Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1006/2023 25.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İspəndiyar oğlu, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı miras əmlakın onun tərəfindən qəbul olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 ölümündən sonra Abşeron rayonu Xırdalan şəhəri X7 küçəsi ev 61 ünvanında 42.4 kv.m torpaq sahəsi və 52.52 kv.m fərdi yaşayış evi olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 İspəndiyar oğlu, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı miras əmlakın onun tərəfindən qəbul olunması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin ərizə verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən aidiyyat məsələsi pozulmuşdur. Belə ki, iş üzrə cavabdeh Fərzəliyev X3 rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi Dalan 1 ev 6 ünvanında, Cavabdeh2 Latviya Respublikası vətəndaşı olmaqla Dauqalpilk şəhəri Ezquru küçəsi 1/6 ünvanında, Cavabdeh3 ünvan 3 ünvanında, Cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Bu fakt iddia ərizəsi ilə və elektron məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-in 44.2-ci və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Məhkəmə iş materiallarında olan daşınmaz əmlakın çıxarışından miras əmlakın Abşeron rayonu Xırdalan şəhəri X7 küçəsi ev 61 ünvanında yerləşən 42.4 kv.m torpaq sahəsi və 52.52 kv.m fərdi yaşayış evindən ibarət olmasını nəzərə alaraq, eyni zamanda Cavabdeh1 İspəndiyar oğlunun qeydiyyatda olduğu ünvan 2 ünvanı əsas götürərək aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş hazırki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 İspəndiyar oğlu, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı miras əmlakın onun tərəfindən qəbul olunması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1006/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1006/2023
25.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver