Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1095/2023 21.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızının, Cavabdeh2, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X11, X4, X12 nümayəndəsi və cavabdeh-iddiaçı Cavabdeh3, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X18 iştirakı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və cavabdehiddiaçı Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh3 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 21 noyabr 2023-cü il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin miras əmlak olaraq X26 tərəfindən faktiki qəbul edilməsi, mərhum əri X14 ölümündən sonra isə həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. X40, X35, X36, X27, X19, X20 və X28 iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı-cavabdeh İddiaçı iddia tələbində qaynatası X15 04 mart 1996-cı il, qaynanası X13 isə 18 tevral 2018-ci il tarixlərdə öldüklərini, onların mərhum əri Ələddin də daxil olmaqla, 9 nəfər uşaqlarının- X20, X19, X29, Cavabdeh3, X28, X26, X27, X40 və Cavabdeh2 doğulduğunu, mərhum qaynanası X30 18 fevral 2018-ci il tarixdə öləndən sonra onun mülkiyyətinə olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin miras qaldığını, mərhum qaynanası X1 mülkiyyətində olan həmin evi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********44-05101-093028 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib adına çıxarış alaraq həmin evi oğlu, onun əri X21 yaşamaq üçün verdiyini, Ələddinin və özünün uşaqları ilə birlikdə istər qaynanası İnayətin sağlığında, istərsə də, onun ölümündən sonra həmin evdə yaşadıqlarını, Ələddinin birinci növbəli vərəsə olaraq həmin miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini, X26 ilə 22 noyabr 1982-ci il tarixdə rəsmi nikah qeyd etdirdiklərini, 3 övladının doğulduğunu, lakin əri X14 anası (qaynanası) İnayət Məmmədovanın ölümündən heç bir il keçməmiş, 09 fevral 2019-cu il tarixdə öldüyünü, halhazırda indi əri Ələddinə münasibətdə miras qalmış əmlakı sahiblənərək orada yaşamaqla, faktiki olaraq qəbul edib evin sığortasını və istifadə etdiyinə görə kommunal ödənişləri ödədiyini, bu günə heç bir borcunun olmadığını, mərhum əri Ələddinin ölümündən sonra qardaşları X20, X19, X27, X40 və bacısı X12 miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə verdiklərini, qardaşı Cavabdeh3, bacıları Cavabdeh2 və Həsənova (Məmmədova) Minurə Bəhlul qızı fikirlərini bildirmədiyindən məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldığını, məsələnin məhkəmə qaydasında öz həllini tapmasını istədiyini, mərhum əri Ələddin və onun ölümündən sonra isə özü miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istədiyini, buna görə də, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə müraciət etdiyini, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 15 sentyabr 2022-ci il tarixli, 162 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyinin tövsiyyə olunduğunu, Naxçıvan Şəhər Məhkəməsində miras əmlakın qəbul edilməsi faktlnın müəyyən olunması barədə iddia qaldırdığını, həmin mülki işə baxıldığını, Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(078)-61/2023 nömrəli qətnaməsi ilə iddianın təmin olunması barədə qətnamə qəbul olunduğunu, lakin həmin qətnamədən narazı qalan Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verildiyi üçün həmin işə apellyasiya qaydasında baxılarkən iddia ərizəsinin vəkil və nümayəndə X6 tərəfindən imzalandığının və bunun üçün onun tərəfindən ona etibarnamə verilmədiyinin müəyyən olunduğunu, bu səbəbdən də, Naxçıvan MR Ali Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(108)-67/2023 saylı qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(078)-61/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilib iş üzrə iddianın baxılmamış saxlanıldığını göstərərək, X13 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin miras əmlak olaraq X26 tərəfindən faktiki qəbul edilməsi, mərhum əri X14 ölümündən sonra isə həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 1986-cı ildən mərhum əri Əlləddin Məmmədovla birlikdə həmin evdə 2019-cu ilədək yaşadıqlarını, həmin vaxtdan isə oğlu Rasimin yaşadığını, qaynanasının yasının oğlu Ələddinin həmin evdə verdiyini, qaynatasının sağlığında ona 7000 pul verdiyini, onunda evi ona verdiyini, evin onların olduğunu, hazırda da Rasimin evdə yaşadığını, qaynanasının Hacıniyyət kəndində dəfn olunduğunu, qaynanasının vəfatından sonra miras qalan evdə ailəliklə əri Əlləddin ilə yaşadıqlarını, sonra da oğlu Rasimə verdiklərini, qaynana və qaynatasının miras evdə yaşamadıqlarını, onların Şahbuz rayonunun Şada kəndində qaldıqlarını. Qaynatasının evi əldə etdiyini, sonradan evi qaynanasının adına sənədləşdirdiyini, uşaqlarının toyunun olduğu vaxtda bina evində qaldıqlarını, 2014-cü ildə Hacıniyyətdə özlərinə ev tikdiklərini, köçüb orada yaşadıqlarını, evdə isə oğlu Rasimin yaşadığını, qaynanasının Cavabdeh3 yanında yaşadığını, 2019-cu ildə yoldaşının vəfat etdiyini, 2018-ci ildə qaynanası öləndən sonra yoldaşı Əlləddinin miras qalmış evi təmir etdirdiyini, evin xərclərini çəkdiyini, qaynanasının yas mərasiminin Hacıniyyət kəndində olduğunu, yasın xərcini Əlləddinin çəkdiyini, qaynanası öləndən sonra Əlləddinlə birlikdə daima həmin evdə yaşadıqlarını, hazırda da oğlu Rasimin həmin evdə yaşadığını, özünün də həmin evdə olmaqla Rasimin uşaqlarını saxladığını göstərərək iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən X6, iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini, iddiaçıcavabdehin izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbində mərhum anası X13 18 fevral 2018-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin miras qaldığını, mərhum anası X13 ölümündən sonra mirası özünün qəbul etdiyini, X2 vərəsələrinin- oğlu X20 vəfat edib, oğlu X19, qızı X29, oğlu Cavabdeh3, qızı X28, oğlu X27, oğlu X40, qızı Cavabdeh2 və oğlu X26 vəfat edibolduğunu, anası İnayətin ölümündən əvvəl mərhum qardaşı X14 övladı X36 ailədə yola gedə bilmədiyindən öz razılığı əsasında onun mərhum anasının yanında yaşamasına icazə verdiyini, 2018-ci il tarixdə anası İnayənin vəfatından sonra Rasimin özünə aid evinə çıxdığını, evin sahibi olaraq hər gün gedib evə baş çəkdiyini, anası İnayətin ilini gözlədiklərini, ilini verəndən sonra evi hamının razılığı əsasında ona verəcəklərini, qardaşbacılarının da bunu bildiklərini və razı olduqlarını, anası İnayətin ilinə 10 gün qalmış qardaşı Ələddinin rəhmətə getdiyini, anasının yas mərasiminin bütün xərcini və baş daşının xərcini özünün qarşıladığını, mərhum qardaşı Ələddinin qırx mərasimində qardaşbacı arasında Bakı şəhərinə gedəndən sonra onun anası İnayətin adına olan evi adına keçirməsi üçün qısa zamanda imtina ərizəsi göndərəcəkləri barədə razılığa gəldiklərini, bu səbəbdən də, Fəxrəddin, Şövkət, Seyfəddin, Fazil və Əmirəlinin mirasdan imtina ərizəsi göndərdiyini, həmin imtina ərizələrini evə qoyduğunu, evin açarının birinin yaddan çıxıb Rasimdə qaldığını, həmin açarla mərhum qardaşının yoldaşı Gülüşənin evin qapısını açaraq imtina ərizələrini və evin çıxarışını götürdüyünü, təxminən 2019-cu ilin oktyabrnoyabr aylarında mərhum qardaşının yoldaşı Gülüşənin onunla telefon əlaqəsi saxlayaraq ona “gəl imtina ərizəsi ver, evi adıma keçirim” dediyini, bundan sonra evə gedib sənədləri götürmək istədiyini, həmin vaxt qapını açmaq istəsə də, qapını aça bilmədiyini, çünki qapının zamokunun dəyişildiyini, təxminən 3-4 gün əvvəl evə getdiyini, hər şeyin qaydasında olduğunu, bundan sonra Gülüşənin yaşadığı Naxçıvan şəhəri, Hacıniyyət kəndinə gedərək açarı və evin sənədlərini almaq istədiyini, açarı və sənədləri verməyərək “ev bizimdir” dediyini, məcbur qalıb həmin evə aid olan sənədlərin itməsi ilə əlaqədar Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, sonra bütün prosedurları keçməklə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən anası İnayətə aid çıxarışın dublikartını aldığını, evin sənədinin dublikartını çıxardandan sonra Naxçıvan Şəhər 1 saylı, 2 saylı, 3 saylı Dövlət Notariat Kontoruna müraciət etdiyini, mərhum qardaşının yoldaşının və övladlarının razılıq ərizələrinin tələb olunduğunu, Gülüşənə razılıq ərizəsinin verilməsi ilə bağlı bildirsə də, Gülüşənin “ev sənə yox, bizə çatır” dediyini, aralarında bu mübahisənin davam etdiyini, hətta həmin evə onun xəbəri olmadan Gülüşənin kirayəkeş qoyduğunu, elə həmin gün kirayəkeşləri evdən çıxartdığını və bu səbəbdən onu sahə müvəkkilinə şikayət etdiklərini, sahə müvəkkilinin evin miras olduğundan razılıq olmadan kirayə qoya bilmədiklərini bildirdiyini, mərhum qardaşı Ələddinin sağlığında Naxçıvan şəhəri, Hacıniyyət kəndində yaşadığını və həmin evdə vəfat etdiyini, qardaşı Ələddinin anasının ölümündən sonra bir gün olsun həmin evdə yaşamadığını, mərhum qardaşı Ələddinlə aralarında ev mübahisəsi olmadığını, İddiaçı 2009-cu il tarixdən ailə üzvləri ilə birlikdə Naxçıvan şəhəri, Hacıniyyət kəndində yaşadığını, anası İnayətin ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlakı idarə etməklə özünün qəbul etdiyini, vərəsəlik şəhadətnaməsini almaq üçün Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinə müraciət etdiyini, Naxçıvan Şəhər .3 saylı Notariat Ofisinin müddəti buraxdığından və vərəsələrin dairəsi mümkün olmadığından imtina verərək məhkəməyə müraciət etməli olduğunu bildirdiyini göstərərək, X2 ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızının, Cavabdeh2, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X11, X4, X12 nümayəndəsi və cavabdeh-iddiaçı qismində izahat verən Cavabdeh3 qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, mərhum atasının həmin evi əldə etdiyini, 2013-cü ildə həmin evin hamının razılığı ilə anasının adına sənədləşdirildiyini, həmin vaxtı evdə anası ilə bacısı Rahilənin yaşadığını, digər uşaqların ailə qurub evdən getdiklərini, mərhum anası X13 18 fevral 2018-ci il tarixdə vəfat etdiyini, yas mərasiminin kişilər üçün həmin binanın qarşısında, qadınlar üçün Əlləddinin Hacıniyyətdəki evində keçirildiyini, həmin ildən evdə yaşayışın olmadığını, həmin evdə təmir işlərinin aparılmadığını, anasının yas mərasiminin xərcini özünün çəkdiyini, məzarını özünün götürdüyünü, anasının sağlığında ehtiyac olan xərclərini çəkdiyini, onun ölümündən sonra 3 ay ərzində gələn insanları həmin evdə özünün qəbul etdiyini, özünün təşkil etdiyini, komunal xərcləri özünün ödədiyini, qarşı tərəfin açarı olduğundan həmin sənədləri götürdüklərini, 1982-ci ildən həmin evdə ailə üzvüləri ilə yaşadıqlarını, ev balaca olduğundan Əlləddinin də ailəli olduğundan yaşaya bilmədiklərini, kirayələrdə qaldıqlarını, 2007-ci ildə mərhum qardaşı Əlləddinin torpaq sahəsi alıb 2009-cu ildə evini tikib hazır edib köçdüyünü, anasının ölümündən sonra həmin evdə kimsənin yaşamadığını, anasının sağlığında az hallarda evində qaldığını, çox vaxtı onunla yaşadığını, hazırda həmin evin açarının onda da olduğunu, özünə aid evinin olduğunu, anasının ölümündən sonra həmin evdə yaşamadığını, Əlləddinin ölümündən sonra da həmin evdə yaşamadığını, digər vərəsələrində həmin evdə yaşamadıqlarını, anasının ölümündə vərəsələrin 3 ay ərzində həmin evə gedib yas hazırlığı gördüklərini, bu əsasla mirası qəbul etdiklərini düşündüyünü, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığını, sənədləşdirmək istədikdə qarşı tərəfin ev bizimdir dedikdə mübahisənin yarandığını, evin digər açarının qarşı tərəfdə də olduğunu, anasının ölümündən sonra həmin evdə heç kimin yaşamadığını, hazırda da mənzilin boş olduğunu, Rasimin orada yaşamadığını, anasının ölümündən sonra vərəsələrin notariat orqanına mirasın qəbulu ilə əlaqədar müraciət etmədiyini, 2019-cu ildə aralarında miras əmlaka dair mübahisə olduğundan qarşı tərəfin evin sığorta müqavilə bağladığını, Əlləddinin həmin evin komunal ödəniş sənədlərini öz adına etdiyini, Rasimin Hacıniyyət kəndində atasının həyətində evinin olduğunu, həmin evdə yaşadığını, hazırda miras evdə Rasimin əşyalarının olduğunu, 2019-cu ildə aralarında mübahisə olanda ondan açarı alıb əşyaları yığdığını göstərərək, X2 ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X31, X22, X7 və X23 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə baxış iclası onların iştirakı olmadan keçirilmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat verən X35, nənəsinə məxsus mənzildə doğulduğunu, valideyinləri ilə həmin evdə yaşadığını, həmin evdə böyüdüyünü, hazırda da həmin evdə yaşadığını, həmin evin 2 otaqlı olduğunu, həmin evdə yaşadığından evin sığortasını, digər komunal xərclərini ödədiklərini, onlardan başqa kimsənin həmin evdə yaşamadığını, anasının həmin evdə yaşayaraq təmir etdirdiyini, nənəsinin ölümündən sonra atası, anası, qardaşı Rasimin və özünün həmin evdə yaşadığını, atasının ölümündən sonra isə anası ilə Rasimin yaşadığını, həmin evin açarının başqa kimdəsə olmadığını, 2018-ci ildə atasının sağ olduğundan evin xidmət pullarını ödədiyini, 2019-cu ildə isə atası vəfat etdiyindən özünün sığorta pulunu ödədiyini, Gülşən Məmmədovanın iddia tələbini qəbul etdiyini, Cavabdeh3 iddia tələbini qəbul etmədiyini göstərərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat verən X36, nənəsinə məxsus mənzildə doğulduğunu, valideyinləri ilə həmin evdə yaşadığını, həmin evdə böyüdüyünü, hazırda da həmin evdə yaşadığını, nənəsinin vəfatından sonra da valideyinləri ilə həmin evdə yaşadığını, atasının vəfatından sonra da anasının və onun həmin evdə yaşadığını, həmin evdə təmir işləri apardıqlarını, həmin evdə atasının anasının iki qardaşının və onun ailəsi ilə yaşadığını, nənəsinin Nadir əmisinin evində vəfat etdiyini, Nadirin yaşadığı evi atasının onun üçün aldığını, lakin Nadirə qalması üçün verdiyini, nənəsinin Şahbuz rayon Şada kəndində yaşadığını, sonra Nadirin yanında qaldığını, nənəsinin heç vaxt öz adına olan evdə yaşamadığını, işi ilə əlaqədar həmin evdə az qaldığını, hazırda həmin evdə anasının yaşadığını, nənəsinin ölüm tarixini unutduğunu, nənəsinin yas mərasiminin həyət evində olduğunu, nənəsinin ölümündən sonra atasının, anasının, qardaşının və onun ailəsi ilə birlikdə həmin evdə yaşadıqlarını, atasının hər iki evdə qaldığını, həyət evində işləyib axşamları nənəsinə aid evdə qaldığını, evin komunal xidmətlərinin haqqını anasının ödədiyini, həmin xidmətlərin atasının və nənəsinin adından bağlandığını, nənəsinin ölümündən sonra ev təmirsiz olduğundan təmir etdirdiklərini, atasının sağlığında əmiləri və bibilərinin gəlib-getdiklərini, atasının vəfatından sonra gəlmədiklərini, həmin evin kilid açarının Nadirdə olmadığını, nənəsinin digər övladlarının yanında deyil Nadirin yanında qalması səbəbini bilmədiyini, onu övladlarının bilməli olduğunu, Gülşən Məmmədovanın iddia tələbini qəbul etdiyini, Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X16 tərəfləri tanıdığını, qohumluq və ədavətinin olmadığını, 1992-ci ildən Əlləddin Məmmədovu tanıdığını, Cavabdeh3 təxminən 2008-2010-cu ildən tanıdığını, usta fəaliyyəti olduğundan həmin ərazidə olan evləri tanıdığını, evlərin əksərriyyətində usta kimin olduğunu, mübahisəli evdə Əlləddinin ailəsi ilə yaşayan bildiyini, onlardan başqa kiminsə yaşadığını görmədiyini, Ələddindən sonra həmin evdə Rasimin yaşamasını bildiyini, Nadiri həmin binanın həyətində gördüyünü, lakin Nadirin həmin evdə yaşamasını görmədiyini, Nadirin özünə aid mənzilini gördüyünü həmin evdə işlədiyini, Hacıniyyət kəndində Əlləddin ilə qonşu olduqlarını, Əlləddinin oğlu Elvinin vəfatından sonra Hacıniyyət kəndinə köçdüyünü, Əlləddinin oğlunun ölümündən sonra anasına məxsus evdə qalmağını bilmədiyini, lakin gedib-gəldiyini gördüyünü, usta kimin həmin evdə işlədiyini Əlləddinin həmin evdə olduğunu, oğlu öləndən sonra Əlləddinin həmin evdə oğlu ölən otağa girmək istəmədiyini, orada qalmasını bilmədiyini, lakin gedib-gəldiyini bildiyini, İnayət arvadı bir iki dəfə gördüyünü, Nadirin anası olduğunu bildiyini, atalarını görmədiyini, mübahisəli evin kimə məxsus olduğunu bilmədiyini, həmin evdə Əlləddinin ailəsi ilə yaşamasını gördüyünü, Əlləddinin Hacıniyyətdə olan evinə hazır olmadan məcbur olduğu üçün köçdüyünü, hazırda həmin binada təmir getdiyindən evdə yaşayanın olmadığını, lakin təmirdən əvvəl Rasimin yaşadığını, Gülşənin həmin evdə yamağını bilmədiyini, lakin gedib-gəldiyini gördüyünü, Gülşəni Hacıniyyətdəki evdə də gördüyünü, təxminən 2020-ci ildə həmin evdə şopen aparatını təmir etdiyini, Rasimin onu apardığını, digər vərəsələri də tanıdığını, digər vərəsələrin həmin evdə yaşamasını görmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X41 1986-cı ildən həmin binada yaşadığını, həmin vaxtdan Əlləddinin ailəsi ilə orada yaşayan gördüyünü, 2-3 dəfə Əlləddinin atasını gördüyünü, İnayət arvadı görmədiyini, Əlləddinin həmin binada qalaraq məhəllədə xeyir-şərdə iştirak etdiyini, Əlləddin öləndən sonra həmin evdə Gülşəni və uşaqlarını gördüyünü, İnayətin digər övladlarını tanıdığını, lakin həmin evdə yaşamadıqlarını, həmin evdə hazırda Gülşənlə oğlu Rasimin qaldığını gördüyünü, həmin evə gediş-gəlişinin olmadığını, lakin Ələddinlə məhəllədə münasibətlərinin olduğunu, bir yerdə olduqlarını, atası öləndə Şada kəndinə yasa getdiyini, Əlləddinin Hacıniyyətdə uşaqlarına ev tikməsini bildiyini, Əlləddinin yasınında orada olduğunu, Əlləddini ölənə qədər yoldaşı ilə həmin binada gördüyünü, Nadirlə həmin binada rastlaşmadığını, İnayətin yasında olmadığını, həmin yasda iştirak etməsini xatırlamadığını, həmin evin İnayətin olmasını bilmədiyini, Əlləddinin yaşadığından onun olduğunu düşündüyünü, təxminən 8 il əvvəl həmin evdə təmir işi aparıldığını eşitdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: 08 iyul 2022-ci il tarixli, İE seriyalı, 254665 nömrəli çıxarışa əsasən, X32 ilə X33 arasında 16 aprel 1960-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Məmmədova" soyadı verilmişdir. İİ-JQ seriyalı, 422722 nömrəli, 08 iyul 2022-ci il tarixli çıxarışa əsasən, X26 ilə İddiaçı arasında 22 noyabr 1982-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Məmmədova" soyadı verilmişdir. AZ-İ seriyalı, 496351 nömrəli, 08 iyul 2022-ci il tarixli çıxarışa əsasən, X30 18 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İİ-JQ seriyalı, 423284 nömrəli, 08 iyul 2022-ci il tarixli çıxarışa əsasən, X32 04 mart 1996-cı il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 699797 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X26 09 fevral 2019-cu il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 117920 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X37 06 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 01/0907 nömrəli arayışa əsasən, X13 aşağıdakı vərəsələri vardır:
1. qızı X38 1974-cü il təvəllüdlü;
2. oğlu Fəxrəddin Bəhlu oğlu 1956-cı il təvəllüdlü;
3. Seyfəddin Bəhlul oğlu 1963-cü il təvəllüdlü;
4. qızı Minurə Bəhlul qızı 1971-ci il təvəllüdlü;
5. oğlu Nadir Bəhlul oğlu 1967-ci il təvəllüdlü;
6. Ələddin Bəhlul oğlu 1960-cı il təvəllüdlü;
7. Əmirəli Bəhlul oğlu 1977-ci il təvəllüdlü;
8. Fazil Bəhlul oğlu 1965-ci il təvəllüdlü;
9. Rahilə Bəhlul qızı 1969-cu il təvəllüdlü;
10. həyat yoldaşı Bəhlul Əmirəli oğlu vəfat edib. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 01/0900 nömrəli arayışa əsasən, X14 aşağıdakı vərəsələri vardır:
1. atası X32 vəfat edib;
2. anası İnayət Sərdar qızı vəfat edib;
3. həyat yoldaşı İddiaçı 1960-cı il təvəllüdlü;
4. oğlu X36 1984-cü il təvəllüdlü;
5. Elsun Ələddin oğlu 1990-cı il təvəllüdlü;
6. Elvin Ələddin oğlu 1985-ci il təvəllüdlü. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhəri, Babək məhəlləsində 0.126 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.m ümumi, 28.39 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 12/11 nömrəli reyestr kitabının 2173 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********44-05101-093028, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013). Notarial təsdiqli ərizələrə əsasən, X19, X27, X40, X20, X28, Cavabdeh2, Cavabdeh1 miras qalmış əmlakdan onlara çatası paydan imtina etdiklərini bildirmişlər. Notarial təsdiqli ərizələrə əsasən, Cavabdeh2, X19, X28, X40, X27 öz paylarından Cavabdeh3 xeyrinə imtina etdiklərini bildirmişlər. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 25 yanvar 2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 15 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsinin surətinə əsasən, 18 fevral 2018-ci il tarixdə ölən X9 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.m ümumi, 28.39 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı evin 09 fevral 2019-cu il tarixdə ölən X26 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, 09 fevral 2019-cu il tarixdə ölən X10 miras qalmış miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(108)-67/2023 nömrəli qərardadının surətinə əsasən, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə iddia tamamilə baxılmamış saxlanmışdır. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki-Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). İş materiallarından görünür ki, mülki hüquq münasibətlərinin yarandığı dövr 2000-ci ilin sentyabr ayının 01-dən qüvvədə olan mülki qanunvericiliyin tətbiqi dairəsinə düşdüyündən həmin qanunvericilik tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən İddiaçı tərəfindən yuxarıda sadalanan hərəkətlər həyata keçirməklə, faktiki olaraq qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, X30 18 fevral 2018-ci il tarixdə vəfat etdikdən sonra oğlu X26 X2 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında 0.126 ha torpaq sahəsində 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. X26 09 fevral 2019-cu il tarixdə vəfat etdikdən sonra həyat yoldaşı İddiaçı X2 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında 0.126 ha torpaq sahəsində 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətlərini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 25 yanvar 2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 15 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, X2 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında 0.126 ha torpaq sahəsində 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilin miras əmlak olaraq X26 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunmalı, X3 ölümündən sonra həmin əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmalı, Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş üzrə toplanılmış sübutlarla müəyyən olunur ki, miras əmlak vərəsələrdən Cavabdeh3 tərəfindən yuxarıda sadalanan hərəkətlər həyata keçirməklə, faktiki olaraq qəbul olunmamışdır. Bu fakt iş üzrə izahatlar və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Cavabdeh3 izahatından miras əmlakda yaşamadığı, idarə etmədiyi məlum olur. Bundan başqa Cavabdeh3 həmin miras əmlaka dair komunal xidmətlərin dəyərini ödəməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İlkin iddia əsaslı olduğundan təmin edilsin. X2 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında 0.126 ha torpaq sahəsində 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilin miras əmlak olaraq X26 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunsun. X3 ölümündən sonra həmin əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia rədd olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.