Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1102/2021 17.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X6 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə qaynanası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsinin qaynanasının vəfatından sonra mərhum həyat yoldaşı X18 tərəfindən qəbul edilməsi, həyat yoldaşı X18 vəfat etdikdən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, mərhum qaynatası Cavabdeh6 Allahverdi oğlu ilə mərhumə qaynanası X7 01 sentyabr 1964-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurduqlarını, onların nikaha girmə faktının Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 137907 nömrəli nikah haqqında şəhadətnamədən çıxarış ilə təsdiq olunduğunu, mərhum qaynatası Cavabdeh6 Allahverdi oğlunun 24 sentyabr 1975-ci il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində vəfat etdiyini, onun ölüm faktının Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 323832 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarış ilə təsdiq olunduğunu, mərhumə qaynanası X7 26 sentyabr 2000-ci il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində vəfat etdiyini, onun ölüm faktının Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 062749 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarış ilə təsdiq olunduğunu, qaynanasının ölümündən sonra ünvan 2 ünvanında yerləşən ev və torpaq sahəsinin miras qaldığını, mərhumə qaynanası X7 vərəsələrinin: 1. həyat yoldaşı Cavabdeh6 Allahverdi oğlu vəfat edib, 2. qızı X15 vəfat edib, 3. oğlu X20 vəfat edib, 4. oğlu Cavabdeh1, 5. oğlu X18 vəfat edib, 6. oğlu X11 vəfat edib, 7. qızı X16- olduğunu, mərhumə baldızı X8 25 mart 1979-cu il tarixdə vəfat etdiyini, onun ölüm faktının Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 456123 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarış ilə təsdiq olunduğunu, mərhumə baldızı X8 vərəsəsinin qızı Cavabdeh9 olduğunu, mərhum qaynı X12 21 dekabr 2011-ci il tarixdə vəfat etdiyini, onun ölüm faktının Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 492526 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarış ilə təsdiq olunduğunu, mərhum qaynı X12 vərəsələrinin: 1. həyat yoldaşı Cavabdeh13, 2. oğlu Cavabdeh7, 3. qızı Cavabdeh8- olduğunu, mərhum qaynı X5 19 iyun 2005-ci il tarixdə vəfat etdiyini, onun ölüm faktının Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 117541 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarış ilə təsdiq olunduğunu, mərhum qaynı X5 vərəsələrinin: 1. həyat yoldaşı X13, 2. qızı Cavabdeh11, 3. qızı Cavabdeh10, 4. qızı Cavabdeh12- olduğunu, mərhum həyat yoldaşı X9 01 aprel 2004-cü il tarixdə vəfat etdiyini, onun ölüm faktının Babək Rayon İcra Hakimiyyəti başçısının Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 028600 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunduğunu, mərhum həyat yoldaşı X9 vərəsələri isə: 1. həyat yoldaşı İddiaçı, 2. qızı Cavabdeh3, 3. qızı Cavabdeh4, 4. qızı Cavabdeh5, 5. oğlu Cavabdeh6- olduğunu, mərhumə qaynanası X7 26 sentyabr 2000-ci il tarixdə ölümündən sonra ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsini mərhum həyat yoldaşı X9 qəbul edərək sahiblik etdiyini, həyat yoldaşı X18 01 aprel 2004-cü il tarixdə vəfat etdikdən sonra isə onun öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsində yaşayaraq, həmin torpaq sahəsini əkib becərərək idarə və istifadə etdiyini, vərəsələrdən mərhum qaynı X5 vərəsələri X13, Cavabdeh11, Cavabdeh10 və Cavabdeh12 başqa digər vərəsələrin qaynanasından qalan mirasdan onlara çatan paydan onun xeyrinə imtina etdiklərini və bu barədə ərizə verməkdən imtina etmədiklərini, mərhum qaynı X5 vərəsələrinin onun xeyrinə indiyədək nə ərizə verdiklərini, nə də ki, ərizə verməkdən imtina etdiklərini, sadəcə olaraq bu məsələnin həlli üçün maraq göstərmədiklərini və heç bir hərəkət etmədiklərini, özünün və ailəsinin mərhumə qaynanası X7 adına qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsini mərhum həyat yoldaşı X9 anası X7 vəfatından sonra istifadə edərək orada onlarla birlikdə yaşadıqlarını, təmir işləri apardıqlarını, meyvə ağacları və tərəvəz məhsulları əkdiklərini və bu gün də həmin torpağı əkib becərməkdə davam etdiklərini, neçə illərdir ki, qayınlarının və baldızlarının ailə həyatı quraraq köçüb özlərinə aid torpaqlarında tikdikləri evlərində yaşadıqlarını, qaynanasının və həyat yoldaşının vəfat etdiyi vaxtda onların yanında yalnız həyat yoldaşı Fizulinin və özünün olduğunu, onların dəfn və yas mərasimlərini həyat yoldaşının təşkil etdiyini, həyat yoldaşı Fizulinin vəfatı vaxtı onun yanında özünün olduğunu, dəfn və yas mərasimlərini özünün təşkil etdiyini, mərhum həyat yoldaşının ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsini özünün qəbul edərək idarə etdiyini, mərhumə qaynanası X17 vəfat edəndən sonra həmin evə və torpağa həyat yoldaşı Fizulinin sahiblik etdiyini, onun vəfatından sonra isə özünün sahiblik etdiyini, mərhumə qaynanasına məxsus ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsi üçün bütün kommunal (qaz, işıq, su və s.) xərcləri və vergiləri ödədiyini, bu illər ərzində həmin evi və torpaq sahəsini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etdiyini, evdə yaşamaqla bərabər, həyətdəki ağaclara qulluq edib, həyətdə hər il pomidor, xiyar və digər tərəvəzlər əkib istifadə etdiyini və bu günə qədər də ailəsi ilə birlikdə orada yaşayaraq oradan istifadə etməkdə davam etdiyini, ünvan 1 ünvanında yerləşən mərhumə qaynanası X4 miras qalmış 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsini adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra, bu məqsədlə Naxçıvan şəhər 3 saylı Notariat ofisinə müraciət etdiyini, Naxçıvan şəhər 3 saylı Notariat ofisinin 08 sentyabr 2021-ci il tarixli, 96 nömrəli məktubunda notariat orqanının vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulan müddətin keçdiyini və vərəsələr arasında mübahisə olduğundan mirasın faktiki qəbulunun məhkəmələr tərəfindən müəyyən edilməli olduğunu bildirdiyini, bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini, bunları nəzərə alaraq, mərhumə qaynanası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsinin qaynanasının vəfatından sonra mərhum həyat yoldaşı X18 tərəfindən qəbul edilməsi, həyat yoldaşı X18 vəfat etdikdən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən 92.29 m2 fərdi yaşayış evi və 0.1281 m2 torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X6 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh6 iddianı qəbul etdiyini, etirazının olmadığını, iddiaçının anası olduğunu, özünün həmin evdə doğulduğunu, orada da yaşadığını, mərhum nənəsinin ölümündən sonra ailəliklə həmin miras əmlakda yaşadıqlarını, mərhum atasının vəfatından sonra da anası ilə birlikdə həmin evdə yaşadıqlarını, digər gavabdehlərin məhkəmə işindən məlumatlı olduqlarını, həmin miras əmlaka iddialarının olmadığından iştirak etmədiklərini, iddiaçının tələbinin əsaslı olduğunu, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X10, Ləzifə ilə 30 ildir ki, qonşu olduqlarını, iddiaçının həmin mülkə gəlin gəldiyini, Ləzifə öldükdən sonra oğlu Fizulinin ailəsi ilə həmin evdə qaldığını, digər vərəsələrin öz evləri olduğundan həmin evdə yaşamadıqlarını, Fizuli vəfat etdikdən sonra iddiaçının sözügedən ünvanda uşaqları ilə yaşadığını, hazırda da yaşamaqda davam etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92.29 kv.m, torpaq sahəsinin ölçüsü 0.1281 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/43 nömrəli reyestr kitabının 8493 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********76-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 09.06.2021). Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27 may 2021-ci il tarixli, 19948 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiq olunmuş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan X1 aşağıdakı vərəsələri vardır:
1. Cavabdeh6 Allahverdi oğlu həyat yoldaşı 1909-cu il təvəllüdlü vəfat edib;
2. X15 qızı 1943-cü il təvəllüdlü vəfat edib;
3. X20 oğlu 1951-ci il təvəllüdlü vəfat edib;
4. Cavabdeh1 oğlu 1954-cü il təvəllüdlü;
5. X18 oğlu 1959-cu il təvəllüdlü vəfat edib,
6. X11 oğlu 1962-ci il təvəllüdlü vəfat edib,
7. X16 qızı 1956-cı il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1/1396 nömrəli, 07 sentyabr 2021-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan mərhum X8 aşağıdakı vərəsələri vardır:
1. Cavabdeh9 qızı 13 iyun 1978-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1289 nömrəli, 16 avqust 2021-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan mərhum X12 aşağıdakı vərəsələri vardır:
1. Cavabdeh13 həyat yoldaşı 1951-ci il təvəllüdlü;
2. Cavabdeh7 oğlu 1984-cü il təvəllüdlü;
3. Cavabdeh8 qızı 1986-cı il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan mərhum X5 aşağıdakı vərəsələri vardır:
1. X2 həyat yoldaşı 1964-cü il təvəllüdlü;
2. Cavabdeh11 qızı 1988-ci il təvəllüdlü;
3. Cavabdeh10 qızı 1990-cı il təvəllüdlü;
4. Cavabdeh12 qızı 1994-cü il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan mərhum X9 aşağıdakı vərəsələri vardır:
1. İddiaçı həyat yoldaşı 1967-ci il təvəllüdlü;
2. Cavabdeh3 qızı 1985-ci il təvəllüdlü;
3. Cavabdeh4 qızı 1986-cı il təvəllüdlü;
4. Cavabdeh5 qızı 1988-ci il təvəllüdlü;
5. Cavabdeh6 oğlu 1993-cü il təvəllüdlü. 25 iyun 2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh6 Allahverdi oğlu ilə X17 arasında 01 sentyabr 1964-cü il tarixdə Naxçıvan şəhər Qaraxanbəyli kənd İcra Nümayəndəliyində nikah bağlanmış və nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. AZ-İ seriyalı, 028600 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X18 01 aprel 2004-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. 12 mart 2021-ci il tarixli çıxarışa əsasən, X17 26 sentyabr 2000-ci il tarixdə vəfat etmiş və bu barədə 17 nömrə ilə qeydiyyat aparılmışdır. 17 mart 2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh6 Allahverdi oğlu 24 sentyabr 1975-ci il tarixdə vəfat etmiş və bu barədə 22 nömrə ilə qeydiyyat aparılmışdır. 17 mart 2021-ci il tarixli çıxarışa əsasən, X15 25 mart 1979-cu il tarixdə vəfat etmiş və bu barədə 46 nömrə ilə qeydiyyat aparılmışdır. 17 mart 2021-ci il tarixli çıxarışa əsasən, X20 21 dekabr 2011-ci il tarixdə vəfat etmiş və bu barədə 51 nömrə ilə qeydiyyat aparılmışdır. 17 mart 2021-ci il tarixli çıxarışa əsasən, X11 19 iyun 2005-ci il tarixdə vəfat etmiş və bu barədə 241 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər 3 saylı Notariat ofisinin 08 sentyabr 2021-ci il tarixli, 96 nömrəli məktubuna əsasən, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadəsini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, 26 sentyabr 2000-ci il tarixdə vəfat etmiş mərhum X4 qalmış miras əmlak vərəsələrdən oğlu X18 tərəfindən, X18 01 aprel 2004-cü il tarixdə vəfat etdikdən sonra isə onun həyat yoldaşı İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92.29 kv.m, torpaq sahəsinin ölçüsü 0.1281 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın X17 26 sentyabr 2000-ci il tarixdə vəfat etdikdən sonra oğlu X18 tərəfindən, X18 01 aprel 2004-cü il tarixdə vəfat etdikdən sonra isə onun həyat yoldaşı İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, 26 sentyabr 2000-ci il tarixdə vəfat etmiş mərhum X4 qalmış miras əmlakı vərəsələrdən oğlu X18, X18 01 aprel 2004-cü il tarixdə vəfat etdikdən sonra isə onun həyat yoldaşı İddiaçı orada yaşamaqla mirası qəbul etmiş, Notariat ofisinə müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92.29 kv.m fərdi yaşayış evi və torpaq sahəsinin ölçüsü 0.1281 ha olan miras əmlakın X17 26 sentyabr 2000-ci il tarixdə vəfat etdikdən sonra oğlu X28 oğlu tərəfindən, X18 01 aprel 2004-cü il tarixdə vəfat etdikdən sonra isə onun həyat yoldaşı İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.