Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-110/2024 29.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X9, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X19 və X13 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 və anası X5 qalmış miras əmlakdan imtina etməyinə dair Naxçıvan şəhəri 1 saylı Notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, X11 xx.xx.1976-cı il tarixdə, anası X15 isə xx.xx.2008-ci il tarixdə ölmüşdür. Mərhum ana və atasından miras qalmış əmlaklardan imtina etməyinə dair Naxçıvan şəhəri 1 saylı Notariat ofisinə xx.xx.2021ci il tarixdə onun tərəfindən ərizə verilmişdir. Müvafiq ərizədə ata və anasından qalmış miras əmlakdan ona çatan payı qəbul etmədiyinə, mirasdan imtina etməyinə dair onun iradə ifadəsi olmayıb. Belə bir ərizə verilməsi üçün o notariusa getməmişdir. Belə ki, müvafiq ərizənin verildiyi tarixdə onu notariusa bacısı oğlu X22 aparmışdır. Bacısı oğlu Rasimin onu notariusa aparmaqda məqsədinin onun anasına məxsus evin qeydiyyatından çıxmaq barədə ərizə verməli olduğunu bildirməsi olmuşdur. xx.xx.2021-ci il tarixli mirasdan imtina ərizəsində qeyd edilən məzmun, iradə ifadələri onun tərəfindən notariat ofisində hər hansı şəxsə diktə edilməmişdir. Qeyd edilən ərizənin verilməsindən sonra o Türkiyə Respublikasına getmiş və orada yaşamışdır. X11 xx.xx.1976-cı il tarixdə, anası X15 03 iyun 2008-ci ildə ölmüşdür. Göründüyü kimi mirasın qəbulundan imtinaya dair ərizəsi mülki qanunvericiliklə müəyyən olunan 5 aylıq müddət keçdikdən sonra verilmişdir. Miras açıldıqdan 13-il sonra. 2023-cü ilin oktyabr ayının əvvəlində o bilmişdir ki, bacı oğlusu X22 xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhəri 1-saylı notariat ofisində ona imza etdirdiyi ərizə qeydiyyatdan çıxmaq barədə ərizə deyil, X11 və anası X5 qalmış miras əmlakdan imtinaya dair ərizə olmuşdur. Bununla bağlı o Naxçıvan MR Daxili işlər Nazirliyinə 2023-cü ilin oktyabr ayında müraciət etmişdir, müraciəti əsasında X3 MR Daxili işlər Nazirliyinə çağırılmışdır. Sonra isə ona məsələnin məhkəmədə həll oluna biləcəyi bildirilmişdir. İddiaçı 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək ərizədə Cavabdehnə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X11 və anası X5 qalmış miras əmlakdan imtina etməyinə dair Naxçıvan şəhəri 1 saylı Notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, texniki səhvlik nəticəsində ərizənin tarixinin xx.xx.2021-ci il göstərildiyini, hal-hazırda tələbini dəqiqləşdirərək qeyd olunan halın texniki səhvlik qismində nəzərə alınmasını, X11 və anası X5 qalmış miras əmlakdan imtina etməyinə dair Naxçıvan şəhəri 1 saylı Notariat ofisində təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ərizənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə 29 fevral 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi X4 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı 1995-ci ildə ailə qurduğunu, ailəsi evlənməyə icazə vermədiyi üçün qaçdığını, sonra bacısının ona “səni və oğlunu qeydiyyatdan çıxarmışıq” dediyini, onunla bağlı bacısı oğlu Rasimin onunla notariusa getdiyini, ona orada ərizə imzalatdıqlarını, ona ərizənin qeydiyyatla bağlı ərizə olduğunu dediklərini, sonradan həmin ərizənin onun ata-anasından miras qalmış əmlakdan imtina etməsinə dair ərizə olduğunu öyrəndiyini, ondan xəbərsiz ərizə yazıb, imza etdirdiklərini, mirasdan imtina etmədiyini və etməyəcəyini, qeydiyyat məsələsi ilə bağlı notariat ofisinə getdiyini, ərizə yazılarkən eynəyinin olmadığını, buna görə də oxuya bilmədiyini, ərizəni eynəyi olmadığı üçün özünün yox, Rasimin oxuduğunu, qarşı tərəfin oyunu olduğunu, anasının ona həyətdə payını göstərdiyi üçün onların bu yola əl atdıqlarını, bəhanə ilə imza etdirdiklərini, 2021-ci ilin sonuna qədər Türkiyədə yaşadığını, Naxçıvan ərazisinə gəlmədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. 18 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 nənə və babasının adına torpaq sahəsi olduğunu, anasını aldadaraq həmin miras əmlakdan imtina barədə ərizə imzalatdırdıqlarını, anasının həmin ərizəni bilmədən imzaladığını, ancaq bununla bağlı əllərində hər hansı sübut olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi X20 iddia tələbini qəbul etmədiklərini, ərizənin elektron formada rəsmiləşdirildiyini, ərizənin iddiaçıya oxunduğunu, İddiaçı 2021-ci ilə kimi Türkiyədə yaşadığını bildirsə də, 2018 və 2019-cu illərdə övladının qeydiyyat məsələsi ilə bağlı notariat ofisində imzalarının olduğunu, ərizəni o vaxtda özünün imzaladığını, hətta dəfələrlə bununla bağlı ofisə gəldiyini bildirərək qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X29 notariusun heç vaxt səhv nəsə etməyəcəyini, elə bir məsuliyyəti boynuna götürməyəcəyini, İddiaçı ərizədə “ərizəmi oxudum” ifadəsini öz xətti ilə yazdığını, imza etdiyini, ancaq iddia ərizəsində ərizəni oxumadığını qeyd etdiyini, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın faktiki olaraq anasının və atasının adına olduğunu, anasının ölmədən əvvəl vəsiyyətnamə verdiyini, həmin daşınmaz əmlakı ona və bacısı oğlu Rasimə vəsiyyət etdiyini, özünün sənədlər hazırladığını, miras əmlakın qəbulu ilə bağlı məhkəməyə müraciət edəcəyini, hal-hazırda həmin evdə yaşadığını, torpağın nə bölündüyünü, nə də satıldığını, əgər nə vaxtsa belə bir şey olarsa, o zaman payına düşəni alacağını, ərizəni özünün imzaladığını, heç kimin zorla imza etdirmədiyini bildirdi. Məhkəmə iclası zamanı cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24 bacısı Saranın ailə qurmadığını, anasının 97 yaşında vəfat etdiyini, anası ölənədək ona Saranın baxdığını, yaşlı insana baxmağın asan olmadığını, özünün də könüllü olaraq miras əmlakdan imtina edəcəyini, bacısı Saranın adına rəsmiləşməsini istədiyini, Saranın faktiki olaraq orada yaşadığını bildirdi. İddia ərizəsinə əlavə edilmiş X12 Şöbəsi tərəfindən verilmiş evlənmə haqqında akt qeydindən görünür ki, X28 və X15 arasında 1945-ci il tarixdə nikah bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, 687946 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun X11, anası X10r. İddia ərizəsinə əlavə edilmiş "Elektron notariat" X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdehndə xx.xx.2018-ci il tarixdə ərizə vermişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, xx.xx.1976-cı ildə vəfat etmiş X17 və xx.xx.2008-ci ildə vəfat etmiş X7 ölümündən sora onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan faktiki ona çatan payı qəbul etməmişdir, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatan paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasım istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, 1778 nömrəli arayışdan aydın olur ki, mərhum X21 arvadı X15 (vəfat edib), qızı X30 (vəfat edib), qızı X29, qızı İddiaçı, qızı X24 adlı vərəsələri var. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, 1779 nömrəli arayışdan aydın olur ki, mərhum X7 əri X28 (vəfat edib), qızı X29, qızı İddiaçı, qızı X24 adlı vərəsələri var. İş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X28 xx.xx.1977-ci il tarixdə ürək qan dövranının pozğunluğu səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 111 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X15 xx.xx.2008-ci il tarixdə ürək damar çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 242 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 16/30 nömrəli reyestr kitabının 5732 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsinin və üzərində olan 34.5 m2 daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ üzrə X21 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/58 nömrəli reyestr kitabının 11354 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarında olan X15 tərəfindən 30 may 2001-ci il tarixdə verilmiş vəsiyyətnamədən görünür ki, X2 şəhəri, M.Ə.Sabir küçəsi, 58A ünvanında yerləşən bir otaq, bir koridordan ibarət şəxsi evini və həyətyanı sahədə tikilən digər tikililərlə birlikdə nəvəsi X18 və qızı X25 öz aralarında bərabər bölünməklə vəsiyyət etmişdir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi mirasdan imtina vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində edilməlidir. Həmin müddət çərçivəsində mirasdan imtina edilmədikdə həmin imtina etibarlı sayıla bilməz. Qeyd olunan müddətdən sonra verilmiş imtina ərizəsinin heç bir əhəmiyyəti yoxdur və şəxsi mirasdan ona çatacaq hissədən məhrum etmir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 15 avqust 2018-ci il tarixdə notariat ofisinə verilmiş mirasdan imtinaya dair ərizə mirasdan imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmədiyindən həmin ərizənin heç bir hüquqi qüvvəsi yoxdur və iddiaçının mirasdan ona çatacaq paydan məhrum etmir, iddiaçının hər hansı bir hüququnu pozmur. Qeyd olunan ərizə vaxtında verilmədiyinə görə iddiaçı mirasın qəbulu faktı üçün məhkəməyə müraciət etmək hüququnu itirmir. Qeyd olunanlardan da göründüyü kimi mübahisələndirilən ərizənin heç bir hüquqi əhəmiyyəti olmadığından hazırda iddiaçı tərəfindən verilən həmin ərizənin ləğvi məsələsinə məhkəmə qaydasında baxıla bilməz və ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 6473 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 6473 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-110/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-110/2024
29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver