Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1122/2023 23.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, iddiaçıcavabdehlərin vəkili Vəkil2, cavabdeh-iddiaçı Cavabdeh və cavabdeh-iddiaçının vəkili Vəkil1 iştirakı ilə, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X6 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X10 tərəfindən faktiki qəbul edilməsi, mərhum anaları X5 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X7 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mirasın faktiki qəbulu tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiasının təmin edilməsi, mərhum atası X6 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh qismində izahat verən İddiaçı1 iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ataları X6 11 yanvar 2022-ci il, anaları X5 28 aprel 2023-cü il tarixdə öldüyünü, onlar arasında 20 oktyabr 1977-ci il tarixdə bağlanmış birgə nikahlarından 4 nəfər uşaqları- İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızının, X3 və Cavabdeh doğulduğunu, mərhum ataları X12 11 yanvar 2022ci il tarixdə öləndən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə miras qaldığını, mərhum ataları Z.Şirzadovun hələ sağlığında 04 noyabr 2010-cu il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********15-05101-093017 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib adına çıxarış aldığını, öldüyü günə kimi orada yaşadığını, onun ölümündən sonra anaları X5 orada yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul edib 28 aprel 2023-cü il tarixə, yəni öldüyü bir günədək orada yaşadığını, anaları Aybəniz Seyidova dünyasını dəyişəndən sonra qardaşları İlqarın ailəuşaqlarını da özü ilə birlikdə gətirib zorla evə girib yaşayaraq onları oradan uzaqlaşdırmaq istədiyinə görə birlikdə 26 may 2023-cü il tarixdə Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edib mirası qəbul etdiklərini, buna görə də, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etdiklərini, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 06 iyul 2023-cü il tarixli, 192 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməklərinin tövsiyyə olunduğunu, atasının vəfatından səkkiz ay sonra qardaşı Cavabdeh zorla evə girdiyini, anasınından övladı olduğundan evdən çıxara bilmədiyini, səkkiz ay ərzində bacıları ilə birlikdə mütamadi olaraq anasına qulluq etdiklərini, dərmanına yeməyinə baxdıqlarını, anasının İlqarın qalmasına 5-6 ay qalmaq şərti ilə razılaşdığını, özlərinə ev tikdiklərindən hazır olanda getməkləri üçün razılaşdığını, sonra ev tikintisini dayandırdıqlarını, artıq evin onların olduğunu, evdən onları kimsənin çıxara bilməyəcəyini dediklərini, notariusa ərizə verdiklərini, anasının vəfatından sonra ona münasibətdə mirası qəbul etdiklərini, anasının ölümündən dörd aydır ki, bacıları ilə həmin evə gedə bilmədiklərini, gedən kimin səs-küy qaldırdıqlarını, bacılarını dəfələrlə döydüklərini, biyabır olmamaq üçün evə yaxın getmədiklərini, daima anası ilə maraqlandığını, ona qulluq etdiyini, gedib yoxladığını, telofonla əlaqə yaratdığını, atasının ölümündən sonra öz evində yaşadığını, atasına məxsus evə gedib-gəldiyini, həmin evdə də qaldığını, atasının anasının vəfatından sonra həmin evə gedə bilmədiklərini, gedəndə üzərlərinə hücum olduğunu, atasının sağlığında İlqarın arvadının onu təhqir etdiyindən gecə vaxtı onları evdən çıxardığını, atasının vəfatından sonra onun övladının həmin evdə yaşadığını, səkkiz aydan sonra isə İlqarın zorla həmin evə girdiyini, 11 yanvar 2022-ci ilədək həmin evdə atası ilə anasının yaşadığını, uşqaların ailə qurub ayrıldıqlarını, həmin vaxtı Cavabdeh kirayə evdə yaşadığını, atasının vəfatından sonra anasının onun oğlu Nihadla yaşadığını, sonra İlqarın zorla həmin evə girdiyini bildiklərini, 2006-cı ildə ailə qurub 2010-cu ildə həmin evdən köçdüyünü, İlqarın 2010-cu ilədək qonşu blokda Simuzərin evində kirayə qaldığını, anası ölənə kimin həmin evdə qaldığını göstərərək, mərhum ataları X6 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X10 tərəfindən faktiki qəbul edilməsi, mərhum anaları X5 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X7 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı izahatında iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ata anasına qulluq etdiklərini, müalicələri ilə məşğul olduqlarını, atası öləndən sonra anasının qardaşının oğlu ilə qaldığını, İlqarın atasının ölümündən səkkiz ay sonra evə gəlib girdiyini, anasının isə evləri hazır olanda çıxacaqları şərti ilə evə buraxdığını, Zülfiyyə ilə anasının yasının 40-cı günündə evə getdikdə İlqarın, arvadının və oğlunun onlara hücum etdiklərini, evə girə bilməzsiniz ev bizimdir dediklərini, anasının 40 mərasimini məsciddə etdiklərini, atasının anasının sağlığında həmin evdə yaşamadıqlarını, lakin gedibgəldiklərini, 2000-ci ildə ailə qurub evdən köçdüyünü, digər qardaş bacılarının da ailə quraraq başqa yerdə yaşadıqlarını, ata-anasının təxminən 3 il tək qaldıqlarını, atası vəfat etdikdən sonra anasının qardaşının oğlu ilə yaşadığını, anasının evi idarə etdiyini, evin komunal xidmət pullarını qardaşı Azərin ödədiyini, anası evdə yaşadığından və qanunları bilmədiklərindən atası öləndən sonra mirasın qəbulu ilə əlaqədar notariusa müraciət etmədiklərini, atasının yas mərasiminin evdə olduğunu, atasının yas xərcini İddiaçı1 çəkdiyini, atasının vəfatından sonra İlqarın evə gəlib girdiyini, anasının onun yanında İlqarla şərt kəsərək evləri hazır olanda çıxacaqlarına razılışdıqlarını, İlqarın anası ilə mübahisə etdiyini, anasına ev mənimdir deyib çıxmasını dediyini, iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı3 izahatında iddianı müdafiə edib qarşılıq iddianı qəbul etməyərək, ata anasının tək yaşadığını, atasının İlqarı və arvadını evə buraxmadığını, atasını yumuşaltmağa çalışdıqlarını, sonra İlqarın evə gəlib bir gün qaldığını, atasının yasını, məzarını Azərin götürdüyünü, atasının vəfatından sonra anasının səkkiz ay tək Azərin və onun oğlu ilə qaldığını, özünün yaxınlıqda qaldığını, gedib tez-tez anasına baxdığını, səhər axşam onu yoxladığını, onunla qaldığını, İlqarın anası ilə yola getmədiyini, İlqarın anasına ev tikdiyinə görə borca düşdüyünü, kirayə pulunu verə bilmədiyini, gəlib evdə qalmaq istədiyini dediyini, anasının onlarla məsləhətləşdikdə qalmasını dediklərini, anasının iki üç ay qalmasına razı olduğunu, iki ay qaldıqlarını yaxşı yola getdiklərini, sonra anasının onlara zəng edib siz etdiniz mən onu evə buraxmırdım dediyini, sonra İlqarın evdən çıxmadığını, ev mənimdir dediyini, sonra anası ilə mübahisə etdiklərini, bir həftə sonra anasının vəfat etdiyini, yasını Azərin təşkil etdiyini, 40 mərasiminə onları buraxmadıqlarını, atasının onun evində öldüyünü, anasının yasına onları buraxmadıqlarını, bacısını döydüklərini, atasının İlqarı evdən çıxardığını, kirayə qaldıqları evdə də qonşuların onlardan narazı olduqlarını, anasının ölümündən sonra onları evə buraxmadıqlarını, əşyalarının o evdə qaldığını, adamlar öyrədib onların üstünə göndərərək pul verməsini, evdən imtina etmələrini dediyini, hüquqlarının pozulduğunu, ata evinə getmək istədiyini, hüquqlarının bərpa olunmasını istədiyini, zəng vurub İlqara anasına qırx mərasimi keçirmək etmək istədiklərini, İlqarın gələ bilməzsiniz dediyini, yoldaşınında gəlsəniz sizi şərləyəcəm dediyini, evə buraxmadıqlarından onun evində yas üçün yemək hazırlanıb məsciddə ehsan verdiklərini, evə getdiyinə görə bacısını döydüklərini, anası öləndən sonra mirası qəbul etmək üçün notariusa müraciət etdiklərini, atasının ölümündən sonra miras əmlakı almaq üçün məhkəməyə gəldiklərini, şahidin kirayə müqaviləsində cavabdeh iddiaçının ailə olaraq mənzili kirayə tutduğunu bildirdiyini, şahidin kirayəçi tərəfindən komunal xidmətlərin haqqının ödənilməsi, hətta şüşənin sınmasının bildirildiyini, yataq otağında cavabdeh iddiaçının atasının şəklinin qaldığını, aparmadıqlarından Arzu Səfərlinin şəkili götürüb verməsinin, şahid Dinarın cavabdeh iddiaçının 5 il onların evində kirayə qaldığını bildirdiyini göstərərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehlərin vəkili qismində izahat verən Vəkil2, iddiaçı-cavabdehlərin izahatına əlavəsinin olmadığını, şahid Arzu Səfərlinin ifadəsində cavabdeh-iddiaçının kirayədə qalmasını bildirdiyini, cavabdeh-iddiaçının atasının ölümündən sonra bir gündə belə həmin evdə yaşamadığını, kirayədə yaşadığını, cavabdeh iddiaçının həmin mənzildə həqiqətən də hazırlıq keçməsi üçün stol stul olmasının zəruri olduğunu, həmin evdə stol stulun olmadığını, cavabdeh iddiaçının mərhum atasının şəklinin kirayə qaldığı evdə olduğunu, iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı qismində izahat verən Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, atası X6 11 yanvar 2022-ci il, anası X5 28 aprel 2023-cü il tarixdə vəfat etdiyini, onlar arasında 20 oktyabr 1977-ci il tarixdə bağlanmış birgə nikahlarından 4 nəfər uşaqlarının doğulduğunu və vərəsələrinin İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, X7 və Cavabdeh olduğunu, mərhum atası X6 11 yanvar 2022-ci il tarixdə vəfat etdiyini, onun vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə miras qaldığını, mərhum atasının öldüyü günə kimi orada özünün ailəsi birlikdə yaşadığını, atasının vəfatından sonra isə atasından qalan mirası qəbul edərək idarə etdiyini, anasının səhhətində daimi problemlər olduğundan ona da qulluq edib baxdığını, 2018-ci il və 2022-ci il tarixlərində atasının adına olan əmlak üzərində tikinti-təmir işləri apardığını, atasının sağlığında, vəfatından sonra və bu gün də evin bütün kommunal (su, qaz, işıq, telefon) xərclərini ödədiyini, atası da, anası da vəfat edərkən onların yaslarını tutduğunu, keçən dövr ərzində hazırda mübahisəli əmlakı yaxınlarının, yəni bacılarının və qardaşının heç bir etirazı olmadan idarə etdiyini, yalnız mərhumə anasının vəfatından sonra qardaş və bacılarının evə gələrək əmlak tələb etməyə başladıqlarını, onların hər birinin özlərinə məxsus başqa yerlərdə əmlaklarının olduğunu, illərdir ki, orada öz ailələri ilə yaşadıqlarını, yaşadığı, hazırda mübahisələndirdikləri miras mənzillə heç bir mütəmadi əlaqələrinin olmadığını, yalnız qonaq kimi gəlib-getdiklərini, anasının uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyini, onun və həyat yoldaşının köməkliyi ilə özünü idarə etdiyini, yeriyərkən təngənəfəs olduğunu, hərəkət etməkdə çox çətinlik çəkdiyini, mərhum anasının ürək xəstəliyi ilə bərabər yüksək təyziq və şəkər xəstəliyinin də olduğunu, onu davamlı olaraq həkim nəzarətində saxlamalı olduqlarını, şəxsən özünün və həyat yoldaşının mərhum anasının müalicəsini, dərmanlarını vaxtlı-vaxtında verdiklərini, həmişə qulluğunda durduqlarını, anası bütün bu xəstəliklərdən əziyyət çəkən zaman bacı-qardaşlarının yox, özünün və ailəsinin anasının yanında olduğunu, Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzili adına keçirtmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 343/2023 nömrəli məktubunda notariat orqanının vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək “əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli idarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda, mirasın faktiki qəbulu məhkəmə tərəfindən təyin olunur, müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur” deyə bildirdiklərini, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, anası ilə Azərin iki il küsülü olduğunu, Azərin anasına baxmadığını, doğulandan və 2006-cı ildən davamlı olaraq həmin evdə qaldığını, səs olmasın deyə arada bir il hazırlıq kursu keçmək üçün kirayə ev tutub məşğələni orada keçdiyini, axşamları ata anasının yanında qaldığını, ata anasının vəfatından sonra da ailəsi ilə birlikdə miras əmlakda yaşadıqlarını, qardaş bacılarının isə qonaq qismində gəlib getdiklərini, yoldaşının onların çay çörəyini verdiyini, anasının ölüdüyü günə kimin qardaşı və bacıları ilə heç bir mübahisələrinin olmadığını, anasının ölümündən sonra miras əmlakdan pay istədiklərini, Zülfiyyənin gəlib onlara anam ölüb sizin burada yaşamağa haqqınız yoxdur dediyini, indiyənə kimin qaldığınız bəsinizdir deyib evi satıb böləcəyik dediyini, ata anasının sağlığında belə komunal xərcləri özünün ödədiyini, ata anasının yas mərasimini özünün təşkil etdiyini, ona acıq olaraq anasının qırx mərasimini qarşı tərəfin başqa yerdə təşkil etdiklərini, həmin mərasimdə qonşuların iştirak etmədiyini, atasının vəfatından sonra anası ilə birlikdə yaşadığını, anasının ürək xəstəsi olduğunu, ödündə daş olduğunu, həkimə apardığını, Bakı şəhərinə müalicəyə apardığını, qardaş bacılarının heç vaxt həmin evdə yaşamadıqlarını, qonaq olaraq gəlib getdiklərini, 2018-ci ildə hamam tualetdə təmir apardığını, 2022-ci ildə atası vəfat etdikdən sonra evdə hamam tualetdə yenidən təmir apardığını, kirayə tutduğu evin ünvanını xatırlamadığını, qulu adlı şəxsə məxsus olduğunu, aylıq 150 manat ödədiyini, evin sahibini görmədiyini, pulu kartla ödədiyini, həmin evə əşya aparmadığını, axşama kimin həmin evdə hazırlıq keçdiyini, həmin evdə soyuducu və başqa əşyalar olduğunu, özünün aparmadığını, saat 15:00-dan 20:00-dək hazırlıq keçdiyini, bəzən 21:00-dan və 22:00-dək davam etdiyini, hazırlıq keçdiyi üçün kirayə tutduğu mənzili hansı tarixdə götürdüyünü xatırlamadığını, yay tətilində hazırlıq keçmədiyini, evdən özünə aid əşyaları avtomobili yığıb kirayə olan mənzilə aparmadığını, oğlunun gecə saat 01 radələrində əmisi Azərə zəng vurub atam evi köçürdür demədiyini, göstərərək, qarşılıqlı iddiasının təmin edilməsi, mərhum atası X6 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının vəkili qismində izahat verən Vəkil1, cavabdeh-iddiaçının izahatına əlavəsinin olmadığını, şahidlərin ifadəsinə məhkəmənin qiymət verəcəyini, hazırlıq keçən müəllimlərin kirayə mənzildən istifadə etdiklərini, şahidin məhkəmədə kirayə verdiyi mənzildə cavabdeh iddiaçının ailəsi ilə yaşamasını və ya hazırlıq keçməsini suala cavabında bilmədiyini bildirdiyini, şahidin ifadəsinə tərəflərin şərh verməyinin düzgün olmadığını, məhkəmə tərəfindən qiymət verilməli olduğunu, iddia tələbləri ilə əlaqədar kifayət qədər sübutlar təqdim etdiklərini, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X19, evlərin alqı-satqısı və kirayəsi işi ilə məşğul olduğunu, İlqar Şrzadovun 03 avqust 2020-ci ildən 14 avqust 2022-ci ilədək onun kirayəçisi olduğunu, evin Qulu adlı şəxsə məxsus olduğunu, İlqarın Qulunu tanımadığını, evi onun kirayə verdiyini, İlqarın evi yaşamaq üçün kirayə götürdüyünü, sənədləşmədə kirayənin məqsədində yaşamaq olduğunu, hazırlıq keçirilməsi olmadığını, kirayə qaldıqları müddətdə heç bir şikayətin olmadığını, kirayə pulunun birinci ayının maklerə ödəndiyini, digər ayları ev sahibinə göndərdiyini, İlqara əşyalı ev verdiklərini, İlqarın isə bəzi əşyalarını gətirdiyini, İlqarın evdən çıxandan sonra ona zəng edib atasının şəklinin qaldığını dediyini, yataq otağından həmin şəkli götürüb verdiyini, evi verəndən sonra həmin evə gedib baxmadıqlarını, kirayə qalan şəxsin necə qalmasını izləmədiklərini, yalnız şikayət olanda gedib baxdıqlarını, İlqarın o evdə ailəsi ilə yaşamasını və ya hazırlıq keçməsini bilmədiyini, İlqarın dediyinə görə hazırlıq keçdiyini, evi yalnız kirayə verdiyini, kirayəçinin evdə nə üçün necə yaşamasını bilmədiyini, bununla maraqlanmasına ixtiyarının olmadığını, kirayəçinin evdə hazırlıq keçməsinin ola biləcəyini, lakin onun bilmədiyini, sonradan İlqarın orada hazırlıq keçməsini dediyini, İlqara mənzili kirayə verəndə sənədləşmədə müddətsiz yaşamaq üçün verildiyinin yazıldığını, aylıq 150 manat ödəyəcəyinin qeyd olunduğunu, İlqarın evdən çıxanda mənzilin qapılarında olan şüşələrinin sınıq olduğunu, ev yiyəsinin tələb etmədiyini, sınma səbəbini bilmədiyini, evi təhvil alarkən hazırlıq keçilməsi üçün əşyalar görmədiyini, iki nəfərlik taxtın olduğunu, evi necə təhvil vermişdirsə elə də aldığını, müqaviləni müddətsiz bağladıqlarını, kirayəçi nə zaman çıxırsa o zaman təhvil aldıqlarını bildirdi. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8, Ziyad müəllimi tanıdığını, həmin binaya köçəndən sonra İlqarı tanıdığını, qohumluq və ədavətlərinin olmadığını, bu il isə Azəri tanıdığını, qızlarını isə tanımadığını, qohumluqlarının və ədavətinin olmadığını, İlqarı Ziyad müəllimin yanında qaldığından oğlu kimin tanıdığını, 2009-cu ildən qonşu olduqlarını, İlqarın həmin evdə qaldığını bildiyini, başqa övladların həmin evdə yaşamasını bilmədiyini, İlqarı həmişə məhəllədə gördüyünü, digər övladlarını tanımadığını, padyez qonşusu olduqlarını evlərə gediş-gəlişlərinin olmadığını, İlqarın daimi olaraq həmin evdə yaşamasını bilməyinin mümkün olmadığını, yalnız məhəllədə gördüyünü, atasının yasında mərasim evindən çıxandan sonra qonşu Cəfərin təklifi ilə qonşu olaraq evlərinə getdiklərini, gedib qonşu olaraq oturduqlarını, anasının yasında da dəvət etdiyini yalnız getmədiyini, evlərinə bir dəfə atasının yasında getdiyini, Ziyad müəllimlə yaxın münasibətinin olduğunu, lakin evlərinə getmədiyini, İlqarı həmişə məhəllədə gördüyünü, İlqarın onların qaldıqları padyezin 4-cü mərtəbədəsində kirayə qalmasını görmədiyini, İlqarın arvadının onlara gəlmədiyini, onu evlərində görmədiyini, yas mərasimində digər övladların olmasını onları tanımadığında bilmədiyini, yalnız İlqarı tanıdığını bildirdi. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X4, tərəfləri tanıdığını, qonşu olduqlarını, qohumluq və ədavətlərinin olmadığını, onların həmin evdə böyüdüklərini, ailə qurub ayrıldıqlarını, həmin evdə İlqarı gördüyünü, atasına-anasına İlqarın baxdığını, yas mərasimlərini böyük oğul kimin İlqarın təşkil etdiyini, onun və İlqarın övladının baxçaya birlikdə gedib gəldiyini, qonşu olaraq uşaqları birlikdə aparıb gətirdiklərini, İlqarın qardaş bacılarının gəlib getdiklərini, Azərin qonşu binada qaldığını, Azərin mübahisəli evdə yaşamasını bildiyini yalandan deyə bilməyəcəyini, qızlarında ailə qurub köçüb getdiklərini, 2020-2023-cü illərdə həmin evdə İlqarın qaldığını, digər övladların həmin evdə qalmadığını, mütamadi olaraq həmin evdə İlqarın qaldığını, İlqarın kirayədə qalmasını bilmədiyini, yalnız bir ara İlqarın kirayə tutub hazırlıq keçməsini eşitdiyini, qızının İlqarın yanına bu mübahisəli mənzilə hazırlığa getdiyini, 2020-2023-cü illərdə İlqarın mütamadi olaraq binadan getməsini görmədiyini, daima həmin evdə İlqarın qaldığını bildiyini, həmin evə gediş-gəlişinin olmadığını, Azərin özünün evinin olduğunu, qonşu binada 5 dəqiqəlik məsafədə yaşadığını, qızlarında köçüb getdiklərini, qonşularla söhbət zamanı İlqarın yuxarıda kirayə tutub hazırlıq keçməsini dediklərini, lakin orada yaşamasını bilmədiyini, İlqarın əşyalarını yığıb həmin binadan köçməsini görmədiyini, qızının İlqarın yanına ingilis dilindən hazırlığa getdiyini, neçənci ildə İlqarın kirayə tutduğunu bilmədiyini, İlqarın onların yaşadığı blokda Simuzərin evində kirayə qalmasını görmədiyini, ğzünün həmin binadan ailə qurub getdiyi tarixi xatırlamadığını, Aybəniz Seyidovanın yas mərasimini İlqarın təşkil etdiyini, qonşuların başsağlığını İlqara bildirdiyini, qızının hansı tarixdə İlqarın yanına hazırlığa getdiyini xatırlamadığını, Ziyad Şirzadov və Aybəniz Seyidova vəfat edəndə həmin evdə İlqarın yaşadığını, İlqarın həmin evdə hamam tualeti təmir etdirdiyini gördüyünü, Ziyad Şirzadovun yasında uşaqlarının iştirak etdiyini gördüyünü, Aybəniz Seyidovanın 40 və ya il mərasimində isə İlqardan başqa digər övladlarını görmədiyini bildirdi. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X13, tərəfləri tanıdığını, qonşu olduqlarını, qohumluq və ədavətlərinin olmadığını, qonşu binalarda yaşadıqlarını, İlqarın sifarişi ilə avtomobili ilə həmin evdən anasını götürüb xəstəxanaya aparıb yenidən evə gətirdiyini, pulunu İlqarın ödədiyini, 2022-ci ilin sonlarında avtomobili ilə apardığını, İlqarın atasına məxsus mənzilində 1 il 6 ay kirayə yaşadığını, ilini xatırlamadığını, özünün Bakı şəhərində yaşadığını, tarixi atasının biləcəyini, 2021-ci ildə Bakıdan Naxçıvana qayıtdığını, Bakıda təxminən 5-6 il qaldığını, bir dəfə İlqarın sifarişi əsasında anasını bacısı Zülfiyyə ilə xəstəxanaya apardığını bildirdi. Məhkəmənin 20 oktyabr 2023-cü il tarixli baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X14, tərəflərin onun qardaşı uşaqları olduğunu, onlarla ədavətinin olmadığını, qardaşı Ziyad Şirzadovun müəllim olduğunu, uşaqlarını böyütdüyünü, indi iki qardaşın ev üstündə üz-üzə qaldığını, uşaqlarının evinin olduğunu, həmin evdə İlqarın qaldığını, valideyinlərinə baxdığını, yaslarını təşkil etdiyini, qardaşı öləndən sonra da İlqarın həmin evdə qaldığını, qardaşının digər övladlarının evinin olduğunu, Aybəniz Seyidovanın 4 aydır ki, vəfat etdiyini, yas mərasimindən iştirak etdiyini, hər cüməaxşamlarında iştirak etdiyini, qardaşı ilə qardaşı uşaqlarına görə küsdüyünü bildirdi. İş materiallarına əlavə olunmuş: 12 iyun 2023-cü il tarixli çıxarışa və İ-JQ seriyalı, 399375 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 ilə X10 arasında 20 oktyabr 1977-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Şirzadova" soyadı verilmişdir. AZ-İİ seriyalı, 165773 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 11 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 943923 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X10 28 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 1629 nömrəli arayışa əsasən, X6 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı X10 1959-cu il təvəllüdlü, vəfat edib;
2. oğlu Cavabdeh 1978-ci il təvəllüdlü;
3. oğlu İddiaçı1 1980-ci il təvəllüdlü;
4. qızı İddiaçı2 1982-ci il təvəllüdlü;
5. qızı İddiaçı3 1984-cü il təvəllüdlü. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 19 oktyabr 2010-cu il tarixli, 14574 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 12/5 nömrəli reyestr kitabının 858 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********15-05101-093017, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin 06 iyul 2023-cü il tarixli, 192 nömrəli məktubuna əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin 04 avqust 2023-cü il tarixli, 343 nömrəli məktubuna əsasən, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki-Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). İş materiallarından görünür ki, mülki hüquq münasibətlərinin yarandığı dövr 2000-ci ilin sentyabr ayının 01-dən qüvvədə olan mülki qanunvericiliyin tətbiqi dairəsinə düşdüyündən həmin qanunvericilik tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Cavabdeh və Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən yuxarıda sadalanan hərəkətlər həyata keçirməklə, faktiki olaraq qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, X12 11 yanvar 2022-ci il tarixdə vəfat etdikdən sonra həyat yoldaşı X10 və oğlu Cavabdeh X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. X10 28 aprel 2023-cü il tarixdə vəfat etdikdən sonra övladı Şirzadov X15 şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətlərini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, digər vərəsələr İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızının və İddiaçı3 isə miras əmlakı faktiki qəbul etmələri iş üzrə tərəflərin izahatları, şahid ifadələri və iş üzrə təqdim olunmuş sübutlar ilə sübuta yetmir. Beləki iş üzrə izahatlardan, şahid ifadələrindən həmçinin iddiaçı cavabdehlərin izahatından görünür ki, İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, İddiaçı3 ailə quraraq başqa ünvanlarda yaşamış, miras əmlakın faktiki qəbulu üçün real hərəkətlər etməmişlər. Miras əmlakda mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının və Cavabdeh yaşayaraq əmlakı idarə etmələri və Cavabdeh təmir işləri görmələri isə tam olaraq sübut olunmuşdür. Məhkəmə həmçinin Cavabdeh kirayə mənzillərdə yaşamasına dair təqdim olunmuş sübutlara münasibət bildirərək qeyd edir ki, şahid qismində ifadə verən Arzu Səfərli ifadəsində Cavabdeh kirayə müqaviləsi bağlayaraq ailə olaraq mənzili götürmələrini, kirayə yaşayan ailələri yoxlamadıqlarını, ailəli qalmaları və ya hazırlıq keçmələri ilə maraqlanmadıqlarını, şikayət olunduqda mənzilə baxdıqlarını, Cavabdeh evi ailə olaraq yaşamaları üçün versələrdə onların ailə olaraq yaşaması və ya hazırlıq keçməsini bilmədiyini, yalnız sonradan İlqarın həmin evdə hazırlıq keçdiyini ona deməsini bildirmişdir. Həmçinin şahid qismində ifadə verən X25 Şirzadovun onun atasına məxsus evdə kirayədə qalmasını, lakin tarixi xatırlamadığını, həmin dövürdə Bakı şəhərində yaşadığını, Naxçıvana 2021-ci il tarixdə qayıtdığını bildirmişdir. Məhkəmə ifadələrə qiymət verərək bildirir ki, Cavabdeh müəllim olaraq hazırlıq keçməsi şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin şahid Arzu Səfərlinin ifadəsində belə Cavabdeh həmin mənzildə hazırlıq keçməsi istisna olunmur. Bundan başqa Dinar Aslanovun ifadəsində göstərdiyi tarixlərə nəzər salınanda Cavabdeh onun atasına məxsus mənzildə kirayədə olması 2021-ci il tarixədək olan dövrü əhatə edir. Bundan başqa Cavabdeh hazırlıq keçməsi, bu məqsədlə mənzil kirayə etməsi şahid ifadələri ilə öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edərək bildirir ki, iş üzrə dindirilən şahidlər miras əmlakda Cavabdeh daima yaşamasını, həmçinin mərhum Ziyad Şirzadovun vəfatından sonra həmin miras əmlakda yaşamaqla təmir işləri görməsini bildirmişlər. Məhkəmə həmçinin qeyd edir ki, vərəsənin kirayə mənzildə yaşaması və ya hazırlıq keçməsi miras əmlakın qəbul edilməməsinə əsas ola bilməz. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Məhkəmə qeyd edir ki, Cavabdeh miras əmlakda yaşaması, miras əmlakı idarə etməsi, təmir etməsi və mərhumların yas mərasimlərini təşkil etməsi iş üzrə tərəflərin izahatı və şahidlərin ifadəsi ilə öz təsdiqini tapır. İş üzrə iddiaçı cavabdehlərin izahatında belə görünür ki, Cavabdeh miras əmlakda yaşayır və mərhum analarının yas mərasiminə onları buraxmadıqlarından aralarında mübahisə olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı cavabdehlər İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, İddiaçı3 mərhum analarından sonra mirasın qəbulu faktı ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin 06 iyul 2023-cü il tarixli, 192 nömrəli məktubuna əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin 04 avqust 2023-cü il tarixli, 343 nömrəli məktubuna əsasən, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməklə, X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X10 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunmalı, mərhum X5 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X7 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunmalı, qarşılıqlı iddia təmin edilməklə, X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X6 ölümündən sonra isə həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İlkin iddia qismən təmin edilsin. X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunsun. Mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X7 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunsun. Qarşılıqlı iddia təmin edilsin. X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X6 ölümündən sonra həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.