatından sonra orada gördüyünü, G.Bədəlovanın söhbət zamanı beş övladının olduğunu bildirdiyini, Bakı şəhərində yaşadıqlarını eşitdiyini, Elmiranın hazırladığı mətbəxdə tort bişirdiklərini, Anarın uşaqları ilə Bakıdan gəldiyini, Cavanşirin nəvələri ilə görüşdüyünü gördüyünü, Anarı G.Bədəlovanın yas mərasimində gördüyünü bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X69 tərəfləri tanıdığını, Məhəmməd Bədəlovun onun dayısı olduğunu, M.Bədəlovun 1994-cü ildə vəfat etdiyini, uşaqlarının həmin evdə yaşadıqlarını, Allahverdinin həbsxanada işlədiyini, özünündə onunla bir yerdə işlədiyini, qızların həmin vaxtı ərdə olduğunu, Allahverdiyə hərbi şəhərcikdən xidməti ev verildiyini, lakin atası xəstə olduğundan həmin evdə qalmayıb atasının yanında qaldığını, sonra Allahverdinin işini Bakıya verdiklərini, həmin evi Cavanşirə verdiklərini, sonra Cavanşiri hərbi şəhərcikdən çıxardıqlarını, sonra Cavanşirin ailəsində söz olduğunu, Cavanşirin kirayə evdə yaşamağa davam etdiyini, Elmiranın isə M.Bədəlovun evində qaldığını, Cavanşirin kirayə mənzildə yıxıldığını eşidib gəldiklərini, gəldikdə artıq xəstəxanada olduğunu, xəstəxanada vəfat etdiyini, M.Bədəlov öləndən sonra həmin evdə Cavanşirin, Allahverdinin, Canpoladın yaşadığını, M.Bədəlovun yasını əsasən Allahverdinin çəkdiyini, digər qohumlarında kömək etdiklərini, G.Bədəlova öləndən sonra həmin evdə Canpoladın ailəsi ilə və Elmiranın yaşadığını, yasda uşaqların gəlib iştirak etdiklərini, həyətdə olan çardağı Allahverdinin həbsxanada rəis işlədiyi müddətdə düzətdirdiyini, Allahverdinin işlədiyindən imkanının olduğunu, digər qardaşlarının maddi imkanının zəif olduğunu, həmin həyətin ortasında hovuz olduğunu, onu söküb götürdüklərini, hamam, tualetin sökülüb yerinin dəyişdirildiyini, həmin işlərin orada yaşayanların etdiyini düşündüyünü, Allahverdinin təxminən 1994-1995-ci ildə Bakıya işini dəyişdiyini, Cavanşirin hərbi şəhərcikdən çıxarılmasına görə mübahisələr olduğundan inzibati qaydada həbs olunduğunu, Cavanşirin kirada qaldığı müddətdə ata evinə gəlib-getdiyini, ailəsi ilə barışdırmağa çalışsalarda Cavanşiri razı sala bilmədiklərini, Canpoladın anasının ölümündən əvvəl gəlib qulluq etdiyini, Cavanşirin kirayədə yaşamağına baxmayaraq həmin evə gəldiyini, təmir işlərində iştirak etdiyini, dayısı uşaqlarının hamısının həmin həyətə gəlib-getdiklərini bildirdi. İş materiallarına əlavə olunmuş: Evlənmə haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X67 ilə X70 arasında 06 mart 1954-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Bədəlova" soyadı verilmişdir. 10 oktyabr 2018-ci il tarixli çıxarışa və nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X39 ilə X40 arasında 12 oktyabr 1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Qəhrəmanova" soyadı verilmişdir. Evlənmə haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X52 ilə X58 arasında 21 sentyabr 1982-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Bədəlova" soyadı verilmişdir. İ-JQ seriyalı, 492809 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X27 ilə X59 arasında 12 fevral 1981-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Əmişova" soyadı verilmişdir. 10 oktyabr 2018-ci il tarixli arayışa əsasən, X67 22 avqust 1994-cü il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 701107 nömrəli, 11 oktyabr 2018-ci il tarixli arayışa əsasən, X52 26 avqust 2016-cı il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 598865 nömrəli, 06 dekabr 2018-ci il tarixli arayışa əsasən, X86 12 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 iyun 2019-cu il tarixli, 01/1614 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 01/218 nömrəli arayışlara əsasən, X48 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı X67 vəfat edib;
2. oğlu X23 1955-ci il təvəllüdlü;
3. qızı X41 1957-ci il təvəllüdlü;
4. oğlu X30 vəfat edib;
5. qızı X42 1962-ci il təvəllüdlü;
6. oğlu Cavabdeh 1968-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli, 01/2096 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 01/217 nömrəli arayışlara əsasən, X37 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı X77 1932-ci il təvəllüdlü, vəfat edib;
2. oğlu X31 1955-ci il təvəllüdlü;
3. qızı X41 1957-ci il təvəllüdlü;
4. qızı X40 1962-ci il təvəllüdlü;
5. oğlu X52 vəfat edib;
6. oğlu Cavabdeh 1968-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli, 01/2097 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 01/219 nömrəli arayışlara əsasən, X28 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı İddiaçı1 1962-ci il təvəllüdlü;
2. oğlu İddiaçı3 1984-cü il təvəllüdlü;
3. qızı X36 1988-ci il təvəllüdlü. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27 dekabr 2018-ci il tarixli, 562 nömrəli məktuba əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iyul 1962-ci il tarixdə X37 adına inventarlaşdırılmış və onun adına 1756 inventar nömrəli texniki pasport verilmişdir.18 oktyabr 2018-ci il tarixdə həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində Məhəmməd Bədəlovun adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən ümumi sahəsi 107.72 kv.m, torpaq sahəsinin ölçüsü 0.0524 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X37 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6629 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********09-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli, 208 nömrəli məktuba əsasən, Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi X37 adınadır. Məhəmməd Bədəlovun vərəsəsi X28 04 iyul 2006-cı il tarixli müraciəti əsasında həmin əmlaka dair 1962-ci ildə tərtib olunmuş texniki pasportun dublikatı çıxarılaraq ona verilmişdir. 28 sentyabr 2018-ci il tarixdə vərəsə Cavabdeh əmlaka dair texniki pasportun itməsini təsdiq edən və vərəsə olması ilə bağlı sənədləri təqdim etməklə, əmlakın yenidən inventarlaşdırılması, dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etmişdir. Müraciət əsasında əmlaka yerində baxış keçirilmiş və faktiki vəziyyətə uyğun inventarlaşma aparılmışdır. Nəticədə yeni verilən texniki pasportdakı ölçülərlə 1962-ci ildə verilən texniki pasportdakı ölçülər arasında fərq yaranmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli, 1756 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun (fərdi yaşayış evi) surətinə əsasən, Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi X37 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-18/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 3 ünvanında yerləşən X37 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli, 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu etibarsız hesab edilmiş, 12 oktyabr 2019-ci il tarixli, 1756 inventar nömrəli, **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilmiş, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-96/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərardadının surətinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçılar İddiaçı1 və X17 cavabdehlər Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(122)-98/2022 nömrəli qərarının surətinə əsasən, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış X37 adına 18 oktyabr 2018-ci il tarixli, **********09-10301 reyestr nömrəli qeydin ləğv olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli, 04/670 nömrəli məktuba əsasən, Naxçıvan MR İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(122)-98/2022 nömrəli qərarının icrası təmin olunmuş, X37 adına aparılmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı ləğv olunmuşdur. Məhəmməd Bədəlovun adına yeni qeydiyyat aparılmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət reyesterindən çıxarışın surətinə əsasən, Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi və 93.03 kvm fərdi yaşayış evi X37 adına qeydiyyata alınmışdır. Naxçıvan şəhər ikinci Notariat Ofisinin 07 may 2019-cu il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarına əsasən, vərəsəliyin açılmasından imtina edildiyi bildirilmişdir. Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunun 25 sentyabr 2017-ci il tarixli, 176 nömrəli məktubuna əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. 12 sentyabr 2019-cu il tarixli notarial təsdiqli ərizəyə əsasən, İddiaçı3 vəfat etmiş atasının vərəsəsi olaraq öz payını istədiyini bildirmişdir. 24 dekabr 2018-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X36 mərhum atası X28 26 avqust 2016-cı ildə vəfat etdiyini, 20 noyabr 2018-ci ildə vəfat etmiş mərhum nənəsi X43 miras qalmış harda və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan atasına çatan payı birinci növbəli vərəsə qismində qəbul etdiyini bildirmişdir. 07 yanvar 2019-cu il tarixli notarial təsdiqli ərizəyə əsasən, İddiaçı3 mərhum atası X28 26 avqust 2016-cı ildə vəfat etdiyini, 20 noyabr 2018-ci ildə vəfat etmiş mərhum nənəsi X43 miras qalmış harda və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan atasına çatan payı birinci növbəli vərəsə qismində qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə məhkəmə iclası zamanı ifadəsi alınmış şahid X71 ifadəsinin sübut əhəmiyyətinə qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi sübut olaraq qəbul olunmamalıdır. Belə ki, şahid X92 baxılan məhkəmə mübahisəsinin gedişatı barədə ikinci tələb üzrə iddiaçı Cavabdeh tərəfindən ona məlumat verildiyini ifadəsində bildirmişdir. Məhkəmə birinci tələb üzrə və ikinci tələb üzrə ünvan 1 ünvanında yerləşən və X37 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X77) və ərin (X67) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması tələbinə qiymət verərək bildirir ki, tələblər əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialarından görünür ki, mülki hüquq münasibətlərinin yarandığı dövr 2000-ci ilin sentyabr ayının 01-nədək qüvvədə olan və 2000-ci ilin sentyabr ayının 01-dən qüvvədə olan mülki qanunvericiliklərin tətbiqi dairəsinə düşdüyündən hər iki qanunvericilik tətbiq edilməklə həll edilməlidir. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə məcəlləsinin 23-cü maddəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak onların birgə mülkiyyəti sayılır. Mülki işin materiallarına əlavə olunmuş evlənmə haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X67 ilə X70 arasında 06 mart 1954-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Bədəlova" soyadı verilmişdir. Mülki işin materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunun (fərdi yaşayış evi) surətinə əsasən, fərdi yaşayış evi 1962-ci il tarixdə X37 adına qeydiyyata alınmışdır. Belə olan halda X82 Bədəlovanın birgə nikah dövründə əldə etdikləri həmin əmlakın yarısı, yəni 1/2 hissəsi, mübahisəsiz olaraq arvadı Güllü Bədəlovaya, digər 1/2 hissəsi Məhəmməd Bədəlova məxsus hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri olmaqla yanaşı, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. ünvan 5 ünvanda yerləşən və mərhum Məhəmməd Bədəlovun ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/3 hissəsinin mərhum X1 qəbul faktının təsdiqi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin predmeti kimi birinci tələb üzrə iddiaçı tərəf vərəsə Cavanşir Bədəlovun atası Məhəmməd Bədəlovun 1994-cü il tarixdə ölümündən sonra miras əmlakın qəbul edilməsinin tanınması faktının müəyyən olunmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadəsindən məlum olur ki, mərhum Cavanşir Bədəlov 1994-cü il tarixdə mərhum atası Məhəmməd Bədəlov vəfat edəndən sonra miras əmlakda yaşamaqla faktiki qəbul etmişdir. İkinci tələb üzrə ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakda Məhəmməd Bədəlovun ½ payının X77, Cavabdeh və X31 tərəfindən faktıki qəbul edilməsinin tanınması faktının müəyyən olunması tələbi üzrə məhkəmə qeyd edirk ki, həmin hissədə tələb qismən təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadəsindən məlum olur ki, 1994-cü il tarixdə mərhum Məhəmməd Bədəlov vəfat edəndən sonra miras əmlakda Güllü Bədəlova və Cavabdeh yaşamaqla faktiki qəbul etmişdir. Allahverdi Bədəlovun həmin hissədə mirası qəbul etməsi ilə əlaqədar mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından təmin olunması əsası olmamışdır. Beləki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadəsindən məlum olur ki, Allahverdi Bədəlov başqa mənzildə yaşamış, mərhum atasının vəfatından sonra miras qalmış əmlakın qəbulu ilə əlaqədar mötəbər sübutlar təqdim olunmamışdır. 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olan MM-in 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar qanun üzrə və vəsiyyət üzrə vərəsə ola bilərlər. Həmin məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimin miras fiziki şəxsin ölməsi ilə açılır. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Araşdırma zamanı aydın olur ki, Məhəmməd Bədəlov 1994-cü ildə vəfat edərkən mülkünü heç kəsə vəsiyyət etməmiş lakin qanun üzrə vərəsələri mövcud olmuşdur. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan MM-in 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi formal və qeyri formal üsulla həyata keçirilir. İş materiallarından görünür ki, Məhəmməd Bədəlov 1994-cü ildə vəfat etdikdən sonra onun mirasını heç bir vərəsə formal (notarial qaydada) qəbul etməmişdir. Məhəmməd Bədəlovun mirasını qeyri formal qaydada yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin miras əmlak onun vərəsəsi olan arvadı Güllü Bədəlova, övladları oğlu Cavanşir Bədəlov və Cavabdeh tərəfindən faktiki yaşamaqla və idarə edilməklə qəbul edilmiş, digər qanun üzrə vərəsələr isə mirası qəbul etməmişdirlər. Miras əmlakı faktiki qəbul etmə dedikdə həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. Məhəmməd Bədəlovun 1994-cü ildə vəfat edərkən qanun üzrə birinci növbədə vərəsə olan arvadı Güllü Bədəlovanın, övladları oğlanları Cavanşir Bədəlovun və Cavabdeh vərəsə kimin miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək mülkdə təmir-tikinti işləri görməklə komunal xərcləri ödəməsi işin məhkəmədə araşdırılmış halları, mülki işə əlavə edilmiş sənədlər və tərəflərin izahatları ilə də təsdiq olunur. Ona görədə Məhəmməd Bədəlovun adına olan və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət reyesterindən çıxarışın surətinə əsasən, Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi və 93.03 kvm fərdi yaşayış evinin 1\2 hissəsinə vərəsələri Güllü Bədəlovanın, Cavanşir Bədəlovun və Cavabdeh mirası faktiki qəbul etməsi tanınmalıdır. Göründüyü kimin Məhəmməd Bədəlovdan qalmış miras əmlak arvadı Güllü Bədəlova, oğlanları Cavanşir Bədəlov və Cavabdeh tərfindən qəbul edilərək onlara məxsus olmuşdur. X7 tərəfindən faktiki qəbul edilmiş Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən miras əmlakın mərhum Məhəmməd Bədəlova aid hissənin irsi transmissiya ilə birinci növbə vərəsələri övladları İddiaçı3, Gülnar Bədəlova və həyat yoldaşı İddiaçı1 tərəfindən qəbul faktının müəyyən edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadəsindən məlum olur ki, mərhum Cavanşir Bədəlov 2016-cı il tarixdə vəfat etdikdən sonra onun birinci növbə vərəsələri övladları İddiaçı3, Gülnar Bədəlova və həyat yoldaşı İddiaçı1 miras əmlakda yaşamaqla miras əmlakın abadlaşdırılmasında iştirak etməklə faktiki qəbul etmişdirlər. İkinci tələb üzrə X16 vəfatından sonra onun miras payının anası X77 tərəfindən qəbulu faktının təsdiqi ilə əlaqədar məhkəmə qeyd edir ki, tələb həmin hissədə təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadəsindən məlum olur ki, mərhum Cavanşir Bədəlov 2016-cı il tarixdə vəfat etdikdən sonra onun birinci növbə vərəsəsi anası Güllü Bədəlova miras əmlakda yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu səbbəbdən də Məhəmməd Bədəlovdan qalan miras əmlak, yəni Naxçıvan şəhəri, X90 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi və 93.03 kvm fərdi yaşayış evinin ½ hissəsi faktiki olaraq vərəsələr Güllü Bədəlova, Cavanşir Bədəlov və Cavabdeh tərəfindən qəbul etməsi tanınmalıdır. Cavanşir Bədəlov 2016-cı ildə vəfat etdikdən sonra onun miras əmlakı vərəsələri olan anası Güllü Bədəlova, oğlu İddiaçı3, qızı Gülnar Bədəlova və arvadı İddiaçı1 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, onların miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnmələri, mülkdə davamlı yaşamaqla təmir-tikinti işləri görmələri, komunal xərcləri ödəmələri, işin məhkəmədə araşdırılmış halları, mülki işə əlavə edilmiş sənədlər (qaz sərfi, rabitə xidməti, elektrik sərfi qəbzləri) və tərəflərin izahatları ilə də təsdiq olunur. Ona görədə 2000-ci ilin sentyabr ayının 01-dən qüvvədə olan Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən onların miras qalan əmlakı faktiki qəbul etmələri tanınmalıdır. Qəbul edilmiş miras əmlak isə qüvvədə olan MM-in 1255-ci maddəsinə əsasən vərəsənin mülkiyyəti sayılır. Birinci tələb üzrə mərhum X48 ümumi mülkiyyətində olan ½ payına münasibətdə miras əmlakın X7na çatacaq miqdarda övladları-X36 və X60 tərəfindən notarial qaydada qəbul faktının təsdiqi və qəbul etdiyi hissədə payların müəyyən olunmasına münasibətdə məhkəmə qeyd edir ki, tələb həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Mülki işin materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 701107 nömrəli, 11 oktyabr 2018-ci il tarixli arayışa əsasən, X52 26 avqust 2016-cı il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 598865 nömrəli, 06 dekabr 2018-ci il tarixli arayışa əsasən, X86 12 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. İkinci tələb üzrə mərhum X48 vəfatından sonra onun miras payının X31, X68, X24 və Cavabdeh tərəfindən notarial qaydada qəbul faktının təsdiqi və qəbul etdikləri hissədə payların müəyyən olunmasına münasibətdə məhkəmə qeyd edir ki, tələb həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçılar iddia ərizəsində mərhum X48 vəfatından sonra onun mirasın qəbulu ilə bağlı X31, X68, X24 və Cavabdeh tərəfindən 2 saylı notariat ofisinə ərizə ilə müraciət etdiklərini və qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etmək niyyətlərini bəyan etdiklərini qeyd etmişlər. İstər mülki işin materiallarında, istərsədə məhkəmə araşdırılması müddətində ikinci tələb üzrə iddiaçılar mərhum X48 vəfatından sonra onun miras payının X31, X68, X24 və Cavabdeh tərəfindən notarial qaydada qəbulunu təsdiq edəcək notariusa müraciət ərizələrini məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının müki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə iş üzrə sübutlarla tam təsdiq olunur ki, X67 ilə X77 1954-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların birgə nikahlarından Allahverdi, Rahilə, Kamilə, Cavanşir və Canpolad adlı övladları doğulmuşdur. X67 ilə X48 birgə nikahları dövründə 1962-ci ildə X37 adına hazırda mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən fərdi yaşaış evi əldə edilmiş və qeydiyyatına alınmışdır. Mübahisə predmeti olan daşınmaz əmlak ər-arvadın birgə nikahda olduqları dövrdə əldə edildiyindən paylar bərabər müəyyən edilməli və ümumi əmlada hər birinin ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. X67 1994-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 6 üvada yerləşən daşınmaz əmlakın ½ hissəsi miras qalmışdır. X37 vəfatından sonra ondan qalan miras əmlakda arvadı X77, övladları Cavabdeh və X30 ailəsi ilə birlikdə yaşamışdır. X34 miras qalan ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəs onun üç vərəsəsi X77, Cavabdeh və X30 tərəfindən faktiki olaraq qəbul edilmiş və onların hər birinin miras payı ½ :3=1/6 hissədə müəyyən edilməlidir. İşə baxılarkən X44 miras qalan ünvan 6 ünvannda yerləşən daşınmaz əmlakın ½ hissəsinin vərəsəsi olan övladı X31 tərəfindən faktiki olaraq qəbul edilməsi sübuta yetirilməmişdir. İkinci tələb üzrə iddiaçı tərəf X15 atasından qalan miras əmlakı faktiki olaraq qəbul etməsini onunla əsaslandırmışdır ki, o atasının ölümündən sonra naves tikməsini, orada yaşamasını, atasının ölümündən sonra dəfn xərcinin çəkməsi ilə əsaslandırmışdır. X4 atasının vəfatından sonra həmin əmlakda yaşaması, atasının vəfatından sonra həmin həyətdə naves tikməsi sübuta yetirilməmişdir. X15 atasının dəfn xərclərinin qarşılaması isə ondan qalan miras qəbul etməsini ehtiva etmir. Bu halda o, övlad olaraq valideyni qarşısında mənəvi borcunu yetirmişdir və bu hal onun mirası qəbul etməsi kimi hərəkətlərinin bariz şəkildə nümayiş etdirilməsinə yönəlməmişdir. X34 qalan ümumi əmlakın ½ hissəsini təşkil edən miras əmlak üç vərəsə arasında bərabər şəkildə bölünməli olduğundan X48 payı öz mülkiyyəti olan ümumi əmlakın ½ hissəsi + ərindən qalan miras əmlakın 1/6 hissəsi= 2/3 hissəs təşkil etmiş, Cavabdeh payı 1/6 hissə, X16 paı 1/6 hissə təşkil etmişdir. X45 26 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən əmlakda onun birinci növbəli vərəsələri-anası X77, arvadı İddiaçı1, övladları X36 və İddiaçı3 yaşamış və bu hal işə baxılarkən tərəflərin izahatları və şahidlərin ifadələri ilə təsdiqini tapmışdır. Belə olan halda mras açıldığı andan vərəsənin mülkiyyəti sayılır prinsipi əsasında X13 miras qalan ünvan 6 ünvannda yerləşən daşınmaz əmlakın 1/6 hissəsinin onun vərəsələri X77, İddiaçı1, X36 və İddiaçı3 tərəfindən faktiki olaraq qəbulu faktı müəyyən edilməli və hər birinin payının 1/6 hissə 4 vərəsə arasında bərabər bölünməklə 1/6:4=1/24 hissə təşkil etməsi, həmçinin X48 ümumi payının ½ hissə öz mülkiyyət hüququ olması 1/6 hissə əri Məhəmməd Bədəlovdan qalan miras payı və 1/24 hissə oğlu Cavanşir Bədəlovdan qalan miras payı olmaqla ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın ümumi hissəsinin 1/2+1/6+1/24=17/24 hissə təşkil etməsi nəzərə alınmalıdır. X77 12 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sağ olan birinci növbəli vərəsələri X23, X41, X40 və Cavabdeh olmuşdur. X48 birinci növbəli vərəsəsi olan X30 anasından təxminən iki il əvvəl vəfat etdiyindən qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik institutunun normalarının tələbinə görə artıq o anasının vərəsəsi hesab edilmir və belə olan halda onun vərəsələri X48 birinci növbəli vərəsələri olmadığından ondan qalan miras əmlakı tələb etmək üçün subyektiv hüquqa malik deyildirlər. Eyni zamanda X48 vəfatından sonra birinci növbəli vərəsələri olan X23, X41, X40 və Cavabdeh analarından qalan miras əmlakı notarial qaydada qəbul etdiklərini bildirib, paylarının müəyyən edilməsini xahiş etmişlər. İşə baxılarkən X23, X41, X40 və Cavabdeh anadan qalan miras əmlakın notarial qaydada ərizə verməklə qəbul etmələri barədə ərizələr məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə ilkin və ikinci iddia tələbinin hər birini ümumiləşdirib belə nəticəyə gəlir ki, ilk tələb üzrə iddia qismən təmin edilməli, ilk tələb və ikinci tələb üzrə ünvan 1 ünvanında yerləşən və mərhum X37 adına olan fərdi yaşayış evindən mərhum X48 və mərhum X37 ½ (bərabər) paylarda mülkiyyət hüququ tanınmalı, ilk tələb üzrə ünvan 1 ünvanında yerləşən və mərhum X37 mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/6 hissəsinin mərhum oğlu X1 qəbulu faktı müəyyən olunmalı, X7ndan miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın 1/6 hissəsinin X36, İddiaçı3 və İddiaçı1 tərəfindən qəbulu faktı təsdiq olunmalı, hər irinin 1/24 hissədə payı müəyyən edilməli, mərhum X48 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın X7na çatacaq miqdarda övladları X36 və İddiaçı3 tərəfindən notarial qaydada qəbulu faktı təsdiq olunması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. İkinci tələb qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X37 ½ payının X77 və Cavabdeh tərəfindən faktiki olaraq qəbulu fakı müəyyən edilməli və hər birinin payı 1/6 hissədə müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X37 ½ payının X23 tərəfindən faktiki qəbuluna dair hissədə tələb əsassız olduğundan rədd edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X13 qalmış miras payının anası mərhum X77 tərəfindən faktiki qəbulu faktı müəyyən edilməli və həmin hissədə 1/24 pay müəyyən edilməli, X48 vəfatından sonra onun miras payının X31, X68, X19 və Cavabdeh tərəfindən notarial qaydada qəbulu faktının təsdiq edilməsi tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də ikinci iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İlk tələb üzrə və ikinci tələb üzrə iddia tələbləri qismən təmin edilsin. İlk tələb üzrə və ikinci tələb üzrə ünvan 1 ünvanında yerləşən və mərhum X37 adına olan fərdi yaşayış evindən mərhum X48 və mərhum X37 ½ (bərabər) paylarda mülkiyyət hüququ tanınsın. İlk tələb üzrə ünvan 1 ünvanında yerləşən və mərhum X37 mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/6 hissəsinin mərhum oğlu X1 qəbulu faktı müəyyən olunsun. İlk tələb üzrə X7ndan miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın 1/6 hissəsinin X36, İddiaçı3 və İddiaçı1 tərəfindən qəbulu faktı təsdiq olunsun və hər birinin 1/24 hissədə payı müəyyən edilsin. İlk tələb üzrə iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilsin. İkinci tələb üzrə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X37 ½ payının X77 və Cavabdeh tərəfindən faktiki olaraq qəbulu faktı təsdiq edilsin və hər birinin 1/6 hissədə payı müəyyən edilsin. İkinci tələb üzrə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X13 qalmış miras payının anası mərhum X77 tərəfindən faktiki qəbulu faktı təsdiq edilsin və 1/24 hissədə payı müəyyən edilsin. İkinci tələb üzrə iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilsin. Hər iki iddia qaldırılarkən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.