Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-117/2021 09.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının vəkili Nümayəndə, cavabdeh təşkilatın nümayəndəsi X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab olunması, vəsiyyət və qanun üzrə mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 mart 1971-ci il tarixdə Naxçıvan Dövlət Notariat Kontorunda təsdiq olunmuş 8/2125 nömrəli vərəsəlik şəhadətnaməsinin X6 münasibətdə qismən etibarsız olunaraq onun adının şəhadətnamədən çıxarılması, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (X9 miras payı istisna olmaqla) mərhum X4 vəsiyyətnaməsi əsasında, həmçinin X5 mirasdan X4 xeyrinə imtinası əsasında vəsiyyətnamə üzrə keçirilməsi, atası mərhum X7 qanun üzrə miras payını qəbul etməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X8, X10 və X3 mülki işə baxılan zaman cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşlar. 28 aprel 2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İş materiallarında olan cavabdeh təşkilat Naxçıvan Şəhər 1 saylı Notarat Ofisinin nümayəndəsi X1 ərizəsindən aydın olur ki, cavabdeh təşkilat olaraq işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 21.10.2020ci il tarixli, 84279 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab olunması, vəsiyyət və qanun üzrə mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 21.10.2020-ci il tarixli, 84279 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-117/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-117/2021
09.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver