Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-104/2021 11.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X7 ilə X10 birgə nikah dövrü, yəni xx xxxxxxx 2003-cü il tarixdə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq Əziz Məmmədovun ölümündən sonra bacısı X10 faktiki qəbul etməsi və onun ölümündən sonra isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Notariat Ofisinə müraciət etməklə miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, bacısı X10 X7 ilə xx xxxxxxx 2003-cü il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurub birgə nikahda olduqları müddətdə, yəni xx xxxxxxx 2003-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə etməklə birlikdə orada yaşadıqlarını, bacısı Xanım Cəfərovanın əri X3 xx xxxxxxxx 2006-cı il tarixdə vəfat edəndən sonra qalan miras əmlakını faktiki olaraq qəbul edərək onun və ailə üzvlərinin köməkliyi ilə xx xxxx 2019-cu il tarixədək, yəni öldüyü bir günə kimi həmin evdə yaşadığını, bacısının həmin evdə yaşamaqla torpaq sahəsini əkib həyətdə olan meyvə ağaclarına qulluq göstərib istifadə etdiyi kommunal xidmətlərə görə yaranmış bütün borcunu ödədiyini, bacısı X10 X3 ikinci nikahdan olan arvadı olduğunu, birlikdə yaşadıqları müddətdə həmin nikahdan övladlarının olmadığını, X3 birinci nikahını X4 ilə rəsmiləşdirdiyini, onların birgə nikahlarından 5 övladlarının- 1. X8 (ölüb); 2. Cavabdeh3; 3. Cavabdeh1; 4. X13 (ölüb); 5. Cavabdeh2 doğulduğunu, mərhum bacısının əri X3 birinci nikahdan olan arvadından boşandığından birgə nikahda olduqları müddətdə Şahbuz rayonu, Gömür kəndində birlikdə qazandıqları bütün hər şeyi onlara verib evdən çıxdığını, X3 bacısı X19 ilə birgə nikahda olduqları müddətdə, yəni xx xxxxxxx 2003-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə etməklə birlikdə orada yaşadıqlarını, həmin evə dair mərhum bacısının əri X3 adına xx xxxxxxx 1995-ci il tarixdə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun verildiyini, X3 xx xxxxxxxx 2006-cı il tarixdə vəfat edəndən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras qaldığını, mərhum bacısı X10 həmin miras qalmış əmlakı öldüyü günədək orada yaşamaqla faktiki olaraq qəbul etdiyini, lakin maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilmədiyini, bacısı X10 xx xxxx 2019-cu il tarixdə vəfat edəndən sonra özünün Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək həm vəsiyyətnamə üzrə, həm də qanun üzrə həmin mirası qəbul etdiyini, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət edərək miras qalmış əmlakı həm vəsiyyətnamə, həm də qanun üzrə qəbul etdiyinə görə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etdiyini, lakin Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin xx xxxx 2020-ci il tarixli, 46 nömrəli məktub ilə ərizəsinə cavab verilərək mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməyini bildirdiyini, mərhum X3 ölümündən sonra onun övladlarının həmin evdə qalmayaraq miras əmlakı qəbul etmədiklərini, yalnız mərhum bacısı ilə özünün yaşadığını, Məhəmmədin Bakı şəhərində yaşadığını, miras əmlakda yaşamadığını, lakin gəlib giriş qapısının kilidini dəyişib onu həmin evə buraxmadığını, məcbur qalıb mərhum bacısı Xanım Cəfərovaya məxsus dəyərli əşyaları həmin evdən çıxardığını, bacısının uzun müddət həmin evi mərhum əri ilə qurduqlarını, bacısının haqqının itməsini istəmədiyini, ölən günə kimi yaşamaqla ərindən qalan miras əmlakı qəbul etdiyini, bacısından da əmlakı özünün qəbul etdiyini, bunları nəzərə alaraq, mərhumlar X7 ilə X10 birgə nikah dövrü, yəni xx xxxxxxx 2003-cü il tarixdə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq Əziz Məmmədovun ölümündən sonra bacısı X10 faktiki qəbul etməsi və onun ölümündən sonra isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Notariat Ofisinə müraciət etməklə miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində qeyd etdiklərini təsdiqlədiklərini, iddiaçının izahatına əlavəsinin olmadığını, mərhumlar X7 ilə X10 birgə nikah dövrü əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq Əziz Məmmədovun ölümündən sonra X10 faktiki qəbul etdiyini, onun ölümündən sonra isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Notariat Ofisinə müraciət etməklə miras qalmış əmlakı İddiaçı qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh3 iddianı qəbul etməyərək, İddiaçı ondan miras əmlakın qəbul edilməsi faktının müəyyən olunmasına dair iddiasını qəbul etmədiyini, qanun üzrə mirası özünün qəbul etdiyini, iddia ərizəsində yazılan faktların düzgün olmadığını, mirasın atası X5 məxsus olduğunu, onun fərdi yaşayış evini xx xxxxxxx 1995-ci ildə aldığını, anası X4 ilə birgə nikahda aldıqlarını, ölən günə qədər atası X3 birinci nikahdan boşanmadığını, anası rəhmətə getdikdən sonra atası ilə Xanım Cəfərovanın evləndiklərini, ərizədə X3 X19 ilə birgə nikahda olduqları müddətdə, xx xxxxxxx 2003-cü ildə yaşayış evini aldıqlarının qeyd olunduğunu, bunun yalan olduğunu, atasının həmin evi 1995-ci ildə aldığını və o vaxtdan atası ilə birgə arı təsərrüfatlarını saxladıqlarını, haliyyədə həmin evdə ailəlikcə özlərinin yaşadıqlarını, bütün kommunikasiya xətlərini atası rəhmətə gedəndən sonra özünün çəkdiyini, İddiaçı bu evdə heç bir zəhmətinin olmadığını, bir qəpik də olsun pul xərcləmədiyini, heç bir əlaqəsinin olmadığını, həmin evin elektrik xətlərini özünün çəkdirdiyini, həmin həyətdə hamam inşa etdirdiyini, atası öləndən sonra miras əmlakda Xanım Cəfərova ilə özünün yaşadığını, 2019-cu ildə X.Cəfərova öləndən sonra İddiaçı həmin evdə qalmayaraq mülkü qəbul etmədiyini, ifadə vermiş şahidlərin İddiaçı qohumları olduğunu, mərhum atasının qonşuları olmadıqlarını, onların ifadələrinin real olmadığını, öyrədilməklə ifadə verdiklərini, vərəsə olaraq atasının ölümündən sonra mirasın qəbulu ilə əlaqədar Notariat Kontoruna müraciət etmədiklərini, mirasın qəbulu faktı ilə əlaqədar Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyini, iddiasının təmini barədə qətnamə qəbul olunduğunu, hazırda qətnamənin icra olunaraq mülkiyyət barədə çıxarış aldığını, İddiaçı onun icazəsi ilə həmin mülkə daxil olduğunu, mərhum Xanım Cəfərovaya məxsus əşyaları onun icazəsi ilə İddiaçı həmin evdən apardığını, İddiaçı X.Cəfərovanın ölümündən sonra həmin evdə qalmadığını və heç bir xərc çəkərək miras əmlakı idarə etmədiyini, əsassız iddia tələbi ilə müraciət etdiyini, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, İddiaçı ondan miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddiasını qəbul etmədiyini, onun miras əmlaka heç bir bağlılığının olmadığını, mirası qardaşı Cavabdeh3 qəbul etdiyini, mirasın onun adına keçməsinə razı olduğunu, mirasla bağlı heç bir iddia və tələbinin olmadığını, məhkəmə iclaslarını onun iştirakı olmadan aparıb iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası Cavabdeh1 iştirakı olmadan keçirilmişdir. Cavabdeh2 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, Xok kənd sakini İddiaçı ona qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbini qəbul etmədiyini, mirası qardaşı Cavabdeh3 qəbul etdiyini və qardaşının mirası qəbul etməyinə etirazının olmadığını, Mailin mirasla heç bir bağlılığının olmadığını, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X14, 1994-cü ildən Naxçıvan şəhərində yaşadığını, Əziz Məmmədovla və Xanım Cəfərovla qonşu olduqlarını, yaxın münasibətlərinin olduğunu, Ə.Məmmədov öləndən sonra Xanım ilə Mailin qızının həmin evdə qaldığını, Mailin gəlib bacısına kömək etdiyini, Ə.Məmmədovun uşaqlarının olduğunu eşitdiyini, lakin tanımadığını, həmin evdə Məhəmmədin qaldığını görmədiyini, iki ay bundan əvvəl Məhəmmədi gördüyünü, X.Cəfərova öləndən sonra İddiaçı gəlib o həyətə baxdığını, toyuqlara qulluq etdiyini, sonra Ə.Məmmədovun oğlunun evin kilidini dəyişdiyindən İddiaçı orada görmədiyini, Ə.Məmmədov öləndən sonra Məhəmmədin həmin evə su xətti çəkməsini bilmədiyini bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X15, İddiaçıla həmkəndli olduqlarını, 2000-ci ildən Əziz Məmmədovla və Xanım Cəfərovla qonşu olduqlarını, Ə.Məmmədov öləndən sonra Xanım ilə Mailin qızının həmin evdə qaldığını, Mailin gəlib bacısına kömək etdiyini, Ə.Məmmədovun uşaqlarının olduğunu eşitdiyini, lakin tanımadığını, Cavabdeh3 tanımadığını, həmin evdə Məhəmmədin qaldığını görmədiyini, X.Cəfərova öləndən sonra İddiaçı gəlib o həyətə baxdığını, toyuqlara qulluq etdiyini, sonra Ə.Məmmədovun oğlunun evin kilidini dəyişdiyindən İddiaçı orada görmədiyini, həmin həyətdə Məhəmmədin təmir işləri aparmasını görmədiyini, Ə.Məmmədov öləndə Türkiyə Respublikasında olduğunu, Xanımın yas mərasiminin Xok kəndində olduğunu bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan Yaqubova Göyərçin Məmməd qızı, Əziz Məmmədovla və Xanım Cəfərovla qonşu olduqlarını, Ə.Məmmədov 2006-cı ildə öləndən sonra Xanımın həmin evdə qaldığını, Mailin gəlib bacısına kömək etdiyini, Ə.Məmmədovun uşaqlarının olduğunu eşitdiyini, lakin tanımadığını, həmin evdə Məhəmmədin qaldığını görmədiyini, X.Cəfərova 2019-cu ildə öləndən sonra İddiaçı gəlib o həyətə baxdığını, toyuqlara qulluq etdiyini, sonra Ə.Məmmədovun oğlunun evin kilidini dəyişdiyindən İddiaçı orada görmədiyini, Nail Cəfərovun həmin evdə qaldığını, yaxın qonşu olduqlarını, həmin evə daxil olan şəxsləri gördüyünü, Xanım tək olduğu üçün Mailin qızı və onun qızı ilə qaldığını, Ə.Məmmədovun övladlarının həmin evdə təmir aparmasını görmədiyini bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9, Xanım Cəfərovla qonşu olduqlarını, Ə.Məmmədov 2006-cı ildə öləndən sonra Xanımın həmin evdə qaldığını, Mailin və yoldaşının gəlib Xanıma kömək etdiyini, Ə.Məmmədovun uşaqlarının olduğunu eşitdiyini, lakin tanımadığını, X.Cəfərova 2019-cu ildə öləndən sonra İddiaçı gəlib o həyətə baxdığını bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X16, İddiaçı və Cavabdeh3 tanıdığını, Əziz Məmmədovla və Xanım Cəfərova ilə qonşu olduqlarını, 1999-cu ildən həmin məhəllədə qaldığını, Ə.Məmmədov öləndən sonra Cavabdeh3 həmin evə gəlib təsərrüfata baxdığını, arı saxladığını, İddiaçı Xanım öləndən sonra həmin evdə görmədiyini, Məhəhmmədlə Mailin arasında ev mübahisəsinin olmasını eşitmədiyini, Məhəmmədin evin kilidini dəyişməsini eşitmədiyini, Ə.Məmmədovun öləndən sonra Xanımın tək yaşadığını, Məhəmmədin əvvəllər harada yaşamasını bilmədiyini bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X26, 2013-cü ildən sözügedən məhəllədə qaldığını, İddiaçı və Cavabdeh3 tanıdığını, Xanım Cəfərova ilə qonşu olduqlarını, X.Cəfərovanın təxminən iki il olar ki öldüyünü, X.Cəfərova öləndən sonra İddiaçı həmin evdə görmədiyini, Cavabdeh3 isə həmin evdə qaldığını bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6, 2004-2005-ci ildən Əziz Məmmədovu tanıdığını, münasibətlərinin olduğunu, atası ilə Əzizin dost olduğunu, onların qaldığı evə gedişinin olduğunu, evin tikilişində kömək etdiyini, Əzizin Xanımdan əvvəl evli olmasını uşaqlarının olmasını bilmədiyini, Əziz öləndən sonra evdə Xanımın qaldığını, Mailin arada gəlib bacısının yanında qalmaqla qayğısına qaldığını, Maillə telofon əlaqəsi olduğu üçün gələndə həmin həyətə getdiyini, Xanımın ölümündən sonra Mailin həmin evdə ağaclara su verib getdiyini, bir gün həmin evin giriş qapısında olan qıfılın dəyişdiyini gördüyünü, kəndə yas yerində olarkən Mailə həyətin kilidinin dəyişdiyini dediyini, X29 övladı Məhəmmədin kilidi dəyişdiyini dediyini, ora getməməyini dediyini, Cavabdeh3 həmin evdə görmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş: İİ-AZ seriyalı, 035760 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X7 ilə X19 arasında xx xxxxxxx 2003-cü il tarixdə nikah bağlanmışdır. AZ-İ seriyalı, 164109 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X7 xx xxxxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışa əsasən, X19 xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 1995-ci il tarixli, 8557 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun və Qeydiyyat Vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(090)-203/2019 nömrəli qətnaməsinin surətinə əsasən, mərhum X2 miras qalmış ünvan 1-in Cavabdeh3 tərəfindən miras olaraq qəbul edilməsi müəyyən olunmaqla, həmin əmlak üzərində Cavabdeh3 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Şahbuz Rayon İcra Hakimiyyəti Gömür kənd X30 üzrə Nümayəndəlik tərəfindən verilmiş 24 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışa əsasən, mərhum X3 aşağıdakı vərəsələri vardır:
1. X4, arvadı ölüb;
2. X8, oğlu ölüb;
3. Cavabdeh3, oğlu;
4. Cavabdeh1, oğlu;
5. X13, qızı ölüb;
6. Cavabdeh2, qızı. Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd X30 üzrə Nümayəndəlik tərəfindən verilmiş 203 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, mərhum X10 aşağıdakı vərəsələri vardır:
1. X28, atası 1933 vəfat edib;
2. Cəfərova İmamqulu qızı, anası 1934 vəfat edib;
3. X17, bacısı 1954 vəfat edib;
4. X20, bacısı 1965;
5. X21, bacısı 1966;
6. İddiaçı, qardaşı 1970;
7. X27, bacısı 1972. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 107.53 kv.m, torpaq sahəsinin ölçüsü 0.1452 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8253 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********89-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 8557 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunun xx xxxx 2020-ci il tarixli, 46 nömrəli məktubuna əsasən, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 1995-ci il tarixli, 8557 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun və Qeydiyyat Vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 8557 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Cavabdehlər də iddianı qəbul etməmişlər. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı iddia tələbində miras əmlakı faktiki qəbul etməsini qeyd etsədə bu faktı təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Belə ki, mərhum Əziz Məmmədovun ölümündən sonra mərhum Xanım Cəfərovanın miras əmlakda yaşaması müəyyən olunsa da, onun ölümündən sonra İddiaçı həmin miras əmlaka faktiki sahiblik edərək miras əmlakı qəbul edib hüquqi nəticəyə gəlməsi sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrində İddiaçı bacısı Xanım Cəfərovaya qayğı göstərməsi öz təsdiqini tapır. Miras əmlakın qəbulunun nümayiş etdirilməsi, miras əmlakın nədə ifadə olunması və onun qəbulu üçün konkret hərəkətlər sübuta çatdırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.