Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1003/2022 12.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Auksion Mərkəzinə, Naxçıvan Şəhər İcra Bölməsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinə və Cavabdeh5 qarşı icraata başlamaq haqqında qərarın, hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi, mənzil hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxaraq müəyyənetdim: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Auksion Mərkəzinə, Naxçıvan Şəhər İcra Bölməsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinə və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icraata başlamaq haqqında qərarın, hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş Çıxarışın ləğv edilməsi, mənzil hüquqlarının bərpa edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; İddia ərizəsinə nəzər saldıqda aydın olur ki, iddiaçılara aid məlumatlar natamam formada göstərilmiş, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, elektron poçt ünvanı göstərilməmişdir. Bundan əlavə iddia tələbinin əsası kimi iddiaçıların istinad etdiyi fakt və halalrı təsdiq edən sübutların siyahısı iddia ərizəsinin məzmununda qeyd edilməmiş, sadəcə iddia ərizəsinə əlavə edilən sənədlər olaraq qoşma kimi qeyd olunmuşdur. Bundan əlavə iddia ərizəsinə əlavə edilən Naxçıvan Şəhər İcra Bölməsinin icra məmuru Əli Fətəliyevin 26 aprel 2017-ci il tarixli icraata başlamaq haqqında Qərarından aydın olur ki, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə bilməsi göstərilməsinə baxmayaraq iddiaçılar həmin qərarın qəbulundan 5 ildən artıq müddət keçməsinə baxmayaraq iddia ərizəsi formasında həmin qərarın etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki icra məmurunun qərarları məhkəmə qətnaməsinin icrası qaydasında icraat hesab edilməklə iddiaçı yalnız qərardan (buraxılmış müddətə münasibət bildirilməklə) məhkəmə qətnaməsinin icrası qaydasında icraat formasında şikayət verə bilərdi. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı1 tərəfindən "xxxx" ASC-nin X1 xx.xx.2022-ci ildə 24143 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Auksion Mərkəzinə, Naxçıvan Şəhər İcra Bölməsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinə və Cavabdeh5 qarşı icraata başlamaq haqqında qərarın, hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi, mənzil hüquqlarının bərpa edilməsi barədə dair ərizəsi geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin X1 xx.xx.2022-ci ildə 24143 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1003/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1003/2022
12.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver