Məhkəmə qərarları › İş №2(078)-1063/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1063/2023

04.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1063/2023 04.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh və iddiaçı-cavabdeh İddiaçı3 nümayəndəsi İddiaçı1, iddiaçı-cavabdeh İddiaçı1 vəkili X28, iddiaçı-cavabdeh və iddiaçı-cavabdeh İddiaçı4 nümayəndəsi İddiaçı2, cavabdeh-iddiaçı Cavabdeh və cavabdeh-iddiaçının vəkili və nümayəndəsi X16 iştirakı ilə, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X17 tərəfindən sağlığında həyat yoldaşı-anaları X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 70.96 kv.m mənzilə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması, mərhum ataları X17 tərəfindən sağlığında həyat yoldaşı X7 miras əmlak kimi qəbul etdiyi ünvan 1 ünvanında yerləşən 70.96 kv.m mənzilin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh nümayəndə vasitəsilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 01 iyul 2022-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X18 tərəfindən qəbul edilməsi və onun ölümündən sonra irsi transmissiya qaydasında mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərardadı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. İddiaçı-cavabdeh İddiaçı3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndəsinin-bacısı İddiaçı1 iştirakı ilə baxılıb yekun qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı-cavabdeh İddiaçı3 iştirakı olmadan keçirilmişdir. İddiaçı-cavabdeh İddiaçı4 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin məhkəməyə teleqram göndərərək, hal-hazırda Sumqayıt şəhərində yaşadığına və işlədiyinə görə məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan, nümayəndəsinin iştirakı ilə məhkəmə proseslərinin keçirilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı-cavabdeh İddiaçı4 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh və iddiaçı-cavabdeh İddiaçı3 nümayəndəsi qismində izahat verən İddiaçı1 iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, özünün, İddiaçı2, İddiaçı3 və İddiaçı4 30 dekabr 2022-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər bir saylı Notariat Ofisinə müraciət edərək mərhum anaları X7 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiklərini, lakin Notariat Ofisinin 10 yanvar 2023-cü il tarixli, 15 nömrəli məktubla bununla bağlı məhkəməyə müraciət etməli olduqlarını bildirdiyini, miras qoyan mərhum anaları X8 20 dekabr 2020-ci ildə, ataları X10 isə 24 oktyabr 2022-ci ildə vəfat etdiyini, mərhum anaları X8 vərəsələrinin həyat yoldaşı X17 (24 oktyabr 2022-ci ildə vəfat edib), qızı İddiaçı2, qızı İddiaçı1, oğlu İddiaçı3, oğlu İddiaçı4 və oğlu X19 (02 iyul 2022-ci ildə vəfat edib) olduğunu, analarına məxsus evdə anaları rəhmətə gedəndən sonra atalarının tək yaşadığını, müntəzəm olaraq qardaş və bacılar anaları rəhmətə gedəndən sonra atalarına qulluq edib onun bütün xərclərini (komunal və s.) qarşıladıqlarını, ataları rəhmətə gedəndən sonra da evə sahiblik edib idarə etməklə (komunal və digər xərcləri ödəməklə), həmçinin notarial qaydada mirası qəbul etməklə bağlı ərizə verməklə mirası iddiaçı olan vərəsələrin qəbul etdiklərini, mərhum analarından qalan miras əmlakı miras qoyan öldükdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 aylıq müddət) həmin miras əmlakda faktiki yaşamaqla və miras əmlakı idarə etməklə yalnız mərhum ataları Novruz Allahverdiyevin qəbul etdiyini, atalarının birinci növbəli vərəsə kimi həmin miras əmlaka faktiki sahibliyi həyata keçirdiyini və bunu aşkar nümayiş etdirdiyini, mərhum atalarının 24 oktyabr 2022-ci ildə həmin evdə vəfat etdiyini, mərhum atalarının vəfatından sonra həmin miras əmlakda vərəsələrdən özünün və X9 həm yaşamaqla, həm də faktiki idarə etməklə, həmçinin mirası qəbul etməklə bağlı notarial qaydada ərizə verməklə, digər 2 vərəsələr - İddiaçı3 və İddiaçı4 isə notarial qaydada ərizə verməklə miras əmlakı qəbul etdiklərini, vərəsələrdən mərhum X18 isə miras qoyandan əvvəl 01 iyul 2022-ci ildə rəhmətə getdiyindən miras əmlakı qəbul etmədiyini, miras əmlakın iddia verən vərəsələr tərəfindən qəbul edilməsində heç bir narazılığın olmadığını, lakin Notariat Ofisində müvafiq hərəkətləri apara bilmədiklərinə və mərhum qardaşları Natiq Allahverdiyevin vərəsəsi Cavabdeh da miras əmlaka iddia etdiyindən və məhkəməyə bununla bağlı müraciət etdiyindən tələblərini iddia icraatı formasında verdiklərini göstərərək, atası tərəfindən sağlığında götürülmüş kondesanerin son iki ay üçün ödənişi olan 52 manatı ümumilikdə 104 manatı 17 fevral 2023-cü iıl tarixdə ödədiyini, atasının ölümündən sonra həmin evdə bacısı şərqiyyə ilə özünün yaşadığını, komunal xərcləri özünün ödədiyini, Cavabdeh həmin evdə yaşamadığını, miras əmlakın anasından qaldığını, anası vəfat edərkən Cavabdeh ailəsi ilə kirayə evdə qaldıqlarını, sonradan həmin evə gəldiklərini, gəldikləri vaxtı tam olaraq bilmədiyini, atası öləndən sonra Cavabdeh təxminən bir ay həmin evdə qalıb çıxdığını, Natiq Allahverdiyevin ailəsi ilə birlikdə qəza keçirib vəfat etdiyini, həmin vaxtı onların kənddə yaşadıqlarını, cavabdehin iddia tələbində vəsiyyətnamələr təqdim etdiyini, həmin vəsiyyətnamələrin 6 aydan sonra təqdim edildiyindən qəbul etmədiyini, 2017-ci ilədək valideyinlərini daima yoxlayıb onlara qulluq etdiyini, evin üstündə Natiqin onun gəlməsini istəmədiyindən ailəsini dağıdacağı ilə təhdid etdiyini, 2 il Bakıda yaşadığından 2020-ci ilədək anasının vəziyyətindən məlumatları olmadığını, vəziyyəti ilə maraqlanmaq üçün anasına telofon alıb verdiyini, maraqlanmasın deyə telofonu qırdıqlarını, atası vəfat edəndə Şahinlə özünün iştirak etdiklərini, Şahinin yas üçün ərzaq aldığını, özünün həmin evdə hazırlayıb qonşulara payladığını, həmin vaxtı Türkanənin və uşaqlarının həmin evdə qaldıqlarını, yas qurtarandan sonra özünün həmin evə gedib gəldiyini, anası öləndən sonra Natiqin həmin evdə və kirayə evdə qalıdığını, onun evə gəlməsinə Natiqin narazı olduğunu, sonradan Türkanənində gəlməsinə narazılıq etdiyini, sonra həmin evə gəlmədiyini, atasına qonşuların qayğı göstərdiyini, Şərqiyyənin 2022-ci ilin dekabr ayının 16-dan həmin evdə qalmağa başladığını, Şərqiyə tək qalmasın deyə özünündə onunla qaldığını, həmin vaxtı Türkanənin uşaqları ilə evdə qaldığını, qardaşı Şahinin gəlib yanvarın 1-də getdiyini, Türkanənin evdən əşya aparmasına görə polislərin gəldiyini, mübahisə olduğundan Türkanənin fevral ayında evdən özünün çıxdığını, yanvar fevral ayında evə dair borcların olmasını onlara bildirildiyini, özünün və Şərqiyyənin evin borclarını ödədiyini, anası öləndən sonra mirasın qəbulu üçün notariat orqanına müraciət etmədiyini, atasının ölümündən sonra notariusa müraciət etdiyini, məhkəməyə müraciət etməsinin izah olunduğunu, Türkanənin kondesaner götürülməsini borcun qalmasını bildirdikdə gedib ödəniş etdiyini, evdə qaldıqları müddətdə su sistemini təmir etdirdiklərini, atasının yasında evin komunal ödənişi üçün 169 manatı Çingizin ödədiyini, Şahinin yas üçün pul göndərdiyini, anasının ölməsini qonşudan eşidib evlərinə getdiklərini, qapı bağlı olduğundan qonşudan soruşduqda Qaraçux kəndində olduğunu dediklərini, gedib evi tapdıqlarını, orada anasının dəfn olunduğunu öyrəndikdə onsuz basdırılmasına narazılıq etdikdə qardaşı Natiqin onlaraı qovduğunu, mərhum ataları X17 tərəfindən sağlığında həyat yoldaşı-anaları X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 70.96 kv.m mənzilə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması, mərhum ataları X17 tərəfindən sağlığında həyat yoldaşı X7 miras əmlak kimi qəbul etdiyi ünvan 1 ünvanında yerləşən 70.96 kv.m mənzilin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı1 vəkili qismində izahat verən X44, iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini, iddiaçı-cavabdeh İddiaçı1 izahatına əlavəsinin olmadığını, məhkəmə araşdırması zamanı şahidlərin dindirildiyini, xüsusən şahid Ayxan İmanlının ifadəsindən Şəfiqə Allahverdiyevanın vəfatından sonra Novruz Allahverdiyevin tək yaşamasının məlum olduğunu, iddiaçı tərəf olaraq komunal xidmətlərin ödənişi barədə sübutları təqdim etdiklərini, qarşı tərəfin bunula əlaqədar sübutları təqdim edə bilmədiklərini, vəsiyyətnamənin icrası üçün qanunvericiliyin müddət müəyyən etdiyini, qarşlıqlı iddia üzrə iddiaçının mirasın qəbulu faktını sübut edə bilmədiyini, bu baxımdan vəsiyyətnamənin icrası üçün əsasın olmadığını, bunların nəzərə alınaraq iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh və iddiaçı-cavabdeh İddiaçı4 nümayəndəsi İddiaçı2, izahatında 6 aylıq müddəti ötürdüklərindən məhkəməyə müraciət edərək miras qalmış əmlakdan 5 vərəsənin yəni ölən qardaşları da daxil olmaqla payının verilməsini istədiklərini, anasının 2018-ci ildən xəstə olduğunu yaddaşının zəiflədiyini, 2018-ci ildə onun yanına gəlib bir ay qaldığını, onun yoldaşını tanımadığını, onun evinin olub-olmamasını bilmədiyini, 2019-cu ildə vəsiyyətnamə yazdırdıqlarını, yaddaşının getdiyini, hərifləri doğru düzgün yaza bilmədiyini, anasının soyadının Cəfərova olduğundan C hərfi ilə imza etdiyini, atasının qəddar kişi olduğunu, anasını nəsə etməyə qoymadığını, atasının Natiqlə düşmən olduğunu, arada barışıb yenə düşmən olduqlarını, 2019-cü ildə atasının vəsiyyətnamə verməsinin yalan olduğunu, anası öləndən sonra atasının evi adına keçirmək istədiyini, hətta evlənmək fikrinin olduğunu, atasının ona zəng edib dedikdə qardaş bacılarının razı olmadıqlarını, atasının vəziyyətinin yaxşı olmadığı vaxt qonşunun zəng edib Türkanəni çağırdığını, notariusu çağırıb tez evi bunlara verməsinə dair vəsiyyətnamə yazdırmaq istədiklərini, atasının bacısını görmək istədikdə çağırmadıqlarını, atasının vəziyyətindən istifadə edərək vəsiyyətnamə yazdırdıqlarını, hətta həmin vaxt polisin də gəldiyini, həmin polislə özünün danışdığını, polisin nə səbəbə gəldiyini bilmədiyini, evlərinə yaxın notarius olduğu halda digər notariusda vəsiyyətnamənin yazıldığını, anasının ölümündən sonra həmin evdə yalnız atasının yaşadığını, Cavabdeh kirayədə yaşadıqlarını, həmin evə gedib-gəldiklərini, atası öləndən sonra isə həmin evdə özünün yaşadığını, evi özünün idarə etdiyini, Cavabdeh evdən çıxarmadıqlarını, onları polisin sahə müvəkkilin çıxardaraq məhkəmə mübahisəsinin bitməsini dediklərini, Cavabdeh evin açarını istədiyini vermədikdə evin kilidini 2023-cü ilin yanvar ayında dəyişib Cavabdeh həmin evə qoymadığını, anası və atası vəfat edəndə Bakıda yaşadığını, anası və atası vəfat edəndə qardaşları Çingizin Türkiyədə, Şahinin isə Sumqayıtda olduqlarını, atasının vəfatından sonra Şahinin gəlib 10 gün qaldığını, Çingizin isə yasa gəlib xərcini çəkdiyini, dörd vərəsənin notariusa ərizə ilə müraciət edərək atalarından qalan mirası qəbul etmək istədiklərini bildirdiklərini, hansı qızın ər evindən gəlib ata-anasına baxmalı olduğunu, 16 dekabr 2022-ci ildə Bakıdan gəldikdə Türkanənin vəsiyyətnamələrin olduğunu deyərək evin onun olduğunu, onları qeydiyyatdan çıxaracağını dediyini, atası-anası tərəfindən verilən vəsiyyətnamələrin tarixinin 2019-cu il olduğunu, məzmunlarında onlara düşən paylarını Natiqə verdiklərinin olduğunu, vəsiyyətnamələrin məzmununu məhkəmədən aldıqdan sonra tanış olduqlarını, ataanasının tək yaşadıqlarını, qardaşı Natiqin peraşki bişirib satdığından polislərin bina evində olmaz deyə onu 2013-cü ildən çıxardıqlarını, bu səbəbdən Natiqin kirayə köçdüyünü, hətta oğlunun kiçik toyunu kirayə evdə etdiklərini, atası öləndə maddi imkanı olmadığından və 1-ci qrup əlil övladı olduğundan gələ bilmədiyini, anası-atası öləndə ona xəbər edilmədiyini, anasının ölümünü qəbul edə bilmədiyindən miras əmlakın qəbulu ilə əlaqədar notariusa müraciət etmədiyini, qardaşı Çingizin miras əmlakda qalmadığını, anadan qalan miras əmlakı Çingizin qəbul etmədiyini, atadan qalan miras əmlakı qəbul etmək istədiyini, Natiqin ailəliklə kirayə qaldığını arada gəlib həmin evdə 7-10 gün qalıb getdiklərini, anası və atasının ölümündən qabaq qonşunun zəng edib Türkanəyə xəbər verdiklərini, onların kirayə qaldıqları evdən gəldiklərini, anasını kirayə qaldıqları evə apardıqlarını, anasının kirayə qaldıqları evdə öldüyünü, oradan da Şərur rayon Dəmirçi kəndinə aparıb dəfn etdiklərini, anasının ölməsini onlara xəbər verməyə qardaşı Natiqin mane olduğunu, onların gəlməsini istəmədiyindən deyilməsini qoymadığını, bunları ona atasının dediyini, evin üstündə Natiqin valideyinləri ilə mübahisə etdiyini, 2017-ci ildə özünün gəldiyi vaxtı Natiqin ev mənimdir deyə qışqırdığını, Natiqin Qaraçux kəndində kirayədə qalanda mal heyvan saxladığını, torpaq əkdiyini, kirayə evdə uşağına kiçik toy edib qardaşı Şahinlə kirvə olduğunu, Kondesaneri atasının götürüb ödənişlərinidə pensiyası ilə ödədiyini, iddianın təmini barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı qismində izahat verən Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, iddianı isə qəbul etməyərək, 12 noyabr 2012-ci il tarixdə X18 ilə Naxçıvan şəhər Nikah Evində birgə nikaha daxil olduqlarını, birgə yaşadıqları müddətdə üç övladının olduğunu, həyat yoldaşı X11 01 iyul 2022-ci il tarixdə vəfat etdiyini, ünvan 1 ünvanında yerləşən mənzilin 2019-cu il tarixdə mərhum qaynanası X8 adına qeydiyyata alındığını, X8 20 dekabr 2020-ci il tarixdə vəfat etdiyini, X3 aşağıdakı vərəsələrinin- həyat yoldaşı X17 vəfat edib, qızı X13, oğlu İddiaçı3, oğlu İddiaçı4, oğlu X18 vəfat edib və qızı İddiaçı1 olduğunu, X27nin 2011-ci il tarixdə vəsiyyətnamə yazaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili mərhum həyat yoldaşı X14 vəsiyyət etdiyini, X3 ölümündən sonra ondan qalan mirası onun həyat yoldaşı X10 və mərhum həyat yoldaşı X11 faktiki qəbul etdiyini, onun vəfatına kimi həmin mənzildə onlarla birlikdə yaşadığını, bütün kommunal xərclərin onun adından həyat yoladşı tərəfindən ödənildiyini, qaynatası X10 24 oktyabr 2022-ci il tarixdə ürək çatışmamazlığından vəfat etdiyini, onun vəfat etməzdən əvvəl ünvan 1 ünvanında yerləşən mənzildən ona çatan payı oğlu X14 vəsiyyət etdiyini, mirası mərhum həyat yoldaşının vəfatından sonra irsi transmissiya qaydasında özünün qəbul etdiyini, lakin mirasın varislərinin onun həmin evdə yaşamağına imkan vermədiklərini, mərhum həyat yoldaşı X11 vərəsələrinin- həyat yoldaşı Cavabdeh, qızı X20, oğlu X21 və oğlu X23 vəfat edib- olduğunu, mirasa qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə etdiyi müraciətə 16 fevral 2023-cü il tarixdə verilən 69 saylı cavabda və 26 aprel 2023-cü il tarixdə verilən 214 nömrəli cavabda məhkəməyə müraciət etməyinin tövsiyyə olunduğunu, bir evdə yaşadıqları müddətdə kondesaner götürdüklərini, onların adına kredit verilə bilmədiyindən qaynatasının adına sənədləşdirildiyini, kredit ödəmələrini özünün ödədiyini, son iki ayı Səidənin ödədiyini, həmin evdə qaynatası, qaynanası və onların ailəliklə yaşadığını, qaynanasının ölümündən sonra da yaşadıqlarını, qaynatasının ölümündən sonra uşaqları ilə özünün yaşadığını, 2022-ci ilin dekabr ayında Şərqiyyənin gəldiyini, qaynatasının və qaynanasının xəstəliklərində özünün baxdığını, övladlarının baxmadığını, indi isə gəlib onu iki uşağı ilə evdən çıxardıqlarını, gecə saat 02-də gedib peraşki bişirib saat 8-də işlərini bitirib evə qayıtdıqlarını, yoldaşının bazarda peraşki satıb özünün isə evdə olduğunu, qaynatasının yasını uşaqlarının təşkil etmədiyini, yası özünün atasının köməkliyi ilə təşkil etdiyini, qaynatasını Qaraxənbəyli kəndində yoldaşının məzarının yanında dəfn etdiyini, iki uşağı ilə 2023-cü ilin fevral ayına kimin həmin evdə yaşadıqlarını, baldızının dava edib evi satacağını bildirdiyini, evin kilidini dəyişib onu evə buraxmadığını, evi qaynanasının sağlığında oğlu Natiqin adına sənədləşdirmək istədiyini, digər uşaqlarının razı olmadığını, 2019-cu ildə qaynatası ilə Natiqin Bakıya getdiyini, Səidənin qapını atasının üzünə açmadığını, Şərqiyyənin isə qapıdan qaytardığını, razılıqlarının olmadığını bildirdiklərini, sonra qaynanasının notariusa gedib evi Natiqə verməyi barədə vəsiyyətnamə yazdığını, sonra qaynatasının gedib vəsiyyətnamə yazdığını, vəsiyyətnamələrin olduğu ilə bağlı məlumatının olduğunu, qaynanasının və qaynatasının yasına İddiaçı4 gəldiyini, digər övladlarının gəlmədiyini, onların ölümü ilə bağlı Səidəyə xəbər verməli olmadığını, onların valideyinləri olduğundan özlərinin gəlməli olduğunu, 2009-cu ildən həmin evə gəlin gəlib 2023-cü ilin fevral ayına kimin yaşadığını, 01 iyul 2022-ci il tarixdə avtomobil qəzası keçirdiklərini, qəzada yoldaşı ilə oğlunun vəfat etdiyini, 4 gün Türkiyədə xəstəxanada qaldığını, sonra gəlib Qaraçuq kəndində yoldaşının yasını etdiklərini, 10-15 gün qaynatası ilə birlikdə atasının evində qaldıqlarını, sonra həmin evə qaydıb yaşadıqlarını, Qaraçuq kəndində kirayəni peraşki bişirmək üçün tutduqlarını, yaşamaq üçün deyil, evdə yaşadığından notariusa getmədiyini, yaşadığı müddətdə komunal xidmətlərin ödənişini etdiyini, lakin evin onun mülkiyyətində olmadığından qaynatasının adına ödəmələrin olduğunu, Natiqin valideyinlərinə baxdığına görə qaynanasının evi onun adına sənədləşdirmək istədiyini, qaynanasının yasını Natiqin təşkil etdiyini, Çingizin dəfinindən 1 həftə sonra gəldiyini, digər övladlarının isə ümumiyyətlə gəlmədiyini, analarının ölümündən uşaqlarının məlumatlı olduğunu, qaynanasının vəfatından sonra həmin evdə qaynanasının, yoldaşının və onun iki uşqaları ilə qaldıqlarını, evin Natiqə verilməsinə görə övladlar ilə valideyinlər arasında mübahisə olduğunu, qaynatası öləndə Çigizə deyildiyini, Çingizin şəxsiyyət vəsiqəsi itdiyindən gələ bilməyəcəyini bildirdikdə atasına dediklərini, atasının gəlib qaynatasını Qaraçux kəndində dəfn edib yasını verdiyini, yasın üçü günü Çingizin və Səidənin gəldiyini, Çingizin 100 manatlıq ərzaq alıb yas üçün verdiyini, Şərqiyyənin gəlib onu evdən çıxardığını, Səidənin də gəlib getdiyini, evə kondensaner aldıqlarını, oğlunun əlillik pulundan hər ay aparıb ödəniş etdiklərini, 2022-ci ilin noyabr ayına kimin ödənişi etdiyini, uşaq vəfat etdiyindən maddi imkanı olmadığından ödəyə bilmədiyini, son iki ayın pulunu Səidənin ödədiyini, vəsiyyətnaməni bilməməzlikdən notariusa təqdim etmədiyini, yoldaşı vəfat etdikdən sonra maddi imkanı olmadığından evin komunal ödənişlərini edə bilmədiyini, əvvəllər evin ödənişlərini etdiyini, kirayə evdə müvəqqəti olduqlarını, həmin evə gəlin getdiyini, daima yaşadığını, cehiz əşyalarının həmin evdə olduğunu, qaynanasına qaynatasına qulluq etdiyini, qaynanasının ölümündən əvvəl 6 ay yataq xəstəsi olduğunu, ona qulluq etdiyini, həmin vaxt uşaqlarının gəlib ona baxmadığını, indi gəlib ev davası etdiklərini, kirayə qaldıqları evdə ailə olaraq qaynatası və qaynanasınında qaldığını, lakin çox vaxtı bina evində qaldıqlarını, hətta peraşki bişirib gələnə kimin uşaqları qaynatasının məktəbə apardığını, “Korona” virus xəstəliyi başlayanda peraşki bişirmədiklərindən artıq kiradan çıxdıqlarını, qaynanasının kirayə evdə öldüyünü, oradan aparıb Dəmirçi kəndində dəfn etdiklərini, yasının isə öz evində olduğunu, yoldaşı öləndən sonra özünün qəzada xəsərat aldığından mülaicə aldığı müddətdə qonşuların qaynatasına baxdığını, 2023-cü ilin fevral ayında notariusa müraciət etdiyini, 2019-cu ildə qaynanasının evi Natiqin adına sənədləşdirmək istədiyini, uşaqları razı olmadıqda qaynanasının vəsiyyətnamə verəcəyini bildirdiyini, qaynanasının onlar bilmədən tək gedib vəsiyyətnamə yazdığını, vəsiyyətnamələrin olmasın 2019-cu ildən bildiyini, bilmədiklərindən vəsiyyətnaməliri notariusa təqdim etmədiklərini, uşaqlarının ana atalarının ölməsini bildiklərini, anaları öləndə Çingizin bir həftə sonra yas bitəndən sonra gəldiyini, digər övladlarının gəlmədiyini, ataları öləndə Səidənin gəldiyini, göstərərək, 20 dekabr 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 01 iyul 2022-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X18 tərəfindən qəbul edilməsi və onun ölümündən sonra irsi transmissiya qaydasında mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən X29, qarşılıqlı iddianı müdafiə etdiyini, iddianı qəbul etmədiyini, cavabdehiddiaçının izahatına əlavəsinin olmadığını, miras əmlakın Şəfiqə Allahverdiyevadan qaldığını, Novruz Allahverdiyevdən miras əmlak qalmadığını, miras qoyan şəxsin vəsiyyətnamə qoyduğunu, digər vərəsələrin məcburi pay almaq hüququnun olduğunu, hüquqi məsələ olduğunu, ilkin iddiaçıların mirasın qəbulu faktının sübut olunmadığını, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X24, iş üzrə tərəfləri tanıdığını, qohumluq və ədavətinin olmadığını, 2004-cü ildən həmin binaya köçdüklərini, Şəfiqə Allahverdiyevanı və Novruz Allahverdiyevi tanıdığını, Türkanənin həmin evdə yaşadığını, sonra peraşki bişirmək üçün kirayə getdiklərini, Şəfiqəni aparıb ona baxdığını, sonra yenidən həmin evə qayıtdıqlarını, yenədə Türkanənin qaynatasına qaynanasına baxdığını, onların yas mərasimində iştirak etdiklərini, Natiqdən başqa uşaqlarını tanımadığını, yas mərasimlərində Natiqdən başqa uşaqlarını görmədiklərini, Şəfiqənin ölümündən sonra həmin evdə Novruzun, Natiqin ailəsi ilə yaşadığını, sonra məhkəmə mübahisəsi olanda Türkanənin həmin evdən çıxarıldığını, Türkanəgilin Qaraçuxda kirayədə qaldıqlarını, hansı ildə qaldıqlarını xatırlamadığını, uşaqlarının xəstə olduğunu, gedib gələndə əziyyət çəkdiklərindən bir müddət köçüb qaraçuqda qaldıqlarını, Natiq öləndən sonra Türkanənin Novruzla birlikdə mübahisəli evdə qaldığını, evin birinci mərtəbədə olduğunu, özünün isə ikinci mərtəbədə yaşadığını, Novruzun xəstə olduğu vaxta Türkanənin ona baxdığını, Natiqin Şəfiqənin sağlığında kirayə qaldığını, ailə ilə get-gəlinin olmadığını, Şəfiqə ilə söhbət zamanı uşaqları ilə məlumat verdiyini, lakin uşaqlarını görmədiyini, Şəfiqənin yas mərasimində uşaqlarını görmədiyini, yasda az adam iştirak etdiyini, Novruzun və Natiqin yasında Türkiyədə olduğundan iştirak edə bilmədiyini, həmin mənzildə təmirin Şəfiqənin ölümündən sonra edildiyini bildirdi. Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X47, 2019-cu ilin yanvar ayından həmin binaya köçüb 3-cü mərtəbəsində yaşadığını, işdə olduğu üçün sakinləri tam olaraq tanımadığını, Novruz Allahverdiyevi həyətdə görüb söhbətləşdiklərini, arvadı Şəfiqə Allahverdiyevanın ölümünü sonradan bildiyini, sonra oğlu Natiqin Türkiyədə qəza keçirdiyini eşitdiyini, yasında iştirak etdiyini, yasın Qaraçux kəndində olduğunu, həmin vaxt qonşuların orada bir nəfər göstərib Natiqin qardaşı olduğunu dediklərini, sonra məhəllədə olan qonşuların ona Novruz kişinin yıxıldığını dediklərini, həmin vaxtı Natiqin ailəsinin də qəzada xəsarət aldığını, onu həkimə apardığını, müayinədən ayağının qırıldığının məlum olduğunu, əməliyyat olunmalı olduğunu, həkimlərə N.Allahverdiyevin ailəsində olanları oğlunun qəza nəticəsində öldüyünü dediyini, həkimlərin təmənnasız əməliyyat edəcəklərini bildirdiklərini, lakin müəyyən ləvazimatların alınmalı olduğunu bildirdiklərini, N.Allahverdiyevin əməliyyata razılaşmadığını, həkimlərin isə ayaqda şiş olduğunu çox yaşaya bilməyəcəyini dediklərini, sonradan N.Allahverdiyevin vəfat etdiyini, ailə üzvüləri ilə dəfin etdiklərini, Şəfiqə Allahverdiyeva vəfat edəndən sonra Natiqin ailəliklə gəlib həmin evdə yaşadıqlarını, Natiqin “Elantra” markalı avtomobilinin olduğunu, sonra məhəllədə 07 markalı avtomobil təmir edərkən görüb soruşduqda avtomobilini satıb evi təmir etdirdiyini, qalan puluna 07 aldığını taksi kimi işlədiyini dediyini, N.Allahverdiyev vəfat edəndən sonra Türkanənin həmin evdə yaşadığını, sonra qızlarının gəldiyini, aralarında narazılıq olduğunu, bir dəfə səs-küy olduğunu, qonşularla gedib hüquqi yolla həl etmələrini tövsüyyə etdiklərini, sonra Türkanənin həmin evdən getdiyini, qızların həmin evdə qaldığını, 2019-cu ilin payızına kimin N.Allahverdiyevlə İddiaçı3anın tək yaşadıqlarını xatırladığını, həmin dövrdə Natiqin harada yaşamasını bilmədiyini, gəlib-getdiyini gördüyünü, qəzadan sonra Türkanənin bir müddət valideyinlərinin yanında qaldıqlarını, Natiqin və ailəsinin hansı tarixdə həmin evə köçdüklərini xatırlamadığını, İddiaçı3a vəfat etdikdən sonra gəldiklərini və evdə təmir apardıqlarını xatırladığını, N.Allahverdiyevin qızlarının təxminən bu ilin yazından gəldiklərini xatırladığını, N.Allahverdiyevin xəstə olduğu vaxtlar tək yaşadığını, Türkanənin qohumlarının yemək gətirdiyini gördüyünü, hərdən ona qulluq edib təmizlik edənləri gördüyünü, N.Allahverdiyev vəfat etdiyi gün evdən qonşularla çıxardıqlarını bildirdi. Məhkəmənin 24 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X45, iş üzrə tərəfləri tanıdığını, İddiaçı1 qaynanası olduğunu, qohum olaraq Şəfiqə Allahverdiyeva ilə münasibətinin olduğunu, onunla hal əhval etdiyini, 2018-ci ildə İddiaçı3anın səhətində yaddaş zəifliyinin olduğunu hiss etdiyini, fiziki cəhətddən arıqladığını gördüyünü, ayda bir dəfə onlara gedib hal əhval etdiyini, yoldaşı ilə birlikdə qaldığını, ölümündən 5-6 gün qabaq onlara gedəndə Şəfiqənin onu tanımayaraq Şərqiyyənin qaynanası olduğunu zənn etdiyini, Novruz Allahverdiyevin vəfatından sonra həmin evdə Səidə ilə Şərqiyyənin yaşadığını, gəlini Səidənin yoldaşı olan oğlunun Bakı şəhərinə getdiyindən Səidənində Şərqiyə ilə birlikdə həmin evdə yaşadığını, Səidənin uşağını həmin evdən məktəbə apardığını, Şəfiqə öləndə bilmədiklərini, dəfindən sonra bilib getdikdə qovduqlarını, qaraçuxda kirayə qaldıqları evi tanımadıqlarından bilmədiklərini, İddiaçı3a və N.Allahverdiyev öləndən sonra Türkanənin həmin evdə yaşaması barədə məlumatının olmadığını, bildiyi qədəri Türkanənin Qaraçux kəndində kirayədə yaşadığını, Şəfiqə öləndən sonra Novruzun tək yaşadığını, 2020-ci ilin dekabr ayının 15-də Şəfiqəni evində ziyarət edəndə Novruzla birlikdə yaşadığını, gəlib gəlini Səidəyə anasının xəstə olduğunu zəiflədiyini dediyini, Səidənin gedib anamı gətirib özünün baxacağını dediyini, 5 gün sonra Şəfiqənin öldüyünü, Şəfiqənin 5 övladının olduğunu, Şahinin uzun müddətdir ki, Türkiyədə yaşadığını, 2-3 dəfə gəldiyini gördüyünü, Çingizin Sumqayıtda, Şərqiyənin Bakıda yaşadığını, Səidənin onunla Naxçıvan şəhərində yaşadığını, Natiqin isə Qaraçux kəndində kirayədə qaldığını, Şəfiqə öləndən sonra həmin evə getmədiyini, eşitdiyinə görə Novruzun tək yaşadığını, qonşuların baxdığını eşitdiyini, övladlarından yanına gələnin olmadığını, Natiq öləndə yasının Qaraçux kəndində olduğunu, Novruzu yasda gördüyünü, Səidənin həmin evə gedib təmizləyib yemək hazırladığını, Şəfiqənin ölümündən sonra evlə bağlı narazıçılıq olduğundan Səidənin getmədiyini, gedərsə atası ilə incikliyin olacağından getmədiyini, Çingizin atasının yasına gəldiyini, Çingizin və Şahinin gəlib o, evdə qalmasını görmədiyini, X41 anasının məzarının götürülməsi üçün pul göndərdiyini yazdığını, atalarının isə məzarının götürülməsini bilmədiyini, evin təmir olunduğunu bildiyini, kimin etdiyini bilmədiyini, təmirin hansı vaxtda olduğunu bilmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: 31 yanvar 2023-cü il tarixli çıxarışa və AZ seriyalı, 170901 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X17 ilə X34 arasında 06 mart 1972-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Allahverdiyeva" soyadı verilmişdir. AZ-İ seriyalı, 688275 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X18 ilə X30 arasında 12 noyabr 2012-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Allahverdiyeva" soyadı verilmişdir. AZ-İ seriyalı, 801354 nömrəli, 20 dekabr 2022-ci il tarixli çıxarışa və ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 20 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 802401 nömrəli, 20 dekabr 2022-ci il tarixli çıxarışa və ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X18 01 iyul 2022-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 802645 nömrəli, 20 dekabr 2022-ci il tarixli çıxarışa və ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X17 24 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 10358 nömrəli arayışa əsasən, X8 aşağıdakı vərəsələri vardır:

1. həyat yoldaşı X17 1950-ci il təvəllüdlü;

2. qızı İddiaçı2 1974-cü il təvəllüdlü;

3. oğlu İddiaçı3 1977-ci il təvəllüdlü;

4. oğlu İddiaçı4 1979-cu il təvəllüdlü;

5. oğlu X18 1982-ci il təvəllüdlü;

6. qızı İddiaçı1 1984-cü il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 10359 nömrəli arayışa əsasən, X11 aşağıdakı vərəsələri vardır:

1. həyat yoldaşı Cavabdeh 1991-ci il təvəllüdlü;

2. qızı X20 2010-cu il təvəllüdlü;

3. oğlu X21 2012-ci il təvəllüdlü;

4. oğlu X23 2016-cı il təvəllüdlü vəfat edib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 12/22 nömrəli reyestr kitabının 4283 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********18-05101-093039, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019). 26 fevral 2019-cu il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surətinə əsasən, X4 şəhəri, Əlincə məhəlləsi, ev 20, mənzil 16 ünvanında yerləşən mənzili oğlu X14 vəsiyyət etmişdir. 01 mart 2019-cu il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surətinə əsasən, X6 şəhəri, Əlincə məhəlləsi, ev 20, mənzil 16 ünvanında yerləşən mənzili oğlu X14 vəsiyyət etmişdir. 24 yanvar 2023-cü il tarixli notarial təsdiqli ərizələrə əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 miras qalmış əmlakdan onlara çatası payı qəbul etdiklərini bildirmişlər. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 10 yanvar 2023-cü il tarixli, 15 nömrəli məktubuna əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 14 aprel 2023-cü il tarixli, 193 nömrəli məktubuna əsasən, İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 16 fevral 2023-cü il tarixli, 69 nömrəli və 26 aprel 2023-cü il tarixli, 214 nömrəli məktubuna əsasən, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki-Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən yuxarıda sadalanan hərəkətlər həyata keçirməklə, faktiki olaraq qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, X15 20 dekabr 2020-ci il tarixdə vəfat etdikdən sonra həyat yoldaşı X17 X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. X17 24 oktyabr 2022-ci il tarixdə vəfat etdikdən sonra övladları İddiaçı1, İddiaçı2 X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətlərini açıqaşkar nümayiş etdirmişlər. Həmçinin Cavabdeh həyat yoldaşı X18 X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 10 yanvar 2023-cü il tarixli, 15 nömrəli məktubuna əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 14 aprel 2023-cü il tarixli, 193 nömrəli məktubuna əsasən, İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 16 fevral 2023-cü il tarixli, 69 nömrəli və 26 aprel 2023-cü il tarixli, 214 nömrəli məktubuna əsasən, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməklə, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X17 tərəfindən faktiki qəbul edilməsi, X5 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı, digər vərəsələr İddiaçı3 və İddiaçı4 münasibətdə isə iddia tələbinin əsaslı olması sübut olunmadığından rədd olunmalıdır. Belə ki, iş materiallarından və iş üzrə tərəflərin izahatından və şahid ifadələrindən X10 X3 ölümündən sonra həmin evdə yaşaması, onun ölümündən sonra İddiaçı1 və İddiaçı2 həmin miras əmlaka köçüb yaşamaları öz təsdiqini tapmışdır. İddiaçı3 və İddiaçı4 mirası qəbul etmələri faktı isə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməklə, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X18 tərəfindən qəbul edilməsi və onun ölümündən sonra irsi transmissiya qaydasında Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Belə ki, iş materialları və iş üzrə tərəflərin izahatı və şahid ifadələri ilə sübut olunur ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X18 tərəfindən faktiki olaraq orada yaşamaqla qəbul edilmiş, mərhum X11 ölümündən sonra isə həmin əmlak Cavabdeh tərəfindən yaşamaqla qəbul olunmuşdur. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. X2 və X11 miras əmlakda yaşamaları vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki iddia tələbi üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 atasının vəfatından sonra miras qalan evdə yaşamış, evin kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, idarəçiliyini həyata keçirmişdir. Həmçinin mərhum X11 vəfatından sonra isə vərəsəsi Cavabdeh miras əmlakda yaşamaqla evin kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, idarəçiliyini həyata keçirmişdir. Ona görə də məhkəmə ilkin iddianın vərəsə mərhum Novruz Allahverdiyevə və onun vəfatından sonra İddiaçı1 və İddiaçı2 münasibətdə və qarşılıqlı iddianın mərhum X14 və onun vəfatından sonra arvadı Cavabdeh münasibətdə əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə ilkin iddianın iddiaçılar İddiaçı3 və İddiaçı4 münasibətdə rədd edilməsi nəticəsinə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. İddiaçılar İddiaçı3 və İddiaçı4 miras qoyan Şəfiqə Allahverdiyevanın sağlığında həmin evdən köçüb getməsi işin mübahisəsiz halıdır. Bu hal işdə tərəflərin izahatları ilə, şahidlərin ifadələri ilə işə baxılarkən öz təsdiqini tapmışdır. Miras qoyanın vəfatında sonra isə iddiaçılar İddiaçı3 və İddiaçı4 mirası faktiki qəbul edilməsi işə baxılan zaman öz təsdiqini tapmamışdır. Mülki qanunvericilikdə mirasın qəbulu miras qoyanın ölümündən sonra vərəsələr tərəfindən mirasın qəbulunu şərtləndirir və bu halda mirasın hansı üsulla qəbul edilməsi əhəmiyyət kəsb etmir. İddiaçılar İddiaçı3 və İddiaçı4 analarından qalan mirasın ataları tərəfindən qəbulu və onun vəfatından sonra isə onlar tərəfindən qəbul etmələrini atalarına baxıb qayğısına qalmaq, kommunal xərcləri ödəməklə bildirmişdirlər. Məhkəmə həriki halı iş materiallarında olan sübutlarla əlaqəli araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı3 və İddiaçı4 atalarına baxıb qayğısına qalmaları, onun vəfatından sonra isə yas mərasimini təşkil etmələri mirasın qəbulu hesab edilmir. Belə ki, bu halda onlar övlad olaraq valideynləri qarşısında mənəvi borclarını yerinə yetirmişdirlər. Bundan başqa İddiaçı3 və İddiaçı4 komunal xərcləri ödəməsi iş materiallarında öz təsdiqini tapmır. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, hər iki iddia üzrə ödənilən dövlət rüsumu tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İlkin iddia qismən əsaslı olduğundan qismən təmin edilsin. X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X17 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. X5 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İlkin iddia X10 ölümündən sonra həmin əmlakın iddiaçı-cavabdehlər İddiaçı3 və İddiaçı4 tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia əsaslı olduğundan təmin edilsin. X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X1 tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. X1 qəbul etdiyi miras əmlakın onun ölümündən sonra irsi transmissiya qaydasında Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İlkin iddia və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, o rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar