Məhkəmə qərarları › İş №2(078)-107/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-107/2023

17.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-107/2023 17.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X14 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin üzürlü səbəbdən baş verməsini qəbul etməklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı dediklərinə əsasən mərhum atası X15 20 iyun 2022-ci il tarixində vəfat edib. 06 iyul 2022-ci il tarixində ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum atası X8 ölümündən sonra ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak miras qalmışdır. Hüquqlarını müdafiə etdiyi İddiaçı ünvan 3 ünvanında yaşadığını, mərhum atası X8 ölümündən sonra ünvan 2 ünvanında yerləşən mirasın qəbul edilməsi üçün 21 sentyabr 2022-ci il tarixində Naxçıvan şəhərinə gələrək ərizə vermək üçün Naxçıvan Şəhər Bir Saylı notariat kontoruna yaxınlaşıb, həmin zaman bir saylı notariat kontoru 22 sentyabr 2022-ci il tarixində imtina məktubu verərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti bərpa etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hüquqlarını müdafiə etdiyi İddiaçı 12 sentyabr 2022-ci il tarixindən, 21 sentyabr 2022-ci il tarixədək “Venusmedical” tibb mərkəzində ambulator müayinə almış, Bel-oma radikulitin kəskinləşməsi ilə həkim nəzarətində olmuşdur. Ağrı şiddətli olduğundan 12 sentyabr 2022ci il tarixindən 21 sentyabr 2022-ci il tarixədək qismən hərəkətsiz olmuşdur. Buna baxmayaraq İddiaçı müalicəsi qurtaran kimi yəni 21 sentyabr 2022-ci il tarixdə Naxçıvana gələrək mirasın qəbul edilməsi ilə bağı notariat kontoruna ərizə vermiş, lakin ərizə təqdim olunduğu gün mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdən bir gün keçmişdir. Bir saylı notariat kontoru bunu əsas gətirərək mirasın qəbulu ilə bağlı ərizəyə imtina etmişdir. Məhkəmə 12 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Naxçıvan Şəhər 1 saylı Notariat Ofisini cavabdeh qismində mülki işə cəlb etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, teleqramda iddiaçı olan qardaşı İddiaçı cavabdeh olaraq o, yəni X3 və digər cavabdeh olan bacısı Cavabdeh2 qarşı vərəsəliyin muüəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, cavabdeh olaraq İddiaçı iddiasını qəbul etmədiyini qeyd edərək hal-hazırda Bakı Şəhərində yaşadığı üçün məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, 16 mart 2023-cü il tarixdə Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək məktubda üzürlü səbəbdən 17 mart 2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 17 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək qardaşı İddiaçı tərəfindən ona qarşı Naxçıvan şəhər Məhkəməsində iddia qaldırıldığını, onun həmin iddianı qəbul etmədiyini qeyd edərək işi ilə əlaqədar olaraq təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün bu işə baxılıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilmiş məhkəmə hazırlıq iclasında izahat verən cavadeh Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, atası X8 20 iyun 2022-ci il tarixində vəfat etdiyini, atasının özü də daxil olmaqla 5 vərəsəsinin olduğunu, anasının və qardaşı İlqarın vəfat etdiklərini, mərhum atası X8 ölümündən sonra ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ondan miras qaldığını, həmin miras əmlakı faktiki olaraq özünün qəbul etdiyini, oradan özünün istifadə etdiyini, iddiaçının atası öldükdən sonra bir gün belə olsun həmin mübahisəli miras əmlakda yaşamadığını, qardaşı onu məhkəməyə verdiyi üçün ona qəzəbli olduğunu, bunun onlara yaraşmadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X8 ölməsi, İddiaçı, X1 və Cavabdeh2 mərhum X8 vərəsələri olması, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın X8 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş MH seriyalı ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X22 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən Naxçıvan Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan 0,072 ha torpaq sahəsində yerləşən 79 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 50.15 kvm ümumi, 32.04 yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrındə 12/3 nömrəli reyestr kitabının 592 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdairəsi tərəfindən verilmiş arayışda İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və ünvan 4 Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ seriyalı, 802382 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 xx.xx.2022-ci il tarixdə xroniki böyrək çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1033 nömrəli arayışdan X8 X9 (vəfat edib), X21 (vəfat edib), İddiaçı, X3 və Cavabdeh2 adlı vərəsələrinin olması; -iş materiallarında olan və ünvan 4 evi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 033666 nömrəli çıxarışdan X15 və X5 birgə nikahından xx.xx.1971-ci il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 4 evi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 997491 nömrəli çıxarışdan X15 və X5 birgə nikahından xx.xx.1975-ci il tarixdə X16 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 4 evi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 298361 nömrəli çıxarışdan X15 və X5 birgə nikahından xx.xx.1981-ci il tarixdə X21 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 4 evi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 375837 nömrəli çıxarışdan X17 xx.xx.2010-cu il tarixdə avto-qəza, bədbəxt hadisə 4-cü dərəcəli yanıq səbəbi ilə vəfat etdiyi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdairəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 91 nömrəli arayışdan X17 X10 (vəfat edib) və X15 (vəfat edib) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli arayışdan X17 ailə vəziyyətinin müəyyən olunması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparıldığı və nikah aktı qeydinin tapılmadığının qeyd olunması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş 24 oktyabr 1969-cu il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X15 və X9 arasında 24 oktyabr 1969-cu il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və “Venus Medical” tibb mərkəzi tərəfindən verilmiş xx.xx.1922-ci il tarixli arayışdan 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə “Venusmedical” tibb mərkəzində Bel-oma radikulitin kəskinləşməsi səbəbi ilə ambulator müalicə alması; -iş materiallarında olan və Naxçıvan rayon Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş İ-ЖГ seriyalı, 340072 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X15 və X5 birgə nikahından xx xxx 1972-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli məktubda Azərbaycan Respublikası mülki məcəlləsinin 1246 maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada biləcəyinin bildirilməsi və müvafiq məhkəməyə müraciət etməyinin tövsiyyə edilməsi aydın olur. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi vaxtının uzadılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X15 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı, X6 və Cavabdeh2 X8 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir Məhkəmə yuxarıa qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçı atasından miras qalmış əmlakı notariusa ərizə verərək qəbul etmək niyyətində olsa da, mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Venus Medical tibb mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət çərçivəsində yəni xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tibb mərkəzində mülaicə almış, yəni ondan asılı olmayan səbəblərdən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə müraciət edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iddiaçının mirasın qəbulu üçün müəyyən edilmiş müddət ərzində iddiaçının üzrlü səbəbdən (xəstəliyi ilə əlaqədar müalicə aldığından) notariusa müraciət etməməsini nəzərə alaraq hesab edir ki, mirası qəbul etmək üçün müddət uzadılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -20 iyun 2022-ci il tarixdə ölən X7 qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmalı; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 20 iyun 2022-ci il tarixdə ölən X7 qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar