Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1133/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında yazılmış “Firuzə” adının digər hüquq müəyyənedici sənədlərdə olduğu kimi “Pürüzə” adı ilə eyni şəxs olmağı faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Naxçıvan MR Babək rayon Əliabad kəndində anadan olub. Ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərində ad qrafasında “Pürüzə” olaraq qeyd edilib. Lakin pensiya çıxmaq üçün müvafiq orqanlara müraciət etdiyi zaman ona bildirilib ki, əmək kitabçamın ad qrafasında “Pürüzə” deyil, “Firuzə” qeyd olunduğu üçün əmək kitabçası təsdiqlənmir. Qeyd olunan əmək kitabçasında göstərilən uyğunsuzluq səbəbindən pensiya təyin edilməsindən imtina olunmuşdur. Əmək kitabçasındakı uyğunsuzluqların başqa qaydada aradan qaldırılması mümkün olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi sonda qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizə ilə eni məzmunlu izahat verərək bildirmişdir ki, onun adına əmək kitabçası xx.xx.1981-ci ildə açılmış, 2012-ci ildən işdən çıxmışdır. Ondan 2-3 il qabaq ailə qurduğundan soyadı dəyişmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 bildirmişdir ki, ərizəçi məsələ ilə bağlı onlara müraciət edib. Hətta təmsil etdiyi orqanla ərizəçi arasında bundan əvvəl məhkəmə prosesləri olmuş və müvafiq qərarlar qəbul edilmişdir. Əmək kitabçasında, müvafiq əmrlərdə, bir sözlə pensiyanın müəyyən edilməsi üçün lazımi sənədlərdə ərizəçinin adı məhz Firuzə kimi qeyd edildiyindən ərizəçiyə pensiya təyin edilə bilmir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin məhkəməyə təqdim etdiyi AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, xx.xx.1984-cü il tarixdə verilmiş AZ 693119 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, ərizəçinin adı “Pürüzə” kimi, əmək kitabçasında isə “Firuzə” kimi qeyd olunmuşdur. Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)-120/2024 nömrəli qərarı ilə iddiaçı Ərizəçi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna qarşı ‘ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilərək Ərizəçi 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin cavabdeh Maraqlı şəxs üzərinə qoyulmasına qərar verilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin 2-1(108)-69/2024 nömrəli 09 iyul 2024-cü il tarixli qərarı ilə Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)-120/2024 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Ərizəçi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə apellyasiya şikayəti təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati. Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2- 1(122)-120/2024 nömrəli qərarı ləğv edilərək iddiaçı Ərizəçi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı ona 52 yaşından, yəni 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməsinə qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli məktubu ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə sorğu verilərək Naxçıvan şəhər 136 nömrəli texniki məktəbinin 1981-1982-ci illəri əhatə edən əmrlər kitabının, Naxçıvan Filiz İdarəsi Türkcan M/Müəssisəsinin 1993-2005-ci illəri əhatə edən əmrlər kitabının, Bəstəkarlar təşkilatının 2006-2012-ci illəri əhatə edən əmrlər kitablarının məhkəməyə göndərilməsi xahiş edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan 163 nömrəli Texniki Peşə Məktəbinin 1981-1984-cü ilə aid əmr kitabı, X9 (Filiz idarəsi) 1992- 2005-ci illərə aid əmr kitabları və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 2000- 2017-ci ilə aid əmr kitabı məhkəməyə göndərilmişdir. Naxçıvan şəhər 163 nömrəli Texniki Peşə Məktəbinin 1981-1984-cü ilə aid əmr kitabınn xx.xx.1982-ci il tarixli 25 nömrəli (səhifə 75) əmrində, xx.xx.1982-ci il tarixli 22 nömrəli (səhifə 82) əmrində, xx.xx.1982-ci il tarixli 20 nömrəli (səhifə 89) əmrində, xx.xx.1982-ci il tarixli 18 nömrəli (səhifə 95) əmrində, xx.xx.1982-ci il tarixli 13 nömrəli (səhifə 106) əmrində, xx.xx.1981-ci il tarixli 7 nömrəli (səhifə 112) əmrində X9 (Naxçıvan Türkcan duzu müştərək müəssisəsi üzrə) 1997- 1999-cu illərə aid əmr kitabının xx.xx.1997-ci il tarixli 5 nömrəli (səhifə 3) əmrində, xx.xx.1997-ci il tarixli 9 nömrəli (səhifə 4) əmrində, xx.xx.1997-ci il tarixli 25 nömrəli (səhifə 8) əmrində, xx.xx.1997-ci il tarixli 11 nömrəli (səhifə 13) əmrinin 3-cü paraqrafında, X9 (Filiz idarəsi) 2000-ci illərə aid əmr kitabının xx.xx.2000-ci il tarixli 12X nömrəli (səhifə 14) əmrində, xx.xx.2000-ci il tarixli 15A nömrəli (səhifə 29) əmrində, 2002-ci illərə aid əmr kitabının xx.xx.2002-ci il tarixli 69 nömrəli (səhifə 80) əmrində, 2002-2003-ci illərə aid əmr kitabının xx.xx.2003-cü il tarixli 35 nömrəli (səhifə 2) əmrində, xx.xx.2003-cü il tarixli 63 nömrəli (səhifə 75) əmrində, xx.xx.2003-cü il tarixli 19 nömrəli (səhifə 54) əmrində, 2004-cü illərə aid əmr kitabının xx.xx.2004-cü il tarixli 29K nömrəli (səhifə 71) əmrində, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 2000-2017-ci ilə aid əmr kitabının xx.xx.2012-ci il tarixli 001 nömrəli (səhifə 2) əmrində ərizəçinin adı “Firuzə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatına və iş materiallarında olan digər sənədlərə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: Birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə səhvlərin düzəldilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bütün bu qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçiyə bu faktının müəyyən edilməsi pensiya alması üçün lazımdır Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, Ərizəçi adına əmək kitabçası açıldığı xx.xx.1981-ci il tarixdən xx.xx.2012-ci illərə dair əmrlərdə, əməkhaqqı cədvəlində adı və soyadı “X3” olaraq qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir, çünki ərizəçinin məhkəməyə təqdim etdiyi bütün hüquq müəyyənedici sənədlərdə onun adı Pürüzə olması göstərilmişdir. Eyni zamanda təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 ilə X4 arasında 22 oktyabr 2002-ci il tarixdə Xok kənd icra nümayəndəliyində nikah bağlanmış və 02 nömrəli akt qeydi icra edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi əmək kitabçasında, eyni zamanda ondan irəli gələrək Naxçıvan şəhər 163 nömrəli Texniki Peşə Məktəbinin 1981-1984-cü ilə aid əmr kitabının xx.xx.1982-ci il tarixli 25 nömrəli (səhifə 75) əmrində, xx.xx.1982-ci il tarixli 22 nömrəli (səhifə 82) əmrində, xx.xx.1982-ci il tarixli 20 nömrəli (səhifə 89) əmrində, xx.xx.1982-ci il tarixli 18 nömrəli (səhifə 95) əmrində, xx.xx.1982-ci il tarixli 13 nömrəli (səhifə 106) əmrində, xx.xx.1981-ci il tarixli 7 nömrəli (səhifə 112) əmrində X9 (Naxçıvan Türkcan duzu müştərək müəssisəsi üzrə) 1997- 1999-cu illərə aid əmr kitabının xx.xx.1997-ci il tarixli 5 nömrəli (səhifə 3) əmrində, xx.xx.1997-ci il tarixli 9 nömrəli (səhifə 4) əmrində, xx.xx.1997-ci il tarixli 25 nömrəli (səhifə 8) əmrində, xx.xx.1997-ci il tarixli 11 nömrəli (səhifə 13) əmrinin 3-cü paraqrafında, X9 (Filiz idarəsi) 2000-ci illərə aid əmr kitabının xx.xx.2000-ci il tarixli 12X nömrəli (səhifə 14) əmrində, xx.xx.2000-ci il tarixli 15A nömrəli (səhifə 29) əmrində, 2002-ci illərə aid əmr kitabının xx.xx.2002-ci il tarixli 69 nömrəli (səhifə 80) əmrində, 2002-2003-ci illərə aid əmr kitabının xx.xx.2003-cü il tarixli 35 nömrəli (səhifə 2) əmrində, xx.xx.2003-cü il tarixli 63 nömrəli (səhifə 75) əmrində, xx.xx.2003-cü il tarixli 19 nömrəli (səhifə 54) əmrində, 2004-cü illərə aid əmr kitabının xx.xx.2004-cü il tarixli 29K nömrəli (səhifə 71) əmrində, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 2000-2017-ci ilə aid əmr kitabının xx.xx.2012-ci il tarixli 001 nömrəli (səhifə 2) əmrində “X3” olaraq qeyd edilən hüquq müəyyənedici sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1133/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1133/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver