Məhkəmə qərarları › İş №2(078)-1125/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1125/2021

13.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1125/2021 13.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 və Cavabdeh1 vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 22 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum ataları X9 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın, onlar tərəfindən də qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tələblərini əsaslandıraraq qeyd etmişlər ki, mərhum ataları X14, mərhum anaları X12 ilə 25 may 1961-ci il tarixində ailə həyatı qurublar. Həmin evlilikdən beş övladları dünyaya gəlmişdir. Mərhum anaları X12 23.01.1999-cu il tarixində vəfat etmişdir. Mərhum ataları X14 15 noyabr 2013-cü il tarixində vəfat etmiş, 14.03.2016-cı il tarixdə ölümü haqqında şəhadətnamə verilmişdir. Mərhun ataları X9 ölümündən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evi miras qalmışdır. Mərhum ataları X14 anaları vəfat edəndən sonra qonşuluqda olan X5 mərhum atalarına almışlar. Cavabdehin yaşadığı evlə atalarının yaşadığı evin arası simlə setka ilə kəsilmişdir. Mərhum ataları X9 ölümündən sonra həmin mirasda mərhum atalarının həyat yoldaşı Cəvahir yaşayırdı və onlar da həmin evdə gedib Cəvahirlə birlikdə yaşamışlar. Həmin mirasda yaşamaqla onlar mirası qəbul etmişdir. Mərhum ataları X9, vərəsələri-X12 həyat yoldaşı vəfat edib, Cavabdeh1 (övladları), İddiaçı1, İddiaçı2, X3, X10 vardır. Mərhum ataları X9 ölümündən həm əvvəl həm də sonra yaşamaqla mirası faktiki olaraq onlar da qəbul etmişlər. Mərhum ataları X9 ölümündən sonra yas mərasimi öz pulu ilə yola salınıb. Əlavə olaraq cavabdeh Muradov X7 Şəhər Məhkəməsində mərhum ataları X9 adına olan ünvan 2 ünvanında yerləşən miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin olunmuşdur. Həmin məhkəmə prosesləri zamanı atalarının nikahda olmuş həyat yoldaşı X10 mirasdan imtina etmişdir. Bundan sonra onlar həmin qətnamədən Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bacılar müxtəlif vaxtlarda Naxçıvan şəhər bir saylı Notariat ofisinə müraciət edərək ataları X9 adına olan ünvan 1 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Naxçıvan şəhər bir saylı notariat ofisi 07.06.2021-ci il və 20.09.2021-ci il tarixli məktublarla vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduqlarını tövsiyə etmişdir. Ona görə də onlar mərhum atalarından qalan miras əmlakın qəbul edilməsi üçün məhkəməyə müraciət etmişlər. 13 dekabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdehlər X6 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər, cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər X4 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 13 dekabr 2021-ci il tarixdə iş üzrə Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, ərizədə iddiaçıların ünvan 1 ünvanında yerləşən atasından qalmış miras əmlakın onların tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, mirasın onun tərəfindən qəbul edildiyini, qətnamə çıxarıldığını, buna baxmayaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qeyd olunan miras əmlakdan 500 m2 torpaq sahəsi verilməsinə etirazının olmadığını bildirmişdir. 13 dekabr 2021-ci il tarixdə iş üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, ərizədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflər razılığa gəldiyindən verilmiş ərizə və sənədlər geri qaytarılmaqla, işin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı4 onların vəkil və nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan ərizənin nəzərə alınaraq iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamış, Cavabdeh1 isə məhkəmə iclası zamanı qeyd olunan ərizənin qəbul edilərək iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına heç bir etirazı olmadığını bildirmişdir. İddiaçıların vəkil və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 sentyabr 2021-ci il tarixli, 18889 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 sentyabr 2021-ci il tarixli, 18889 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar