Məhkəmə qərarları › İş №2(078)-1094/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1094/2021

05.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1094/2021 05.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X14, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9 Vəl qızına və Cavabdeh10 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X14, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9 Vəl qızına və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X8 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı X15 tərəfindən qəbul edilməsi və X9 ölümündən sonra İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxsin valideynləri-atası Cavabdeh2 Məşdi oğlu ilə anası X16 1950-ci il tarixdə ailə qurmuşlar. Onların nikahlarından dörd övladları doğulmuşdur. Cavabdeh2 05.07.1990-cı il tarixdə, S.Bayramova isə 11.05.2011-ci il tarixdə vəfat etmişdir. Sara Bayramovanın ölümündən sonra Naxçıvan şəhəri, Y.Məmmədəliyev küçəsi döngə 1-də yerləşən torpaq sahəsi və üzərindəki 14 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Sara Bayramovanın vərəsələri: Cavabdeh2 Məşdi oğlu (həyat yoldaşı)-vəfat edib, övladları X17-vəfat edib, X15-vəfat edib, Cavabdeh10 və İddiaçıdır. S.Bayramovanın ölümündən sonra iddiaçının mərhum qardaşı Qafar Sadiqov həmin ünvanda yaşamış, iddiaçı qardaşına maddi olaraq dəstək olmuşdur. S.Bayramovanın ölümündən sonra miras əmlakı Cavabdeh11 idarə etmiş, Qafarın ölümündən sonra isə miras əmlakı sadəcə İddiaçı qəbul etmişdir ki, bunu qonşular da təsdiq edə bilər. Cavabdehlərdən bacısı Cavabdeh10 ona çatan paydan notarial qaydada ərizə verərək imtina etmişdir. İddiaçının mərhum qardaşı Qafar Sadiqovun vərəsəsi-həyat yoldaşı Cavabdeh9ə Vəli qızı hələ Qafarın sağlığında həmin evi tərk etmiş və yas mərasimində belə iştirak etməmişdir. İddiaçının digər qardaşı mərhum Səfər Sadiqov da sözügedən evdə yaşamamış, ailəsi ilə birlikdə özünə məxsus evdə yaşamışdır. Yəni miras əmlak iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Səfər Sadiqovun vərəsələri: Cavabdeh1 (həyat yoldaşı), övladları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, X21, Cavabdeh12 və Cavabdeh8dır. Vəkil qeyd etmişdir ki, təmsil etdiyi şəxs miras əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Hazırda iddiaçı Bakı şəhərində yaşayır. İddiaçı evin sənədləşməsini istəyir, lakin zamanında mirasın qəbulu ilə əlaqədar olaraq müddəti ötürdüyündən ona məhkəməyə müraciət etmək izah olunmuşdur. Vəkil qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, Xalidə onun baldızıdır, o, mərhum Səfər Sadiqovun həyat yoldaşıdır. Onların Babək rayon Kültəpə kəndində özlərinə məxsus fərdi yaşayış evi var. 2008-ci ildə yoldaşı və uşaqları ilə birlikdə ata evinə-Kültəpə kəndində köçmüşdür. Əri İbrahim ata-anası sağ olanda gəlib valideynlərinə baş çəkibdir. Özü də həmin evə gəlin gəlibdir. Qayınanasının vəfatından sonra qaynı Qafar heç kimi evə gedibgəlməyə qoymadı. Qafar xəstə idi və bir neçə dəfə evlənsə də arvadları bir neçə ay dözüb sonra çıxıb gedirdilər. Həmin evə arada gedib-gələn Xalidə olubdur. Qafar sadəcə Xalidə ilə normal münasibət saxlayıbdır. Qafar vəfat edən zaman bir neçə gün heç kim bilməyibdir. Daha sonra qonşular şübhələnib evə baxıblar, görüblər ki, ölübdür. Qafar öldükdən sonra yası Xalidə saxlayıb, sonra da qapını bağlayıb Bakıya gedibdir. Əvvəl açarı qonşuya vermişdi ki, evə baxsınlar. Səfər 2018-ci ildə vəfat edibdir. Onun övladları vardır. O da tələb edir ki, İbrahimin ata-anasından nə qalıbdırsa bərabər bölünsün. Xalidəyə nə pay çatacaqsa onlara da çatmalıdır. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh5 izahatında bildirmişdir ki, Xalidə onun bibisidir, o, mərhum Səfər Sadiqovun qızıdır. Onların Babək rayon Kültəpə kəndində özlərinə məxsus fərdi yaşayış evi var. Miras əmlak əmisindən əmisinə da nənə-babasından miras qalıbdır. Bibisi Xalidyə nə pay çatırsa onlara da çatmalıdır. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh7 izahatında bildirmişdir ki, Xalidə onun bibisidir, o, mərhum Səfər Sadiqovun oğludur. Onların Babək rayon Kültəpə kəndində özlərinə məxsus fərdi yaşayış evi var. Miras əmlak əmisindən əmisinə da nənə-babasından miras qalıbdır. Bibisi Xalidyə nə pay çatırsa onlara da çatmalıdır.Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X14, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9 Vəl qızına və Cavabdeh10 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X11, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9 Vəl qızının və Cavabdeh10 qzının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X18 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşu olmuşdur. O, iddiaçının mərhum valideynlərini və bacı-qardaşını tanımış, onlarla normal münasibətləri olmuşdur. Hazırda iddiaçı sözügedən evdə yaşamasa da, o, daima miras əmlaka sahiblik etmiş və idarə etmişdir. Xalidə xanım valideynlərinin ölümündən sonra qardaşı Qafara da himayəçilik etmişdir. Xalidənin bacısı Xədicəni isə demək olar ki, görməmişdir. Bildikləri bundan ibarətdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan çıxarışdan aydın olur ki, Cavabdeh2 Məşədi oğlu ilə X16 19.09.1950-ci ildə nikah bağlamış və bu barədə 07 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 12.03.2020-ci il tarixli təkrar doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh10 28.04.1954-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 384 nömrəli akt qeydi aparılmışdır. Atası Cavabdeh2 Məşdi oğlu və anası Sadiqova (Bayramova) Sara Qəmbər qızıdır. İş materiallarında olan İİİ-JQ seriyalı 06.05.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 xx.xx.1961-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 400 nömrəli akt qeydi aparılmışdır. Atası Cavabdeh2 Məşdi oğlu və anası Sadiqova (Bayramova) Sara Qəmbər qızıdır. İş materiallarında olan çıxarışdan aydın olur ki, X17 ilə Cavabdeh1 12.08.1974-cü ildə nikah bağlamış və bu barədə 08 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan çıxarışdan aydın olur ki, X15 ilə Cavabdeh9ə Vəli qızı 24.02.2010-cu ildə nikah bağlamış və bu barədə 21 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan aydın olur ki, Cavabdeh2 Məşdi oğlu 05.07.1990-ci ildə mikard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 05.07.1990-cı ildə 120 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 18.05.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X16 11.05.2011-ci ildə beyinə qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 18.05.2011-ci ildə 154 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X17 08.04.2018-ci ildə essensial hipertoniya diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 01.05.2018-ci ildə 156 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X15 20.11.2019-cu ildə mikard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 22.11.2019-cu ildə 366 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Y.Məmmədəliyev Küçəsi döngə 1-də 0.0429 ha torpaq sahəsində yerləşən 76.01 kv.m-dən ibarət 14 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18/37 nömrəli reyestr kitabının 7153 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 01/2177 nömrəli arayışdan aydın olur ki, mərhum X8 vərəsələri aşağıdakılardır:

1. Cavabdeh2 Məşdi oğlu (həyat yoldaşı)-vəfat edib;

2. X17-oğlu-vəfat edib;

3. X15-oğlu-vəfat edib;

4. Cavabdeh10-qızı-1954;

5. İddiaçı-qızı-1961. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 01/2178 nömrəli arayışdan aydın olur ki, mərhum X9 vərəsələri aşağıdakılardır: 1.Cavabdeh9ə Vəli qızı-həyat yoldaşı. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli 01/2286 nömrəli arayışdan aydın olur ki, mərhum X10 vərəsələri aşağıdakılardır:

1. Cavabdeh1-(həyat yoldaşı)-1954;

2. Cavabdeh2-oğlu-1978;

3. Cavabdeh3-oğlu-1995;

4. Cavabdeh4-qızı;

5. Cavabdeh6-oğlu;

6. Cavabdeh7-oğlu;

7. X21-oğlu;

8. Cavabdeh12-oğlu;

9. Cavabdeh8-qızı. İş materiallarında olan Cavabdeh10 tərəfindən verilmiş 09.04.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, 11.04.2011-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir və etmək niyyətində deyil. Gələcəkdə əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş 387 nömrəli arayışından aydın olur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 22 aprel 2021-ci il tarixdə verilmiş 01/2287 nömrəli arayışından aydın olur ki, Sadiqov X13 şəhəri Y.Məmmədəliyev ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 22 aprel 2021-ci il tarixdə verilmiş 01/2288 nömrəli arayışından aydın olur ki, Cavabdeh1 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 22 aprel 2021-ci il tarixdə verilmiş 01/2289 nömrəli arayışından aydın olur ki, Sadiqov X20 şəhəri Y.Məmmədəliyev ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 5zibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 04 may 2021-ci il tarixdə verilmiş 337 nömrəli arayışından aydın olur ki, X3 rayon Kültəpə kəndində yaşayır. İş materiallarında olan ünvan 5zibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 04 may 2021-ci il tarixdə verilmiş 338 nömrəli arayışından aydın olur ki, Cavabdeh4 Babək rayon Kültəpə kəndində yaşayır. İş materiallarında olan ünvan 5zibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 04 may 2021-ci il tarixdə verilmiş 339 nömrəli arayışından aydın olur ki, Cavabdeh6 Babək rayon Kültəpə kəndində yaşayır. İş materiallarında olan ünvan 5zibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 04 may 2021-ci il tarixdə verilmiş 340 nömrəli arayışından aydın olur ki, Cavabdeh7 Babək rayon Kültəpə kəndində yaşayır. İş materiallarında olan ünvan 5zibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 04 may 2021-ci il tarixdə verilmiş 341 nömrəli arayışından aydın olur ki, X5 rayon Kültəpə kəndində yaşayır. İş materiallarında olan ünvan 5zibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 04 may 2021-ci il tarixdə verilmiş 342 nömrəli arayışından aydın olur ki, Cavabdeh12 Babək rayon Kültəpə kəndində yaşayır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyəti Vayxır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 03 may 2021-ci il tarixdə verilmiş 449 nömrəli arayışından aydın olur ki, Cavabdeh8 Babək rayon Xal-xal kəndində qeydiyyatdadır. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən 21 may 2021-ci il tarixdə verilmiş 101 nömrəli cavab məktubundan məlum olur ki, mirasa dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak X15 tərəfindən qəbul edilmişdir. Miras əmlakın X15 tərəfindən faktiki olaraq qəbul edilməsi işin mübahisəsiz halıdır. Bu hal iddiaçıının nümayəndəsi və vəkilinin izahatı ilə yanaşı, məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlərin izahatları, şahidin ifadəsi ilə öz təsdiqini tapır. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edildiyindən mərhum X8 vəfatından sonra ondan qalmış əmlakın faktiki olaraq X15 tərəfindən qəbul edilməsi nəzərə alınaraq ünvan 1 ünvanında yerləşən miras əmlak X9 mülkiyyəti olaraq qiymətləndirilməlidir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X9 vəfatından sonra ondan qalan miras əmlakı İddiaçı faktiki qəbul edərək idarə etmişdir. Belə ki, iş üzrə iddiaçının vəkili və nümayəndəsinin izahatından və cavabdehlərin izahatlarından aydın olur ki, iddiaçı miras əmlakı mühafizə etmiş, evin açarı onda olmuşdur. Bu hal iş tərəflərin izahatları, şahid ifadəsi ilə sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı qardaşının vəfatından sonra həmin fərdi yaşayış evini mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X14, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9 Vəl qızına və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də cavabdehlər miras əmlakla bağlı mülahizələrini məhkəməyə bildirməmişlər. Eyni zamanda məhkəmə cavabdehlərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz müraciətini məhkəmə iddia qaldıraraq edə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın X15 tərəfindən qəbul edilməsi və X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın X15 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar