Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1017/2022 15.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X10 miras qalan ünvan 1 ünvanında yerləşən mirasın onun tərəfindən faktiki olaraq qəbulu faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mərhum anası X20 ilə mərhum X4 1952-ci il tarixində ailə qurmuşlar. X4 15 avqust 1978-ci il tarixdə, anası X20 isə 01 iyul 2005-ci il tarixində vəfat edib. Anasının ölümündən sonra ünvan 2 ünvanı miras qalmışdır. X5 ölümündən sonra o həmin evdə özü qalıb yaşamışdır. X2 vərəsələri o və bacı-qardaşı Kərimova (Məmmədəliyeva) Səhərbənd Fazil qızı, Cavabdeh3, Cavabdeh1, X3r. X5 ölümündən sonra ünvan 3 ünvanında yerləşən miras əmlakı qalıb yaşamaqla o qəbul etmişdir. Cavabdehlər heç biri həmin evdə yaşamamış və mirasa sahiblik etməmişdir. Gözünü həmin evdə açmışdır, hazırda da həmin evdə yaşayır. Suliddin Bakı şəhərində, Nəzakət Saatlı rayonunda, Səhrəbənd Bakı şəhərində, İradə isə Naxçıvan şəhərində yaşayır. O 1987-ci ildə ailəsindən ayrıldıqdan sonra həmin evə qayıdıb və hazırkı günə kimi həmin evdə yaşayır. Ondan başqa heç kim həmin evdə yaşamayıb. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil edilmişdir. Məhkəmə baxış iclasını İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddiaçı ilə eyni məzmunlu izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı cavabdeh X11 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o heç vaxt Simanın həmin evdə qalmasına və yaşamasına mane olmamışdır. Həqiqətən də Sima neçə illərdir həmin evdə yaşayır. Onlar ailə qurub həmin evdən çıxmışlar. Anasının ölümündən sonra da Sima hazırda həmin evdə yaşayır. Evin sənədlərşdirilməsi zamanı o qardaş-bacılarına demişdir ki, ona ata həyətində 1-2 sot torpaq verilsin. Hətta ilk vaxtlar qardaşı evi öz oğlunun adına sənədləşdirmək istəyirdi, oğluna etibarnamə vermişdi. O da qardaşı oğluna demişdir ki, ona 1-2 sot torpaq versinlər. O da razılaşmışdır. Ancaq sonra razılıq alınmadı və indi də Sima istəyir ki, həmin evi bütovlüklə onun adına keçsin. Özü anasının sağlığında ailə qurub evdən çıxmışdır. Ailəsi, övladları, başqa evi var. Anasının vəfatından sonra orada yaşamamışdır. Simadan başqa heç kim orada yaşamayıb. O sadəcə 1-2 sot torpaq istəyir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 teleqram göndərərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, teleqramlarda mirasın bacıları İddiaçı yaşayıb qəbul etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Onlar 4 bacı 1 qardaşdılar. Hamısı da həyatdadırlar, yaşayırlar. Həmin evdə yaşayan Sima xanımdır. Digər bacılar və qardaşı həmin evə gəlib gedirlər, ancaq qonaq kimi. Simanın övladı yoxdur. Ailə qurub lakin neçə illər bundan qabaq ayrılıb. Hazırda həmin evdə tək yaşayır. Simadan başqa həmin evdə uzun müddətdir heç kim qalmır. Ancaq Sima yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamədən aydın olur ki, X22 ilə X20 arasında 07 mart 1952-ci il tarixdə nikah bağlamış və bu barədə 60 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı 9 noyabr 1966-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, X4, anası X7r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X13 05 avqust 1978-ci il tarixdə miokart infarkt diaqnozu ilə Naxçıavan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 88 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X20 01 iyul 2005-ci il tarixdə ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 227 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli 1396 nömrəli arayışdan aydın olur ki, X2 vərəsələri aşağıdakılardır:
1. X13 (həyat yoldaşı)-vəfat edib;
2. X6-qızı-1954
3. Cavabdeh3-qızı-1957 4.Cavabdeh1-qızı-1959
5. Cavabdeh2-oğlu-1963
6. İddiaçı-qızı-1966 İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 45.4 kv.metr yaşayış sahəsi, 0.0978 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X20 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan aydın olur ki, Cavabdeh1 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş 1398 nömrəli arayışından aydın olur ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş 1397 nömrəli arayışından aydın olur ki, Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 7il İstismar İdarəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə verilmiş 578 nömrəli arayışından aydın olur ki, Cavabdeh3 ünvan 8 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər 3 sayl Notariat Ofisi tərəfindən verilən 02 sentyabr 2022-ci il tarixli 85 nömrəli məktubla mirasın qəbulu üçün müddət buraxıldığından və vərəsələr arasında mübahisə olduğundan məhkəmə müraciət edilməsi xahiş olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2 vəfatından sonra ondan qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak qızı İddiaçı tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı İddiaçı faktiki qəbul edərək yaşamış və hazırda həmin ünvanda yaşayır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidin ifadəsindən aydın olur ki, iddiaçı miras əmlakda yaşamışdır. Bu hal iş tərəflərin izahatları, şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı anasının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, onun idarəçiliyini həyata keçirmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə miras əmlakda ona 1-2 sot torpaq verilməsinə dair Cavabdeh1 öz izahatlarında bildirdiyi hallarla əlaqədar qeyd edir ki, cavabdeh hazırki iddia ərizəsinə baxılan zaman qarşılıqlı şəkildə iddia qaldırmamışdır. Ona görə də qeyd edilən hallar hazırki iddianın predmetini təşkil etmədiyindən onlara məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz. Eyni zamanda hazırki iddia tələbi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan və iddia tələbində payın müəyyən edilməsi tələb olaraq göstərilmədiyindən məhkəmə vərəsələr olaraq cavabdehlərin mirası qəbul edibetməmələri məsələsini araşdıra bilməz. Bu tələbdə məhkəmə yalnız iddiaçıya münasibətdə miras əmlakın faktiki olaraq qəbul edilməsi məsələsini araşdırmalıdır. Məhkəmə cavabdeh izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 11 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən 29 avqust 2022-ci il tarixdə 2483 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. X1 miras qalan ünvan 11 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən 29 avqust 2022-ci il tarixdə 2483 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva