Məhkəmə qərarları › İş №2(078)-1029/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1029/2020

26.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1029/2020 26.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X3 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: X1 Afət Yəhya qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 ölümündən sonra ünvan 1 ünvanında 628.9 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən, Naxçıvan şəhəri, 1-ci küçə (Əzizbəyov) 13 ünvanında 165.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 36.2 kv.m olan fərdi yaşayış evindən, Cavabdeh ilə mərhum atası X4 birgə nikah dövründə xx xxxxxxxx 2016-cı il tarixdə ünvan 3 mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 31.90 kv.m olan 1 otaqlı mənzildən, Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın altında yerləşən 4 saylı qeyri-yaşayış sahəsindən miras əmlak kimi onların qanun üzrə vərəsəlik hüquqlarını tanıyaraq paylarının müəyyən edilərək qəbul etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki,X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən nəzərdə tutulan mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınmasına əməl olunması barədə sənəd əlavə etməmiş və iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-cü maddələrinə görə, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş məktuba əsasən, Naxçıvan şəhər 1 saylı Notariat X2 və X5 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün tələb olunan sənədlər olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət oluna biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar həllini etmədən, bu imkanı itirmədən müraciət edib. Belə ki, Naxçıvan şəhər 1 saylı Notariat Ofisi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün tələb olunan sənədlər olmadığını qeyd etsə də, hansı sənədlərin olmadığını göstərməmişdir. Həmçinin notariat hərəkətinin aparılmasından imtina etməmişdir. Göründüyü kimi, X8 cavabdehlə həmin kateqoriya işlər üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddəsində nəzərdə tutulmuş mübahisənin məhkəməyəqədər nizama salınmasına dair tələbə əməl etməsi barədə sənəd təqdim etməmişdir. Ona görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərədə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyəqədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. X5 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə Əlisoy (Hüseynova) Sevil Yusif qızının "xxxxxxxxxxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2020-ci il tarixli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: X3 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Əlisoy (Hüseynova) Sevil Yusif qızının "xxxxxxxxxxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2020-ci il tarixli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. X5 izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar