Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1000/2024 04.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qızı 13 mart 2006-cı il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X8 onun qızıdır. X8 13 mart 2006cı ildə Babək rayon Nehrəm kəndində anadan olub. X19 Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan MR X7 05 iyun 2024-cü il tarixli, 993 saylı arayışına əsasən 12 noyabr 2014-cü il tarixdən ona “Ağır dərəcəli anadangəlmə əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır, həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsində vətəndaş qəbulu şöbəsinin 05 iyun 2024-cü il tarixli, 03/478 saylı arayışına əsasən orqanizmin funksiyasının 81-100 % pozulmasına görə 270 (iki yüz yetmiş) AZN məbləğində sosial müavinət və 200 (iki yüz) AZN məbləğində Prezident təqaüdü alır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X4 özünü idarə etmək qabiliyyətində deyildir. Yəni anasının və onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən qızı Validənin həmin hüquqlarını həyat keçirə bilmir. Buna görə də qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X13 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 13 mart 2006-cı il tarixdə doğulmuş X5 yaşadığı yerə baxış keçirmişdir. X5 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə X8 ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. A.Vəliyev araşdırma nəticəsində X5 xəstə olduğunu, bu səbəbdən onların ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onların qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X14 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixdə Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan məlum olur ki, Ərizəçi ilə Məmmədova (Nabatəliyeva) Gülnara Hüseyn qızı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmış və bu barədə 183 nömrəli akt qeydi icra edilmişdir. Babək rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 798934 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi ilə X3 13 mart 2006-cı il təvəllüdlü X8 adlı övladları vardır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF phş Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 03/478 nömrəli arayışda qeyd olunmuşdur ki, X8 orqanizmin funksiyasının 81-100 % pozulmasına görə 270 (iki yüz yetmiş) AZN məbləğində sosial müavinət və 200 (iki yüz) AZN məbləğində Prezident təqaüdü alır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X11 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1011 nömrəli məktubda qeyd edilmişdir ki, X8 12 noyabr 2014-cü il tarixdən “Ağır dərəcəli anadangəlmə əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə verilmiş 015075 nömrəli vəsiqənin surətindən məlum olur ki, X8 İ qrup əlildir. Babək Rayon İcra Hakimiyyəti Babək rayon Nehrəm qəsəbə İƏDN tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 958 nömrəli arayışa əsasən X2 rayon Nehrəm qəsəbəsində yaşayır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X5 atası olması, həmçinin X5 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü.il tarixli, 2(078)-1000/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X7 verdiyi xx.xx.2024-cü il tarixli 316 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəylərindən məlum olmuşdur ki, X6 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi övladı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 13 mart 2006-cı il tarixdə doğulmuş X5 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X5 atası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X10 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 13 mart 2006-cı il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 13 mart 2006-cı il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1000/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1000/2024
04.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver