Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1177/2021 20.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mirasın onun tərəfindən qəbul edilməsi tələbinə dair üzrə mülki işə əlavə qətnamə qəbul edilməsi barədə məsələyə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(078)-1177/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərcləri ilə bağlı məsələyə aydınlıq gətirməmiş, dövlət rüsumu ilə bağlı məsələni həll etməmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə qətnamə çıxarılması barədə məhkəmə iclası təyin edilmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı və Cavabdeh3 iştirak etmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakları olmadan əlavə qətnamə çıxarılması barədə məsələyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh3 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin 18 noyabr 2021-ci il tarixli 2(078)-1177/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin qətnamədə məhkəmə xərclərinə münasibət bildirilməmişdir. Belə ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 13 avqust 2021-ci il tarixdə 1653 nömrəli qəbzlə 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,229, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 13 avqust 2021-ci il tarixdə 1653 nömrəli qəbzlə 10 (on) manat dövlət rüsumu cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq iddiaçıya qaytarılsın. Əlavə qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1177/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(078)-1177/2021
20.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver